Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə34/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   30   31   32   33   34   35   36   37   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     77 
 
 
Mətanət XƏLİLOVA 
AMEA Folklor İnstitutunun elmi işçisi 
e-mail: matanatkhalilova@mail.ru
 
 
 
AZƏRBAYCAN TOY MƏRASİMLƏRİ VƏ TOY NƏĞMƏLƏRİ 
 
Xülasə 
Məqalədə  Azərbaycan  toy  mərasimi  və  toy  mərasimində  ifa  olunan  nəğmələrin  spesifikası 
incələnmişdir  ki,  bu  da  həmin  örnəklərin  genezisini  işıqlandırmağa  şərait  yaratmışdır.  Toy  təkcə  iki 
insanın nikah izdivacından ibarət deyil. Burada rəngarəng mədəniyyət qatları mövcuddur. Araşdırma-
dan  məlum  oldu  ki,  Azərbaycan  toyu  başqa  millətlərin  toyundan  fərqli  olaraq  çoxmərhələlidir.  Hər 
mərhələnin özünəxas nəğməsi, tərifi vardır. Həmin nəğmə və mahnılarda müxtəlif ayin, etiqad və gö-
rüşlər əks olunmuşdur. 
Açar sözlər: toy, mərasim, nəğmə, xalq, Azərbaycan, xına, nişan, üzük  
 
AZERBAIJAN WEDDING CEREMONIES AND WEDDING SONGS 
 
Summary 
In the article  the  specification  of  Azerbaijan  wedding  ceremonies  and the  songs  performed in 
the wedding ceremonies are investigated that it helps to study the genesis of those examples. The wed-
ding  is not  the act  that is  formed  by  only  two  persons. There  are  colorful  culture  layers here.  In  the 
investigation  it  is  known  that  Azerbaijan  wedding  is  more  multileveled  than  the  weddings  of  other 
nations.  Each  level  has  its  own  songs  and  definition.  In  those  songs  and  melodies  different  rituals, 
beliefs and opinions are reflected.  
Key words: wedding, ceremony, song, folk, Azerbaijan, hanna, engagement, ring       
 
СВАДЕБНЫЕ ОБРЯДЫ И ПЕСНИ АЗЕРБАЙДЖАНА 
 
Резюме 
В статье исследовалось специфика свадебных обрядов и песен исполненных в свадеб-
ных церемониях Азербайджана а это создало  условие на освещение генезиса этих образцов. 
Свадьба состоит не только из супружества двух лиц. Здесь существуют разнообразные слои 
культуры.  Из  исследования  стало  ясно,  что    азербайджанская  свадьба,  в  отличии  от  свадеб 
других  народов,  многоэтапная.  Каждый  этап  имеет  своеобразную  песню,  описание.  В  этих 
напевах (мелодиях) и песнях также отражаются разные обряды, веры и взгляды (убеждения). 
Ключевые  слова:  свадьба, церемония, песня, народ, Азербайджан, хна, обручение (по-
молвка), кольцо   
 
Əcdadlarımızın  ilkin  mədəni  sistemdən  çağdaş  dövrə  qədər  yaratmış  olduğu 
mənəvi arsenal onun poetik arxetipində cəmlənmişdir. İbtidai mədəniyyəti əxz etmiş 
qədim insanın şifahi yaradıcılığında əmək nəğmələrindən başlayaraq ən son mərasim 
nəğmələrinədək bütün yaradıcılığı onun gündəlik məişəti ilə və təbiəti dərk etməsi ilə 
əlaqəli olmuşdur. Hələ  ilk çağlardan  insanlar həqiqi  mahiyyətini dərk edə bilmədiyi 
təbiət  hadisələri  ilə  tez-tez  rastlaşırdı.  Onlar  belə  təbiət  olayları  üzərində  məlumat 
toplamaq istəyində bulunaraq, bu hadisələri ram etmək, qavramaq, başa düşmək istə-
yi  yaranmışdır.  Belə  düşüncələr  isə  insanın  ilkin  inanc  və  etiqadlarını,  ayin  və  mə-
rasimlərini  yaratmış,  həmin düşüncələrin  çox  funksiyalı duyduğu sxemləri özlərinin 
əlvan  formulları  ilə  folklor  yaddaşında  öz  əksini  tapmışdır.  Qədim  insan  gündəlik 
məişətində rast gəldiyi hadisələrə müxtəlif münasibətlər bildirərək onlarla bağlı nəğ-
mələr və müxtəlif poetik səciyyəli dramlar yaratmışlar. 
Professor A.Nəbiyev bu tip mərasimləri iki hissəyə ayırmışdır: mövsüm məra-
simləri və məişət mərasimləri (1). Biz məqalədə Azərbaycan mərasim folklorunda ən 
çox  yayılmış  toy  mərasimlərindən  və  daha  çox  toy  nəğmələrindən  söhbət  açacağıq. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     78 
 
 
Mövsüm  mərasimlərindən  sonra  xalqın  yaratdığı  əsas  mərasim  məişət  mərasimləri-
dir. Məişət mərasimi də mövsüm mərasimləri kimi nəğmələrlə müşayiət olunur. Məi-
şət mərasimlərinin nəğmələrinin böyük bir hissəsini toy nəğmələri təşkil edir (2). 
Toy mərasimi azərbaycanlıların həyatında mədəni bir hadisə hesab olunur. Ye-
ni  bir  ailənin  başlanğıcı,  nəslin  davamı  ritualı  məhz  toy  vasitəsi  ilə  həyata  keçirilir. 
Bugünkündən fərqli olaraq keçmişdə toylar müxtəlif çalarlarda olurdu. Məlumdur ki, 
toyda nikahagirmə mərasimi də baş tuturdu. Nikahagirmənin də iki forması – qızqa-
çırma  və  toy  mərasimi  ilə  evlənmə,  yaxud  satınalma  nikah  qaydasının  mövcudluğu 
haqqında da bilgilər var. 
Azərbaycan toyu xeyli adət və ayinlərlə müşayiət olunur. Azərbaycan toyu adə-
tən  qızbəyənmədən  başlamış  gəlinin  ər  evində  üzə  çıxmasınadək  davam  edən  çox 
təbəqəli, mürəkkəb mərasimdir. Vaxtilə qızbəyənmənin də mərasimi nəğmələri möv-
cud olmuşdur. Həmin  nəğmələrin  bəzi elementləri günümüzə qədər gəlib  çıxmışdır. 
Bəzən  elçilik  mərasimində  aradakı  sükutu  pozmaq  üçün  zarafatabənzər  nəğmələr 
söylənirdi. Məsələn, bugün də işlədilən “mal almağa gəlmişik, şal almağa gəlmişik” 
kimi aldadıcı və çaşdırıcı misralardan sonra, münasibəti görüb ona uyğun nəğmənin 
davamını  gətirərdilər.  Əgər  ev  sahibinin  üzündə  bir  təbəssüm  hiss  edilərdisə,  əsas 
mətləb  növbəti  misrada  bəyan  olunardı:  “Qız  almağa  gəlmişik”.  Bu  elçilik  mərasi-
mində  icra  olunan  nəğmələrdən  biridir.  Elçilik  mərasimində  icra  olunan  qaydalar, 
adət və ənənələr, ayinlər bir sıra kiçik fərqlərlə Azərbaycanın hər yerində eynidir (3).  
Müasir  toylardan  fərqli  olaraq  keçmişdə  toylarda  kollektiv  oxuyardılar.  İndiki 
toylarda saz dəstəsi olduğu halda o zamanlar toyagələnlər də oxuyaraq mərasimi qeyd 
edərdilər. Toy  həm  də  iməciliklə  müşayiət olunurdu. Hər  şeydən  əvvəl  qeyd  edək ki, 
toy el şənliyi olduğu kimi, onun keçirilməsi də el gücünə əsaslanırdı. Əks təqdirdə onu 
toy sahibi öz qüvvəsi ilə idarə edə bilməzdi. Bunu nəzərə alaraq toy sahibi elə ilk gün-
dən,  yəni  toyun  əsası  qoyulan  nişan  mərasimindən  başlayaraq  qohum-qonşuya,  dost-
tanışa, həmkəndlilərə arxalanaraq, onların məsləhəti ilə hərəkət edərdi (4). 
Folklorşünas  A.Ramazanovanın toy  mərasimləri  ilə  bağlı  incələmələri diqqəti-
mizi  çəkdi.  Alim  qeyd  edir:  “... toy  mərasimi  müxtəlif  funksiyaları  icra  edən  daimi 
personajlarının çoxluğu ilə də digər məişət mərasimlərindən köklü surətdə fərqlənir. 
Bu personajlar barəsində məlumatlar bu mərasimin poetik mətnlərində – toy nəğmə-
lərində qorunmuşdur”. 
Cəmiyyətdə  baş  verən  elmi-texniki  tərəqqinin  arxaikləşməyə  məruz  qoyduğu 
bir  personaj  toy  mərasiminin  son  ən  dramatik  momentində,  yəni  gəlinin  bəy  evinə 
yola salındığı zaman səhnəyə çıxan cilovdardır: 
Gedin deyin mənim ağa dayıma, 
Seyrə gəlsin çəmənimə, çayıma. 
Yığsın aşıqları gəlsin toyuma. 
Xara tuman qıraqlarısım olsun, 
Bacım gedir cilovdarı kim olsun (5). 
İnsan  həyatının  bütün  həlledici  məqamlarında  olduğu  kimi  toy  mərasimində  də 
izlənilən ciddi tabuasiya sisteminə bu mərhələdə də tam riayət olunur. A. Ramazanovaya 
görə,  “təmas  sehrinə  inanan  insanlar  gəlin  minəcək  atın  cilovunu  tutmağı  başıbütöv, 
bəxti ayaq üstə olan adama etibar edirlər” (5). Alim xalq dastanlarına üz tutur. “Qurbani” 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə