Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə61/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     134 
 
 
Saqallu boz ac turğay sayradıqda, 
Saqalı uzın tat əri banladıqda, 
Bədəvi atlar issini görüb oğradıqda, 
Aqlı, qaralı seçən çağda, 
Köksi gözəl qaya tağlara gün dəgəndə, 
Bəg yigitlər cılasınlar bir-birinə  
 
 
qoyulan çağda» [1, 34]. 
Xronotopun  belə  geniş,  konkret  şəkildə  təsvirinə  ancaq  yazılı  ədəbiyyatda  rast 
gəlmək mümkündür. Şifahi epik ənənədə isə nadir hal kimi nəzərə çarpır. Doğrudur, 
birbaşa hansı zamandan bəhs açıldığı qeyd edilmir. Lakin poetik ifadələrin arxasında 
gizlənən anlamlardan anlaşılır ki,  yazın gəlişindən söhbət gedir. Çünki qışın  soyuğu 
torpağın üstündən əlini tamam götürməmişdi, «salxım-salxım dan yelləri əsir», «boz 
torağaylar»  ona  görə  ac ötürlər  ki,  hələ  təbiətdə tam  oyanma  baş  verməyib,  bitkilər 
cücərməyib,  yeməyə  bir  şey tapmırlar. «Bədəvi atların  yiyəsini görüb kişnəməsi»nə 
də səbəb odur ki, artıq  isti-soyuq  yuvaları tərk etmək zamanı gəlib çatmışdır. Eləcə 
də Novruz  yaxınlaşdığı üçün  «saqqalı uzun tat kişilər azan çəkir»lər, Qalın Oğuzun 
«gəlini-qızı axır çərşənbədə bəzənib-düzənir», günün «ağlı», yəni işıqlı, gündüzlü və 
«qaralı»,  yəni  gecəli,  qaranlıq  çağları  bir-birindən  seçilir.  Nəhayət,  yaz  girəndə 
«köksü gözəl böyük dağlara gün dəyir», igid bəylər, qəhrəmanlar meydanlara axışıb 
bir-biriləri ilə güləşir, döyüş sirlərini mənimsəyirlər. 
Diqqət çəkici faktdır ki, boyda bir ilin dairəsindən çıxıb müxtəlif dövrlərə düşən 
başqa  hadisələrin də çıxışı  baharla əlaqələndirilir. Bayındır xanın  maraqlı adətindən 
bəhs açılanda iki kiçik zaman mərhələsinə işarə olunur: onun əmri ilə «bir yazda, bir 
də payızda buğa ilə buğranı savaşdırardılar». Lakin ozanlar mətndə on beş il ötürül-
müş  vaxtı  (uşaq  nəzir-niyazla  dünyaya  gələndən  sonra  on  beş  yaşına  girənədək  nə 
hadisə baş verdiyi buraxılır) boyun başladığı zaman və məkana uyğun şəkildə davam 
etdirirlər. Adama elə gəlir ki, bu elə Bayındır xanın toy qurdurub Qalın Oğuzun bü-
tün bəylərini yanına topladığı həmin bahardır: bir yerdə ağ, bir yerdə qırmızı, bir yer-
də  də  qara  otaq  qurulub...  Çünki  buraxılmış,  «sıxışdırılmış  zaman»  ərzində  əslində 
ancaq  bir  şey  dəyişmişdi.  Dirsə  xan  tək  deyildi,  oğlu  ilə  birlikdə  məclisə  qədəm 
qoyurdu. Qalan məsələlər əvvəlki kimi qalırdı. Yenidən əhatəli təsvirə yer verilir və 
hadisələr əfsanəvi məcradan çıxarılıb (yəni Buğacın nəzir-niyaz, alqışla möcüzəli do-
ğuşunun  nəticəsi olaraq onun qeyri-adi  varlıqlarla mücərrəd  məkan  və zaman çərçi-
vəsində  mübarizəsinə  həsr  olunmur),  xalq  adət-ənənələrinin  fonunda  ailə-məişət  sə-
viyyəsinə endirilir. 
Böyük  dövrün  sıxışdırılmasından  sonra  hadisənin  yenə  yazla  başlaması  zaman 
ardıcıllığı  baxımından  həm  də  boyun  birtipliliyini  təmin  edən  vasitədir.  Struktur 
baxımından  yazda  əsası  qoyulub  düyünlənən  hadisə  bir  növ  həmin  nöqtədən  –  yaz 
vaxtından da davam etdirilir. Burada on beş illik fərq bir də ona görə hiss edilmir ki, 
zamanı öz arxasınca aparan əsas obraz meydana gətirilir və o, qəhrəmanlıqla ad-san 
qazanır: «Məgər, sultanım, genə yazın buğayı saraydan çıxardılar. Üç kişi sağ yanın-
da,  üç  kişi  sol  yanında  dəmür  zəncirlə  buğayı  tutmışdılar.  Gəlüb  meydan  ortasında 
qoyu verdilər. Məgər, sultanım, Dirsə xanın oğlancığı, üç dəxi ordı uşağı meydanda 
aşuq  oynarlardı.  Buğayı  qoyu  verdilər,  oğlancıqlara  «qaç»  dedilər.  Ol  üç  oğlan 
qaçdı, Dirsə xanın oğlancuğı qaçmadı. Ağ meydanın ortasında baxdı - turdı». 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     135 
 
 
Boyda  üçüncü  mühüm  hadisənin  də  çıxışı  yazla  əlaqələndirilir.  Bunlar  təsadüfi 
xarakter daşıyırmı, yoxsa hansısa sistemə, inama bağlanır?  
Azərbaycan türklərinin  məişətində bahar fəslinin  mühüm əhəmiyyət kəsb etməsi 
danılmazdır.  Yazla  hər  şey  təzələnir,  xeyirliyə  doğru  atılacaq  addımlar  üçün  zəmin 
hazırlanır. Hətta küsənlər barışırlar. Eposda ata-oğul (şər-xeyir, qış-yaz) qarşılaşma-
sının, daha doğrusu, toqquşmasının bünövrəsi ikincinin ad-san qazandığı gündən qo-
yulur.  Lakin  birincinin  tam  şərləşməsi  üçün  növbəti  yaza  qədər  vaxt  sərf  olunur. 
Çünki şərxislətlilər qışın sazağını atanın ürəyinə ötürməli idilər. Yayda başlanan fit-
nə-fəsad  yayda,  payızda  bəhrə  verə  bilməzdi.  Bu  halda  Buğacın  qayıdışı  (ölümcül 
yaralanandan sonra Xızırın yardımı ilə sağalması) mümkün deyildi. Beləcə il ərzində 
Dirsə xanın nökərlərinin fitnəkar hərəkətlərinin təsvirindən sonra ov səhnəsi gəlir.  
Ulu babalarımız oğuzlar üçün ov və döyüş  meydanı  həm ad-san qazanmaq, həm 
də  dincəlmək,  əylənmək  yeri  idi.  Lakin  boyda  elin  uğurunu  təyin  edən,  bərəkətin, 
bolluğun təminatçısına çevrilən məkan (ov yeri) xəyanətkarlığa da şahid durur. Yenə 
də «alar sabah Dirsə xan yerindən uru turdı. Oğlancuğın yanına alıb, qırq yigidin bo-
yuna saldı, ava çıqdı..»  Bu səhər də eyni şəkildə Dirsə  xanın on  yeddi  il qabaq Ba-
yındır  xanın  məclisinə  yollandığı  və  «qara  otaqla»  rastlaşdığı  səhərin  təsvirindəki 
misralarla təqdim olunur:  «Salqum-salqum tan yelləri əsdigində…» 
Boyda eyni  nəzm parçasının olduğu kimi  iki dəfə  işlənməsini  necə qiymətləndi-
rək? Epik ənənədə qazax, özbək, xakas, qırqız türklərinin bütövlükdə nəzmlə yaratdı-
ğı  eposlarda  poetik  məqamlarda  misra,  beyt,  bənd təkrarına  rast  gəlirik.  Yazılı  ədə-
biyyatda da məsnəvilərdə bu haldan üslubi fiqur kimi faydalanırlar. Lakin təsvir his-
səsi  nəsrdən  ibarət  «Kitabi-Dədə  Qorqud»  üçün,  ümumiyyətlə,  xarakterik  olmayan 
bir  formanın  mövcudluğu göstərir ki, epos arxaik qatlarda tamam  başqa qəlibdə  ya-
ranmış və birinci boydakı bütün hadisələrdə zamanın çıxışları yazın gəlişi ilə müəy-
yənləşdirilmişdir. Oğuzlar uğur və uğursuzluqlarını ilaxır çərşənbələrdə təbiətdə özü-
nü göstərən bəzi amillərlə – salxım-salxım dan yellərinin əsməsi (türklərin əski çağ-
larda  Dan  tanrısına  inanaraq  qurbanlar  kəsmişlər),  «köksü  gözəl  böyük  dağlara  gün 
dəyməsi (dastanda dağ kultuna  inam da çox qüvvətlidir) və s. əlaqələndirmişlər. Bu 
ənənə  sonrakı  çağlarda  poetik  anlamda  götürülmüş  və  əksər  hadisələrin  çıxışı  yaza 
aid edilmişdir. Göründüyü kimi, hər iki zaman anlayışının bir-birindən fərqi göz qa-
bağındadır. Əgər birincilər mifik «qızıl əsr»ə aid edilirsə, ikincilərdə dövr konkret ta-
rixi əlamətlərlə elə əlaqələndirilir ki, gerçəklik, reallıq təsiri bağışlayır. Birinci dövr-
də yaranan eposlar şifahi şəkildə ikinciyə keçəndə mifik strukturlar da gerçəklik pər-
dəsinə  bürünür,  tanrılar,  ilahi  qüvvələr  insanlaşdırılır,  qeyri-adi  şəkildə  təsəvvürə 
gətirilən varlıqlar təbii halına qaytarılır, ilkin məna tutumu dərin qatlarda qalır. Hal-
buki zamana aid  iki  baxışdan  biri digərinin əksini təşkil edir, arxaik eposun  başlan-
ğıcı  mifik  ilkin  yaranışlar  dövrünün  mənzərəsini  yaratdığı  halda  tarixi  qəhrəmanlıq 
dastanları elə hadisələrə üz tutur ki, dinləyicilərə baş verməsi bəlli olsun. Tarix faktı-
nın tam mənzərəsini yaratmaq məqsədi daşımır, sadəcə üzdə olan bir-iki əlaməti (ha-
disənin  baş  verdiyi  yeri,  tayfa  adlarını,  tarixi  şəxsiyyətləri  və  s),  ya  da  son  nəticəni 
mətnə  daxil  etməklə  xalqın  tarixi-qəhrəmanlıq  salnaməsini  yaradırdılar.  Məsələn, 
nağıl  və  dastanlarda  hadisələr  allahdan  başqa  heç  kəs  olmayan  zamanla  əlaqələnib 
naməlum  padşahla,  naməlum  ölkə,  şəhər  –  məkanla,  sehirli,  qeyri-adi  varlıqların 
iştirakı  ilə  inkişaf  etdirilir  və  möcüzənin  köməyi  ilə  çalınan  qələbə  ilə  yekunlaşır. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə