Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə49/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   45   46   47   48   49   50   51   52   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     110 
 
 
ment  kimi  səciyyələndirir:  “Əlbəttə,  bu,  ağır  mübarizələrlə  bağlı  çətin  proses  idi, 
əzablı enişləri,  yoxuşları olmuşdu,  müxtəlif  müqavimətlərə rast gəlmişdi. Lakin  heç 
zaman qırılmamışdı, aramsız olaraq davam etmişdi və çox təbiidir ki, məhz Vaqif ya-
radıcılığında bu proses tamamlandı, yalnız ona görə yox ki, Vaqif böyük istedad idi, 
qırılmaz  tellərlə  xalq  mənbələrinə  bağlı  idi,  canlı  xalq  dilinin  və  xalq  ədəbiyyatının 
çeşmələrindən su içmişdi, bir də ona görə ki, zəmanənin özündə bunun üçün ehtiyac 
yaranmışdı, prosesin tamamlanmasına lazım olan amillər var idi” (4, 613). 
Qeyd  edək  ki,  M.İbrahimovun  xalq  dili  üzərində  apardığı  müşahidələrin  bu 
nəticələrinin bu gün belə böyük əhəmiyyəti vardır. Çünki bu nəticələrdə xalqın dilinə 
bütün varlığı ilə bağlı olan M.İbrahimovun dərin elmi müşahidə və intellekti öz əksi-
ni  tapmışdır.  Müəllifin  başlıca  elmi  qənaətləri  belə  bir  əsas  nöqtədə  ümumiləşir  ki, 
Azərbaycan  dili  minilliklər  boyunca  fasiləsiz  ədəbi  inkişafda  olmuşdur.  Onun  əv-
vəlki  minilliklərə  aid  yazılı  sənədləri  əlimizdə  olmasa  da,  “Kitabi-Dədəd  Qorqud”, 
“Koroğlu”, məhəbbət dastanları kimi abidələr, dilin zəngin deyim fondu Azərbaycan 
türkcəsinin fasiləsiz təkamülündən soraq verir. Bu nöqtə M.İbrahimovun folklora və 
folklor  dilinə  olan  sönməz  marağını  da  izah  edir.  O,  Azərbaycan  folklorunu  onun 
təkcə  yüksək  bədii-mənəvi  dəyərlərinə  görə  tədqiq  etmirdi.  Ədib  üçün  Azərbaycan 
folkloru həm də  Azərbaycan dilinin  bu torpaqdakı qədim tarixini təsdiq edən  inkar-
olunmaz  şifahi  sənədlər  –  sübut  idi.  Müəllif  ona  görə  də  folkloru  öyrənməyin  əhə-
miyyətini durmadan öz əsərlərində vurğulamışdır. 
 
ƏDƏBİYYAT 
 
1. 
İbrahimov  M.  Gəlin  gözəl  danışaq  /  M.İbrahimov.  Əsərləri,  10  cilddə,  VIII  c.,  Bakı: 
Yazıçı, 1981, s. 282 
2. 
İbrahimov M. Dilimizin inkişaf yolları / M.İbrahimov. Əsərləri, 10 cilddə, X c., Bakı: 
Yazıçı, 1983, s. 34 
3. 
İbrahimov M. Azərbaycan dili / M.İbrahimov. Əsərləri, 10 cilddə, X c., Bakı: Yazıçı, 
1983, s.87 
4. 
İbrahimov  M.  Vaqifin  dövrü  və  şeiri  /  M.İbrahimov.  Əsərləri,  10  cilddə,  IX  c.,  Bakı: 
Yazıçı, 1982, s.612-613 
5. 
İbrahimov M. Aşıq poeziyasında realizm. Bakı: Elm, 1966, 81 s. 
6. 
Əliyev  H.  Milli  varlığımızın  mötəbər  qaynağı  /  Dədə  Qorqud  dünyası  (məqalələr). 
Bakı: Öndər, 2004, s.8 
7. 
Nəbiyev  B.,  Qarayev  Y.  Xalq  mənəviyyatının  güzgüsü  (Kitabi-Dədə  Qorqud).  Bakı: 
Elm, 1999, s.16-17 
8. 
Qarayev  Y. Bütün xalqların və dövrlərin  kitabı / Azərbaycan şifahi xalq ədəbiyyatına 
dair tədqiqlər. X kitab. Bakı: Səda, 2001, s.4 
 
 
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     111 
 
 
Günel XƏLİLOVA  
AMEA Folklor İnstitunun doktorantı 
e-mail: lit.gun@mail.ru 
 
ESXATOLOJİ MİFLƏR VƏ ONLARIN MAHİYYƏTİ 
 
Xülasə 
Esxatoloji  miflər dünyanın  sonu,  “son  gün”,  kosmik  qəza, ölüm,  ölümdən  sonrakı həyat haq-
qında mifləri əks etdirilir. Bu miflər dünyanın gələcəkdə baş verəcək sonundan bəhs edir. Esxatoloji 
katastrofların ardınca hüquq və əxlaqın pozulması, cinayətkarlığın artması baş verir. Bu miflərə əsasən 
dünya  sonda  ya  odda  yanır,  ya  daşqına  məruz  qalır,  ya  da  şər  qüvvələr  ilə  kosmik  döyüş  baş  verir. 
Amma  bütün  hallarda  insanlığın  mütləq  məhvindən  söhbət  gedə  bilməz.  Esxatoloji  miflər  tamamilə 
məhv olmaqdan çox yenilənmə, bərpanı nəzərdə tutur. Dövrəvi zaman konsepsiyasına sadiq qalan mi-
foloji təfəkkürdə dövrəvilik, sonla başlanğıcın daim bir-birini izləməsi, tamamlaması öz təsdiqini ta-
pır. Dünyanın sonu haqqında esxatoloji təsəvvürlər bu mənada dairəvi zaman konsepsiyasına tabedir. 
Açar  sözlər:  esxatologiya,  esxatoloji  görüşlər,  dünyanın  sonu,  axirət,  Nuh  peyğəmbər,  son, 
kosmik tufan 
 
THE ESCHATOLOGICAL MYTHS AND THEIR ESSENCE 
 
Summary 
The  eschatological  myths  reflect  the  myths  about  the  end  of  the  world,  the  last  days  (the 
hereafter  day),  the  cosmic  catastrophe,  the  death  and the afterlife. These  myths are about  the  end  of 
the world in the future. After the eschatological catastrophe there happens the violation of human law 
and the morality and the crime increases. According to these myths in the end the world is on fire, or 
exposed to flooding, or there happens space battle with the forces of evil. But in all cases, there cannot 
be  talked  about  the  absolute  destruction  of  humanity.  Eschatological  myths  mean  the  renewals,  the 
restoration, not the absolutly destruction. In mythological thinking which remains true to the circular 
time consept are confirmed the circularity, “the end” and “the beginning” which follows and comple-
tes each other. The eschatological myths about the end of the world comply with the circular time con-
seption. 
Key  words:  eschatology,  eschatological  concepts,  the  end  of  the  world,  the  hereafter  day, 
prophet Noah, cosmic cataclysm 
 
ЭСХАТОЛОГИЧЕСКИЕ МИФЫ И ИХ СУТЬ 
 
Резюме 
Конец  света,  «последний  день»,  космическая  катастрофа,  смерть,  жизнь  после  смерти- 
все  эти  представлении  отражены  в  эсхатологических  мифах.  В  этих  мифах  речь  идет  о  буду-
щем  конце  света.  После  эсхатологической  катастрофы  происходит  нарушение  человеческих 
прав и моральных норм. В этих мифах в конце мир либо горит в огне, либо происходит навод-
нение, либо война со злом. Но во всех случаях, речь не может идти об абсолютном уничтоже-
нии всего человечества. Эсхатологические мифы о конце света подчинены концепции циклич-
ности времени.  
Ключевые  слова:  эсхатология,  эсхатологические  представлении,  конец  света,  пророк 
Ной, космическое наводнение. 
   
 
 
 
Məsələnin  qoyuluşu.  Esxatoloji  miflər  bəzən  kosmoqonik  miflərin  içində  ve-
rilmiş,  tədqiqata  az  cəlb  olunmuşdur.  Müxtəlif  xalqlara,  dinlərə  məxsus  esxatoloji 
görüşlər tədqiqata cəlb olunmuşdur. Onların mütləq məhv deyil, bütün hallarda yara-
dılışa kiçik olsa da bir işarə olduğu müəyyənləşdirilmişdir. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə