Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə41/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   37   38   39   40   41   42   43   44   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     92 
 
 
1. Türklər daha çox əski zamanlarda qurbanları kimi adına  isə onun ətrafında, 
əgər bir ölü üçündürsə məzarının ətrafında dolandırırmışlar. 
2. Başa dolandırmanın türklər arasında bilavasitə cənazə ayinlərində çox işlədi-
lən yeddi ədədinə bağlandığını, yəni yeddi dəfə olduğunu təxmin etmək olar. Ancaq 
daha sonrakı zamanlarda cənazə ayinlərində əskidən bəri əhəmiyyəti olan üç ədədini, 
yəni üç dəfə dolandırıldığını görürük ki, bu da Azərbaycanda və Anadoluda son za-
manlara qədər davam etmişdir.  
3. Əski türk şamanizmində bir xəstənin yerinə digər bir kimsənin özünü qurban 
etməsi  etiqadı  mövcud  idi.  Başqa  qurbanlarda  olduğu  kimi,  buna  aid  mərasimdə  də 
başa dolanmaq adəti olduğu kimi davam etmişdir (14, 90). 
F.Köprülünün son fikrinə münasibət bildirən Dilbər Zamanzadə yazır ki, tədqi-
qatçı diqqəti qurbanvermənin şamanizm aspektinə yönəltməklə, əslində, diqqəti həm 
əski  türklərin  ruhlar-inamlar  dünyasına,  həm  də  bu  adətin  variantlaşma  imkanlarına 
yönəltmiş olur. Belə ki, əgər şamanizmdə xəstənin yerinə başqası özünü qurban verə 
bilirdisə,  bu,  o  demək  idi  ki,  qurbanvermə  adəti  başqa  xalqlarda  olduğu  kimi,  əski 
türklərdə də ruhlarla, yəni əski türklərin animistik inamları ilə bağlıdır (15, 47). 
Qurbanvermənin başa  dolanmaqla icra olunması öz izlərini aşağıdakı deyim-
lərdə saxlamışdır:
 
“Yüz günnən sora hay verən qonşunun, başına dönüm” (8, 503). 
“Barlı ağacın başına dolanarlar” (7, 50). 
“Bilənin başına dönüm, bilməyənin də,  
dad yarımçıq əlindən” (7, 55). 
“Könlü yemiş istəyən dolanar tağ başına” (7, 152). 
“Quru-quru qurbanın olum, yaş başua dolanım” (13, 200).  
Azərbaycan  dilində  qurbanvermə  motivi  ilə  bağlı  deyimlərin  əhəmiyyətli  his-
səsi “can qurbanı” ilə bağlıdır. Məsələn:  
“Anlayana da can qurban, anlamayana da,  
dad yarımçıq əlindən” (7, 35) 
“Canım qurban, yaxşı qonaq,  
Gəl uçaq, bir də qonaq” (7, 70). 
“Ər eldəndi, oğul beldən,  
qardaşa canım qurban” (7, 108). 
“Yan mənə – yanım sənə,  
Qurbandı canım sənə” (8, 289). 
“Başarana can qurvan, 
Başarmıyana daş qurvan” (8, 473). 
Başqa bir qisim deyimlərdə “can” sözündən istifadə olunmasa da, söhbət yenə 
də can qurbanından gedir: 
“Qurban xətaya qalxandır” (7, 173) 
“Qurban olum o qana, üstündən bir gün keçə” (7, 173). 
[Bu deyim başqa bir variantda belədir: 
“Qurban olum o qala, üstündən bir gün keçə (9, 303)]. 
“Qurban olum zərgərə, saldı məni pərgara” (7, 173). 
“Qurbanı biz elədik, yağış Qaradağa yağdı” (7, 173). 
“Quru-quru qurbanın olum” (7, 175). 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     93 
 
 
“Sürü sənə qurbandır, amma çəpişin bir tümənə” (7, 215) 
Bu  deyimlərin  ikisində  qurbanvermənin  mahiyyəti,  funksiyası  və  icrası  ilə 
bağlı cəhətlər öz əksini tapmışdır. “Qurban xətaya qalxandır” deyimindən aydın olur 
ki, insan bir xətaya, qüsura yol verərsə, bu halda bəladan qorunmaq üçün qurban ver-
məlidir. “Qurbanın xətaya qalxan olması” o deməkdir ki, insan qurbanvermə vasitə-
silə özünü qoruyur. “Xətaya yol vermək” kiminsə haqqına girmək, ədalətsiz, nahaq iş 
görmək mənasındadır. Bu halda insan başqasının qəzəbini, nifrətinı ifadə edən qarğı-
şa – bəd duaya tuş gələ bilər. Allah (c.c.) bu xəta əmələ görə insana qəzəb edə bilər. 
Peşman  olmuş  insan  Allahdan  (c.c.)  bağışlanmaq  diləyir  və  bağışlanmaq  üçün  qur-
ban deyir. Qurban vermək öz malından keçmək deməkdir. İnsan bununla Allahı (c.c.) 
rəhmə gətirir. 
İkinci  atalar sözü bir qədər  yumoristik ruhdadır. Yağışa ehtiyacı olan  insanlar 
müsəllaya  çıxmış,  hamı  birlikdə  Allaha (c.c.) əl qaldırıb  yağış  yağdırması üçün dua 
etmişlər. “Müsəllaya çıxmaq – elliklə dua edərək Allahdan yağış istəmək” (10, 430) 
mərasimidir.  Bu  mərasimdə  Allaha  (c.c.)  qurban  niyyəti  ilə  heyvan  kəsilmişdir. 
Lakin yağış başqa kəndə yağmışdır. Biz məsələnin yumoristik tərəfini bir qırağa qo-
yub, diqqəti o cəhətə yönəltmək istəyirik ki, qurbanvermə Azərbaycanda həm də el-
liklə – kütləvi şəkildə də icra olunurmuş. Qurbanvermənin bu kütləvi-mərasimi şəkli 
ehsanat məclisləri şəklində indi də yaşamaqdadır. Azərbaycanın hər yerində bir insan 
öləndə heyvanlar kəsilib, Allaha (c.c.) xatir ehsan verilir. 
Bir qisim deyimlərdə qurbanvermə “qədirbilmə” mənası ilə bağlanır: 
Qaranquş gəldi gedərdi, sərçəyə qurban (8, 262). 
Qurban olum qonşuma, duzsuz yumurtama duz səpə (8, 277). 
Qanana da qurvan, qanmıyana da,  
dad alayarımçıx əlinnən (8, 479). 
Vaxtında hay verən qonşuya baş qurvan (11, 218). 
Bir qisim deyimlərdə qurbanvermə motivi sevgi hissi ilə əlaqələndirilir: 
“Mən qurbanam balama, balam da balasına” (8, 274). 
“Allaha da qurban olum, onun qonağına da” (8, 242). 
Deyimlərdə  hansı  heyvanın  qurban  kəsilməsi  məsələsi  də  öz  əksini  tapmışdır. 
Məsələn: 
“Comuşdan ehsan, keçidən qurvan olmaz” (8, 532). 
“Qurbannıx qoçu qurd yeməz” (11, 207). 
“Erkək quzu qurbanlıq üçün doğular” (12, 265). 
İşin elmi yeniliyi: Aparılmış tədqiqat üç əsas nəticəyə gəlməyə imkan verir: 
1. Azərbaycan dilinin paremioloji fondu qurbanvermə adəti ilə bağlı deyimlərlə 
zəngindir. 
2. Deyimlərdə qurbanvermə ilə bağlı müxtəlif motivlərin mövcudluğu bu adə-
tin milli mədəniyyət tariximizdə qədim və fəal rola malik olmasını göstərir.  
3.  Qurbanvermənin  folklorun  paremioloji  “dərinliklərinə”  qədər  nüfuz  etməsi 
eyni zamanda mövzunun elmi problematika kimi aktuallığını təsdiqləyir. 
İşin  nəzəri  və  praktiki  əhəmiyyəti:  Məqalənin  nəzəri  əhəmiyyəti  bu  işdən 
qurbanvermə ənənəsinin tədqiqində nəzəri ədəbiyyat kimi istifadə imkanları, praktiki 
əhəmiyyəti  isə  ali  məktəblərdə  praktiki  vəsait  kimi  istifadə  imkanları  ilə  müəyyən-
ləşir. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə