Dədə Qorqud ● 2015/I I 119
ba ilə bağlı məlumatı da ilk dəfə elə Kunoşun özü üzə çıxarmışdır. Alimin
fikrincə, “Ankaralı Kəl Baba” əfsanəsinin qəhrəmanı bu gün Budapeştdə Gül
təpəsindəki (Rózsadomb) türbəsi olan Gül Babadır. Kəl Baba Ankaradan Budinə
gedib orada şəhid olmuşdur. Məlumat üçün deyək ki, Budapeştdə türk türbəsi
kimi tanınan bu ziyarətgah 1997-ci ildə türk və macar hökumətinin ortaq səyi
nəticəsində restovrasiya edilmişdir.
Kunoş Türkiyədən Macarıstana qayıtdıqdan sonra araşdırmaları haqqında
danışarkən qürurla deyir: “Anadolu və Balkan türklərinin xalq ədəbiyyatının,
demək olar ki, bütün janrlarını birbaşa xalqın ağzından toplamağa və Avropa
alimlərinin indiyə qədər tanımadığı bir çox türk dialekt və şivələrini üzə çıxar-
mağa müvəffəq oldum” (28, 166). Doğrudan da, Kunoş bir-birinin ardınca çox
dəyərli əsər yazmışdır. Onlardan “Osmanlı-türk xalq ədəbiyyatından nümu-
nələr” (“Oszmán-török népköltési gyüjtemény”, I cild – 1887; II cild – 1889),
“Nəsrəddin Xocanın lətifələri” (“Naszreddin Hodsa tréfái”, 1899), “Türk xalq
nağılları” (“Török népmesék”, 1889), “Kiçik Asyadan türk xalq romanları”
(“Kisázsiai török népregények”, 1892), “Türk qadınlarının dili və şeiri” (“A
török nk nyelve és költészete”, 1893) və “Yeni türk ədəbiyyatının inkişafı” (“Az
újabb török irodalom fejldése”, 1900) əsərlərinin adlarını çəkmək olar.
Macarıstana gəldikdən sonra müəllimləri Armin Vamberi və Jozsef Bu-
denzin təqdimatı ilə 1890-cı ildə Budapeşt Universiteti Ədəbiyyat fakültəsində
Türk dili və ədəbiyyatı müəllimi olaraq başladığı işinə sonradan Budapeşt Ma-
car Kraliyyət Universitetində (Budapesti Kirárlyi Magyar Tudományegyetem)
Türk dili və ədəbiyyatı ekspertizası sahəsinə dosent olaraq seçilmişdir.
Kunoş 1889-cü ildən etdibarən Parisdəki Asya Cəmiyyətinin (Société
Asiatique), Alman-Şərq ölkələri Cəmiyyətinin (Deutschen Morgenländischen
Gesellschaft), Helsinkidəki Fin-Ugor Birliyinin üzvü, Beynəlxalq Orta və Şərqi
Asya Cəmiyyətinin (Nemzetközi Közép és Keletázsiai Társaság) rəhbəri, 1913-
cü ildən isə İstanbul Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Maca-
rıstanda nəşr olunan ən böyük ensiklopedialardan olan Pallas Böyük Ensiklo-
pediyasının (Pallas Nagy Lexikona, cilt I-XVIII, 1893-1900) və Revai Böyük
Ensiklopediyasının (Révai Nagy Lexikona, cilt I-XXII) türklərə aid maddələrini
o hazırlamışdır.
Bütün bu işlərlə yanaşı, bir zamanlar Türkiyə səfərində ona maddi və
mənəvi dəstək göstərən Yəhudi Cəmiyyətinə minnətdarlığını bildirmək üçün
Budapeştdəki Jozsefvaros səmtindəki Yəhudi Camaatının rəhbəri seçilmiş və bu
missiyasını uğurla yerinə yetirmişdir.
Vətənə qayıtdıqdan sonra da toplayıcılıq fəaliyyəti ilə məşğul olan Kunoş
I Dünya müharibəsi illərində Macarıstan ərazisində türkdilli hərbi əsirlər
arasında da folklor mətnlərinin toplanması işini davam etdirmişdir. Ən maraqlısı
odur ki, o, Heb (hal-hazırda Çexoslavakiya ərazisində yerləşir) hərbi düşərgə-
sində kumuk əsirlərdən xalq mahnılarını toplamış və səsyazmanı fonoqrafik
Dədə Qorqud ● 2015/I I 120
plastinkaya yazmışdır (29). Çox təəssüf hissi ilə qeyd etmək istərdik ki,
Macarıstan Elmlər Akademiyasının Elmi Arxivində mühafizə olunan bu qiy-
mətli material nə macarlar, nə türklər, nə də ruslar tərəfindən tədqiqata cəlb
olunmayıb.
Kunoş ömrünün son illərini yenə də türk folkloruna, türk ədəbiyyatına
həsr etmişdir. O, özünün də çox sevdiyi mövzu olan dərviş nağılları və hekayə-
ləri haqqında “Dərviş əfsanələri” (“Dervis legendák”) adlı silsilə məqalə yazaraq
çap etdirmişdir. Almanların yəhudiləri kütləvi qırmasından tutmuş, sovet
ordusunun o ərazilərdə apardığı qanlı döyüşlərə qədər baş vermiş bütün hadisə-
lərə baxmayaraq, İqnats Kunoş yenə də yaradıcılıqla məşğul olurdu. Övlad-
larının verdiyi məlumata görə, o, küçələrdə gedən ağır döyüşlər zamanı silah-
sursatın, top-tüfəngin sədaları altında vərəqi divara söykəyib yenə də yazırdı.
Ölümünə 3 gün qalmış qələmi əlində çətinliklə tutmasına rəğmən, məqaləsini ta-
mamlamağa cəhd göstərirdi.
İqnats Kunoş 1945-ci il yanvarın 7-də Budapeştdə dünyasını dəyişmişdir.
İşin elmi nəticəsi: İqnats Kunoş bütün ömrünü türk xalq ədəbiyyatının
toplanmasına və nəşr olunmasına sərf etmişdir. O, özünə qədər Avropa alimləri-
nin bacarmadığı toplayıcılıq fəaliyyəti ilə türk dünyasına əvəzsiz töhvələr ver-
mişdir. Məhz onun tədqiqatları sayəsində bir çox unudulmuş türk dialekt və şi-
vələri, eyni zamanda folklor mətnləri, bu mətnlərdə əks olunan obrazların itib-
batmasına imkan verməmişdir. Onun yaradıcılığını dərindən incələdikcə gözləri-
miz önündə daha zəngin, çoxşaxəli türk xalq ədəbiyyatı canlanır. Məhz onun sa-
yəsində bu gün xəritədən silinmiş türk torpaqlarındakı insanların dilində bir za-
manlar söylədikləri “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. dastanlar,
yüzlərlə türkülər, bayatılar, nağıllar bu günə qədər gəlib-çıxmışdır.
İşin elmi yeniliyi: Bu tədqiqat işində türk linqvistikasına və folklorşünas-
lığına əvəzsiz xidmətlər göstərən İqnats Kunosun həyat və fəaliyyəti təhlil olun-
muş, toplama materiallarındakı bəzi xüsuslara diqqət yetirilmişdir. Burada toxu-
nulan məsələlər həm Azərbaycan folklorşünasları üçün, həm də mövzu baxımın-
dan yenidir. Ümumiyyətlə, İqnats Kunoşun şəxsiyyətinin araşdırılması və təd-
qiqata cəlb olunması Azərbaycan elmi üçün yenilikdir.
İşin tətbiqi əhəmiyyəti: Məqalədən filoloqlar, dilçilər, folklorşünaslar,
etnoqraflar istifadə edə bilərlər.
ƏDƏBİYYAT
1. Bartók B. Népdalgyjtés Törökországban (Felolvasás a budapesti rádióban, jan. 11-
én; kibvítve) (Türkiye’de Xalq Türküsü Derlemesi). Nyugat, Harmincadik
évfolyam, Március, 1947
2. Cem Büyük Ansiklopedisi. C.15, İstanbul, 1986
3. Herman T. Kunoş Ignácz pályafutása. BLZSTTÉ 5701-1941. Emlékkönyv c. Ny.
Rk. Egyetemi tanár úr tiszteletére abból az alkalomból, hogy századik félévet
Dostları ilə paylaş: |