Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə50/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     112 
 
 
İşin  məqsədi:  Mövcud  esxatoloji  görüşləri  bir  araya  toplayıb,  ümumiləşdir-
mələr  aparmaq,  əsas  esxatoloji  prinsipləri  müəyyən  etmək.  Epik  mətnlərin  sonunun 
esxatoloji görüşlərlə bağlı olub-olmamasını tədqiq etmək. 
 
Gələcək zamanla bağlı hər şeyi bilmək istəyən insan ölüm, ölüm sonrası, dün-
yanın sonu haqqında da düşünmüş, həmin günü – “son günü” digərlərindən fərqli şə-
kildə təsəvvür etmişdir. İnsanın və kainatın, dünya tarixinin son günü esxatoloji mif-
lərdə  öz  əksini  tapır.  Esxatoloji  miflər  bəzən  kosmoqonik  miflərdən  ayrı,  bəzən  də 
birlikdə verilir. Kosmoloji miflərin əksinə olaraq, esxatoloji miflərdə dünyanın sonu 
haqqında mifoloji təsəvvürlər öz əksini tapır.  
“Esxatologiya” sözü yunanca “son “έσχατοϛ” və teologiya (din haqqında elm) 
sözlərindən  meydana  gəlmişdir  (6,  9).  Bu  söz  yunan  dilindən  tərcümədə  “sonuncu” 
deməkdir  (2,  117).  Dünyanın  keçmiş  dövrü  haqqında  məlumatı  əks  etdirən  miflərin 
böyük  qisminin  əksinə  olaraq  esxatoloji  miflər  dünyanın  gələcəkdə  baş  verəcək  so-
nunu əks etdirir. “Esxatoloji miflərdə dünyanın sonunu səciyyələndirən əlamətlərdən, 
məhşər günündən, kosmik qəzadan danışılır” (2, 117). Buna baxmayaraq, esxatoloji 
mifləri  kosmoqonik  miflərdən  tam  ayırmaq  mümkün  deyil.  Məzmun  etibarilə  fərq-
lənsələr də, mahiyyət etibarilə səsləşirlər. Arif Acaloğlu dünyanın sonu barədə süjet-
ləri əhatə edən mətnləri də kosmoqonik miflərə aid edir. Onun fikrincə, mifoloji dü-
şüncədə kosmoqonik proses  müəyyən zaman  və məkan sərhədləri olan dövri hadisə 
kimi qavranılır (1, 50). 
Esxatoloji  katastrofların  ardınca  hüquq  və  əxlaqın  pozulması,  cinayətkarlığın 
artması baş verir və buna görə də allahların cəzasını tələb etmək lazım gəlir. Dünya 
odda, alovda yanır, daşqında batır, iblis qüvvələri ilə kosmik döyüşlər nəticəsində ac-
lıq, soyuq, isti və s. nəticəsində məhv olur (7, 97). 
Səma Rıfatın türkcə tərcüməsində verilən Mirçe Eliadenin “Miflərin özəlliklə-
ri” kitabında esxatoloji miflər bir cütlük və ya sağ qalan bir neçə insan istisna olmaq-
la dünyanın  necə  yox olduğu  və  insanlığın  necə  məhv olduğu  haqqında  miflər kimi 
verilir. M.Eliade hesab edir ki, esxatoloji miflər arasında tufanla bağlı miflər çoxluq 
təşkil  edir.  Tufandan  başqa  kosmik  fəlakət  kimi  zəlzələlər,  yanğınlar,  dağ  sürüşmə-
ləri,  epidemiyaların  da  adı  çəkilir.  Şübhəsiz,  burada  da  Dünyanın  sonu  ideyası  tam 
olaraq  gerçəkləşməmişdir.  Daha  çox  bir  sivilizasiyanın  sonu  olmuş,  sonra  da  başqa 
bir sivilizasiya  meydana gəlmişdir. Amma quru səthinin tamamilə  sular altında qal-
ması və ya od-atəş tərəfindən yox edilməsi, əl dəyməmiş Torpağın yüksəlməsi Xaosa 
doğru geriləməyi və kosmogoniyaya işarədir. “Başlanğıcdan” uzaqlaşan köhnə dünya 
ən son həddə çatır və təbii olaraq, məhv olur” (9, 10).  
Esxatoloji miflərin əksəriyyətində dünyanın sonuna səbəb kimi sel, daşqın ha-
disəsi göstərilir. “...yaradılış miflərində kainatı yaradan bir simvol olan su esxatoloji 
miflərdə dünyanın sonuna gətirən simvolla verilir” (2, 117-118).  
Kosmoqonik və etioloji miflər arxaik miflərin əsas məzmununu təşkil edir. İb-
tidai həyat tərzi və ibtidai mədəniyyətini hələ də saxlayan xalqlarda esxatoloji miflər 
yox idi. Arxaik miflərə mifik dövrü indiki dövrdən ayıran fəlakət: sel, yanğın, insan-
lardan əvvəl yaşayan nəhənglər nəslinin məhvi (nartlar, onarlar) haqqında təsəvvürlər 
xarakterikdir (10, 913). Esxatoloji olmasına baxmayaraq, bu miflərdə dünyanın sonu-
nun  mümkünlüyünü  əks  etdirən  elementlər  var.  Esxatoloji  miflərdə  xaosu  təmsil 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     113 
 
 
edən  və  əxlaqsızlığı,  ədalətsizliyi  yayan  güclər  yaradılış  çağından  bəri  dünyanın  ta-
razlığını, dünya nizamını pozmağa çalışan qüvvələrdir ki, nizamlayıcı kosmosla da-
ğıdıcı  xaos arasındakı  mübarizənin əsasında dayanır” (2, 118). Bununla belə dünya-
nın sonu haqqında təsəvvürlər arxaik mifologiyada təqvim miflərindəki təbiətin ölüb-
dirilməsi,  kosmosun  məhvinə  təhlükə  yaradan  xaos  qüvvələri,  pis  ruhlar  və  əjdaha 
(xeyir və şərin mübarizəsi haqqında etik təlimin formalaşması faktoru görünür), ölüm 
və axirət dünyası haqqındakı təsəvvürlərdə öz əksini tapıb. Görünür ki, kosmik tsikl 
haqqında  təsəvvürlər-arxaik  mifologiyada  bəlli  olan  dünyanın  yaranması  və  məhvi 
dövrləri təqvim miflərinə gəlib-çıxır. 
Naua,  asteklərin  esxatoloji  görüşlərlə  bağlı  miflərində  dörd  günəşin  tsiklik 
dövrləri: günəşin ölümü, kosmosun stabilliyinin təcəssümü dünyanın sonu demək idi, 
ona görə də günəş və allahların gücünü mütəmadi qanlı qurbankəsmə mərasimləri ilə 
artırırdılar. Bu mərasimlər növbəti fəlakətin, zəlzələ və aclığın qarşısını almalı idi.  
Dünya  fəlakətinin  etik  qiymətləndirilməsinin  izlərini  esxatolojiləşdirilmiş  ger-
man-skandinav  mifologiyasında tapmaq olar. Bu mifologiya öz inkişafının son döv-
ründə nəsil əlaqələrinin məhvini əks etdirir. “Vyolvanın öncəgörməsi” allahların özü 
tərəfindən tapdalanmışların andları haqqındadır; sonuncu əsrdə yerdə “bur və meçey” 
qardaşları acgözlük üzündən bir-birini öldürəcəklər, yaxın qohumlar çəkişmələr nəti-
cəsində həlak olacaq və s. Ta ki “allahların taleyi” günü gəlib çıxana kimi (10, 913). 
Qədim Çində daşqın haqqında miflər geniş yayılmışdır. A.Şükürov “Mifologi-
ya” kitabında bunlardan bir neçəsinin adını çəkir: “Şu tsin”, “Şi szin”. Burada verilən 
daşqınla bağlı mifin qısa məzmunu belədir: ”dünyanın hər yerini su basmışdı. Su qar-
şıya çıxan hər şeyi dağıdırdı. Hər yeri basan, təpələrə çatan su bir qarış yeri boş qoy-
mamışdı. O, böyük dalğalarla Səmaya qədər yüksəlmişdi (8, 95). 
R.Lehmanın  tədqiqatlarına  əsaslanan  M.Eliade  Andaman  xalqının  esxatoloji 
görüşlərini təsvir edərək qeyd edir ki, dünyanın sonu gəldikdən sonra Cənnətə bənzər 
bir həyat tərzi sürən  insan qövmü gələcək: “...ondan sonra da nə xəstəlik olacaq, nə 
qocalıq, nə də ölüm. Ölülər fəlakətdən sonra diriləcəklər... (10, 78-79). Maraqlıdır ki, 
M.Eliade öz tədqiqatında Radklif Braunun Dünyanın sonuyla bağlı miflərin gələcək-
lə deyil, məhz keçmişlə bağlı bir hadisə olduğunu əks etdirən fikirlərini qeyd edir.  
R.Lehman isə Andaman dilində gələcək zaman yoxdur, buna görə də dünyanın 
sonu dedikdə keçmişdəki, yoxsa gələcəkdəki bir hadisədənmi söhbət getdiyinin bəlli 
olmadığını qeyd edir (10, 79). Yeni Qvineyada yaşayan Kailərin inanclarına görə Ya-
radıcı Malenfung Kosmosu və insanı yaratdıqdan sonra üfüqə doğru çəkilmiş və ora-
da yuxuya getmişdir. Yuxuda hər dəfə çevrildikdə Yer silkələnir. Ancaq bir gün yu-
xudan ayılacaq Və Göy üzünü dağıdacaq, Göy üzü Yerə düşüb parçalanacaq. Bunun-
la da hər şey məhv olacaq.  
Karolin (Caroline) adalarından biri olan Namolutda Tanrının  insanları  bir gün 
günahlarına görə məhv edəcəyi qeyd edilmişdir. Amma allahlar məhv olmayacaq, bu 
da  yeni  yaradılışa  bir  işarədir.  Digər  Karolin  adası  olan  Aurepikdə  fəlakətin  səbəb-
karı Tanrının oğludur. Adanın  başçısı öz vətəndaşları  ilə  maraqlanmadığını görəndə 
Tanrı bir siklonla adanı sulara qərq edəcək. Burada da qəti bir sonun olduğu görün-
mür. Günahların cəzalandırılması düşüncəsi, ümumiyyətlə, sonradan yeni insanlağın 
yaradılması deməkdir. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə