Dədə Qorqud ● 2015/I I 139
İşin еlmi nəticəsi: Mədəniyyətimizdə əkizlər mif modelinin hər tərəfli öy-
rənilməsinə xüsusi ehtiyac vardır. Çünki əkizlər mif modeli ikiliklərin bir-biri ilə
müxtəlif münasibətdə olması kimi primitiv anlayış deyil. Bu, ikilik kontekstində
insanın daxili-psixoloji mühiti, bu mühitin sabit modeli və simvolları, həmçinin
insanın özünüifadə üsülu obrazlaşır.
İşin tətbiqi əhəmiyyəti: Məqalədən folklorla bağlı araşdırmalarda, ali
məktəblərin filoogiya fakültələrində, həmçinin mifologiya bölməsi üzrə tədris
aparılarkən istifadə oluna bilər.
ƏDƏBİYYAT
1. Azərbaycan ədəbiyyatı inciləri (nağıllar). Bakı, Yazıçı 1985
2. Azərbaycan xalq nağılları. Bakı, Gənclik, 1988, 464 səh.
3. Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbay-
can mifoloji mətnləri əsasında). Fil.elm.dok. dis., Bakı, 2006. 280 s.
4. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı, “Elm”, 228 s.
5. Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, «Çıraq», 2003, 640 s.
6. Şükürov A. Mifologiya. I kitab. Bakı, “Elm”, 1995, 188 s.
7. Байбурин А.К. Мифология / Свод этнографических понятий и терминов,
вып. 4. Москва, Наука, с. 80-83
8. Иванов В.В. Близнечные мифы. Мифа народов мира. Энциклопедия
Москва, Советская энциклопедия.1991, стр.174-176
9. Мелетинский Е.М. Общее понятие мифа и мифологии / Мифологический
словарь. Гл. ред. Е.М.Мелетинский. Москва, Советская энциклопедия, 1990, с.
634-640
10. Путилов Б.Н. Героический эпос и действительность. Ленинград: Наука,
1988, 225 с.
Çapa tövsiyə edən: fil.ü.f.d. Əfzələddin Əsgər
Dədə Qorqud ● 2015/I I 140
Günay ORUCZADƏ
AMEA Folklor İnstitutunun əməkdaşı,
Azərbaycan Müəllimlər İnstitutunun magistri
e-mail: gunayoruczade@rambler.ru
XIX-XX ƏSRLƏR AZƏRBAYCAN POEZİYASINDA FOLKLORİZMİN
TƏZAHÜR FORMALARI
Xülasə
Məqalədə XIX-XX əsrlər Azərbaycan poeziyasında folklorizmin təzahür formaları araş-
dırılır. Müxtəlif ədəbi cərəyanlara mənsub romantik və realist şairlərin folklordan istifadə forma-
ları, onların folklora bir-birindən fərqli yanaşdıqları məlumdur.
Poeziyada folklorizmin təzahür formalarının tarixi daha əvvəllərə gedib çıxsa da, bu pro-
ses XIX-XX əsrlərdə daha geniş vüsət alır. Məqalədə bu dövrdə yazıb-yaradan şairlərin yaradı-
cılığında özünü göstərən folklorizmlərdən, folklor süjetlərindən nümunələr verilir.
Açar sözlər: XIX əsr, XX əsr, folklor, yazılı ədəbiyyat, folklorizm, folklor süjetləri.
THE APPEARANCE FORMS OF FOLKLORIZMS IN AZERBAIJAN POETRY
DURING THE 19
TH
-20
TH
CENTURIES
Summary
In the article the appearance forms of folklorizms in Azerbaijan poetry during the 19
th
-
20
th
centuries are investigated. The usage forms from folklore belonging to the literary
movements such as romantic and realist poets, their attitudes to the folklore differently is known.
Though the history of appearance forms of folklorizms in the poetry goes to the past this
process was formed mostly during the 19
th
-20
th
centuries. In the article it is said about the
examples from the folklorizms, folklore plots showing themselves in the activity of poets living
in those periods.
Key words: the 19
th
century, the 20
th
century, folklore, the written literature, folklorizm,
folklore plots.
ФОРМЫ ПРОЯВЛЕНИЯ ФОЛЬКЛОРИЗМА В АЗЕРБАЙДЖАНСКОЙ
ПОЭЗИИ XIX-XX ВВ.
Резюме
В настоящей статье рассматриваются формы проявления фольклоризма в азербай-
джанской поэзии XIX-XX вв. Всем известно, как принадлежащие к разным литературным
течениям поэты-романтики и поэты-реалисты используют формы фольклора, и как раз-
лично они относятся к фольклору.
Несмотря на то, что история форм проявлений фольклоризма в поэзии древняя,
этот процесс приобрел более широкий размах в XIX-XX вв. В статье даются образцы
фольклорных сюжетов и фольклоризмов, имеющиеся в творчестве поэтов данной эпохи.
Ключевые слова: XIX век, XX век, фольклор, письменная литература, фолькло-
ризм, фольклорные сюжеты.
Dədə Qorqud ● 2015/I I 141
Məsələnin qoyuluşu. XIX-XX əsrlər Azərbaycan poeziyasında folkloriz-
min təzahür formalarını və bu əsrlərdə yaşayıb-yaradan şairlərin yaradıcılığında
mövcud olan folklorizm nümunələrini araşdırmaq.
İşin məqsədi. Məqalədə XIX-XX əsrlərdə poeziyada, əsasən, iki cərəyana
– romantik və realist cərəyana mənsub olan şairlərin əsərlərində özünü göstərən
folklorizmləri, folklor süjetlərini şərh etmək.
XIX-XX əsrlər Azərbaycan poeziyasında, əsasən, iki cərəyana – romantik
və realist cərəyana mənsub olan şairlər yazıb-yaratmışlar.Cəmiyyətdə insan mə-
nəviyyatını, şəxsi azadlığı hər şeydən üstün tutan romantiklər daha çox şəxsiy-
yətin hissləri, həyəcanları haqqında düşünmüşlər. Folklorun tarixi, milli, xəlqi
səciyyəsi romantikləri daha çox cəlb etmişdir. Xalq ədəbiyyatının bu estetik ma-
hiyyəti onların bədii yaradıcılığında müxtəlif planlarda işlənmişdir.
Bu əsrlərdə mövcud olan siyasi, tarixi hadisələri, real həyat gerçəkliklərini
təsvir edən, göstərən ədəbi prosesin yaradıcılıq metodu realizm adlanırdı. Rea-
lizm sosial həyatın, adi məişət hadisələrinin eybəcərliyinə qarşı çıxanda xalqın
sınanılmış bədii yaradıcılığına söykənirdi. Bunun nəticəsində isə ədəbiyyatın
xalqa yaxınlaşması sürətlənirdi. Bu da çox təbii idi; çünki el yaradıcılığında xal-
qın taleyi, istəyi, sevinci, nisgili aydın, sadə və bütün cəhətləri ilə əks olunurdu.
Realizm el ədəbiyyatının daha çox tənqid, ifşa, satira, yumor, xalq gülüşü ənənə-
ləri ilə bağlı olmuş, daha çox bu zəmin üzərində ucalmışdır. Bunun səbəbini isə
ХХ əsr ədəbiyyatında və mədəniyyətində folklor ənənələrinin güclü təsirində
axtarmaq lazımdır. Realizimlə xalq ədəbiyyatının bu “qohumluğu”, “bir kök-
dən” olması böyük demokrat yazıçıların əsərlərinin folklorla daha çox bağlılı-
ğını şərtləndirən ən əsas amillərdəndir.
Müxtəlif ədəbi cərəyanlara mənsub romantik və realist şairlərin folklordan
istifadə formaları, onların folklora bir-birindən fərqli yanaşdıqları məlumdur.
Xalq ədəbiyyatından bəһrələnmək şairlərimizin yaradıcılırını əlvanlaşdırır, daһa
da rövnəqləndirir. Xalq ədəbiyyatından-folklordan istifadə təsadüfi, ötəri bir һal
deyildir. Bu, möһkəm ənənəyə malik, qanunauyğun bir yaradıcılıq prosesidir.
Bu proses lap qədimdən başlanmış və indi də davam etməkdədir. Hətta bəzi əsr-
lərdə folklor yazılı ədəbiyyatı üstələmişdir. XIX-XX əsrlərdə isə folklor yenidən
əvvəlki roluna – köməkçi vəzifəsinə qayıdır.
XIX-XX əsrlərdə yaşayıb yaratmış ən müqtədir şairlərimizin – Q.Zakirin
(1), M.Ş.Vazeһin (2), S.Ə.Şirvaninin (3), M.Ə.Sabirin (4), Ə.Nəzminin (5),
M.Ə.Möcüzün (6) və başqalarının folklorla əlaqəsi daim sıx və davamlı olmuşdur.
Onların Azərbaycan poeziyasında rolu, yeri və əһəmiyyəti çox böyük ol-
maqla yanaşı, һəm də onların əsərlərinin sənətkarlıq xüsusiyyətləri geniş təһlil
olunduqda onların mayasında folklor elementlərinin daha çox olduğunu görürük.
Bu xüsusiyyətlər mövzu seçməkdən başlamış kompozisiya qurmağa, bədii təsvir
vasitələri işlətməyə, obrazlara müxtəlif tərəfdən baxmağa, xalq yaradıcılığından
Dostları ilə paylaş: |