Dədə Qorqud ● 2015/I I I 92
1. Türklər daha çox əski zamanlarda qurbanları kimi adına isə onun ətrafında,
əgər bir ölü üçündürsə məzarının ətrafında dolandırırmışlar.
2. Başa dolandırmanın türklər arasında bilavasitə cənazə ayinlərində çox işlədi-
lən yeddi ədədinə bağlandığını, yəni yeddi dəfə olduğunu təxmin etmək olar. Ancaq
daha sonrakı zamanlarda cənazə ayinlərində əskidən bəri əhəmiyyəti olan üç ədədini,
yəni üç dəfə dolandırıldığını görürük ki, bu da Azərbaycanda və Anadoluda son za-
manlara qədər davam etmişdir.
3. Əski türk şamanizmində bir xəstənin yerinə digər bir kimsənin özünü qurban
etməsi etiqadı mövcud idi. Başqa qurbanlarda olduğu kimi, buna aid mərasimdə də
başa dolanmaq adəti olduğu kimi davam etmişdir (14, 90).
F.Köprülünün son fikrinə münasibət bildirən Dilbər Zamanzadə yazır ki, tədqi-
qatçı diqqəti qurbanvermənin şamanizm aspektinə yönəltməklə, əslində, diqqəti həm
əski türklərin ruhlar-inamlar dünyasına, həm də bu adətin variantlaşma imkanlarına
yönəltmiş olur. Belə ki, əgər şamanizmdə xəstənin yerinə başqası özünü qurban verə
bilirdisə, bu, o demək idi ki, qurbanvermə adəti başqa xalqlarda olduğu kimi, əski
türklərdə də ruhlarla, yəni əski türklərin animistik inamları ilə bağlıdır (15, 47).
Qurbanvermənin başa dolanmaqla icra olunması öz izlərini aşağıdakı deyim-
lərdə saxlamışdır:
“Yüz günnən sora hay verən qonşunun, başına dönüm” (8, 503).
“Barlı ağacın başına dolanarlar” (7, 50).
“Bilənin başına dönüm, bilməyənin də,
dad yarımçıq əlindən” (7, 55).
“Könlü yemiş istəyən dolanar tağ başına” (7, 152).
“Quru-quru qurbanın olum, yaş başua dolanım” (13, 200).
Azərbaycan dilində qurbanvermə motivi ilə bağlı deyimlərin əhəmiyyətli his-
səsi “can qurbanı” ilə bağlıdır. Məsələn:
“Anlayana da can qurban, anlamayana da,
dad yarımçıq əlindən” (7, 35)
“Canım qurban, yaxşı qonaq,
Gəl uçaq, bir də qonaq” (7, 70).
“Ər eldəndi, oğul beldən,
qardaşa canım qurban” (7, 108).
“Yan mənə – yanım sənə,
Qurbandı canım sənə” (8, 289).
“Başarana can qurvan,
Başarmıyana daş qurvan” (8, 473).
Başqa bir qisim deyimlərdə “can” sözündən istifadə olunmasa da, söhbət yenə
də can qurbanından gedir:
“Qurban xətaya qalxandır” (7, 173)
“Qurban olum o qana, üstündən bir gün keçə” (7, 173).
[Bu deyim başqa bir variantda belədir:
“Qurban olum o qala, üstündən bir gün keçə (9, 303)].
“Qurban olum zərgərə, saldı məni pərgara” (7, 173).
“Qurbanı biz elədik, yağış Qaradağa yağdı” (7, 173).
“Quru-quru qurbanın olum” (7, 175).
Dədə Qorqud ● 2015/I I I 93
“Sürü sənə qurbandır, amma çəpişin bir tümənə” (7, 215)
Bu deyimlərin ikisində qurbanvermənin mahiyyəti, funksiyası və icrası ilə
bağlı cəhətlər öz əksini tapmışdır. “Qurban xətaya qalxandır” deyimindən aydın olur
ki, insan bir xətaya, qüsura yol verərsə, bu halda bəladan qorunmaq üçün qurban ver-
məlidir. “Qurbanın xətaya qalxan olması” o deməkdir ki, insan qurbanvermə vasitə-
silə özünü qoruyur. “Xətaya yol vermək” kiminsə haqqına girmək, ədalətsiz, nahaq iş
görmək mənasındadır. Bu halda insan başqasının qəzəbini, nifrətinı ifadə edən qarğı-
şa – bəd duaya tuş gələ bilər. Allah (c.c.) bu xəta əmələ görə insana qəzəb edə bilər.
Peşman olmuş insan Allahdan (c.c.) bağışlanmaq diləyir və bağışlanmaq üçün qur-
ban deyir. Qurban vermək öz malından keçmək deməkdir. İnsan bununla Allahı (c.c.)
rəhmə gətirir.
İkinci atalar sözü bir qədər yumoristik ruhdadır. Yağışa ehtiyacı olan insanlar
müsəllaya çıxmış, hamı birlikdə Allaha (c.c.) əl qaldırıb yağış yağdırması üçün dua
etmişlər. “Müsəllaya çıxmaq – elliklə dua edərək Allahdan yağış istəmək” (10, 430)
mərasimidir. Bu mərasimdə Allaha (c.c.) qurban niyyəti ilə heyvan kəsilmişdir.
Lakin yağış başqa kəndə yağmışdır. Biz məsələnin yumoristik tərəfini bir qırağa qo-
yub, diqqəti o cəhətə yönəltmək istəyirik ki, qurbanvermə Azərbaycanda həm də el-
liklə – kütləvi şəkildə də icra olunurmuş. Qurbanvermənin bu kütləvi-mərasimi şəkli
ehsanat məclisləri şəklində indi də yaşamaqdadır. Azərbaycanın hər yerində bir insan
öləndə heyvanlar kəsilib, Allaha (c.c.) xatir ehsan verilir.
Bir qisim deyimlərdə qurbanvermə “qədirbilmə” mənası ilə bağlanır:
Qaranquş gəldi gedərdi, sərçəyə qurban (8, 262).
Qurban olum qonşuma, duzsuz yumurtama duz səpə (8, 277).
Qanana da qurvan, qanmıyana da,
dad alayarımçıx əlinnən (8, 479).
Vaxtında hay verən qonşuya baş qurvan (11, 218).
Bir qisim deyimlərdə qurbanvermə motivi sevgi hissi ilə əlaqələndirilir:
“Mən qurbanam balama, balam da balasına” (8, 274).
“Allaha da qurban olum, onun qonağına da” (8, 242).
Deyimlərdə hansı heyvanın qurban kəsilməsi məsələsi də öz əksini tapmışdır.
Məsələn:
“Comuşdan ehsan, keçidən qurvan olmaz” (8, 532).
“Qurbannıx qoçu qurd yeməz” (11, 207).
“Erkək quzu qurbanlıq üçün doğular” (12, 265).
İşin elmi yeniliyi: Aparılmış tədqiqat üç əsas nəticəyə gəlməyə imkan verir:
1. Azərbaycan dilinin paremioloji fondu qurbanvermə adəti ilə bağlı deyimlərlə
zəngindir.
2. Deyimlərdə qurbanvermə ilə bağlı müxtəlif motivlərin mövcudluğu bu adə-
tin milli mədəniyyət tariximizdə qədim və fəal rola malik olmasını göstərir.
3. Qurbanvermənin folklorun paremioloji “dərinliklərinə” qədər nüfuz etməsi
eyni zamanda mövzunun elmi problematika kimi aktuallığını təsdiqləyir.
İşin nəzəri və praktiki əhəmiyyəti: Məqalənin nəzəri əhəmiyyəti bu işdən
qurbanvermə ənənəsinin tədqiqində nəzəri ədəbiyyat kimi istifadə imkanları, praktiki
əhəmiyyəti isə ali məktəblərdə praktiki vəsait kimi istifadə imkanları ilə müəyyən-
ləşir.
Dostları ilə paylaş: |