Dədə Qorqud ● 2015/I I 131
Azərbaycan folklorunda əkizlər mifi folklorşünslığın araşdırılmağa ehti-
yacı olan, tədqiq edildikcə özü ilə yeni təhlil və tədqiqat perspektivləri gətirən
kateqoriyalarından biridir.
Məlumdur ki, mifologiya dünyada ən çox işlənən mövzu olmasına baxma-
yaraq, hələ də aktual problemlərlə zəngin və eyni zamanda, tarixən tədqiqatçılar
tərəfindən birmənalı şərh olunmamış ictimai düşüncə sistemidir.
Mif sözündən düzələn “mifologiya” (yunanca muthos – söz, nitq; logos –
elm, bilik) termini üç mənada işlənir:
1) Mifik düşüncə;
2) Mif mətnlərinin toplusu;
3) Miflər haqqında elm (7, 80).
Mif qədim insanların dünya ilə ilk təması zamanı onu dərk etməkdə çətin-
lik çəkməsi və ətrafdakı hadisələri öz təxəyyülündə obrazlaşdırması ilə yaranıb.
Belə ki, təbiət hadisələri qarışısında aciz qalan ilk insanlar, bu hadisələrin səbə-
bini hansısa ilahi qüvvədə görüblər.
Prof. A.Nəbiyev göstərir: “Mif erkən etnosun dünya, insan və insanın dün-
ya hadisələri barədəki bədii düşüncəsidir. Bu düşüncənin zaman hüdudu qeyri-
müəyyəndir. Məkanı isə hər bir etnosun nisbi mənada dünya kimi qəbul etdiyi
yaşayış məskəni, yaxud regionudur. Qeyri-müəyyən zaman müddətində təkamül
keçən insan özünün mədəni yüksəlişini, təxəyyülünü, inkişaf qütblərini, ayin,
etiqad və dünyaya baxışını ilkin olaraq özünün yaratdığı mif modelində ifadə
edir” (5, 116).
R.Əliyev mifi dar və geniş mənada xarakterizə etmişdir: “Mif hər şeydən
əvvəl dünyagörüşüdür. Qədim insanların dünyanı anlama tərzidir. Mif geniş mə-
nada hökmdür, ibtidai cəmiyyətin insanların davranışını, əxlaqını tənzimləyən
qanunlar məcmusudur. Qədim insanlar mifin qanunlarına tabe olur, onun şərtlə-
rini yerinə yetirirdilər. Mif dar mənada sözdür. İnsanların fantasik bədii təfəkkü-
rünün məhsuludur. “Mif” sözünün simvolları altında çoxlu etiqadlar, inanclar,
mifik düşünmə qabiliyyəti gizlənir. Mifi elmi konteksdə öyrənmək, onun simvo-
likasını ümmiləşdirib mifoloji düşüncə sisteminin bərpa olunmasının qaydaya
salınmasını tələb edir” (3, 4).
Meletinski isə bu barədə yazmışdır: “Mif tanrılara, ruhlara, ilahiləşən ya
da mənşəyi ilə tanrılara bağlanan qəhrəmanlara, zamanın başlanğıcında dünya-
nın özünün, eləcədə təbiət və mədəniyyət elementlərinin yaranmasında birbaşa
ya da dolayı yolla iştirak edən, nəsil, tayfa, törədən ilk insanlara aid əhvalatlar
kimi anlaşılır” (9, 5).
Ağayar Şükürovun da qeyd etdiyi kimi, mifoloji təfəkkürün formalaşması
əsasən dünyanın mənzərəsinin xaotik qurluşuna, nizamlılıq, sistemlilik, taraz-
lılıq düzülüşünə başlanması dövrünə təsadüf edir. Xaosdan kosmik qaydalara
keçid prosesində insanların təfəkküründə nə isə fövqəladə yaradıcının mövcud-
luğuna inam yaranmışdır (6, 7).
Dədə Qorqud ● 2015/I I 132
Bu prosesdə xaos-kosmos münasibətləri nizamlı, sistemli şəkildə xaosun-
kosmosa, kosmosun-xaosa çevrilməsi kimi təzahür etməklə yanaşı, ikili
qarşıdurma şəklində də öz əksini tapır. Bu qarşıdurma da bir-biri ilə həm rəqib,
həm də birgə olan obrazlar əkizlər mifi kimi xarakterizə olunur.
Əkizlər mifi mövzusu uzun müddətdir ki, alimlərin diqqət mərkəzindədir
və onu müxtəlif aspektdən araşdırmağa çalışırlar. Bu miflər əkizlər şəklində
təqdim edilmiş qəribə canlılar haqqında mifdir. Adətən əkizlər mifini qəbilələrin
ulubaşçıları, bəzəndə bir çox dünya xalqlarında eybəcər varlıqlar kimi təsvir
edirlər.
Muxtar Kazımoğluya görə, əkizlər mifi əkiz qardaşlar, yaxud əkiz qardaş
və bacılar haqqında ibtidai təsəvvürləri əks etdirir. Bu təsəvvürlərə görə əkizlər
föqəltəbii mənşəlidir. Onlar “Tanrı övladları”, “Səma oğulları” adlanırlar (4, 17)
V.V.İvanov əkizlər mifi haqqında yazmışdır ki, əkizlər mifi müxtəlif qəbi-
lə başçıları və ya mədəni qəhrəmanlar kimi çıxış edən qeyri-adi varlıqlar haqqın-
da mifdir. Əkizlər mifini əkiz qardaşlar (mütəffiq və ya düşmən), əkiz bacı-qar-
daşlar, androgen və zoomorfik əkizlər mifinə bölmək olar (8, 174).
Mövcud elmi-nəzəri təcrübəyə və folklor mətnlərindəki obrazlara əsalana-
raq demək olar ki, əkizlər mifi, əsasən, bu formalarda təzahür edir:
– Əkiz qardaşlar haqqında miflər
– Əkiz bacı-qardaşlar haqqında miflər
– Zoomorf (heyvan) əkizlər haqqında miflər
– Androgin (ikicinsli) əkizlər haqqında miflər
– Astral (günəş-ay haqqında) əkizlər haqqında miflər
– Dost əkiz haqqında miflər
– Düşmən əkizlər haqqında miflər
Əkizlər mifinin göstərdiyimiz bu formaları bəzən qarşıdurmada, bəzən isə
birgə fəaliyyət göstərən obrazlar kimi əksini tapır. 0
Əkiz qardaşlar haqqıda miflərdə qardaşlardan biri xeyiri təmsil edir. O,
müsbət əməl sahibidir, faydalı işlərlə məşğuldur. Digəri isə şəri təmsil edir. O,
pis əməlləri ilə daim qardaşına ziyan vurmağa çalışır. Onlar arasında rəqabət
anadan olduqları gündən başlayır. Buna görədə tədqiqatçıların bir çoxu əkizlər
mifini dualist dünya görüşü ilə əlaqələndirilir.
M.Kazımoğlu “Folklorda obrazın ikiləşməsi” adlı monoqrafiyasında əkiz
qardaşların əks qütblərdə dayanması motivini Qubadlı bölgəsindən toplanan
“Əkiz qardaşlar” nağılı əsasında izah etmişdir. O izah etmişdir ki, nağılda əsas
qəhrəmanlar şahzadə və naxırçının qardaş olmaları nağıl söyləyicisi tərəfindən
qeyd edilməsə də, naxırçının sözlərindən onların əkiz qardaş olduqları bəlli olur:
“Padşah sağ olsun, sən də, mən də bir toxumdan əmələ gəlmişik”. Əkiz qardaş
olduqlarından onların hər ikisinin qeyri-adiliyi var. Bu qeyri-adilik son dərəcə
ağıllı olmaqdan, ən çətin suala cavab tapa bilməkdən ibarətdir (4, 37).
Dostları ilə paylaş: |