Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə46/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     104 
 
 
Ülkər BAXŞIYEVA 
ADPU-nun doktorantı 
 
 
MİRZƏ İBRAHİMOVUN FOLKLOR DİLİ HAQQINDA GÖRÜŞLƏRİ 
 
Xülasə 
Məqalədə  Mirzə  İbrahimovun  folklor  dili ilə  bağlı görüşləri  təhlil  olunur.  Məqalədə  göstərilir 
ki, M.İbrahimov xalq dilini, folklor dilini milli varlığın əsası hesab edir. Məqalədə əsas yeri M.İbrahi-
movun “Dədə Qorqud” dastanı və M.P.Vaqifin dili ilə əlaqədar söylədiyi fikirlərin təhlili tutur. 
Açar sözlər: M.İbrahimov, folklor, dastan, M.P.Vaqif, milli-mənəvi 
 
MIRZE IBRAHIMOV’S MEETINGS ABOUT THE TONGUE OF THE FOLKLORE 
 
Summary 
In this article Mirze Ibrahimov’s meetings about the tongue of the folklore are analysed. It is 
shown  in  this  article  that  Mirze  Ibrahimov  considers  the  tongue  of  the  people.  The  tongue  of  the 
folklore as the base of the national existence. The basic place in the article “The Dede Korkut” epos 
by M.Ibrahimov holds the analysis of the thoughts connected with M.P.Vagif’s tongue 
Key words: M.Ibrahimov, folklore epic, M.P.Vagif, national-spiritual 
 
ВЗГЛЯДЫ МИРЗЫ ИБРАГИМОВА ОТНОСИТЕЛЬНО ФОЛКЬЛОРНОГО ЯЗЫКА 
 
Резюме 
В статье разобраны взгляды Мирзы Ибрагимова, касающиеся языка фольклора. В статье 
показано,  что  основой  национального  достояния  Мирза  Ибрагимов  считает  язык  народа, 
фольклорный  язык.  Особое  место  в  статье  занимают  взгляды  Мирзы  Ибрагимова  в  связи  с 
дастаном «Книга Деде Коркута» и языком М.П.Вагифа.  
Ключевые слова: М.Ибрагимов, фольклор, дастан, М.П.Вагиф, национально-духовное.  
 
Bütün mənəviyyatı ilə Azərbaycan varlığına bağlı olan M.İbrahimovun folklor-
şünaslıq görüşlərinin mühüm tərəflərindən biri dil ilə bağlıdır. Onun elmi yaradıcılı-
ğında dil  məsələsi ayrıca bir  mövzudur. M.İbrahimov sovet dönəminin  ideoloji  bas-
qıları  altında  Azərbaycan  dilinin  qorunması  və  inkişafı  ilə  bağlı  bütün  imkanlardan 
istifadə etməyə çalışmışdır. Bu cəhətdən müəllifin folklor dili ilə bağlı görüşləri diq-
qəti cəlb edir. O, “Gəlin gözəl danışaq” adlı məqaləsində dili milli mədəniyyətin əla-
hiddə  dərəcədə  qiymətli  hadisəsi  hesab  edərək  göstərir  ki,  dil  bəşər  tarixinin,  insan 
dühasının ecazkar və hikmətli kəşflərindəndir (1, 282). 
Azərbaycan dilini də bəşər tarixinin belə kəşflərindən hesab edən M.İbrahimo-
va  görə,  Azərbaycan  dili  qədim  tarixli  dillərdəndir,  uzun  inkişaf  yolu  keçib,  bu  dil 
fikrin və hissiyyatın ən incə çalarlarını ifadə etməyə qadirdir (1, 283). 
Azərbaycan mənəviyyatına bütün varlığı ilə bağlı olan M.İbrahimovu Azərbay-
can dilinin qorunması ilə bağlı bir çox problemlər narahat etmiş və o, bir milli ziyalı 
kimi bunlara kəskin reaksiya vermişdir: “Dil pozğunluqları, yöndəmsiz sözlər və ifa-
dələr  həm  elmi,  həm  də  ədəbi  tərcümə  ədəbiyyatında  daha  çoxdur.  Elmi    və  ədəbi 
əsərlərin tərcüməsində (xüsusən rus dilindən) belə hallara yol verməmək olar. Çünki 
yüksək keyfiyyətli elmi və ədəbi tərcümə üçün bizim həm kifayət qədər təcrübəmiz, 
həm də adamlarımız var. Onlar hamısı tərcümə etdikləri zaman daha diqqətli olsalar, 
bir az artıq əməkdən çəkinməsələr, başdansovdu və tələsik tərcümələrə yol verməsə-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     105 
 
 
lər, qüsurlar az da olar. Mənə elə gəlir ki, istər elmi, istərsə də bədii ədəbiyyatın tər-
cüməsi işində ən böyük qüsur formalizmdir, sətri tərcüməyə qapılmaqdır” (1, 285). 
 Bütün  bu  fikirlərin  altında  M.İbrahimovun  Azərbaycan  mədəniyyətinə,  dilinə 
və ümumən Azərbaycan varlığına olan qırılmaz bağlılığı ifadə olunmuşdur. Belə mə-
nəvi bağlılıq onun dillə bağlı bütün yazılarında, o cümlədən folklor dili ilə bağlı yazı-
larında açıq şəkildə ifadə olunmuşdur. 
M.İbrahimov dili  milli  varlığın əsası  hesab edir: dil  yoxdursa – millət də yox-
dur. Bir xalqın, millətin varlığı onun dili ilə müəyyənləşir. Çünki müəllifə görə, “dil 
insan ağlının qüdrətli silahıdır, insan həyatının böyük neməti və tükənməz mədəniy-
yət xəzinəsidir” (2, 34). 
Ümumiyyətlə,  M.İbrahimovun  Azərbaycan  dili  ilə  bağlı  yazıları  məzmun  və 
əhatə  dairəsi  etibarilə  zəngindir.  Lakin  biz  tədqiqatın  predmetindən  yayınmayaraq, 
müəllifin folklor dili ilə bağlı görüşlərinə diqqət edəcəyik.  
M.İbrahimovun dil haqqında görüşlərinin əsasında onun ana dilimizə olan coş-
ğun məhəbbəti durur. “Ana dili” bir anlayış kimi onun Azərbaycan dilinə olan baxış-
larının  əsasını  təşkil  edir.  Müəllifə  görə,  ana  dili  milli  varlığın  əsası,  bünövrəsidir: 
“Yer üzündə çoxlu millətlər, xalqlar və qövmlər vardır. Hər bir xalqın öz vətəni, adə-
ti, rüsumu və əqidəsi olduğu kimi, öz dili də vardır. Bu dilə ana dili, doğma dil, vətən 
dili deyilir. Ana dili, yəni o dil ki xalqın bütün oğul və qızları doğulub dünyaya gələn 
gündən ölüb qəbrə gedən günə kimi o dildə danışır, beşik başında, təndir qırağında, 
toyda, yasda, küçədə, bazarda o dili işlədir, o dilin vasitəsilə hər kəs istədiyi fikir və 
hissiyyatı  başqasına  anladır,  o  dilin  vasitəsilə  vətəndaşlar  ünsiyyət  tapır,  bir-birinə 
məhəbbət yetirirlər. Heç bir millət və ya xalqdan elə bir adam tapmaq olmaz ki, o öz 
anasının  südünü  əmə,  öz  atasının  ocağı  başında  böyüyə  və  öz  ana  dilini  bilməyə. 
Beş-üç nəfər əcnəbi dilində oxumuşun və ya yadların beşiyində tərbiyə taparaq halal 
ana südündən məhrum olanların danışdığı bir dilə isə ana dili demək olmaz. Ana dili 
o dildir ki, onu bütün xalq bilir, bütün xalq o dildə danışır” (3, 87). 
Bu fikirdə M.İbrahimovun istər nəzəri baxımdan dil, istərsə də milli baxımdan 
ana  dili  haqqında  görüşləri  öz  əksini  tapmışdır.  Həmişəki  kimi  müəllifin  qələminə 
məxsus  olan  yüksək  bədii  dillə  diqqətə  çatdırılan  bu  fikirdə  onun  ana  dili  haqqında 
dərin  nəzəri  görüşləri  ifadə  olunmuşdir.  Bu  cəhətdən  həmin  fikrin  təhlilinə  ehtiyac 
vardır. 
M.İbrahimova  görə,  ana  dili  hər  bir  xalqın  milli  varlığının  göstəricisidir.  Bir 
xalqın varlığını onun vətəni, özünəməxsus milli adət-ənənələri, o cümlədən milli əqi-
dəsi şərtləndirdiyi kimi, ana dili də milli varlığın əsas göstəricilərindəndir. Ana dili-
nin  varlığı  millətin,  xalqın,  “qövmün”  varlığı  deməkdir.  Bir  xalq  öz  milli  varlığını 
məhz ana dilinin varlığı ilə bəyan və ifadə edir. 
Müəllifə  görə,  hər  bir  xalqın  doğma  dili  “ana  dili  və  vətən  dili”  adlandırılır. 
Müəllifin  bu  yanaşması  ana  dilini  milli  varlığın  əsas  atributları  sırasına  daxil  edir. 
Doğma dilin  ana dili  və  vətən dili adlandırılması  bir xalqın  varlığının, əslində,  həm 
də  ana  dilindən  keçdiyini  göstərir.  Bu  halda  müəllifə  görə  ana  dilini  qorumayan,  o 
dildə danışmayan, yazıb-yaratmayan bir xalq özünün milli varlığının ən mühüm atri-
butundan məhrum olur. 
Ədib ana dilini milli valığın ifadəsinin əsas forması hesab edir. Bir xalq öz mil-
li  varlığını  rəsmi  və  qeyri-rəsmi  məkanlarda  yalnız  ana  dili  vasitəsilə  sürdürə  bilər. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə