Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə37/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   33   34   35   36   37   38   39   40   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     83 
 
 
tarılmağı,  milli  yaddaşlarımızın  təzələnməsi  bizim  öz  soykökümüzə  bağlılıqdan  xə-
bər  verir.  Lakin  tarixin  elə  sərt  səhifələri  də  olmuşdur  ki,  bu  müqəddəs  bayramın 
üstünə  qara  kölgələr  salıb.  Ancaq  xalqımız  yenə  də  öz  bayramının  yolunu  səbir-
sizliklə gözləyib. 
Zəngilanın  “Kənd  həyatı” qəzetinin əməkdaşı Solmaz Əhmədova  “Novruz se-
vincləri” adlı  məqaləsində Zəngilanda Novruz adətlərini  belə təsvir edir:  “Yüz  illər, 
min  illər  boyunca  elimizdə,  obamızda  cəmi  şadlıq-şadyanalıqlardan,  çal-çağır,  toy 
düyünlərdən  yüksəkdə  dayanan,  xətri  əziz  saxlanan  istəkli  bir  bayramımız  da  var: 
xalqımız sevə-sevə, oxşaya-oxşaya Novruz deyib bu bayramın adına. Yeni ilin, yeni 
yazın  başlanğıcı  kimi  bu  əziz  bayrama  hamı  böyük  ümid  və  inamla  hazırlaşır.  Bir 
qayda olaraq gur tonqalların ərşə yüksələn mavi dilimlərində, ləvin-ləvin şirniyyatla-
rın  bəzədiyi  bol  süfrələrdə,  rəngbərəng  bəzədilmiş  töhfə  göndərilən  noğul  nabatla-
rında bu bayramın yeri görünür. Ta əzəldən xalqımız bu bolluğu, bu bərəkəti şən-şux 
oyun, nəğmələri və zarafatları ilə bir qədər də bəzəyiblər. 
Novruzun ulu öyüdlərinə, sınanmış kəlamlarına bel bağlayan İnsan oğlu bu gü-
nü  özünün  ömür  yolundan,  alın  yazısından  keçirə-keçirə,  əql  süzgəcində  saf-çürük 
etdiyi  yüzlərlə  qiymətli  hikməti-Novruz  bayatısını,  holavarı,  inamını,  etiqadını,  ma-
yasını gülüş təşkil edən  milli  xalq oyununu, tamaşasını  məhz Novruzun adı  ilə bağ-
layıb.  Torpağın  oyanmış,  dirçəliş  günü  kimi,  qarlı  qışdan  sonra  gələn  xoş  baharın 
müjdəsi kimi hər kəs bu günün şəninə ən xoş arzularını deməyi özünə borc bilib” (1).  
 Zəngilanda  milli  folklor  nümunələri  əsasında  hazırlanan  “Novruz  bayramı” 
şənlikləri çox təqdirəlayiq keçirilirdi. Bu kütləvi el bayramında qədim meydan oyun-
ları, satirik məzhəkəli səhnələr, şən mahnılar və şux rəqslər yaddaşlarımızda böyük iz 
qoymuşdur.“Xıdır İlyas”, “Qodu-qodu” ,”Kosa-kosa” və s. kimi oyunlar, “Səməni ay 
səməni  səməni”,  “Novruz  gəldi,  yaz  gəldi”  və  s.  nəğmələr,  “Yallı”,”Cəngi”  və  s. 
rəqslər bu qədim el bayramının əzəmət və böyüklüyündən xəbər verir. Bu günümüzə 
gəlib çatan bir el söyləməsində fəsillərin qiyməti düzgün verilmişdir: 
 
    
 
 
Üçü bizə yağıdır, 
Üçü cənnət bağıdır, 
    
 
 
Üçü yığıb gətirər, 
    
 
 
Üçü vurub dağıdır. 
 
Novruz  öz  gəlişi  ilə  yurdumuza  xeyir-bərəkət  gətirir.  Təbiət  ilin  bu  fəslində 
daha cəlbedici, gözəl görünür. Novruzun gəlişini duyan çaylar, sellər, sular sanki sə-
sini dəyişir. Ilin bu fəsli insanlara daha yaxın olur. Çünki adamlar əkinə başlayır. 
Həmin  müəllif digər bir  məqaləsində regionun  bayram  şənliklərinə  və bu şən-
liklərdə  icra  edilən  adət  və  ənənələrinə  dair  yazır  ki,“yağı-yağ,  ayranı-ayran  üstünə 
gətirən dünya öz axını ilə davam etdikcə ömrümüzün neçə-neçə ağlı – qaralı ləkələri-
ni, acılı-şirinli yaddaş ağrılarını üzə çıxarır. Həm də çox şükürlər olsun ki, təkcə ağrı-
ları yox, həm də xalqımızın milli adət və ənənələri ilə bağlı olan inam-etiqadarını da. 
Bayramlarımızın ən ulusu, ən ucası olan Novruz da məhz bu qəbildəndir. Üzü bahara 
olduğumuz  bir  vaxtda  mayası  zəhmət,  xeyirxahlıq,  yumor,  nəğmə  ilə  yoğrulmuş 
Novruz şənlikləri zamanı ülviləşmiş, paklaşmışıq. Bunun üçündür ki, neçə illər əvvəl 
olduğu kimi elliklə bayramımızı keçirdik, çərşənbə tonqalında kini-küdurəti, şər qüv-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     84 
 
 
vələrini yandırdıq. Açıq ürəklə bir-birimizə pay verdik payladıq. Kimsəsizi, xəstəni, 
əlili də unutmadıq o gün.. Neçə-neçə kimsəsizin qapısı gözlənilmədən açıldı o gün.. 
Sahibsiz,  valideyn  himayəsindən  məhrum  olmuş  neçə-neçə  körpənin  adına  bayram 
xonçası  tutuldu.  Çoxlarımızın  qəlbində  uzun  illərdən  bəri  unutduğumuz  xeyirxah 
duyğular,  yetimə-yesirə  əl  atmaq,  köməyə  möhtacı  olana  pənah  durmaq  kimi  nəcib 
duyğular da baş qaldırdı o gün qəlbimizdə” (2). 
Qırmızı  rənglə  boyanmış  yumurtasız,  kosa-kosasız,  dirə-döyməsiz,  səmənisiz 
bu  bayramı təsəvvür etmək çətindir. Dirə-döymə  oyunu gənclərdə həm  mərdlik, ce-
viklik, dözümlük, həm də düzlük kimi iradi keyfiyyətlər aşılayır. 
Kosanın bir dəstə gəncin müşayiəti ilə ev-ev gəzdirirlər. Kosa 5-10 dəqiqə  oy-
nayır,  oxuyur,  ev  sahiblərini  Novruz  bayramı  münasibətilə  təbrik  edir,  əvəzində  isə 
ev sahibi kosaya pay verir. Kosanın geyimi çox əcaib olur. Yanında isə gözəl geyimli 
qız. Mənə elə gəlir ki, kosa köhnə ilin nümayəndəsi, qız isə yeni ilin –baharın müjdə-
çisi və elə özüdür. Novruz bayramında gecə ilə gündüz bərabərləşir. Donmuş təbiətə 
ilıq bahar nəfəsi toxunduqca cana gəlir, dağların  başındakı ağ köynəyi də  yavaş-ya-
vaş sürüşüb düşür. Elə ona görə də bu bayram bayramların ulusu , ülvüsü, canlısıdır, 
gözəlidir. Lal sükutla hər tərəfə donuqluq gətirən qışla vidalaşırıq, bu bayramda. 
Ötən əsrin 90-cu illərində bayram günləri rayon qəzetində Azad Qaradərəlinin 
qələmə aldığı “Dirilik bayramı” məqaləsində deyilir: “ Ulu xalqımızın niyyəti də ulu 
olub həmişə. Novruzun çal-çağırı  bir-birini  əvəz eləyən çərşənbələr seriyası  ilə  baş-
lasa  da,  bayramaqədərki  ilk  tədbirlərdən  biri  ölüyə-uluya  hörmətlə  başlanır.  “Qəbir 
üstü”  adlanan  həmin  gün  hər  evdə  aş  qazanı  dəmə  vurulur.  Qəbirlər  rənglənir,  təzə 
ölülərin qəbirləri layiqincə götürülür, köhnəlmiş qəbirlər təmir edilir, kimsəsiz adam-
lara əl tutulur, pay göndərilir. Qəbir üstü axşamı ölənlərə ehsan verilir. 
İlin  axır  çərşənbəsi  Novruzun  müqəddiməsidir.  Çərşənbə  günü  elimizdə  ən 
ağır, ən uğursuz gün sayılır. Çərşənbədə səfərə çıxmaq, xeyir iş bina etmək, saç vur-
durmaq, suya girmək, təzə paltar geymək və s. yaxşı nəticə vermir. Elə buna görə də 
xalq  belə  çətin  günün-ilin  axır  çərşənbənin  çıxmasını  şadyanalıqla  qeyd  edir.  İlaxır 
çərşənbə  həm  də  Novruza  arın-arxayın  “addamağın”  mümkünlüyü  deməkdir.  İlaxır 
çərşənbənin  səhəri  arı-duru  su  ilə  ilk  dəfə  yuyunan  qız  ən  gözəl  qız  ,  oğlana  isə  ən 
igid oğlan deyirlər. İlaxır çərşənbədə qəlblər şüşə olur deyirlər, toxunsan... 
Səməni göyərdərlər ki, gözləri qabağında hər gün həyatın  yaşıl dünyanın  necə 
dirildiyini öz gözləri ilə görsünlər. İlaxır çərşənbədə, Novruzda da qovurğa qovurur-
lar ki, qoy həyat, dirilik ətri dünyanı bürüsün. Dişi olanlar atar ağzına “üyüdər”, diş-
sizlər  də  kirkirədə  çəkər  qovut  düzəldər,  atar  ağzına.  Amma  gərək  ağzında  qovut 
olan adamı danışdırmayasan. Danışsa, qovut da dağılar. 
 Şəkərbura, paxlava, şirni, qoz, çərəz, ləbləbi, daha nə bilim nələrdir, Novruzun 
naz-neməti.  Bir  də  sazdır,  sözdür.  Özü  də  hər  ucuz  söz  bu  süfrəyə  yol  tapa  bilməz. 
Gərək  əsrlərin,  qərinələrin  yaddaşından  süzülüb  gələn  ulu  söz  olsun.  Nənələrin 
boxçasından: 
 
Gün çıxdı dağ başına, 
Örtüb duvaq başına. 
Könlü şamama istəyən 
Dolansın tağ başına. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə