Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə53/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     118 
 
 
İslamda  esxatologiya  “qayıdış  yeri”  mənasını  verən  “məad”  termini  ilə  ifadə 
olunur. Bu da insanın ikinci həyatının başlandığı aləm, axirət yurdudur (9, 9). Məad 
(esxatologiya)  islam  dininin  inanc  əsaslarından  sayılan  axirət  və  qiyamətlə  əlaqəli 
mövzuları özündə əks etdirir. Ümumiyyətlə, ölüm və ölüm sonrası problemlər  mən-
bəyini islamın iki ana qaynağından Qurani-Kərim və hədislərdən götürür. İslam esxa-
tologiyası özündə bu  mövzuları əks etdirir: Ölüm, qəbir həyatı (bərzax), qiyamət və 
həşr, axirət (6, 32). Qurani-Kərimdə geniş bir şəkildə bəhs olunan diriliş, qiyamət və 
axirət  İslam  dininin  Allaha  imandan  sonra  ikinci  rüknüdür.  Bu  mövzular  Qurani-
Kərimdə  geniş  şəkildə  verilmişdir.  Axirət  “son”  mənasını  bildirən  ərəb  dilindəki 
“axir” sözündəndir. Axirət dünya həyatından sonra başlayıb əbədiyyətə qədər davam 
edəcək ikinci həyatdır. Dünya həyatına bənzəyən, lakin ondan fərqli olan ölümsüz və 
əbədidir. İnsanın ölümü ilə bədəndən ayrılan ruh axirət aləminin başlanğıcı olan qə-
bir həyatını yaşayar. Qurani-Kərim digər ilahi kitablarla müqayisədə axirət əqidəsini 
olduqca  çox  təlqin  etməkdədir.  Bununla  birlikdə  islamiyyət  dünya  həyatından  da  əl 
çəkməyi  tövsiyə  etməmişdir.  Dünya  başlanğıc,  axirət  isə  son  olduğuna  görə  ikisi 
arasında tarazlıq qurmaq İslamda xoş qarşılanır.  
E.Səmədovun  fikrincə,  esxatoloji  təlimlərin  əksəriyyətində  qurtarıcı  inancına 
rast gəlmək olar (6, 38). Xristianlıqda qurtarıcı İsa Məsihdirsə, İslamda Mehdidir. 
E.Səmədov öz tədqiqatında müxtəlif mədəniyyətlərə mənsub qurtarıcı obrazla-
rını  sadalayır:  ibtidai  din  mənsublarından  Yeni  Qvineya  yerliləri  axır  zamanda 
gözlədikləri qurtarıcının “Mensren”, yəhudilik və xristianlıqda “Məsih”, hinduizmdə 
“Kalki”, buddizmdə  “Maitraya”, Qədim  Misirdə “Ameni”, Sabiilikdə Paraşai Siva”, 
sintoizmdə  “Miroko”  (6,  39).  Tədqiqatçının  fikrincə,  qurtarıcı  obrazının  yaranması 
səbəbi özünü zülmdən  müdafiə edə bilməyən kütlənin psixologiyasının  məhsuludur. 
Bizim  fikrimizcə, qurtarıcı  ideyası kosmoqonik  miflərdə  ilkin əcdad,  mədəni qəhrə-
manın-demiurqun  funksiyasını  daşıyır.  Cəmiyyətin  yaranması,  qayda-qanunların, 
əmək alətlərinin və b. meydana çıxması genealoji miflərdə adətən müəyyən mifoloji 
surətlərin (ilkin  əcdad, mədəni qəhrəman-demiurq) adı  ilə bağlıdır (4, 11-12). Esxa-
toloji miflər yeni bir başlanğıc, yeni yaradılış, təkrar yaradılışı əks etdirdiyindən bu-
rada ilkin əcdad funksiyasını qurtarıcı icra edir. 
Türk mifologiyasının əsasında tanrıçılıq  ideyası durur. Odur ki, türk mifologi-
yasında esxatoloji görüşləri tədqiq etmək  istəyiriksə,  mütləq buna tanrıçılıq prizma-
sından yanaşmalıyıq. Türk mifologiyasının ümumi mənzərəsi və başlıca problemləri, 
bir  dünyabaxışı  və  mifik  görüşlər  sistemi  kimi  türk  tanrıçılığının  struktur-semantik 
tərkibi, təməl, ünsür və anlayışları, funksional strukturu məhz türk tanrıçılığının məz-
mununda daha tam halda və qabarıq görünür (1, 41). 
Ümumiyyətlə, türk dünyagörüşündə yaradılış, kosmoqoniya aktı daha çox diq-
qət mərkəzində idi, nəinki dünyanın sonu – esxatologiya. Ən azından bu haqda ətraflı 
bilgi,  məlumat  yoxdur.  Orxon  abidlərində  göyün  və  yerin  yıxılıb  çökməsi,  mövcud 
həyat nizamının pozulması ilə bağlı eyhamlar olsa da bunlar dünyanın dağılıb məhv 
olması  haqda  sistemli  bir  düşüncəni  əks  etdirə  bilmir  (2,  114). Türk  mifoloji  dünya 
görüşündə  esxatoloji  miflərdən  danışarkən  Cəlal  Bəydili  qeyd  edir  ki,  xaotik  dünya 
güclərinin fəallaşması nəticəsində yer üzündə bir sıra mənfiliklər baş alıb gedir ki, bu 
da dünya  nizamının pozulmağına gətirib çıxarır. Türk mifoloji düşüncəsində dünya-
nın  sonu  məhz  belə  təsəvvür  olunur  (2,  118). Türk  mifoloji  düşüncəsində  dünyanın 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     119 
 
 
sonu  hər  hansı  kosmik  hadisədən  asılı  deyil.  Bunun  səbəbi  sosial  qayda-qanunların 
insanlar tərəfində pozulmasıdır. “...dünya nizamı hansısa kosmik kataklizmlər səviy-
yəsində  deyil,  sozial  nizamın  pozulmağı  şəklidə  özünü  göstərir...  dünya  nizamının, 
tarazlığın  pozulması  türk  esxatoloji  miflərində  bu  mənada  yalnız  ictimai  əxlaqi  də-
yərlərin  pozulması  şəklində  öz  əksini  tapır”  (2,  118). Tədqiqatçı  esxatoloji  miflərin 
əks olunduğu mifoloji mətnlər kimi baxşılar piri, qeybdən xəbərlər verən övliya Qor-
qut Atanın adı ilə bağlanan mətn parçalarını göstərir. 
İlkin çağlarda olmasa da sonradan buddizm, xristianlıq və islamın təsiri ilə türk 
xalqlarının inanclarında “son gün”, “hesab günü” kimi esxatoloji anlayışlar meydana 
gəlir.  Anadoluda  yaşayan  yaşlı  nəslin  inanclarına  görə,  qiyamət  yaxınlaşan  zaman 
bina ilə zina artacaq. Dağlardakılar kəndlərə, kəndlərdəkilər də şəhərlərə doluşacaq-
lar (2, 114). Tədqiqatçı Anadoluda ay və Günəşlə bağlı inanclar arasında maraqlı bir 
faktı qeyd edir. İnama görə bir gün Ayla Günəş birləşib dünyanı yaxıb-yandıracaq və 
qiyamət qoparacaqlar (2, 114). 
Altaylarda  qiyamət  gününə  “kalqançı  cağ”  deyilir.  Bu  inanışa  görə  də  bir  za-
man gələcək, yer üzündə insanların sayı azalacaq, yamanlıq, pislik və şər yer üzünü 
götürəcək,  cəhənnəmin  sahibi  Erlik  yer  üzünə  yaxınlaşacaq,  xeyir  başlanğıcı  olan 
tanrı  Ülgen  unudulacaq,  xeyirxah  qüvvətlərlə  şər  ruhlar  savaşacaq,  ən  sonda  Ülgen 
təkbaşına qalacaq və həşri başladacaq (2, 114).  
Kosmik  tufan  haqqında  mifoloji  görüşlər  də  olduqca  maraqlıdır.  Gələcəkdə 
deyil, məhz keçmişdə olub-bitmiş “Nuh tufanı” dünya xalqlarının mifologiyasında ge-
niş  yayılmış  bir  motivdir.  Dünya  ədəbiyyatında  bu  haqda  mövcud  olan  80-ə  yaxın 
mətn Nuh peyğəmbərlə bağlı artıq baş vermiş esxatoloji məqamı əks etdirir. Azərbay-
can xalqının qəhrəmanlıq salnaməsi sayılan “Kitabi-Dədə Qorqud”un müqəddiməsinin 
sonunda Nuh peyğəmbərin və onun eşşəyinin adı çəkilir: “Bin söylərsən, birisini quy-
maz, ərin sözini qulağına qoymaz. Ol, Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi sizi, 
xanım, Allah saqlasun! Ocağınıza buncılayın övrət gəlməsün” (8, 23).  
Dini  rəvayətlə  verilən  məlumata  görə,  Nuhun  gəmisinə  axırıncı  minən  eşşək 
olur. Şeytan onun quyruğundan tutub saxlayır. Bu zaman Nuh onun gəmiyə minmək 
istəmədiyini  düşünərək  deyir:  “Məlun,  niyə  içəri  girmirsən?”.  Bu  zaman  şeytan  eş-
şəklə bərabər içəri girir. Nuh şeytanın gəmiyə mindiyinə etiraz etdikdə şeytan deyir: 
“Özün  demədin  ki,  “Ay  Məlun,  niyə  keçmirsən?”.  Bil  ki,  dünyada  məndən  məlunu 
yoxdur”  deyərək  gəmini  tərk  etmir.  “Kitabi-Dədə  Qorqud”  ensiklopediyasında  Ab-
dulla B. Nuhun eşşəyinin  xatırlanmasının  iki  məqamını  işıqlandırılır: “Nuhun gəmi-
sinə aldığı ən son heyvan eşşək olmuşdur və şeytan da onunla birlikdə  buraya daxil 
olmuşdur.  O.Şaiqin  fikrinə  görə,  pis  qadınlar  ona  görə  Nuh  peyğəmbərin  eşəgi  əsli 
sayılır  ki,  o,  şeytanı  özü  ilə  gəmiyə  keçirmişdir.  Bahəddin  Ögəl  bu  mətləblə  bağlı 
başqa bir rəvayətə əsaslanır. Nuh peyğəmbərin Ham, Sam, Yasəf adlı üç oğlu və Və-
cilə  adlı  bir  qızı  var  imiş.  Öz  adıyla  tarixə  düşən  “Tufan”ın  başlayacağını  öncədən 
bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O bu  işi üç qonurgözə tapşırır. Əvəzində 
isə  qızını  onlara  verəcəyini  bildirir.  Tufandan  sonra  qonurgözlülər  ondan  qızı  istə-
yirlər. O, bir eşşək, bir at və qızını dama salır. Onlar dönüb qız olur. Nuh öz doğma 
qızının bunlardan hansı olduğunu müəyyənləşdirə bilmir. Sonradan xasiyyətlərindən 
onların kim olması məlum olur. Deməli, dastançı bu əfsanədən xəbərdar olduğundan 
KDQ-dəki  “dörd  dürlü”  qadınlardan  birini  Nuh  peyğəmbərin  eşşəyindən  törənmiş 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə