Dədə Qorqud ● 2015/I I 115
Qeyd edək ki, Kunoş məktublarının sonuna “Kadir Efendi” imzasını atırmış.
Özünün dediyinə görə, ona Türkiyədə türkləşmiş macar deyirdilər və ona görə
də belə adlandırırdılar.
Kunoş İstanbulda yaşadığı illərdə hər gün məscidə getmiş, mədrəsə dərs-
lərində iştirak etmişdir. Eyni zamanda özbəklər təkkəsinə sıx-sıx gedərək orada
çağatayca öyrənmişdir. Mədrəsələri, təkkələri ziyarət edə-edə bir tərəfdən də
folklor mətnlərini toplamağı unutmayan alim 1886-cı ildə “Qaragöz” oyunların-
dan bəhs edən “Üç Qaragöz oyunu” (“Három karagöz játék”) adlı kitabını nəşr
etdirdi. Macar dilində yayımlanan bu əsər İstanbul şivəsinin öyrənilməsi və təd-
qiq olunması üçün əvəzsiz mənbə olduğundan Kunoş oyunu şivə baxımından
təhlil edərək geniş şərhlər vermişdir. Qeyd edək ki, “Qaragöz” təqlidə və qar-
şılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyu-
nudur.
Əslində bu kitabın 1885-ci ildə nəşr olunması nəzərdə tutulmuşdu. Kunoş
kitabın əlyazma variantını dostu Daniel Szilaqiyə oxuyub düzəlişlər etməsi üçün
vermişdi. Lakin Danielin qəfil ölümü bu işi yubandırdı. İstanbulun Timoni küçə-
sində sərraf dükanı olan Daniel Szilaqinin bu gözlənilməz ölümünün ardından
dükanı dövlət rəsmiləri tərəfindən möhürləndi. Elə həmin gecə də dükan qarət
edildi və bir sıra dəyərli kitablar oğurlandı. Oğurlanmış kitablar arasında Kuno-
şun “Üç Qaragöz oyunu” kitabı da var idi. Lakin sonradan məlum oldu ki, döv-
lət rəsmiləri bu “oğurluq” hadisəsini özü təşkil etmişdir ki, o əsərlərin arasında
dövlət əleyhinə nələrinsə olub-olmadığını aşkarlasın.
“Üç Qaragöz oyunu” kitabının oğurlandığı əsnada Kunoş artıq o günə qə-
dər toplamış olduğu 300 türkü, “özəl” adlandırdığı bayatılar formasında 100 tür-
kü (bekçi baba rəvayətləri), 200 tapmaca, 15 dastan və “Koroğlu” dastanından
ibarət mətnləri nəşrə hazırlayırdı. Dostunun qəfil ölümündən kədərlənən Ku-
noşun və onun müəllimi Armin Vamberinin səyləri nəticəsində Daniel Szilaqi-
nin kitablarını Macarıstan Elmlər Akademiyası satın almışdır. Macarıstan Elm-
lər Akademiyası Kitabxanasının Şərq arxivində mühafizə olunan Szilaqi kol-
leksiyası bu günə qədər arxivin türk bölümünün ən böyük və ən dəyərli hissəsini
təşkil edir. Bu arxivin sistemləşdirilməsində və kataloqlaşdırılmasında Kunoşun
xidmətləri əvəzolunmazdır.
1887-ci ildə isə Kunoş topladığı türk xalq ədəbiyyatı nümunələrindən
“Koroğlu” hekayələrini, nağılları, tapmacaları və türküləri kitab şəklində nəşr
etdirdi. “Osmanlı türk xalq ədəbiyyatından nümunələr” (“Oszmán-török népköl-
tési gyüjtemény”) adlanan bu kitabın ikinci cildi 1889-cu ildə işıq üzü gördü.
Yorulmadan Anadolu şivələrini araşdıran Kunoş çoxlu qədim türk mətnləri oxu-
duqdan sonra Anadolu şivəsinin bu gün də danışılan Konya ləhcəsinə bənzədiyi
qənaətinə gəlmişdir. Topladığı türkülərdən bəhs edən alim ritm baxımından türk
və macar xalq mahnılarının eyni olduğunu deyir. Sonradan bunu macar musiqi-
Dədə Qorqud ● 2015/I I 116
şünası və folklorşünası Bela Bartok (1881-1945), müsiqi nəzəriyyəçisi və bəstə-
kar Zoltan Koday (1882-1967) da təsdiqləmişdir (1, 173-181).
Kunoşun topladığı materiallar arasında ən çox önəm verdiyi “Əsli və Kə-
rəm” dastanı idi. 1886-cı ildə bir çox dəyərli əlyazmaların mühafizə edildiyi
Lazaren Katolik Rahibləri kitabxanasına girməyə icazə verilmədiyindən Kunoş
müəllimi Budenzdən Budapeştdəki Katolik kilsəsinin məsul şəxsləri ilə əlaqə
yaradaraq onun bu kitabxanadan istifadə etməsi üçün icazə vermələrini xahiş
etdi (16).
Bununla yanaşı, o, “Aşıq Qərib” hekayəsinin mətnini də Macarıstan Elm-
lər Akademiyasına nəşr etmələri üçün göndərmişdi. Məktublarının birində Ku-
noş öz müəlliminə “Aşıq Qərib” hekayəsinin mətnini türk dostlarının yardımı ilə
ərəb və fars sözlərindən təmizlədiyini yazır. Kunoşun bu məktubundan yola çı-
xaraq düşünə bilərik ki, o, topladığı materiallara müdaxilə edərək nəşr etdirmiş-
dir. Lakin bizim əlimizdə olan və “Dədə Qorqud” jurnalında silsilə nəşr etdi-
yimiz “Rumeli: izi itmiş tarix” adlı məqaləmizdə Kunoşa aid toplama material-
larında türkülərin üzərində linqvistik tədqiqat apardıq və burada heç bir fonetik-
linqvistik müdaxiləyə rast gəlmədik. Məsələn:
Üç günde yapıldı sallar,
Bu yıl gelür başa haller.
Nemçe kralı durmuş ağlar,
Hey ada ada, can sana feda (6, 156-157).
Yaxud da:
Cebhane tutuştu aklımız şaştı,
Selatin Camiler
1
yandı tutuştu.
Hep sabi-sübyanlar ateşe düştü,
Aldı nemse bizim nazlı Budini (6, 24-25).
Hər iki türkü nümunəsi İqnats Kunoşun toplama materiallarından götürül-
müşdür. Əvvəla, birinci nümunədə “nemçe” olaraq göstərilən alman əsgəri ikin-
ci nümunədə “nemse” olaraq verilmişdir. Əgər Kunoş, özünün də dediyi kimi,
mətnlərə (bir qayda olaraq hamısına) müdaxilə edirdisə, niyə bu kimi sözlərdə
bir prinsipə riayət etməyib? Göründüyü kimi, hər iki bənddə akustik və artikul-
yar aspektdən müdaxilə müşahidə olunmur. İkincisi, əgər o, topladığı folklor
nümunələrinin üzərində, həqiqətən, “təmizləmə işləri” aparırdısa, niyə ikinci
bənddə ərəbcə “sabi-sübyanlar” – süddən kəsilməmiş oğlan uşağı (23, 905) kəl-
məsi olduğu kimi işlənmişdir. Deməli, hər addımını öz müəlliminə bildirən
Kunoş yalnız “Aşıq Qərib” dastanının mətninə müdaxilə etmişdir. Çünki o, bun-
dan başqa heç bir yerdə belə bir iş görməsi haqda məlumat vermir. Eyni
zamanda məktubların birində Kunoşun mətnə müdaxilə etməsindən şübhələnən
1
Selatin Cami – Sultanların tikdirdiyi 2-4 minarəli böyük məscidlərə verilən addır.
Məsələn, Sultan Səlim məscidi və ya Süleymaniyyə məscidi.
Dostları ilə paylaş: |