Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə12/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   8   9   10   11   12   13   14   15   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     27 
 
 
Görklü Tanrı, 
Neçə cahillər səni 
Gögdə arar,  
 yerdə istər. 
Sən xud möminlər kölündənsən 
Daim duran cəbbar Tanrı. 
Baqi qalan səttar tanrı, 
Mənim cuanumi alır olsan, Sən alğıl! 
Əzrailə almağa qoymagil! – dedi.  
Allah talaya Dəli Domrulun burada sözü xoş gəldi.  “Əzrayıla  nida eylədi 
kim,  çün  dəli  qavat  mənim  birligim  bildi,  birligimə  şükr  qıldı,  ya  Əzrail,  Dəli 
Domrul can yerinə can bulsun. Onun canı azad olsun! – dedi” (2, 81). 
Eposun sonrakı epizodlar maraqlı süjet xətti üzrə qurulmuşdur. Dəli Dom-
rul  yaşlı atasına və anasına  müraciət edib, onun  yerinə canlarından keçmələrini 
diləyir. ancaq valideynləri  buna razı olmur. Belə olanda Əzrayıl  yenidən peyda 
olur və Dəli Domruldan canın tələb edir. Dəli Domrul deyir: “Yad qızı həlalım 
var,  indan  mənim  iki  oğlancığım  var,  əmanətim  var,  ismarlaram  onları,  ondan 
sonra mənim canımı alsan” (2, 82).  
Dəli  Domrul  halalının  yanına  gəlib  əhvalatı  ona  anladır.  Halalı  isə  ona 
belə deyir: 
“... Səndən sonra mən neylərəm? 
Yaylar olsam, mənim gorum olsun! 
Soyuq-soyuq suların içər olsam, 
Mənim qanım olsun! 
.... Yer tanıq olsun, göy tanıq olsun, 
Qadir Tanrı tanıq olsun,  
Mənim canım sənin canına qurban olsun!” (2, 93). 
Bu  ifadələrdə  islami  inanclardan  irəli  gələn  ifadələrlə  yanaşı,  həm  də  İsa 
peyğəmbərin kəlamlarına aid olan bir ifadə işlənir; soyuq suların “mənim qanım 
olsun”  deyilməsi,  İsa  peyğəmbərin  “çörəkdən  yeyin,  mənim  bədənim  olsun, 
şərabdan  için,  mənim  qanım  olsun”  kəlamlarından  irəli  gəlir.  Qadir  Allahı 
“tanıq” (şahid) tutmaq isə islami inanclarla bağlıdır.  
Ərinin  yerinə  öz  canını  təklif  edəndə  Əzrayıl  nazil  olub  vəzifəsini  icra 
etmək  istəyir.  Bu  vaxt  Dəli  Domrul  Allaha  yalvarır.  Biz  bu  yalvarışda  yenə  də 
Qurani-Kərim  ayələrindən  olan  tərcümənin  şahidi  oluruq:  “Ucaların  ucasan, 
kimsə  bilməz  necəsən!  Görklü  Tanrı,  çox  cahillər  Səni  göydə  arar,  yerdə  istər. 
Sən xud möminlərin könlündəsən. Daim duran cabbar Tanrı... Kərəmi çox qadir 
Tanrı!” (2, 83). 
Allaha  Dəli  Domrulun  bu  yalvarışı  xoş  gəlir  və  Əzrayıla  əmr  edib  onun 
valideynlərinin  canlarını  aldırır  və  Dəli  Domrula  həyat  yoldaşı  ilə  birlikdə  yüz 
qırx  il  əlavə  ömür  verir.  Dədə  Qorqud  gəlib  “Bu  boy  Dəli  Domrulun  olsun. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     28 
 
 
məndən sonra alb ozanlar söyləsin! Alnı açıq comərd ərənlər dinləsin!” (2, 83) – 
deyir.  Sonra  yenə  də  adəti  üzrə  islam  dinin  etiketlərinə  uyğun  olaraq  Dədə 
Qorqud vaxtilə peyğəmbər kəlamları olan dualar edir: 
“Qadir Tanrı səni namərdə möhtac etməsin! 
Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun! 
Yığışdırsın, duruşdursun!  
Günahımızı adı görklü Məhəmmədə bağışlasın! 
Xanım, hey!!! “ (2, 84) 
Bu  sözlərlə  boy  başa  çatır.  Diqqətlə  boyun  məzmununa  nəzər  salanda 
görürük  ki,  oradakı  motivlərin  çoxu  antik  dünya  ədəbiyyatındakı  əfsanələrdə, 
əsatirlərdə belə var. “Odisseya”, “İlliada” kimi antik Yunan ədəbiyyatı nümunə-
lərindəki  bəzi  mifik  düşüncələr  bu  boyda  da  müşahidə  olunur.  Allahı,  Əzrayılı 
mifik  obraz  kimi  ədəbiyyata  gətirib  onların  bədii  təcəssümünü  vermək  dünya 
haqqında fantastik düşüncənin bədii təcəssümüdür.  
Məlum məsədir ki, islami düşüncə bizim məişətimizə VII əsrdən etibarən 
daxil olmuşdur. İslam fəlsəfəsinin bir çox müddəaları həm də Azərbaycan ədəbi 
düşüncəsini  formalaşdırmışdır. Qeyd etdiyimiz kimi, qədim dini  inanclarda can 
almaq missiyası olmadığından və insanın əməllərinə görə hansı şəkildə yenidən 
dünyaya gəlməsi əsas konsepsiya kimi götürüldüyündən, həmin dövr ədəbi mən-
bələrində  Əzrayıl  obrazı  ola  bilməzdi.  Ona  görə  də,  ədəbi  düşüncə  öz  idealını 
başqa  istiqamətdə  axtarırdı  və  onun  bədii  təcəssümünü  verirdi.  Sudaşan  ikinci 
həyatında  ona  görə  kahin  olmuşdur  ki,  birinci  həyatında  son  dərəcə  xeyirxah 
olmuşdur.  İslami  inanclarda  isə  qəhrəmanın  xeyirxahlığı  ikinci  dəfə  dünyaya 
hansı sifətdə gəlməsinə xidmət etmir: 
Ulu yollar üzərinə, 
İmarətlər yapayım, Sənin üçün! 
Ac görsəm doyuralım, Sənin üçün!  
Yalıncıq görsəm, tonadayım Sənin üçün! 
... Kərəmi çox qadir Tanrı! (2, 83) 
Onun duaları bu dünyadan əməli saleh getmək və dönüşü olmayan gələcək 
dünyanın cənnət-məkanında yaşamaqdır. Axirət üçün yaşamaq və əbədi dünyanı 
rövnəqləndirmək,  islami  ehkamların  əsas  müddəalarındandır.  Klassik  Azərbay-
can ədəbiyyatındakı peyğəmbərlik  missiyası da  bu ideya üstündə köklənmişdir. 
Peyğəmbər  kəlamları  axirəti  rövnəqləndirməyin  yoludur  –  haqq  yoludur.  İşıqlı 
dünyanın  əbədi  sakini  olmaq  xülyası  çoxlarının  xoşuna  gəlir  və  bu  şirin  xə-
yalların ağuşunda yaşamaq insanlara zövq verir, onlarda həyat hadisələrinə qarşı 
maraq oyadıb, qurmağa-yaratmağa stimul  verir. Dini ehkamlar  içərisində rasio-
nallığına  görə  ən  optimal  ideya  budur.  Klassiklərimiz  də  bunu  həqiqət  sayıb, 
islami ehkamları əsasında həyat fəlsəfəsini yaratmışlar.  
“Kitabi-Dədə  Qorqud”  eposunda  Allah  kəlamları,  demək  olar  ki,  hər  an 
qəhrəmanların dilində olur: “Qap qayalar başında yuva tutan, qadir, ulu Tanrıya 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə