Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə47/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     106 
 
 
Əgər ana dili  xalqın  həyatının  ən  müxtəlif sferalarını əhatə etmirsə, bu halda həmin 
xalq artıq onu milli subyekt kimi bərqərar edən əsas atributundan məhrum olur. 
“Beş-üç nəfər əcnəbi dilində oxumuşun və  ya  yadların  beşiyində tərbiyə tapa-
raq halal ana südündən məhrum olanların danışdığı bir dilə isə ana dili demək olmaz” 
hökmü  ilə  M.İbrahimov  Sovet  Azərbaycanında  ana  dili  itkilərimizin  yaratdığı  milli 
fəsadlara idarə edir. O, “beş-üç nəfər əcnəbi dilində oxumuş” dedikdə, heç şübhəsiz 
ki, ana dilinə xor baxıb, uşaqlarını rus dilində oxudanları, “yadların beşiyində tərbiyə 
taparaq  halal  ana  südündən  məhrum  olanların  danışdığı  bir  dil”  dedikdə  isə  qeyri-
millət tərbiyəsi ilə böyüyən insanların Azərbaycan dilinə xor baxmalarını nəzərdə tu-
tur.  Belə  ki,  bu  məqalə  Təbrizdə  1945-ci  ilin  noyabr  ayında  çap  olunmuşdur.  İstər 
Sovet Azərbaycanında, istərsə də Cənubi Azərbaycanda rus və fars dillərinin ana di-
limizi  sıxışdırması,  Azərbaycanlı  kişilərin  ruslar,  ermənilər  və  farslarla  evlənməsin-
dən  doğulan  uşaqların  Azərbaycan  dilinə,  bir  qayda  olaraq,  biganə  olmaları  və  xor 
baxmaları M.İbrahimovu əsl milli ziyalı kimi narahat etmiş və o da öz münasibətini 
belə ifadə etmişdir. 
M.İbrahimov ana dilinin milli varlığın bərqərar edilməsi, yaşadılmasındakı ro-
lunu dəqiq şəkildə  müəyyənləşdirərək  yazır ki,  “dil  bir  xalqın  mənəvi cəhətdən  bir-
ləşməsində, öz həyat və  mübarzəsini təşkil etməsində qüdrətli  vasitə  və silahdır. Ta 
qədim  zamanlardan  bəri  tarix  göstərir  ki,  hər  hansı  bir  xalq  öz  millət  və  mənəviy-
yatını saxlamaq üçün öz vətəni və dövləti ilə bərabər öz dilini də saxlamağa cəhd et-
mişdir. Çünki hər xalqın ana dili onun milli varlığının və mənəvi aləminin ifadəsidir. 
Beləliklə, dil xalqın milliyyət və varlığını bildirən və qoruyan mühüm amillərdən bi-
ridir” (4, 87). 
Göründüyü kimi, M.İbrahimova görə, Azərbaycan dili milli varlığın qorunma-
sının əsas vasitəsidir. Azərbaycan xaqlının mənəvi-milli birliyi və bütövlüyü ana dili-
nin qorunmasından keçir. Əgər Azərbaycan dili yaşayacaqsa, bu halda xalqımız milli 
cəhətdən  bir  və  bütöv  olacaq.  Ana  dili  xalqın  bütün  fərdlərini  bir-birinə  bağlayan 
milli bütövləşmə vasitəsidir. Bu dil xalqın nümayəndələrini vahid linqvistik çevrəyə 
daxil etməklə onların milli-mənəvi bütövlüyünü və birliyini təmin edir. 
Ədibə  görə,  milli  dil  xalqın  öz  milli  varlığını  və  mənəviyyatını  saxlaması  və 
bərqərar  etməsinin  əsas  şərtidir.  Milli  dil  aradan  qalxarsa,  xalq  özünün  ən  mühüm 
ümummilli  əlamətlərinin  birindən  məhrum  olar.  Ümummilli  əlamətlər  isə  xalqı  bir 
milli  nüvə  ətrafında  saxlayan  cazibə  mərkəzidir.  Həmin  cazibə  mərkəzinin  ən  mü-
hüm ünsürlərindən  biri  milli dildir. Milli dildən  məhrum olmaq xalqın öz əsas  milli 
əlamətindən məhrum olaraq kütləyə çevrilməsi deməkdir. 
Milli dil vətən və dövlət anlayşları ilə bir sırada durmaqla onların vəhdətini təş-
kil edir. Vətən və dövlət milli dil vasitəsi ilə hərəkətə gəlir, başqa sözlə funksionalla-
şır.  Vətən  məhz  milli  dil  vasitəsi  ilə  coğrafi  anlayış  olmaqdan  çıxaraq,  milli  varlığı 
şərtləndirən  dəyərlər  sırasına  daxil  olduğu  kimi,  dövlət  də  milli  dil  vasitəsilə  milli 
dövlət  anlayışı  səviyyəsinə  qalxır.  Bu  halda  milli  dil  vətən  və  dövlət  anlayışlarını 
milliləşdirərək, onları məhz milli atributlar və dəyərlər sisteminə daxil edir. 
M.İbrahimov  belə  hesab  edir  ki,  “yüzlərlə  və  minlərlə  sözlər,  istilahlar,  yer 
adları və sənət abidələri vardır ki, onların elmi təhlili bizi qədim zamanın dumanı al-
tında itmiş həqiqətlərə doğru apara bilər. Məsələn, məlum olduğu üzrə, bizdə səməni 
göyərtmək  adəti  Midiya  dövründən  qalmış  və  “səməni”  sözü  qədim”som”,  yaxud 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     107 
 
 
“səm”  adlanan  çiçəyin  adından  əmələ  gəlmişdir.  Dilimizdə  zaman  keçdikcə  ibtidai 
şəklini dəyişmiş belə sözlər çoxdur” (2, 36-37). 
Göründüyü  kimi,  M.İbrahimov  dil  yaddaşını  milli-etnik  tarixin  açarı  hesab 
edir.  Müəllifə  görə,  milli-etnik  tarixin  bu  gün  bizə  qaranlıq  görünən  səhifələrinin 
üzərinə dil yaddaşı işıq saçır. Ədib bu baxımdan “Dədə Qorqud” dastanlarını əlahid-
də qaynaq hesab edir: “Lakin hazırda keçmiş Azərbaycan dilini öyrənmək üçün əldə 
olan ən qədim və ən böyük vasitə “Dədə Qorqud” dastanlarıdır. “Dədə Qorqud” lüğət 
və  sintaksis  cəhətdən  XI-XIII  əsrlərdəki  Azərbaycan  dilinin  bütün  xüsusiyyətlərini 
özündə əks etdirir (2, 37). 
M.İbrahimovun  “Dədə Qorqud” dastanlarına belə böyük qiymət verməsi onun 
bir  ədəbiyyatşünas  kimi  bu  dastanın  Azərbaycan  tarixindəki  yeri  və  rolunu  bütün 
əzəməti ilə dərk etməsi ilə bağlı idi. O, abidənin milli varlığımızın bərqərar edilməsi 
yolunda necə nəhəng və monumental bir “sənəd” olduğunu bütün ciddiyyəti ilə dərk 
edirdi. Heç təsadüfi deyildir ki, Azərbaycan ədəbiyyatının məşhur siyasət və elm xa-
dimləri bu abidəni Azərbaycan xalqını bütün dünyada tanıdacaq şah əsər kimi səciy-
yələndiriblər.  
“Kitabi-Dədə  Qorqud”un  Azərbaycan  tarixindəki  roluna  verilmiş  qiymətlər 
içərisində  ilk  növbədə  ulu  öndər  Heydər  Əliyevin  fikri  diqqəti  cəlb  edir.  O,  eposu 
«milli varlığımızın mötəbər qaynağı» hesab edərək yazır: “Kitabi-Dədə Qorqud” bi-
zim milli estetikamızın mötəbər qaynağı olaraq mənəvi və estetik dəyərlərin vəhdəti-
ni özündə əks etdirir. Gözəllik və eybəcərlik, ülvilik və alçaqlıq, komiklik və faciəlik, 
məhəbbət və nifrətlə bağlı olan fikirlər, bizim əcdadlarımızın estetik duyumu  lakonik 
ədəbi  formalarda eposun  müxtəlif  boylarında  ifadə olunur.  Gözəllik  və  hikmətin,  gö-
zəllik və qeyrətin, gözəllik və sədaqətin qırılmaz daxili  harmoniyası da «Kitabi-Dədə 
Qorqud»a xas olan estetik və etik kateqoriyaların mahiyyətini açıqlayır» (6, 8). 
Bəkir Nəbiyev və Yaşar Qarayev eposu milli  mədəniyyətimizin zirvə  məqamı 
kimi  səciyyələndirərək  qeyd  edirlər  ki,  «Kitabi-Dədə  Qorqud»  oğuz  xalqlarının  şah 
əsəri, ata kitabıdır, Azərbaycan  mentalitetinin, bütün türk dünyasının  yaradıcı düha-
sının hələlik əldə olan ilk ən böyük və ən mükəmməl bədii ifadəsidir. Bu dastan həm 
də  xalqın  həyatının  epik  lövhələrini,  onun  əxlaq  və  mənəviyyatını,  davranış  mədə-
niyyətini,  estetik  zövqünü,  gözəllik  anlayışını,  humanizmini,  vətənpərvərlik,  qəhrə-
manlıq  keyfiyyətlərini,  sevgidə  dəyanət,  ataya-anaya  şəfqət  və  ehtiram  duyğularını 
bədii  vasitələrlə  əks  etdirən  qanunlar  məcəlləsi,  zəngin  biliklər  ensiklopediyasıdır» 
(7, 16-17). 
“Kitabi-Dədə Qorqud” qarşısında milli vətəndaş – siyasətçi, alim heyrətini ifa-
də edən bu fikirlər təsadüfi olmayıb, eposun milli mədəniyyət tariximizdəki əlahiddə 
yeri və rolu ilə bağlıdır. Araşdırmalar göstərir ki, bir tarixi abidə olan “Dədə Qorqud” 
təkcə  keçmişimizin  mənəvi  irsi  olaraq  qalmır,  bu  günümüzdən  keçərək  gələcəyə 
gedir. Yaşar Qarayev yazır ki, «min üç yüz ildir ki, Qorqud xalqın qan və gen yadda-
şı kimi yaşayır və özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər 
sətrində,  hər  sözündə  yaşadır.  Üstəlik,  növbəti,  min  üç  yüz  il  üçün  də  ən  sabit,  eti-
barlı, mənəvi-əxlaqi kodlar və genlər yenə bu «ana kitabın» bətnində və ruhunda qo-
runub  saxlanır.  Müstəqillikdə  minillik  və  əbədilik  üçün  əsaslar,  xalqlarla  kültürlər, 
yer və göy, torpaq və millət, təbiət və ekologiya arasında davranış və rəftar kodeksi, 
qanun  və  ana  yasa...  hamısı,  hamısı  öz  əksini  bu  kitabda  tapır.  Və  müstəqillik 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə