Dədə Qorqud ● 2015/I I 11
lərdir. “Dədə Qorqud” eposunun ədəbi dəyəri ondadır ki, oğuz dünyasını, onun
yaranışından sonuna qədərki taleyini bədii sözün qüdrətilə dinləyiciyə çatdırma-
ğa nail olur.
İşin elmi nəticəsi: “Dədə Qorqud” eposu özünə qədərki oğuz dastan ən-
ənəsi əsasında yaransa da, başlıca məqsədi nəsillərarası qarşılıqlı anlaşma üzə-
rində qurulmuş oğuz etnosunun özünüdərkinə nail olmaqdır.
Elmi yeniliyi: eposun müqəddiməsi oğuz etnosunun yeni düşüncə mode-
linin əsas prinsiplərini ifadə edirsə, ilk boy oğuzun bir etnos olaraq törənişinin,
digər 10 boy yüksəlişinin, soununcu boy isə süqutunun bədii şərhidir.
ƏDƏBİYYAT
1.
Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanş. Bakı, Sabah, 1993.
2.
Biçurin N.Ə. Sobranie svedeniy narodax, obitavhix v Sredney Azii v
drevnie vremena. M.-L., t.1, 1950.
3.
Əbülqazi Bahadır xan. Şəcərəyi-Tərakimə (türkmənlərin soy kitabı). Bakı,
2002.
4. Əsgər Ə. Oğuznamə yaradıcılığı. Bakı, Elm və təhsil, 2013.
5. Hacıyev A. ”Dədə Qorqud kitabı”nın şərhli oxunuşu. I kitab (Müqəddimə
üzrə). Bakı, Elm və təhsil, 2014.
6. Rəşidəddin F. Oğuznamə. Bakı, Azərnəşr, 1992.
7. Rzasoy S. Oğuz mifologiyası. Bakı, Nurlan, 2009.
8.
Ögel B. Türk mitolojisi (kaynakları ve açıklamaları ile destanlar). I c, An-
kara, Türk Tarih Kurumu Basıevi, 1993.
9.
Oğuz Y. Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqi-
qatlarında. Bakı, “Apostrof” Çap Evi, 2012.
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Paşa Əfəndiyev
Dədə Qorqud ● 2015/I I 12
Aynur FƏRƏCOVA
AMEA Folklor İnstitutunun dissertantı
e-mail: karimovaaynur@gmail.com
OĞUZ EPOSUNDA QƏHRƏMAN CƏMİYYƏTİN
İLK ƏCDADI KİMİ
Xülasə
Hər bir epos milli qəhrəman tipini təqdim edir. Həmin qəhrəman onu yaradan xalqın
qəhrəmanlıq ruhunu əks etdirir və xalqın milli özünüifadə simvoluna, milli kimlik rəmzinə
çevrilir. Dünya eposunun qəhrəmanları öz milli cizgilərinə görə fərqlənsə də, onların hamısını
vahid tipoloji cizgilər birləşdirir. Belə ki, bütün xalqların dastan qəhrəmanları ilk əcdad,
qoruyucu-xilaskar və mədəni qəhrəman funksiyalarını özündə cəmləşdirir. Məqalədə tarixə
“Oğuznamə” adı altında məlum olan dastanlarında baş qəhrəman Oğuz obrazının ilk əcdad, ilk
ata finksiyası araşdırılmış və qəhrəmanın Oğuz dünyasının yaranmasındakı rolu epik-mifoloji
cəhətləri baxımından tədqiq olunmuşdur. Məqalədə Oğuz eposunda qəhrəmanınm ilkin əcdad
funksiyasının araşdırılması göstərdi ki, “Oğuznamə” adə altında məlim olan oğuz eposunda baş
qəhrəman Oğuz kağan (xan) mifik qəhrəmanan məxsus funksiyalarını qorumuş və inkişaf
etdirmişdir. İlk insan Oğuz kağan öz epik təkamülü prosesində mükəmməl epik qəhrəmana çev-
rilmişdir. Bu zaman mifik Oğuzun ilk əcdad, xilaskar, mədəni qəhrəman, demiurq finksiyaları
obrazın genişlənməsinin əsas istiqamətləri olmuşdur.
Açar sözlər: Oğuz eposu, “Oğuznamə”, Oğuz kağan, ilk əcdad, mədəni qəhrəman,
demiurq.
CHARACTER IN EPOS OGUZ AS THE FIRST ANCESTOR OF THE SOCIETY
Summary
Each epos is presenting type of national character. Such character reflects heroic spirit of
the nation where it was created and turns into national self-expression symbol and national
identity symbol of the nation. Characters of the world epos are united by unique typological
features, however they differ with their national features. Thus first ancestor, defender-saviour
and cultural character functions are united in epos characters of all nations. In this article we
studied about function of first character Oguz known in the history as “Oguznama” being first
ancestor, first father in epos and its role in creation of Oguz world from epic- mythological point
of view. As clear from investigation of function of character being first ancestor in Oguz epos in
this article, first character Oguz-kagan (khan) in Oguz epos known under the name “Oguznama”
kept functions belonged to mythic character and developed. First man Oguz kagan turned into
perfect epic character in its epic evolution process. This time functions of Oguz being first
ancestor, saviour, cultural character, demiurg were main direction for character increasing.
Key words: Oguz epos, “Oguznama”, Oguz kagan, first ancestor, cultural character,
demiurg
ГЕРОЙ В ЭПОСЕ ОГУЗ КАК ПЕРВЫЙ ПРЕДОК ОБЩЕСТВА
Резюме
Каждый эпос представляет тип национального героя. Настоящий герой отражает
дух героизма народа, создавшего его, и превращается в символ национального само-
выражения, символ национальной принадлежности народа. Несмотря на то, что герои
мирового эпоса отличаются по своим национальным качествам, всех их объединяют
Dostları ilə paylaş: |