Dədə Qorqud ● 2015/I I 98
Godecuğum bəxşiş verürsə,
Rahmət göydən yağacaq
Ver, Allahım, ver (12 ,83).
Qumuqlarda yağışı və günəşi çağırma mərasimi Zəmirə adlanır. Bu mə-
rasim yalnız qızların iştirakı ilə həyata keçirilirdi. Mərkəzi Qumuq rayonlarında
isə mərasimi uşaqlar oynayırdılar. İştirakçılardan biri əyninə kicitkanın gövdə-
sini tikirdi. Həmin oğlan əlində təndirə çörək yapırmış kimi kürəyə bənzəyən
Zəmirə sayılan bəzədilmiş bir lövhə tuturdu. Xüsusi Zəmirə mahnılarını
oxuyaraq ev-ev gəzirdi. Uşaqlar əldə etdikləri undan kömbə bişirtdirirdilər.
Qadınlar Zəmirəni təşkil edərkən kişilər də çaya gedib “daş oxumaq” məra-
simini yerinə yetirirdilər. Zəmirə zamanı oxunan mərasim nəğməsi belədir:
Ya zəmirə, zəmirə, halay,
Zəmirəyə nə gərək, halay.
Batman-batman su gərək halay,
Dağarcığa nə gərək halay?
Ayağına tikanlar, halay” (3,353).
Kişilərin çaya gedib “daş oxumaq” mərasimi keçirməsi “Yada” mərasimi-
dir. Burada yada daşına çayda oxunan ovsunlar nəzərdə tutulur. Eynən “Qodu-
qodu” mərasimində Qodu daşına ovsun oxunub oda atıldığı kimi “Zəmirə” mə-
rasimində də daşa ovsun oxunub çaya atılır. Oda atanda yağış kəsir, çaya atanda
isə yağış yağır.
“Yada” mərasimi “Kudu” Şaman Tanrısına aid adla birlikdə günümüzə
qədər gəlib çıxıb, uşaqlara məxsus pak və təmiz dünyada saxlanıb. Onu da de-
yək ki, “Bilqamıs” dastanında Bilqamısın Günəş tanrısı Utuya gildən heykəl dü-
zəltməsi, sonra taxtadan böyük bir masa çıxarıb üzərinə əqiqdən qayrılmış qabı
balla, lacivərddən düzəldilmiş qabı isə yağla doldurub, masanı bəzəyərək Utu
üçün aparması (4,66 ) “Qodu-qodu” mərasimindəki Günəşi təmsil edən Çömçə
gəlinin düzəldilməsi
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa.
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa” (1, 47).
və ona da yağ, bal ziyafəti verilməsi ilə zahirən eynilik təşkil etsə belə daşa oxu-
nan ovsun mərasimin mahiyyətini açır:
“Qodu daşı,
Odu daşı,
Qodu kəssin yağışı” (1, 12).
Dədə Qorqud ● 2015/I I 99
Bir sual meydana çıxır: bu ovsunda adı keçən “Qodu daşı” Bilqamısın
ziyafət süfrəsində varmı? Doğrudur, hər dörd mətndə Günəş ilahəsini təmsil
edən büt düzəldilir və ona yağ-bal bəxşiş verilir. Eyni mərasim yakutlarda da
“Kis-Tangara” nın bəzədilməsi, ona qurbanlar deyilib, yanına içki və yeməklər
qoyulması ilə müşayiət edilir. Lakin məsələnin əsas mahiyyəti türk şamanlığında
Günəş ilahəsini təmsil edən Qodu, Zəmirə, Çömçələ gəlin, “Kis-Tangara”,“ka-
balak yarpağı” və türk şamanlığı ilə heç bir əlaqəsi olmayan “Bilqamış” dasta-
nındakı Utunun gölgəsində itir.
Qədim Misir, Yunanıstan, Skandinav mifologiyasında Günəş Tanrısı olub
və ona dünyanı işıqlandırıb, onları fəlakətlərdən qorumaq üçün tapınıblar. Günəş
və Ay kultu Asiya türkləri arasında geniş yayılıb. Cənub türklərində Günəş
“Tanrı oğlu” kimi vəsf edilib. Altay türkləri “Gün ana”, “Günəş ana” müraciəti
ilə Günəşə and içmişlər. IX əsr türk-uyğur şeiri “Tan Tanrı” da:
“Körüqme Kün Tenqri,
Siz bizni kurtqarınq!
Körüqme Ay Tenqri,
Siz bizni kurtqarınq!”
(Görən Günəş /Ay Tanrı, Siz bizi qoruyun!) bu, öz əksini tapmışdır.
Qodu, Zəmirə, Çömçələ gəlin, “Kis-Tangara”, “kabalak yarpağı” yəni Gü-
nəş ilahəsini təmsil edən bütün (heykəlin) adı ilə adlanan bir mərasim əslində,
şaman mərasimi olaraq, bütövlükdə “yada” daşına bağlıdır və bu, günümüzə qə-
dər qorunub saxlanıb. Qumuqlarda “Zəmirə” mərasimində “daş oxumaq” üçün
kişilərin çay kənarına getməsi, “Qodu-qodu” mərasimində Qodu daşına oxunan
ovsunlar bütövlükdə ümumtürk folklorundakı mərasimin türk şaman düşün-
cəsinin məhsulu olduğunu göstərir. Müasir dövrdə “Qodu daşı” kimi adlanan bu
daş əslində “Yada” (Yava, ç/cada, çayın, sata) daşıdır və onunla eyni funksi-
yanı yerinə yetirir. Sadəcə, daş mərasimin adı ilə adlanır ki, bu da heç təsadüfi
deyil. Çünki bu daş mərasim zamanı istifadə olunur. Mərasimlər arasındakı za-
hiri bənzəyişlərdənsə mahiyyət eyniliklərinə, bütöv bir mərasimin “yada” daşı-
nın üzərində durduğuna diqqət yetirsək mərasimin türk şaman mərasimi oldu-
ğunu daha yaxşı anlayarıq. Müəlliflərin əksəriyyəti bu zahiri bənzəyişə uyaraq
hətta “Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara
qədər “Qodu” şəklində yaşamışdır” – deyir (10, 111). Artıq deyildiyi kimi, Qo-
du “Bilqamış” dastanındakı Utunun adı deyil!
Qədim türklərdə “Yada” şaman daşı necə olub və “yada” şaman məra-
simi necə keçirilib?
İnaclara görə, yağışı yağdıran “Yada”(Yava daşı ,ç/cada, çayın) daşı me-
şədə saxlanılır, yağmur yağdırması üçün odda qızardılır və sonra onu bir ağacın
ucuna bağlayaraq, dua və alqış oxuyaraq havada fırladırdılar (5,133).
Göydən yağmur yağdıran daş haqqında inanc Şimali Monqolustanda da
yayılıb. Dürbütlər bu daşa “çada”, tuvalılar və altaylar “cada” adı veriblər. Bəzi-
Dostları ilə paylaş: |