Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə9/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     20 
 
 
isə hərb  hamisi elan edir. Bundan sora dünyanı  fəth etməyə  başlayır. Bütün  bu 
fəaliyyətində  o,  özünü  bir  mədəni  qəhrəman,  alp  igid,  ilk  əcdad  kimi  göstərir. 
Əslində, bu fəaliyyətlər sıx şəkildə bir-biri ilə bağlıdır. Onları bir-birindən ayır-
maq olmaz. Oğuzun özvladlarından onun xalqının yaranması ilk əcdad funksiya-
sına, onun  xalqlara ad verməsi, adət-ənənələri  müəyyənləşdirməsi  və s.  mədəni 
qəhrəman  funksiyasına  aiddir.  Eləcə  də  Oğuz  kağanın  öz  ölümünə  yaxın  Oğuz 
elini  öz  övladları  arasında  bölməsi,  böyük  arvaddan  olan  övladlarını  Bozoq, 
kiçik arvaddan olanları Ucoq adlandırması onun ilk əcdad kimi yaradıcılıq misi-
yasını nümayiş etdirir. Oğuznamələrdə Oğuz dünyasının yaranması geniş və ət-
raflı şəkildə təsvir olunmuşdur. Oğuzun sağlığında iki qola ayrılan oğuzlar, onun 
ölümündən sonra məhz Oğuzun qoyduğu qayda əsasında 24 boydan ibarət vahid 
sistem kimi təşkil olunurlar. 
Ramazan Qafarlı 1 Oğuzdan, 6 oğulun, onlardan da 2 qolun və 24 tayfanın 
törəməsini təsvir edərək yazır: “Qədim oğuz-türk mifologiyasında dünyanın say 
sistemi ilə yaranan dolğun, mükəmməl və tam modelinə rast gəlirik:  
– Vahid başqa biri (Oğuzu) dünyaya gətirir, ondan iki üçlük (toplusu altı 
edir) doğulur.  
–  Birinci  üçlük  barədə  mətndə  deyilir  ki,  göydən  şüa  düşür.  Oğuz  görür 
ki, Günəşdən işıqlı, Aydan parlaq işığın arasında gözəl bir qız oturmuşdur.  
– Başı qızıl qütb ulduzlu bu qızdan onun üç oğlu olur: Gün, Ay və Ulduz.  
Üç qardaşın nəsli sonralar Bozoxlar – pozuxlar adı ilə tanınır.  
–  İkinci  üçlüklə  bağlı  mifdə  göstərilir  ki,  Oğuz  göl  ortasında  bir  ağac  görür. 
Ağacın oyuğunda gözəl bir qız oturmuşdu.  
–  Gözləri  göydən  də  göy,  saçları  dalğa  kimi,  dişləri  inci  tək olan  bu  qızdan  da 
Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ, Dəniz.  
– Bu üç qardaşdan törəyən nəsillər isə Üçoxlar adını daşıyır.  
– Azərbaycan türklərinin söy kökündə həm Bozox, həm də Üçox tayfaları iştirak 
edir.  
– Altılardan isə altı dördlük meydana gəlir:  
– BOZOXLAR (pozuxlar):  
–  birinci  dördlük  Gün  xanın  övladlarıdır:  Kayı,  Bayat,  Alkaravlı  (Alka-evli), 
Qara Avul (Qara-evli);  
–  ikinci  dördlük  Ay  xanın  övladlarıdır:  Yazır,  Dogər,  Dodurğa  (Durdurqa), 
Yaparlı (Cayurlu);  
–  üçüncü  dördlük  Ulduz  xanın  övladlarıdır:  Avşar  (Əfşar),  Kızık,  Bəgdili, 
Karkın (Bayat, Əfşar, Bəgdili sonralar əsasən Azərbaycan türklərinin içərisində 
ərimişdir);  
–  ÜÇOXLAR:  dördüncü  dördlük  Göy  xanın  övladlarıdır:  Bayandur,  Beçenə 
(Peçeneq), Çavuldur, Çəpəni;  
– beşinci dördlük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurtlu, Ürəgür;  


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     21 
 
 
– altıncı dördlük Dəniz xanın övladlarıdır: İqdır, Bəgdüz, Yıva, Kınık. Bu boy-
lardan  Bayandur,  Beçənə,  Çavuldur,  Salur,  Alayurtlu,  Bəgdüz  Azərbaycan 
türklərini formalaşdıran tayfalardandır” (23, 35).  
İşin  elmi  yeniliyi:  Məqalədə  Oğuz  eposunda  qəhrəmanın  ilkin  əcdad 
funksiyasının  araşdırılması  göstərdi  ki,  “Oğuznamə”  adı  altında  məlim  olan 
oğuz eposunda baş qəhrəman Oğuz kağan (xan) mifik qəhrəmana məxsus funk-
siyalarını  qorumuş  və  inkişaf  etdirmişdir.  İlk  insan  Oğuz  kağan  öz  epik  təka-
mülü prosesində mükəmməl epik qəhrəmana çevrilmişdir. Bu zaman mifik Oğu-
zun  ilk  əcdad,  xilaskar,  mədəni  qəhrəman,  demiurq  finksiyaları  obrazın  geniş-
lənməsinin əsas istiqamətləri olmuşdur. 
İşin  nəzəri  və  praktiki  əhəmiyyəti:  Məqalənin  nəzəri  əhəmiyyəti  bu 
işdən “Oğuznamə”lərin, o cümlədən “Kitabi-Dədə Qorqud”un tədqiqində nəzəri 
ədəbiyyat  kimi  istifadə  imkanları,  praktiki  əhəmiyyəti  isə  ali  məktəblərdə 
“Oğuznamə” dastanının tədrisi prosesində praktiki vəsait kimi istifadə imkanları 
ilə müəyyənləşir. 
 
ƏDƏBİYYAT 
 
1. Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı). Rus dilin-
dən  tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi 
İ.M.Osmanlı. Bakı, Azərbaycan Milli Ensiklopediyası N-PB, 2002, 146 s. 
2. Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz və 
şərhlərin müəllifi R.Şükhrova. Bakı, Elm, 1998, 336 s.  
3.  Mənzum  Oğuznamə.  Qədim  turkcədən  çevirən  və  ön  sözün  müəllifi 
İ.M.Osmanlı. Bakı, Ulu, 2005, 84 s. 
4. Oğuznamələr. İşləyib çapa hazırlayanlar: K.V.Nərimanoğlu və F.Uğurlu. Bakı, 
Bakı Universiteti nəşriyyatı, 1993, 94 s. 
5. Rəşidəddin  F.  Oğuznamə.  Fars  dilindən  tərcümə,  ön  söz  və  şərhlərin  müəllifi 
R.M.Şükürovanındır. Bakı, Azərbaycan Dövlət N-PB, 1992, 72 s. 
6.  Rəşidəddin.  Oğuznamə.  Anadolu  türkcəsindən  Azərbaycan  dilinə  çevirən,  ön 
söz  və  göstəricilərin  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi  İ.M.Osmanlı.  Bakı,  Azər-
baycan Milli Ensiklopediyası N-PB, 2003, 108 s. 
7.  Toğan  Z.V.  Oğuz  destanı.  Reşideddin  Oğuznamesi,  tercüme  ve  tehlili. 
İstanbul, 1972 
8. Abulqazı. Şejerei terakime. Aşqabat, 1992, 74 s. 
9. Bekmıradov A. Andalıp xem Oquznamaçılık dəbi. Aşqabat, Ilım, 1987 
10.  Əndəlib.  Oğuznamə.  Azərbaycan  türkcəsinə  çevirən,  nəşrə  hazırlayan  və  ön 
sözün müəllifi İ.Osmanlı. Bakı, Ulu, 2010, 76 s. 
11. Həsən Mahmud oğlu Bayati. Cami-Cəm ayin. Azərbaycan türkcəsinə uyğun-
laşdıran,  nəşrə  hazırlayan,  ön  sözün  və  göstəricilərin  müəllifi  İ.Osmanlı.  Bakı,  Mütər-
cim, 2011, 68 s. 
12. Salar Baba. Oquz ve övlad ve etba ve bakı-ye etrak tarıxı. Aşqabat: Türkme-
nistan, 1992, 95-119  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə