Dədə Qorqud ● 2015/I I 123
pektlərdən tədqiqata cəlb etmək Azərbaycan folklorşünaslığının çox vacib və tə-
xirəsalınmaz məsələlərindəndir.
İşin məqsədi. Hənəfi Zeynallının folklorşünaslıq fəaliyyəti kifayət qədər
öyrənilib tədqiq edilməmişdir. Məqalədə H.Zeynallının folklorşünaslıq irsinin
tarixi və nəzəri problemlərinə nəzər salmaq əsas məqsəd kimi qarşıya qoyulmuş-
dur.
Şifahi xalq ədəbiyyatımızın ilk tədqiqatçılarından biri olan Hənəfi Zeynallı
fəaliyyət göstərdiyi müddət ərzində – Azərbaycanda sovet hakimiyyəti qurul-
duğunun ilk illərində məhsuldar folklorşünas, toplayıcı, tərtibçi, redaktor və
naşir kimi 15-dən artıq folklor kitabı çap etdirmişdir. H.Zeynallı eyni zamanda
nəşr etdirdiyi bu kitablara müqəddimələr yazmış, folklorun toplanması, nəşri
prinsiplərini işləyib hazırlamışdır. O, Azərbaycan folklorşünaslığının əsasını
qoyan ən görkəmli folklorşünaslarımızdan biri olmuşdur. Hənəfi Zeynallı Azər-
baycan folklorunun bir çox janrlarının – atalar sözü və məsəllərin, tapmacalar və
nağılların toplanmasına və onların nəzəri əsasda tədqiqinə həsr etiyi əsərləri
xüsusulə diqqəti cəlb edir.
Məlum ictimai səbəblərə görə keşən əsrin 60-cı illərə-şəxsiyyətə pərəstişin
və onun nəticələrinin aradan qaldırılması dövrünə qədər 20-30-cu illərin əksər
ədəbi simaları kimi, Hənəfi Zeynallının şəxsiyyəti və irsi də tamamilə kənarda
qalmışdır. Lakin çox təəssüf ki, bundan sonrakı illərdə də onun “bəxti gətir-
məmiş”, tədqiqatlarda onun fikirlərinə sitat səviyyəsində müraciət olunmuş, çox
hallarda isə onun mülahizələri sonrakı tədqiqatçılar tərəfindən düzgün qiymət-
ləndirilməmişdir. Hənəfi Zeynallı irsinin tədqiqi ilə bağlı yalnız bir fakt qeyd
oluna bilər. O da 1982-ci ildə filologiya elmləri namizədi Rasim Tağıyev böyük
zəhmət sayəsində Hənəfi Zeynallının “Seçilmiş əsərləri”ni toplaması və geniş
bir müqəddimə ilə nəşr etdirməsi olmuşdur. Həmin müqəddimədə Hənəfi Zey-
nallının tərcümeyi-halı, ədəbi fəaliyyətinin əsas fakt və mərhələləri, əsərlərinin
adı və mövzusu tarixi – xronoloji planda təsvir olunur (1, 5-22).
H.Zeynallının irəli sürdüyü hər bir elmi fikir onun şox böyük zəkaya, də-
rin düşüncəyə və zəngin biliyə malik olmasından xəbər verirdi. Hənəfi Zeynallı
o dövrün digər folklorçünaslarından fərqli olaraq, üzərinə daha ağır vəzifə götür-
müşdü. O, ədəbiyyat tarixi və klassik bədii irsin, yeni proletar ədəbiyyatının
tədqiqi ilə bərabər, həm də Azərbaycan sovet folklorşünaslığını yaratmaq işinə
qoşulmaq yolu tutmuşdu. Doğrudur, bu illərdə milli folklorumuz S.Mümtaz,
V.Xuluflu, B. Çobanzadə, Ə.Abid, Y.V.Çəməmənzəminli və b. kimi görkəmli
folklorşünaslar, elm adamları və mütəxəssislər tərəfindən də tədqiq olunurdu.
Lakin Hənəfi Zeynallının zəngin folklor irsimizin toplanması, nəşri və tədqiqi
sahəsindəki xidmətlərini yalnız bu sahənin bütün Şərqdə əvəzsiz mütəxəssisi
Salman Mümtazla müqayisə etmək olar. O dövrdə ara-sıra folklorla məğul olan
digər alimlərin zəhmətini nəzərə almaq şərti ilə, demək olar ki, Azərbaycan so-
Dədə Qorqud ● 2015/I I 124
vet folklorşünaslığının təşəkkül prosesini bütün şətinliyi və ağırlığı, əsasən, bu
iki şəxsiyyətin üzərinə düşmüşdü (2, s.15-16).
Ötən əsrin 20-ci illərində folklorşünaslıq elmi ədəbiyyatşümaslığın ən
mühüm sahələrindən biri kimi formalaşmağa başlayır. Bu dövrlərdə Azərbaycan
ədəbiyyatşünaslığının mütərəqqi ənənələrinə əsaslanan folklorşünaslıq müstəqil
bir sahə əmələ gətirməyə başlayır. Belə ki, bu sahənin yaranması və inkişafı öz-
özlüyündə yeni ədəbiyyatşünaslığın vahid bir sistemə malik olan bir elm kimi
formalaşmasını hazırlamış oldu. Folklorun toplanılması, nəşri, və tədqiqi dövrün
ümumi ədəbi-nəzəri ehtiyacları ilə bağlı idi. XX əsrin 20-ci illərində Azərbaycan
folklorunun toplanılması, nəşri, və tədqiqi tarixin ədəbi proses qarşısında müəy-
yən təxirəsalınmaz vəzifələr irəli sürürdü. O dövr Azərbaycan folklorşünaslığı-
nın təşəkkül prosesi və keçdiyi mərhələlər isə Hənəfi Zeynallının adı və yara-
dıcılığı ilə birbaşa bağlı idi.
Bu bir həqiqətdir ki, bədii fikrin bütün inkişaf mərhələlərində xalqlar hə-
min inkişafın prespektivini təyin etmək üçün keçmişin irsindən nümunə götür-
müşlər. Ədəbi-tarixi inkişafın artıq hamıya məlum təcrübəsi göstərir ki, bədii
ədəbiyyat keçid dövründə, xüsusən böyük ədəbi çevriliş zamanı klassik irsə, o
cümlədən folklora ehtiyac hiss edir. Bu isə təkcə ədəbiyyatın yox, həm də onu
yadadan xalqın tarixi özünüdərk prosesi, ictimai dəyişmələrlə bağlıdır. Bu, XX
əsrin 20-ci illərində belə idi.
XX əsrin 20-ci illərinin əvvəllərində klassik irsin, o cümlədən folklorun
hərtərəfli öyrənilməsi prosesi ədəbi-tarixi tələbata şevrilir. Bu, o dövrün ab-
havası ilə yaşayan və onu öz yaradıcılığında əks etdirən bir folklorşünas kimi
Hənəfi Zeynallını Azərbaycan xalqının zəngin folklor xəzinəsinə çəkib aparırdı.
Burada Hənəfi Zeynallının öz şəxsiyyəti, bir vətəndaş kimi böyük həyatı ideal-
ları da mühüm rol oynamışdı. O hələ 1917-ci ilin iyununda 21 yaşlı bir tələbə
kimi inqilabi fikirləri yaymaq üçün Moskvadan Qafqaza ğöndərildiyi zaman
“Həqiqi bəxtiyar kimdir?” sualına cavab olaraq yazırdı: ”Ancaq əqli səlim sahibi
olan bir çəxs, əvvalə millət, sonra bütün insaniyyət üçün çalışarkən kəndində bir
şövq, bir zövq duyar. Millətini və bütün insaniyyəti səfalət və fəlakətlərdən
iraqlaşdırdıqda kəndi də səadətə yaxınlaşar” (3, 6).
Hənəfi Zeynallı ədəbiyyata belə bir idealla – “millətə və insaniyyətə” xid-
mət etmək arzusu ilə gəlmişdi. 1926-cı ildə “Azərbaycanı tədqiq və tətöbbö cə-
miyyəti”nin nəşriyyatı tərəfindən onun “Azərbaycan atalar sözü” kitabı nəşr
olunur (4). Tədqiqatçılar bu gün də təsdiq edir ki, bu kitab həmin dövrə qədər
çap edilən bütün folklor kitablarından öz elmi prinsipləri ilə fərqlənirdi. Kitaba
yazılmış geniş elmi müqəddimədə deyilirdi: “Hər kəsin dilinin əzbəri olan atalar
sözlərinin təsnifi ilə və onu toplamaqla bu birinci kitabımızda xalq ədəbiyyatı
qapılarının pasını atmaq istədik...Rus şifahi ədəbiyyatını tədqiq edənlərə baxılsa
və onların təqiq sistemini Azərbaycan türk ədəbiyyatı üçün bir “karvan yaldızı”
kimi qəbul etmək olsa şifahi ədəbiyyatın mənzum qismini bayatı, mahnı, ağı,
Dostları ilə paylaş: |