Dədə Qorqud ● 2015/I I 22
13. Бухари Хафиз-и Таныш. Шараф-намайи шахи (Книга шахской славы).
Пер. с персидс., введ., прим. и указатели М.А.Салахетдиновой. Часть 1. Москва:
Наука, 1983, 543 с.
14. Рашид-ад-Дин Ф. Сборник летописей. Т. 1-3, М.-Ленинград: АН СССР,
1946-1960, 903 c.
15. Рашид ад-Дин Ф.Огузнаме. Перевод с персидс., комм., прим. и указа-
тели Р.М.Шукуровой. Баку, Элм, 1987, 127 с.
16. Qafarlı R. Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janrlararası əlaqə).
Bakı, ADPU nəşri, 2002, 758 s.
17. Bayat F. Oğuznamə(lər) / Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, Ön-
dər Nəşriyyat, 2004, s. 255-274
18. Халил А.С. О проблематике письменности и жанрого состава огузского
эпоса (на материале «Книги Деде Коркута») // Тюркологический сборник. Вып. II,
Материалы международной тюркологической конференции «Языки и литература
тюркских народов: история и современность». Елабуга, 2004, с. 227-234
19. Мелетинский Е.М. Общее понятие мифа и мифологии / Мифологичес-
кий словарь. Гл. ред. Е.М.Мелетинский. Москва, Советская энциклопедия, 1990,
с. 634-640
20. Rzasoy S. Oğuz mifologiyası (metod, struktur, rekonstruksiya). Bakı, Nurlan,
2009, 363 s.
21. Bayat F. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. Bakı, Sabah, 1993, 194 s.
22. İmaməliyev E.Q. Türk yaradılış mifləri və Azərbaycan əfsanələri / Filologiya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 2015,
153 s. (əlyazması)
23. Qafarov R. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obraz-
ları, genezisi, evolyusiyası və poetikası) / Fil.elm.dok.al.dər.al.üç.təq.ed.dis. aftorefera-
tı. Bakı, 2010, 59 s.
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy
Dədə Qorqud ● 2015/I I 23
Zemfira HÜSEYNOVA
BDU-nun dissertantı
e-mail: zemfira_huseynova@mail.ru
EPOS VƏ SAKRAL İLAHİ DƏYƏRLƏR:
“OĞUZNAMƏ”LƏRDƏ PEYĞƏMBƏRLİK MİSSİYASI
Xülasə
Məqalə “Oğuznamə”lərdə peyğəmbər kəlamları adlanır. Burada “Oğuznamə”lərdə veri-
lən bir sıra peyğəmbər kəlamları tədqiq edilir. Bu kəlamlar çox vaxt ya Dədə Qorqudun, ya da
digər dastan qəhrəmanlarının dilindən söylənilir. Bu kəlamlar həm də oğuzların islam dinini
qəbul etməsini göstərir. “Oğuznamə”lərdə verilən peyğəmbər kəlamları həm də oğuzların həyat-
larının bütün sahələrində islam dininin göstərişlərinə dəqiqliklə əməl etdiklərini göstərir.
Açar sözlər: “Oğuznamə”, peyğəmbər, kəlam, Allah, Dədə Qorqud
EPOS AND SAKRAL DIVINE VALUES: PROPHECY MISSION IN THE
"OGUZNAME"S
Summary
The article is called Prophet's sayings in “Oguznamehs”. Here are studied some Prophet's
sayings given in “Oguznamehs”. Sometimes these sayings were sounded by Dede Korkut, or
other legendary heroes. As well as these sayings showed that Oguzes accepted the Islam. The
Prophet's sayings given in “Oguznamehs” also showed that Oguzes carefully followed the
instructions of Islam in all spheres of of their lives.
Key words: “Oguznameh”, prophet, saying, God, Dede Korkut.
ЕПОС И САКРАЛЬНО-БОЖЕСТВЕННЫЕ ЦЕННОСТИ: ПРОРОЧЕСТВЕННАЯ
МИССИЯ В «ОГУЗНАМЕ»
Резюме
Статья называется поговорки Пророка в «Огузнаме». Здесь изучаются некоторые
поговорки Пророка, приведенные в «Огузнаме». Иногда эти высказывания прозвучали от
Деде Коркут, или других легендарных героев. Как эти высказывания показали, что огузы
приняли ислам. Высказывания Пророка, приведенные в «Огузнаме» также показал, что
огузы тщательно следовали инструкциям ислама во всех сферах их жизни.
Ключевые слова: "Огузнаме", пророк, поговорки, Бог, Деде Коркут
“Oğuznamə”lər haqqında bəhs edən müəlliflərdən biri olan Fəzlullah
Rəşidəddin öz kitabında hətta, Dədə Qorqudla Məhəmməd peyğəmbərin görüş-
məsindən bəhs edir: “İnal Yaqub xan yüz iyirmi il padşah oldu. Hakimiyyəti
dövründə öz vəzirləri, naibləri, Qara Biyat, Dədə Qorqud, salurlardan olan
Damkak və Oksi ilə həmişə məsləhətləşirdi. Onun hakimiyyəti dövründə ölkədə
və vilayətlərdə sülh və əmniyyət var idi. Onun hökmdarlığı başa çatandan sonra
hakimiyyətə oğlu İnalsır Yaqub xan gəldi. O yeddi il padşah oldu və ölkədə
sakit, xoşbəxt həyat yaratdı. Salurlardan olan Oksi Xoca və yivaitlərdən olan
Taban Xoca onun vəzirləri idi. özünün yeddi illik hakimiyyəti dövründə oğlu
Dədə Qorqud ● 2015/I I 24
Ala Atlı Kiş Dərnəkli Qayı İnal xandan çox razı idi. Hələ sağlığında Ala Atlı
Kiş Dərnəkli Qayı İnal xanı taxta çıxardı. Bu padşahın vaxtında peyğəmbər
Mustafa sələvatullah zühur etdi. Hökmdar onun hüzuruna Bayatlardan olan
Dədə Qorqudu səfir kimi göndərdi və islamı qəbul etdi. Bu Qorqud bayatlardan
olan Qara Xocanın oğlu idi. O çox ağıllı, müdrik və gözəl insan idi. İnal xan Sır
Yaqubun vaxtında yaşamışdır. Deyirlər o iki yüz doxsan beş il yaşamışdır. Onun
natiqliyinə, sağlam düşüncəsinə, şəxsiyyətinə aid çoxlu rəvayətlər var” (2, 70).
Tarixi mənbələrdə olan bu məlumatlara əlavə olaraq demək lazımdır ki,
dastanın özü peyğəmbərin yad edilməsi ilə başlanır: “Rəsul əlehissəlam
zamanına yaxın Bayat boyundan Qorqud ata diyərlər, bir ər qopdi. Oğuzun, ol
kişi təmam bilicisiydi – nə diyərsə, olurdı. Qaibdən dürlü xəbər söylədi. Həqq
təala anın könlünə ilham elədi” (1, 31).
Sonra kitabda Dədə Qorqudun dilində peyğəmbər kəlamları söylənilir və
həmin kəlamların özü belə bəzi alimlərdə belə fikir yaratmışdır ki, “yarandığı
gündən Qorqud Allahı yeri-göyü müdrikliklə, haqq-ədalətlət sistemləşdirdi…
Qorqud Ata bilavasitə öz nəslinə, bütün insanlar üzərinə zəruri olan hakimiyyət
verdi və onları öz simasında Allah-Pir kimi tanıdı” (3, 3).
Həmin alimlər Dədə Qorqudun özünün peyğəmbərlik missiyasını belə
əsaslandırırlar: “Kitabın ilk cümlələrindən göründüyü kimi, Qorqud Ata adi
adam deyildir. O hər şeyi bilir, dedikləri həyata keçir, gələcəkdən düzgün xəbər-
lər söyləyir. Digər tərəfdən, elçiliyə gedən Qorqudu Dəli Qancar vurmaq istə-
dikdə möcüzə göstərib Dəli Qancarın əlini qurudur. Deməli, Dədə Qorqud qey-
ri-adi ilahi xassələrə malik bir insandır. Qırğız, Qazax qam-şaman alqışlarının
birində deyilir: “Ölü desəm ölü deyil, diri desəm diri deyil, övliya Ata Qorqud”
…Qorqud ölməmişdir, o hər şeyi əvvəlcədən bilir, bəlaları qorxudur və onu
çağıranda da gəlir. Nəhayət, onun “Pir” adlandırılması Qorqud Atanın bilavasitə
qədim Misirlə əlaqəsi olması deməkdir. Çünki qədim yunanların “firon”
adlandırdıqları söz, qədim Misirdə Allah mənası verən Pir sözüdür” (3, 5).
Bu kimi fikirlər nə qədər həqiqətə uyğundur, bunu dərin elmi tədqiqatlar
sübut edəcəkdir, ancaq Dədə Qorqudun hikmətləri peyğəmbər kəlamları qədər
müdrikdir. Onlardan bir neçəsinə nəzər salaq: “Allah-allah diməyincə işlər
onmaz”, “Qadir Tanrı verməyincə ər bayımaz”, “əzəldən yazlmasa, qul başına
qəza gəlməz”, “Əcəl vədə irməyincə kimsə ölməz”, “Ölən adam dirilməz, çıxan
can geri gəlməz”, “Təkəbbürlük eyləyəni Tanrı sevməz”, “Dövlətsiz şərindən
Allah saxlasın, xanım, sizi” (1, 31-32).
Eləcə də Dədə Qorqud öz alqışlarında islam müqəddəslərinin adını çəkir:
“Ağız açıb ögər olsam, üstümüzə Tanrı görklü! Tanrı dostu, din sərvəri Məhəm-
məd görklü! Məhyəmmədin sağ yanında namaz qılan Əbubəkr siddiq görklü!...
Qılınc çaldı, din açdı şahi-mərdan Əli görklü. Əlinin oğulları – peyğəmbər
nəvələri. Kərbəla yazısında yəzidilər əlində şəhid oldu. Həsənlə Hüseyn iki
qardaş belə, görklü! Yazılıb-düzilib göydən endi Tanrı elmi Quran görklü. Ol
Dostları ilə paylaş: |