Dədə Qorqud ● 2015/I I 154
variantlar və variantların şeirləri haqqında məlumat verilib [3, səh. 413-423].
Həmin variantları da əldə etmək mümkün olmadı.
“Abbas-Gülgəz” dastanının ikinci versiyası Şirvan versiyasıdır. Bu versiya
daha çox Şirvan aşıq mühiti üçün səciyyəvidir. Burada süjet xətti özünəməxsus
motiv və epizodlarla fərqli istiqamətdə inkişaf edir. Fərqli məkanlar, fərqli səfər
və hadisələr ortaya çıxır. Şirvan versiyasında qəhrəmanların hər ikisi Tufarqan
elindəndir. Onlar sayılıb seçilən iki qardaşın nəzir-niyazla və yaxud sehirli alma
ilə dünyaya gəlmiş övladlarıdır. Burada Abbasla Gülgəz göbəkkəsmədirlər, bir
yerdə böyüyüb, birgə məktəbə gedirlər. Günlərin birində hər ikisi aşıq olub şeir
qoşmaq həvəsinə düşür. Onlar Abbas adlı bir aşığın məsləhətilə niyyət edib na-
maz qılırlar. Bu niyyətdən sonra onları yuxu aparır, hər ikisinə yuxuda badə ve-
rilir. Amma Abbas öz qismətini səhvən Gülgəzə içirtdikdə badə verənin qəzəbi-
nə tuş gəlir. O, ərəbin qarğışı ilə lal və kar olur. Gülgəzin yalvarışlarından sonra
ərəb bildirir ki, Abbasın dərdinin tək çarəsi Bağdaddadır. Burada hər yeddi ildən
bir qaynayan bir quyu var, bu quyunun şəfalı suyu hər dərdə dərmandır. Abbas
Bağdada yollanır. Bu yandan da şah bir cüt qızıl başmaq düzəltdirir, bu baş-
maqların ölçüsündə gözəl qız axtarır. Həmin başmaqlar təkcə Gülgəz Pəriyə uy-
ğun gəlir. Şahın qoşunu Gülgəzi saraya aparmalı olur. Vəziyyəti belə görən Gül-
gəz vaxt qazanmaq üçün vəzirlərin qarşısına müxtəlif şərtlər qoyur, gizlincə Ab-
basa olanları yazıb göndərir. Abbas dərdinə əlac tapandan sonra Gülgəzin saraya
aparılması xəbərini alır, Bağdad vəziri Sarı Xocadan bir at alıb Tufarqana çapır.
Burada təsadüfən Gülgəzin şərtinə uyğun olaraq Veysəl Qara övladı axtaran və-
zirlərlə qarşılaşır. Abbası seyid övladı bilib Gülgəzin yanına gətirirlər ki, üzən-
gini basıb kəcavəni yola salsın. Abbas sevgilisi ilə birlikdə İsfahana yola düşüb
saraya gəlir. Bir çox sınaqlardan sonra sevgilisini Şah Abbasdan alıb Tufarqana
qayıdır.
Sözü gedən versiyanın iki variantı toplanıb nəşr edilmişdi. Birinci variant
Şamaxı şəhərindən Aşıq Şərbətdən toplanıb, “Azərbaycan folkloru külliyatı”nın
29-cu cildində nəşr edilib [5, səh.133-148]. Dastanı toplayıb tərtib edənlər f.ü.f.d.
Qalib Sayılov, f.ü.f.d. Ağaverdi Xəlildir. Bu variantda on altı şeir söylənib.
Şirvan versiyasının ikinci variantı f.ü.f.d. Tariyel Qəninin tərtib etdiyi
“Şirvan dastanları və aşıq rəvayətləri” kitabının birinci hissəsində nəşr olunub
[12, səh.
151-183]. Bu variantda iyirmi dörd şeir nümunəsi var. Burada dastanın
söyləyicisi dəqiq göstərilməyib. Belə ki, bu mətn Aşıq Barat, Aşıq Baba, Aşıq
Əhməd, Aşıq Xanmusa, Aşıq Xanış, Aşıq Fərhadın “Nağıl dəftəri”indən toplanı-
lıb, biri-birinə “calaq” edilərək ümumi bir mətn halına gətirilmişdir. Bu üsulu
akademik nəşrə uyğun hesab etməsək də, əlimizdə olan əsas variantlarla müqa-
yisə aparmaq üçün mətni “variant” hesab edirik. Həmin kitabın 528-ci səhifə-
sində qeyd edilib ki, oradakı “Aşıq Təhmaz” dastanı “Abbas-Gülgəz” dastanının
variantıdır. Həmin kitabın 112-135-ci səhifələrində dərc olunmuş “Aşıq Təh-
miraz” adı ilə verilən bu dastanın “Abbas-Gülgəz” dastanını ilə heç bir əlaqəsi
Dədə Qorqud ● 2015/I I 155
yoxdur (bu dastan hər səhifədə fərqli adla verilmişdir). Hər iki dastan ayrı-ayrı
süjetə və şeir tərkibinə malikdir.
Dastanın üçüncü versiyası digərlərilə ortaq xüsusiyyətlər daşımaqla yana-
şı, süjet xəttindəki fərqliliyi, özünəməxsus motiv və şeir tərkibilə seçilir. Bəzi
motiv və epizodlarına görə qəhrəmanlıq dastanlarını xatırladan bu versiyada mə-
həbbət dastanlarının bir sıra ənənəvi xüsusiyyətləri öz əksini tapmır. Belə ki,
qəhrəmanın buta alması, buta uğrunda səfərə çıxması və ya mübarizə aparması,
sınanması kimi epizodlar burada yoxdur. Həcmcə ən yığcam versiya olsa da, bu-
rada qəhrəman daha mürəkkəb personaj olaraq təqdim olunur. Məlumdur ki,
qəhrəmanlıq dastanlarında fiziki güc əsasdırsa, məhəbbət dastanlarında mənəvi
güc ön plandadır [10, s.130]. Üçüncü versiyada qəhrəman bu iki xüsusiyyəti
özündə birləşdirir: O, həm istedadlı bir aşıqdır, həm də qüvvətli, zəhmli bir pəh-
ləvandır. Bu versiya “Abbas” adı ilə 5 cildlik “Azərbaycan dastanları”nın 2-ci
cildində ayrıca bir dastan kimi nəşr olunub. Həmin kitabda dastanın toplayıcısı
və söyləyicisinin kimliyi verilməyib. M.Təhmasib “Azərbaycan xalq dastanları”
monoqrafiyasında bu versiyadan söz açmışdır. Müəllif burada qeyd edir ki, hə-
min dastan Aşıq Abbas Tufarqanlı ilə bağlı olan ikinci müstəqil əsərdir. Ona gö-
rə bu dastanı “Abbas-Gülgəz”, digər versiyaları isə “Abbas-Gülgəz Pəri” adlan-
dırmaq daha düzgün olar. Alimin verdiyi məlumatdan bəlli olur ki, bu versiyanı
Lerikli müəllim İdris Qubadov Aşıq Qurbanəlidən toplayıb [13, s.259]. Versi-
yanın başqa nəşrinə rast gəlməmişik. “Abbas” versiyasının variantı yoxdur. Sö-
zü gedən versiyanın
cəmi səkkiz şeir parçası var: 6 qoşma, 1 təcnis, 1 gəraylı.
“Abbas” versiyasında Abbas Şah Abbasın Duxarxandakı “tikməsi” Vəli
bəyin oğludur. O, atasının ölümündən sonra onun yerinə keçmişdir. Bu mahalda
Dahaduruz adlı bir quldurbaşı olur. Şah Abbas, Osmanlı xotkarı insanlara çox
əziyyət verən bu pəhləvanla mübarizə aparır, amma heç bir nəticə olmur. Abba-
sın Sarı Xoca və Qul Abdulla adlı düşmənləri olur. Onlar Abbası aradan götür-
mək üçün Şah Abbası inandırırlar ki, Dahaduruzu ancaq Abbas məğlub edə bi-
lər. Şah xüsusi fərman verib Abbası Dahaduruzun arxasıyca yollayır. Abbas yo-
la çıxmamışdan anasından məsləhət alır. Anasının planı ilə Abbas Dahaduruzun
qoşununu aldadır, mühasirəyə salıb qırır. Aradan çıxan Dahaduruzu atla qovma-
ğa başlayır, Osmanlı ərazisində yaxalayıb öldürür. Yolda xotkar paşası İbrahim
paşanın dəstəsilə üzləşir. Quldurbaşının başını kəsdiyi üçün İbrahim paşa onu
xüsusi hörmətlə evinə qonaq aparır. Burada Abbasla İbrahim paşanın qızı Gül-
gəz bir birini görüb aşiq olurlar. Bundan xəbər tutan molla paşaya xəbər verir.
Paşa Abbası asdırmaq qərarına gəlir. Bundan gizlin xəbər tutan bir duxarxanlı
Gülgəzə xəbər verir. Gülgəz özü Abbasa xəbər gətirir, onlar birlikdə qaçıb Du-
xarxana gəlirlər. Şah Abbas onu mükafatlandırır, bütün arzularını həyata keçirir.
Gördüyümüz kimi, hər üç versiya biri-birindən fərqlənən bütöv bir əsərdir.
Hər üçündə Aşıq Abbas Tufarqan mahalından tanınmış ailənin oğlu, istedadlı
aşıqdır. Gülgəzlə bir-birini sevirlər, amma qarşıya çıxan maneələr onların qo-
Dostları ilə paylaş: |