Dədə Qorqud ● 2015/I I 133
Əsərdə göstərilir ki, qardaşlar bütün bu göstəricilərə baxmayaraq, daim
bir-birinə əks qütblərdə durur, onların bir yerdə mehribancasına davranmasının
qeyri-mümkünlüyünü isə alim naxırçı qardaşın əkiz qardaşına dediyi yekun
sözlərlə izah edir: “Allah-tala taleh yazanda saa bir ağ qoş göndərib, buynuzdu,
kərə quyruxlu qoşdu. Maa da bir qara qoş göndərib, buyn0uzsuz, quyruxsuz
qoşdu. Ona görə ki, buynuzunnan quyruğunu qatdayıb qoparıb. İndi mən saa
vəzir olammərəm, talehimiz ayrı cürə yazılıb”. Naxırçının bu sözləri əkizlərin
əks qütblərdə dayanmasından xəbər verir. Əkizlərdən biri ağ qoçu, digəri qara
qoçu təmsil edirsə, bu o deməkdir ki, nağılda əkizlik dualizm dünyagörüşü ilə
əlaqələndirilir (4, 38).
Əkiz qardaşlar və ya əkiz bacı və qardaş haqqında miflərə Azərbaycan fol-
klorunda bir çox nümunələrdə rast gəlirik. Məs: “Qızıl xoruz”, “İki qardaş”,
“Bacı və qardaş”, “Aldərviş nağılı”, “Göyçək Fatma”, “Güloğlan” və s. kimi
nağıllarda əkizlər mifinin bu formalarını görürük.
Bu sujet “Göyçək Fatma” nağılında da öz əksini qabarıq şəkildə tapır.
Nağılda göstərilir ki, Fatma adlı qızı və oğlu olan dul qalmış aciz kişi evlənməyə
məcbur olur. Bu evlilikdən onun bir qızı dünyaya gəlir. Anası bu qıza da Fatma
adını verir. Buna baxmayaraq qız çox çirkin olur.
Uşaqları gözü götürməyən analıq bacı-qardaşa gün verib-işıq vermirdi.
Onları gah suya, gah oduna göndərib evdə qarabaş kimi işlədirdi. Bu sujetdən
görünür ki, bəzi dualist miflərdə olduğu kimi, burada da bacı və qardaş bir-biri-
nə düşmən deyillər, əksinə müxtəlif başlanğıcların təcəssümüdürlər. Belə ki, on-
lar arasında rəğbət və məhəbbət, sonrakı sujet xəttlərində qardaşın müxtəlif şə-
kildə və yollarla bacısına kömək olmasına səbəb olur.
Günlərin bir günü arvad iki ayağını bir başmağa dirəyib ərini uşaqları az-
dırmağa vadar edir. Meşədə azıb gecələməli olan uşaqların başına bir çox oyun
gəlir. Fatmanın qardaşı onun sözünə məhəl qoymayaraq sehirli bulaqdan su içir
dönüb qara inək olur. Fatmaya müraciət edərək: “Bacı, daha iş-0işdən keçib,
mənimki də beləymiş, gəl gedək. Amma bu sirri nə badə bir adama deyesən ha!”
(2, 37) – deyən qardaş sujet boyu bacının ən yaxın yardımcısına çevrilir. Belə ki,
inəyi görən analıq nəfsinə güc gələ bilməyib, Fatmanı qəbul edir. Analıq hər gün
Fatmanın əlinə bir az yun verib, inəyi otarmağa göndərirdi.
Nağılda Fatma anasından və bacısından təkcə ağlına və gözəlliyinə görə
yox, həm də xeyirxahlığına görə fərqlənirdi. Belə ki, o, xeyirxahlıq göstərib,
bədheybət qarının evini yığışdırdığı, başındakı bit-birələri təmizlədiyi üçün qarı
ona kömək edir və deyir: “ Bala burdan gələndə qabağına üç bulax çıxacaq,
birinin suyu düm ağ, süd kimi, o birinkini qapqara şəvə kimi, birinin də suyu
qıpqırmızı lalə kimi. Ağ suda çimərsən, qara sudan da qaşına, saçına, kirpiyinə
çəkərsən. Qırmızı sudan da yanaxlarına, dodaxlarına çəkərsən. Sonra qara inəyin
bir buynuzundan yağ, burnundan da bal əməcəksən” (2, 38).
Dədə Qorqud ● 2015/I I 134
Qarının dediklərinə əməl edən Fatma gündən-günə daha da gözəlləşir. Bu-
rada sözü gedən qara inək məhz Fatmanın sehirli bulaqdan su içməklə inəyə
çevrilən qardaşıdır.
Fatmanın gündən-günə gözəlləşdiyini görən analıq yenə də paxıllıq edir,
qızını da ona qoşur ki, bəlkə, oda gözəlləşə. Lakin çirkin Fatmanın daxili dünya-
sı da üzü kimi çirkindir. O, öz əməlləri müqabilində sehrli qüvvələr tərəfindən
daha da çirkinləşdirilir.
M.Kazımoğlu Fatmanın analığını yalançı qəhrəmanın köməkçisi kimi şərh
edərək göstərir ki, “qisməti, müvəqqəti olsa da, əlindən alınan gözəl qız süje-
tində bəzən yalançı qızın köməkçisinə də rast gəlirik. Bu köməkçi bəzi nağıl-
larda baş qəhrəmanın ögey anası, bəzi nağıllarda bibisi, yaxud başqa bir qohu-
mudur. Qeyri-adi mənşəli qız və yalançı qız süjetlərində ögey ana surəti daha
qabarıq şəkildə nəzərə çarpır”. “Göyçək Fatma” adlı nağılda ögey ana Fatmaya
öz qızınının rəqibi kimi baxır. Ögey ana öz qızına da Fatma adı qoymaqla Göy-
çək Fatmanı sıradan çıxarmaq, dogma qızını irəli vermək məqsədi güdürdü (4,
6). Alim göstərir ki, yalançı qəhrəmanın köməkçisi rolunu oynayan ögey ana hər
bir vəchlə çalışır ki, çirkin qızını irəli verərək Göyçək Fatmanı sıradan çıxarsın.
Lakin o bu məqsədinə çata bilmir. Hər dəfə ağıllı və göyçək Fatma sehrli qüvvə-
lərin köməyi ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlir və şahzadə ilə ailə
qurur. Lakin ögey ana yenə taleyin hökmü ilə barışmır və qızı çirkin Fatmanı
saraya göndərir. Keçəl Fatma Göyçək Fatmanı çaya itələyərək yerinə keçir.
Sonda haqq öz yerini tapır və yalançı qız öz çəzasını layiqincə alır. Padşahın
oğlu vəziyətin nə yerdə olduğundan xəbər tutan kimi dəli qatır gətirmələrini və
keçəl Fatmanı qatırın quyruğuna bağlamalarını əmr edir. “Nağılda yalançı qıza
aid bir çox hərəkətlər eyni zamanda köməkçi obrazın hərəkətləri kimi təqdim
olunur. Bu hərəkətlər sırasına yalançı qızın sonda uduzması da daxildir. Yalançı
qız sonda uduzursa. bu o deməkdir ki, onun köməkçisi də uduzur. Yalançı qız
sonda cəzalanırsa, demək, onun köməkçisi də сəzalanır” (4, 64).
Folklorda iki qardaş və ya əkiz bacı-qardaşlar haqqında mif formaları ilə
yanaşı, üç qardaş və ya üç bacı (“Üç qardaş”, “Üç bacı”, “Məlikməmməd”, “Üç
şahzadə”, “Üç qız”, “Süleyman peyğənbərin qızı” və s.), yeddi qardaş bir bacı
(“Yeddi qardaş bir bacı”, “Pəri xanımın nağılı” və s.) kimi sujet formaları öz
əksini tapmışdır.
Burada qardaşların, yaxud bacı və qardaşların sayının çox olması (3, 7, 7 +
1) olması məsələnin mahiyyətini dəyişmir. Yəni bu süjetlər də əkizlər mifinə
aiddir.
Əkizlər mifi həmişə iki tərəfi nəzərdə tutur. Bu iki tərəfi təmsil edən ele-
mentlər 2 də, 3, də, 7 də, 7 + 1 də ola bilər. Şübhəsiz ki, bu elementlər Azərbay-
can folklor düşüncəsi üçün xarakterik rəqəmlərdir. Bunlar folklorşünaslıqda nu-
meroloji rəqəmlər adlanırlar. Lakin numeroloji vahidlərin (rəqəmlərin) sayından
asılı olmayaraq onlar həmişə iki qütbdə birləşirlər:
Dostları ilə paylaş: |