Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə40/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   36   37   38   39   40   41   42   43   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     90 
 
 
yaşayış yerləri ilə bağlı olub, bu üsulla ruhların su (su iyəsi), qulyabanı (orman iyəsi), 
damdabaca (ev iyəsi, yurd iyəsi) kimi xüsusi kateqoriyalarını yaradırlar (4, 659). 
Göründüyü kimi, mifoloji düşüncə ilə yaşayan insanların təsəvvüründə hər bir 
təbiət stixiyasının öz sahibi  var. Buna “məbud” deyilir. “Məbud” sözü ərəb dilində-
dir,  ibadət  edilən,  tapınılan,  sitayiş  edilən  mənasındadır.  İnsanlar  qədimdə  müxtəlif 
məbudlara  tapınmış,  sitayiş  etmişlər.  Ancaq  bütün  məbudlara  eyni  dərəcədə  sitayiş 
olunmamışdır. Bu, iki amildən asılı olmuşdur: 
1. Məbudun gücündən, yəni onun insanların həyatına təsir qüvvəsindən; 
2. İnsanların ona olan ehtiyacının dərəcəsindən. 
Məsələn, əyələr haqqındakı inanclardan göründüyü kimi, insan bir yerə gedən-
də həmin yerin sahibi olan əyəyə salam verməli, ondan bu yerə daxil olmaq üçün ica-
zə almalıdır. Bu, insanla əyə arasında olan ünsiyyətin norması, rəsmi, yəni mərasimi 
qaydasıdır. İnsan bu qaydalara əməl etməklə əyələrin rəğbətini qazanır və onlar da öz 
növbəsində insana yaxşılıq edirlər.  
Lakin  elə  məbudlar  vardır  ki,  insan  onun  rəğbətini  qazanmaq,  yaxud  həmin 
məbudla  bağlı  arzu-diləyinin  həyata  keçməsi  üçün  qurban  verməlidir.  Folkor  və  et-
noqrafiyaya  dair  məlumatlardan  aydın  olur  ki,  qurbanlar  cürbəcür  olmuşdur:  insan 
qurbanı,  heyvan  qurbanı,  mal-dövlət  qurbanı,  yəni  ehsanat,  ianə,  sədəqə  və  s.  Mə-
sələn, insan bir arzi-diləyinin həyata keçməsindən ötrü bir heyvanı qurban kəsə bilər. 
Yaxud yemək bişirən yaşlı qadınlar indi də bəzən yeməyə duz atanda “İmam Hüseyn 
ehsanı olsun” deyirlər. Yaxud Sibir türklərində yemək bişirən qadınlar qurban niyyəti 
ilə ocağa bir damcı yağ atırlar və s.  
Qurbanın növləri, qurbanvermə adətinin şəkilləri çoxdur. Qurbanvermənin bü-
tün  bu  rangarəng  formalarına  Azərbaycan  folklorunun  müxtəlif  janrlarında  geniş 
şəkildə  rast  gəlinir.  Qurbanvermə  motivinin  qorunub  qaldığı  və  daha  işlək  olduğu 
folklor janrlarının böyük bir qismi paremioloji vahidlər adlanır. 
Paremiloji vahidlər qurbanvermə motivi ilə sıx bağlı olduğu üçün onlar haqqında 
qısa  məlumat  verməyə  ehtiyac  var.  “Paremi”  hərfi  mənada  “deyim”  adlanır.  Sey-
fəddin Rzasoy yazır ki, “paremioloji vahid – paremi strukturalist-paremioloq A.Xəlilin 
müəyyənləşdirdiyi kimi, “deyim” vahidinə uyğundur. Bu anlamda, paremioloji vahid-
lərin tipoloji sırasına aid olan atalar sözləri, məsəllər, zərb-məsəllər, alqışlar, qarğışlar, 
atmaca-rişxəndlər, and-qəsəm və s. poetik deyimlər ilk növbədə nitq hadisəsi olmaqla 
həm də poetik tipoloji əlamətləri  ilə bəlli deyim, poetik janr olaraq da müəyyənləşdi-
rilir.  Bu  cəhət onları  metadil  qatına  aid  etməklə  funksiyalaşması  daha  çox  praqmatik 
situasiya ilə şərtlənən dilüstü poetik janrlar kimi biçimləndirir” (5, 99).  
Ağaverdi Xəlil Azərbaycan folklorunda deyimlərin, yəni paremioloji vahidlərin 
çoxsaylı növ və şəkillərini qeydə almışdır. O yazır ki, dil, fikir və folklor hadisəsi ki-
mi  səciyyələndirilən  deyim  mətnləri,  təxminən,  60-dan  çox  məntiqi-semiotik  kons-
truksiya  tipini  özündə  birləşdirir.  Deyimlərə,  əsasən,  aşağıdakılar  aid  edilir:  atalar 
sözləri, zərb-məsəllər,  məsəllər, tapmacalar, alqışlar, qarğışlar, təmsilciklər, nəsihət-
lər,  tövsiyələr,  məsləhətlər,  şüarlar,  mühakimələr,  müşahidələr,  əlamətlər,  sınaqlar, 
yozumlar,  ovsunlar,  cadular,  hökmlər,  təkliflər,  xahişlər,  icazələr,  qadağalar,  xeyir-
dualar,  ürək-dirəklər,  arzular,  and-amanlar,  and  içmələr,  and  vermələr,  sağlıqlar, tə-
riflər, söyüşlər, hərbə-zorbalar, salamlar və cavablar, məzhəkələr, lağlağılar, başsağ-
lığılar,  sözkəsmələr,  kəlamlar,  atmacalar,  didişmələr,  bədyələr,  yamsılamalar,  şux 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     91 
 
 
eşqnamələr,  toy  söyləmələri,  beşikbaşılar,  əzizləmələr,  səciyyələndirmələr,  müqayi-
sələr, bənzətmələr, ayamalar, nüktələr, sözgəlişilər, təqlidlər, təriflər, sayıncaqlar, ya-
nıltmaclar, zıqqımalar, alver deyimləri və s. (6, 78).  
A.Xəlilin  bu  sıralanmasında  atalar  sözləri  başda  gəlir.  Bu,  təsadüfi  deyil.  İn-
sanlar gün ərzində tez-tez atalar sözlərindən istifadə edirlər. Atalar sözləri və məsəl-
lər olmadan keçinmək olmur. Çünki insan çatdırmaq istədiyi fikri atalar sözləri, mə-
səllər vasitəsi ilə daha sərrast, daha təsirli ifadə edir. Bu cəhətdən atalar sözləri, mə-
səllər və A.Xəlilin qeyd etdiyi başqa deyimlər gündəlik nitqimizdə tez-tez işlənir. Elə 
buna görə də paremioloji vahidlər həm də nitq folkloru adlanır. Bunlar şifahi şəkildə 
yaranıb-yaşadığı  üçün  folklora  aiddir.  Ancaq  danışıqda  çox  işləndiyi  üçün  həm  də 
nitq folkloru kimi səciyyələndirilir. 
Maraqlıdır ki,  müasir azərbaycanlıların, xüsusilə  qadın və qızların  nitqində  iş-
lənən  deyimlər  (nitq  folkloru)  qurbanvermə  motivi  ilə  sıx  bağlıdır.  Analar,  nənələr 
körpə balaları gün ərzində dəfələrlə  “qurban olum”, “başına dönüm” kimi  ifadələrlə 
əzizləyirlər. Bu gün bizim dilimizdə adiləşmiş, əzizləməni, xoş, məhrəmanə münasi-
bəti ifadə edən bu etiket-deyimlər, əgər mənşəyinə, mahiyyətinə diqqət vermiş olsaq, 
əski mifoloji görüşlərlə, konkret desək, qurbanvermə ənənəsi ilə bağlıdır. Bunun in-
sanların şüurunda dərin kökləri var. Bir misal verək. Uşaqlar oynayarkən qaçaraq bir-
birinin  başına  dolanmağı  (fırlanmağı)  xoşlayırlar.  Lakin  bu,  böyüklərdə,  xüsusilə 
yaşlılarda narahatlıq yaradır. Məsələn, uşaq qaçaraq kiminsə ətrafında dolanır. Nənə-
babalar bu hərəkətdən qorxuya düşərək, dərhal bu hərəkəti dayandırırlar. Bəs burada 
nə baş verir və yaşlılar niyə narahat olurlar? 
Məsələ  burasındadır  ki,  başa  fırlanmaq  qurbanvermə  mərasiminin  əsas  aktla-
rından biridir. Məsələn, bir xəstəyə qurban deyilərkən nəzərdə tutulan heyvanı xəstə-
nin  başına dolandırıb kəsirdilər. Yaxud  indi də  bəziləri  bir sədəqə verərkən onu  ba-
şına fırladıb (dolandırıb) verir. Bir obyektin digər obyektin başına dolandırılması fır-
ladılan  obyektin  qurban  verilməsini  bildirir.  Uşaqlar  başqalarının  başına  fırlananda 
böyüklər  bu  səbəbdən  narahat olurlar  ki,  uşaq  qurban  gedər.  Qurbanvermə  ilə  bağlı 
bu  akt  Azərbaycan  dilinin  deyimlər  (paremilər)  fondunun  ən  işlək  ifadəsidir.  Xüsu-
silə  körpə  uşaqlarla  ünsiyyətdə  olan  azərbaycanlılar  gün  ərzində  çox  sayda  “başına 
dönüm”  ifadəsindən  istifadə  edirlər.  “Başına  dönüm”  ifadəsinin  qurbanvermə  ilə 
bağlılığını həm də o fakt təsdiq edir ki, dilimizdə “başına dönüm” ifadəsi, əksər hal-
larda  “qurban  olum”  ifadəsi  ilə  birgə  işlənir:  “başına  dönüm,  qurban  olum”,  yaxud 
əksinə. 
Məhəmməd  Fuad  Köprülü  “Dede  Korkut  Kitabına  Ait  Notlar:  Başa  Dönmek, 
Aynalmak” adlı məqaləsində yazır ki, XIV əsrdə Şərqi Anadolu və Azərbaycan mü-
səlman oğuzları arasında hər hansı bir fəlakətdən xilas olmağın şükrü olaraq kölə və 
cariyə azad edildiyi zaman onları kimin adına azad edirdilərsə, onun ətrafına döndər-
mək (başına dolandırmaq – S.Ə.) adəti mövcud idi. Anadolu və Rumeli türkləri ara-
sında  hələ  bu gün  belə  mövcud olan  bu adət  ilə Dədə Qorqud kitabındakı  bu qeydləri 
asanlıqla qarşılaşdıra bilərik: hər hansı bir səbəblə bir sədəqə ediləcəyi zaman onu adına 
sədəqə verilən kimsənin başı ətrafında üç dəfə çevirmək ümumi bir adətdir (14, 84). 
F.Körülü öz məqaləsində başa dönmək adəti ilə bağlı üç əsas nəticəyə gəlmiş-
dir: 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə