Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə10/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     22 
 
 
13.  Бухари  Хафиз-и  Таныш.  Шараф-намайи  шахи  (Книга  шахской  славы). 
Пер.  с  персидс.,  введ.,  прим.  и  указатели  М.А.Салахетдиновой.  Часть  1. Москва: 
Наука, 1983, 543 с.  
14. Рашид-ад-Дин Ф. Сборник летописей. Т. 1-3, М.-Ленинград: АН СССР, 
1946-1960, 903 c. 
15.  Рашид  ад-Дин  Ф.Огузнаме.  Перевод  с  персидс.,  комм.,  прим.  и  указа-
тели Р.М.Шукуровой. Баку, Элм, 1987, 127 с. 
16. Qafarlı R. Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janrlararası əlaqə). 
Bakı, ADPU nəşri, 2002, 758 s. 
17. Bayat F. Oğuznamə(lər) / Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, Ön-
dər Nəşriyyat, 2004, s. 255-274 
18. Халил А.С. О проблематике письменности и жанрого состава огузского 
эпоса (на материале «Книги Деде Коркута») // Тюркологический сборник. Вып. II, 
Материалы международной тюркологической конференции «Языки и литература 
тюркских народов: история и современность». Елабуга, 2004, с. 227-234  
19.  Мелетинский  Е.М.  Общее  понятие  мифа  и  мифологии  /  Мифологичес-
кий  словарь.  Гл.  ред.  Е.М.Мелетинский.  Москва, Советская  энциклопедия,  1990, 
с. 634-640 
20. Rzasoy S. Oğuz mifologiyası (metod, struktur, rekonstruksiya). Bakı, Nurlan, 
2009, 363 s.  
21. Bayat F. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. Bakı, Sabah, 1993, 194 s. 
22. İmaməliyev E.Q. Türk yaradılış mifləri və Azərbaycan əfsanələri / Filologiya 
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 2015, 
153 s. (əlyazması)  
23. Qafarov R. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obraz-
ları, genezisi, evolyusiyası və poetikası) / Fil.elm.dok.al.dər.al.üç.təq.ed.dis. aftorefera-
tı. Bakı, 2010, 59 s. 
 
 
 
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     23 
 
 
Zemfira HÜSEYNOVA  
BDU-nun dissertantı 
e-mail: zemfira_huseynova@mail.ru 
 
EPOS VƏ SAKRAL İLAHİ DƏYƏRLƏR:  
“OĞUZNAMƏ”LƏRDƏ PEYĞƏMBƏRLİK MİSSİYASI  
 
Xülasə 
Məqalə “Oğuznamə”lərdə peyğəmbər kəlamları adlanır. Burada “Oğuznamə”lərdə veri-
lən bir sıra peyğəmbər kəlamları tədqiq edilir. Bu kəlamlar çox vaxt ya Dədə Qorqudun, ya da 
digər dastan  qəhrəmanlarının dilindən  söylənilir. Bu  kəlamlar həm  də oğuzların  islam  dinini 
qəbul etməsini göstərir. “Oğuznamə”lərdə verilən peyğəmbər kəlamları həm də oğuzların həyat-
larının bütün sahələrində islam dininin göstərişlərinə dəqiqliklə əməl etdiklərini göstərir. 
Açar sözlər: “Oğuznamə”, peyğəmbər, kəlam, Allah, Dədə Qorqud 
 
EPOS AND SAKRAL DIVINE VALUES: PROPHECY MISSION IN THE 
"OGUZNAME"S 
 
Summary  
The article is called Prophet's sayings in “Oguznamehs”. Here are studied some Prophet's 
sayings  given  in  “Oguznamehs”.  Sometimes  these  sayings  were  sounded  by  Dede  Korkut,  or 
other legendary heroes. As well  as these sayings showed that  Oguzes accepted the Islam.  The 
Prophet's  sayings  given  in  “Oguznamehs”  also  showed  that  Oguzes  carefully  followed  the 
instructions of Islam in all spheres of of their lives. 
Key words: “Oguznameh”, prophet, saying, God, Dede Korkut. 
  
ЕПОС И САКРАЛЬНО-БОЖЕСТВЕННЫЕ ЦЕННОСТИ: ПРОРОЧЕСТВЕННАЯ 
МИССИЯ В «ОГУЗНАМЕ»  
 
Резюме  
Статья  называется  поговорки  Пророка  в  «Огузнаме».  Здесь  изучаются  некоторые 
поговорки Пророка, приведенные в «Огузнаме». Иногда эти высказывания прозвучали от 
Деде Коркут, или других легендарных героев. Как эти высказывания показали, что огузы 
приняли  ислам.  Высказывания  Пророка,  приведенные  в  «Огузнаме»  также  показал,  что 
огузы тщательно следовали инструкциям ислама во всех сферах их жизни. 
Ключевые слова: "Огузнаме", пророк, поговорки, Бог, Деде Коркут 
 
“Oğuznamə”lər  haqqında  bəhs  edən  müəlliflərdən  biri  olan  Fəzlullah 
Rəşidəddin öz kitabında hətta, Dədə Qorqudla Məhəmməd peyğəmbərin görüş-
məsindən  bəhs  edir:  “İnal  Yaqub  xan  yüz  iyirmi  il  padşah  oldu.  Hakimiyyəti 
dövründə  öz  vəzirləri,  naibləri,  Qara  Biyat,  Dədə  Qorqud,  salurlardan  olan 
Damkak və Oksi ilə həmişə məsləhətləşirdi. Onun hakimiyyəti dövründə ölkədə 
və vilayətlərdə sülh və əmniyyət var idi. Onun hökmdarlığı başa çatandan sonra 
hakimiyyətə  oğlu  İnalsır  Yaqub  xan  gəldi.  O  yeddi  il  padşah  oldu  və  ölkədə 
sakit,  xoşbəxt  həyat  yaratdı.  Salurlardan  olan  Oksi  Xoca  və  yivaitlərdən  olan 
Taban  Xoca  onun  vəzirləri  idi.  özünün  yeddi  illik  hakimiyyəti  dövründə  oğlu 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     24 
 
 
Ala  Atlı  Kiş  Dərnəkli  Qayı  İnal  xandan  çox  razı  idi.  Hələ  sağlığında  Ala  Atlı 
Kiş  Dərnəkli  Qayı  İnal  xanı  taxta  çıxardı.  Bu  padşahın  vaxtında  peyğəmbər 
Mustafa  sələvatullah  zühur  etdi.  Hökmdar  onun  hüzuruna  Bayatlardan  olan 
Dədə Qorqudu səfir kimi göndərdi və islamı qəbul etdi. Bu Qorqud bayatlardan 
olan Qara Xocanın oğlu idi. O çox ağıllı, müdrik və gözəl insan idi. İnal xan Sır 
Yaqubun vaxtında yaşamışdır. Deyirlər o iki yüz doxsan beş il yaşamışdır. Onun 
natiqliyinə, sağlam düşüncəsinə, şəxsiyyətinə aid çoxlu rəvayətlər var” (2, 70). 
Tarixi  mənbələrdə  olan  bu  məlumatlara  əlavə  olaraq  demək  lazımdır  ki, 
dastanın  özü  peyğəmbərin  yad  edilməsi  ilə  başlanır:  “Rəsul  əlehissəlam 
zamanına  yaxın  Bayat  boyundan  Qorqud  ata  diyərlər,  bir  ər  qopdi.  Oğuzun,  ol 
kişi  təmam  bilicisiydi  –  nə  diyərsə,  olurdı.  Qaibdən  dürlü  xəbər  söylədi.  Həqq 
təala anın könlünə ilham elədi” (1, 31). 
Sonra  kitabda  Dədə  Qorqudun  dilində  peyğəmbər  kəlamları  söylənilir  və 
həmin  kəlamların  özü  belə  bəzi  alimlərdə  belə  fikir  yaratmışdır  ki,  “yarandığı 
gündən  Qorqud  Allahı  yeri-göyü  müdrikliklə,  haqq-ədalətlət  sistemləşdirdi… 
Qorqud Ata bilavasitə öz nəslinə, bütün insanlar üzərinə zəruri olan hakimiyyət 
verdi və onları öz simasında Allah-Pir kimi tanıdı” (3, 3). 
Həmin  alimlər  Dədə  Qorqudun  özünün  peyğəmbərlik  missiyasını  belə 
əsaslandırırlar:  “Kitabın  ilk  cümlələrindən  göründüyü  kimi,  Qorqud  Ata  adi 
adam deyildir. O hər şeyi bilir, dedikləri həyata keçir, gələcəkdən düzgün xəbər-
lər  söyləyir.  Digər  tərəfdən,  elçiliyə  gedən  Qorqudu  Dəli  Qancar  vurmaq  istə-
dikdə möcüzə göstərib Dəli Qancarın əlini qurudur. Deməli, Dədə Qorqud qey-
ri-adi  ilahi  xassələrə  malik  bir  insandır.  Qırğız,  Qazax  qam-şaman  alqışlarının 
birində deyilir: “Ölü desəm ölü deyil, diri desəm diri deyil, övliya Ata Qorqud” 
…Qorqud  ölməmişdir,  o  hər  şeyi  əvvəlcədən  bilir,  bəlaları  qorxudur  və  onu 
çağıranda da gəlir. Nəhayət, onun “Pir” adlandırılması Qorqud Atanın bilavasitə 
qədim  Misirlə  əlaqəsi  olması  deməkdir.  Çünki  qədim  yunanların  “firon” 
adlandırdıqları söz, qədim Misirdə Allah mənası verən Pir sözüdür” (3, 5). 
Bu  kimi  fikirlər  nə  qədər  həqiqətə  uyğundur,  bunu  dərin  elmi  tədqiqatlar 
sübut  edəcəkdir,  ancaq  Dədə  Qorqudun  hikmətləri  peyğəmbər  kəlamları  qədər 
müdrikdir.  Onlardan  bir  neçəsinə  nəzər  salaq:  “Allah-allah  diməyincə  işlər 
onmaz”,  “Qadir  Tanrı  verməyincə  ər  bayımaz”,  “əzəldən  yazlmasa,  qul  başına 
qəza gəlməz”, “Əcəl vədə irməyincə kimsə ölməz”, “Ölən adam dirilməz, çıxan 
can  geri  gəlməz”,  “Təkəbbürlük  eyləyəni  Tanrı  sevməz”,  “Dövlətsiz  şərindən 
Allah saxlasın, xanım, sizi” (1, 31-32). 
Eləcə də Dədə Qorqud öz alqışlarında  islam  müqəddəslərinin adını çəkir: 
“Ağız açıb ögər olsam, üstümüzə Tanrı görklü! Tanrı dostu, din sərvəri Məhəm-
məd görklü! Məhyəmmədin  sağ  yanında namaz qılan Əbubəkr siddiq görklü!... 
Qılınc  çaldı,  din  açdı  şahi-mərdan  Əli  görklü.  Əlinin  oğulları  –  peyğəmbər 
nəvələri.  Kərbəla  yazısında  yəzidilər  əlində  şəhid  oldu.  Həsənlə  Hüseyn  iki 
qardaş  belə,  görklü!  Yazılıb-düzilib  göydən  endi  Tanrı  elmi  Quran  görklü.  Ol 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə