Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə11/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   7   8   9   10   11   12   13   14   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     25 
 
 
Quranı  yazdı-düzdü  üləmalar  öyrənincə  köydi-biçdi.  Alimlər  sərvəri  Osman 
Üffan oğlu, görklü. Alçaq evdə yapılıbdır Tanrı evi Məkkə görklü. Ol Məkkəyə 
sağ  varsa,  əsən  gəlsə,  sidqi  bütün  hacı  görklü…  Qamusinə  bənzəmədi  cümlə 
aləmləri yaradan Allah-Tanrı görklü” (2, 32). 
Eyni zamanda Dədə Qorqudun tənələrində belə peyğəmbərlərin adı keçir: 
“Ol, Nuh peyğəmbərin  eşşəyi əslidür. Andan dəxi sizi,  xanım,  Allah saqlasın!” 
(2,  33).  “Kitabi-Dədə  Qorqud”  eposunda  peyğəmbər  kəlamları  boylara  xüsusi 
məna verir və oğuzların düşüncə tərzini ifadə edir: 
“Qadir Tanrı səni namərdə möhtac etməsin! 
... Axır-sonu arı imandan qyırmasın! 
“Amin” deyənlər didar görsin! 
Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul olsun! 
Allah verən umudun üzülməsün! 
Yağışdırsun, duruşdursun günahlarını 
Adı  görklü  Məhəmməd  mustafa  yüzi  suyuna  bağışlasın,  xanım, 
hey!” (2,51). 
Hətta  xalq  arasında  indi  geniş  yayılmış  “Allahın  əmri,  peyğəmbərin  şəri-
əti” ifadəsi də eposun dilində var: “Tanrının buyruğu ilə, peyğəmbərin qövlilə... 
qız qardaşın Banuçiçəyi Bamsı Beyrəyə diləməgə gəlmişəm” (2, 56). 
Qeyd etdiyimiz kimi, eposun Bamsı Beyrək haqqındakı boyunda biz Dədə 
Qorqud  obrazının  özündə  belə  peyğəmbər  keyfiyyətləri  görürük:  “Dəli  Qarcar 
qılıncın əlinə aldı. Yuxarısından öygə ilə həmlə qıldı. Dəli bək dilədi ki, Dədəyi 
dəpərə çala. Dədə Qorqud ayıtdı: “Çalırsan, əlin qurusun!” – dedi. Haqq təalanın 
əmrilə Dəli Qancarın əli yuxarıda asılı qaldı. Zira Dədə Qorqud vilayət issi idi, 
diləgi qəbul oldu. Dəli Qarcar aydır: “Mədəd, aman, əlaman! Tanrının birliyinə 
yoxdur  güman!  Sən  mənim  əlimi  sağaldı  gör,  Tanrının  buyruğu  ilə,  peyğəm-
bərin  qövlilə  qız  qarındaşı  Beyrəgə  verəyim!”  –  dedi.  Üç  kərə  ağzından  iqrar 
eylədi. Günahına tövbə eylədi. Dədə Qordud dua eylədi. Dəlinin əli Haqq əmrilə 
sapasağ oldu” (1, 56). Mətndə işlənən “issi” kəlməsi “müqəddəs” mənasındadır. 
Müqəddəs  adamlara  əl  qaldırmaq  günah  olduğundan  oğuzlar  üç  dəfə  “ağızdan 
iqrar”  edib  “tövbə”  edərmişlər.  Dəli  Qarcar  da  tövbə  edib  bağışlanır.  Belə 
adətlər müsəlman dünyasında peyğəmbərlərin müqəddəsliyi ilə bağlıdır.  
Eposda hətta islamda olan ibadətlər də lazımınca verilmişdir: “Qazan bək 
gördü ki, kafər qatı yaqlandı. Atından endi, arı sudan abdəst aldı. Ağ alnın yerə 
qoydu,  iki  rükət  namaz  qıldı.  Adı  görklü  Məhəmmədi  yad  gətirdi.  Qara  dinli 
kafərə göz qarartdı” (2, 71). 
Eposda  dua  edərkən  islami  etiketlərdən  istifadə  edirlər:  “Yaradan  haqqı 
üçün,  baba!”  (2,  74).  Yaxud  da  Dədə  Qorqudun  özü  alqışlarında  Məhəmməd 
peyğəmbərin  şəriətinə  uyğun  dualar  edir:  “Dədəm  Qorqud  gəlib  şadlıq  çaldı, 
boy boyladı, soyı soyladı. Qazi ərənlər başına nə gəldigün söylədi 
İmdi qanı dedigim bəg ərənlər? 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     26 
 
 
Dünya mənim deyənlər? 
Əcəl aldı, yer gizlədi. 
Fani dünya kimə qaldı? 
Gəlimli, gedimli dünya, 
Son ucu ölümlü dünya! 
Əcəl gəldiyində arı imandan ayırmasın! 
Qadir Tanrı səni namərdə möhtac etməsin! 
Allah verən ümidin üzülməsin!  
Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul olsun!  
“Amin” deyənlər didar görsün! 
Yığışdursun, duruşdursun günahınızı.  
Adı görklü Məhəmməd Mustafaya bağışlasın,  
 xanım, hey! “ (2, 93). 
Eposundakı boyların sonunda peyğəmbərin adı çəkilir və ona dualar oxu-
nur. Ərənlərin şəninə alqışlar söylənilir.  
Eposda  diqqəti  cəlb  edən  məqamlardan  biri  də  “Duxa  qoca  oğlu  Dəli 
Domdul”  boyundakı  əfsanədir.  Bu  boyda  səmavi  dinlərin  ehkamlardan  irəli 
gələn  mifik  motivlər  var:  “Dəli  Domrul  aydır:  “Mərə  yigidinizi  kim  öldürdü?” 
Aytdılar:  “Vallah,  bəg  yigit,  Allah  təaladan  buyruq  oldu.  Al  qanatlı  Əzrayıl  ol 
yigidin canın aldı”. Dəli Domdrul aydır: “Mərə, Əzrayıl dedügün nə kişidir kim, 
adamın  canun  alur?  Ya  qadir  Allah,  birligin-varlığın  haqqıçün,  Əzraili  mənim 
gözümə  göstərgil,  savaşayım,  çəkişəyim,  dürişəyim  –  yaxşı  yigidin  canın 
qurtarayım.  Bir  dəxi  yaxşı  yigidin  canın  almıya”  –  dedi.  Qayıtdı-döndü  Dəli 
Domrul, evinə gəldi. Həqq təalaya Domrulun sözü xoş gəlmədi: “Bax, bax, mərə 
dəli  qavat.  Mənim  birligim  bilməz,  yarligümə  şükr  qılmaz.  Mənim  ulu  dərga-
hımda gəzə, mənlik eyləyə?” – dedi. Əzrayıla buyruq elədi kim, ya Əzrayıl, var 
ol dəxi, dəli qavatın gözünə görüngil, bənzini  sarartğıl! – dedi; canını  xırtlatfıl, 
alğıl! – dedi” (2, 79). 
Beləliklə, Dəli Domrul 40 igidlə yeyib-içib oturarkən Əzrayıl gəlir və Dəli 
Dorul vahiməyə düşür. Eposda onların dialoqu verilir. Biz artıq dini düşüncədən 
irəli gələn mifik obrazın bədii təcəssümünü görürük. Əzrayıl Dəli Domrula onun 
ünvanına dediyi sözləri xatırladır. Deyir ki, səni gen yerdə axtarırdım, dar yerdə 
əlimə  düşdün.  Dəli  Domdul  qılınc  çəkib  onu öldürmək  istəyir.  bu  vaxt  Əzrayıl 
göyərçin olub pəncərədən uçub qaçır.  
Dəli  Domrul  igidlər  qarşısında  öyünərək  deyir  ki,  Əzrayıl  məndən  qorxub 
quş olub uçdu. Sonra Dəli Domrul evinə gəlir və Əzrayıl onun atını ürküdərək ye-
rə salıb sinəsinə qonur. Dəli Domrul Əzrayıla yalvararaq ondan əhv diləyir. Əzra-
yıl isə deyir: “Ya pəs can verən, can alan Allah təaladır” (2, 80-81) Bunu biləndən 
sonra Dəli Domrul Qurani-Kərimdə də öz əksini tapan belə bir duanı edir:  
“Yucalardan yucasan, 
Kimsə bilməz necəsən. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə