Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə59/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     130 
 
 
təlimində zamanın məkandan ayrılmazlığı bədii mətnlərin şərti-məzmun kateqoriyası 
hesab edilir. Ümumiyyətlə, insanın metaforik düşüncəsində zaman və məkan əlamət-
ləri iki halda bir-birinə qarışır, daha doğrusu, biri digərini tamamlayır. Birinci halda, 
insanın  iradəsindən asılı olmayaraq  baş  verir, zaman  yığcamlaşdırılır,  «bədii görün-
tülü olur; məkan isə intensivləşir, zamanı hərəkətə gətirir, süjetin, hadisənin inkişafı 
ilə  genişlənir.  Zamanın  əlamətləri  məkanla  açıqlanır,  məkan  isə  zamanın  ölçülməsi 
ilə dərk olunur» [5,10]. İkinci  halda düşünülmüş şəkildə  insanların özləri tərəfindən 
zaman məkanla birləşdirilir. 
Zaman-məkan  vəhdətinin  mifoloji  görüşlərdə  əksinin  də  iki  forması  müəyyən-
ləşdirilmişdir:  
1)  Mifoloji  və  bədii  düşüncədə  sosial-ədalət  kateqoriyalarının  (məqsədəçatma, 
haqq-ədalət,  bütövləşmə,  cəmiyyətin  və  insanların  harmonik  vəziyyətləri  və  s.) 
məhdudlaşdırılması  keçmişlə  gələcəyin  eyniləşdirilməsindən  irəli  gəlir.  Məsələn, 
cənnət, Qızıl dövr, qəhrəmanlıq əsri, qədim həqiqətlər zamanı kimi ideyaların yaran-
ması  və  yeri keçmişlə əlaqələndiyi  halda arzulanan gələcək şəklində çatdırılır. «Biri 
var idi, biri yox idi» mifik qənaətində dünyada hələ heç nəyin start götürmədiyi mə-
qamlarda  zamanla  məkanın  bünövrəsinin  vəhdətdə  qoyulmasından  bəhs  olunur. 
Kainatda durğunluq hökm sürür. Xaos hələ parçalanmamış, ünsürlərə ayrılmamışdır. 
Çünki  «zamanın  hərəkəti  başlamayıbsa,  deməli,  məkan  və  zamanın  anı  da  yoxdur» 
(M.M.Baxtin).  Misalda  «var  olmaq»  gələcəyin,  «yox  olmaq»  isə  keçmişin  nişanəsi-
dir. «Bir diyarda bir padşah var idi» təsdiqi ilə hərəkət meydana gətirilir və zamanla 
məkanın  vəhdəti  baş tutur, durğunluq aradan götürülür. Bundan sonra  isə arzulanan 
gələcəyə çatma yolları axtarılır.  
2) Məkanla zamanın vəhdəti esxatologizmə əsaslanır. Zamanla-məkan vəhdətinin 
mifoloji  dərkinin  bu  formasında  gələcək  işıqlı  deyil,  hər  şeyin  sona  çatması,  məhvi 
şəklində  təsəvvürə  gətirilir.  M.M.Baxtin  yazırdı  ki,  «bu  münasibətdə  dünyanın  so-
nunun fəlakətlə və təmiz dağılmaqla, ya yeni xaos, ya da İlahi hakimliklə nəticələn-
məsinin heç bir əhəmiyyəti yoxdur, - əsas odur ki, bütün mövcudatın sonu vardır və 
bu son çox yaxındır» [5,77]. Beləliklə, insanın məkan və zaman haqqında mifik gö-
rüşləri ilə bağlı problemlər müxtəlif aspektli olduğu üçün araşdırılmasında çətinliklər 
meydana  çıxır.  Lakin  xarakterik  və  tipik  cəhətlərini  ümumi  şəkildə  göstərməklə  də 
olsa, dünyanın  mənzərəsini canlandıran kateqoriyalardan  ikisinin (məkan və zaman) 
özünəməxsusluğunu və mühümlüyünü nəzərə çatdırmaq mümkündür.  
Türk-oğuz  eposunda  mifoloji  kontinuum  (zaman-məkan  sistemi).  V.M.Jir-
munskiyə əsaslansaq, söyləyici tərəfindən eposda Bayındır xan, Salur Qazan və Qor-
qudun çağı Oğuz tayfalarının törədicisi Oğuz xanın mifik zamanı ilə müqayisədə gu-
ya tarixi əsaslarla çatdırılır. Lakin «Dədə Qorqud»da göstərilən «oğuz əsri» oğuzların 
heç  bir  məhdud  tarixi  ilə  uyğun  gəlmir:  «burada  bütöv  xalqın  tarixi  keçmişi  monu-
mental ölçüdə, epik ideallaşdırılma formasında əks olunur» [7, 526]. 
Epik  mətndə zaman  və  məkanın təsviri  məsələsinə toxunanda aydınlaşır ki, das-
tanda  konkret  vaxt  və  yer  aydın,  anlaşıqlı  olmaqla  bərabər,  həm  də  (çox  hallarda) 
mücərrəd və qaranlıqdır. Şübhəsiz, boyların  hər  birinin  bünövrəsi  müəyyən bölgədə 
və bir xalq çərçivəsində qoyulmuşdur, sonra başqa türk elləri yaşayan geniş ərazilər-
də yayılaraq, demək olar ki, bəşər oğlunu ümummədəni dəyərlər səviyyəsinə yüksəl-
mişdir. Özül kökdə olduğundan eposun əsas obraz və motivləri həmin kökdən pöhrə-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     131 
 
 
lənən digər millətlərin də epik ənənəsində dərin izlər buraxmışdır. Bu səbəblərdən də 
abidənin guya kənarda düşünülüb guya bilinməz səbəbə görə yazıya alındığı ərəfədə 
Azərbaycana  gətirilməsi  haqqındakı  qənaətlər  əsassızdır.  «Dədə  Qorqud»  kökdən 
mayalansa da, V.V.Bartoldun müşahidə etdiyi kimi, bütün hallarda yerli materiallar-
la,  Qafqaz  bölgəsində  [4,  120] türkdilli  əhalinin  qədim  tarixi,  etnoqrafiyası,  coğrafi 
şəraiti, mifoloji görüşləri ilə yoğrulmuşdur. O, mayasını nə Orta Asiya, nə də Altay-
dan almışdır. Köçərilər vasitəsilə Azərbaycana, yaxud Antaliyaya gətirilərək [3, 321] 
yazıya köçürüldüyünü irəli sürmək isə ən azı Qafqaz  və Ön Asiya türklərinin kökü-
nü dədə-baba yurdundan ayırmaq deməkdir. 
Eposun boylarında zaman  və  məkan anlayışlarına münasibət bir daha təsdiqləyir 
ki,  Azərbaycan  Dədə  Qorqud  qəhrəmanlarının  doğma  yurdudur.  Onlar  nə  köçəri-
gəlmədirlər,  nə  də  ötüb-gedəndirlər.  Dədə-baba  kurqanları  da,  öz  qəbirləri  də  bura-
larda  yerləşir.  Qonşularına  –  Qara  dəniz  ətrafı  gürcülərə,  Xəzərüstü  qıpçaqlara  və 
Trabzoniçi  yunanlara  münasibətdən  hiss  olunur  ki,  Qafqaz  oğuzları  turukların, 
sakların,  midiyalılaran,  massagetlərin, albanların  varisləridirlər. Eyni kökdən olduq-
ları  üçün  Şimallı  qıpçaqlarla  (Beyrək  qıpçaq  qalasında  16  il  əsir  qalsa  da),  Orta 
asiyalı türkmənlərlə (Qanturalı «cici-mici»
1
 [1, 85] türkmən qızlarını bəyənməsə də) 
daha çox qaynayıb qarışmış, osmanlılarla siyasi dövlət idarəçiliyi və din arasında iki-
tirəliyin  yaranmasından  müəyyən  çağlarda  uzaqlaşma  meyilləri  yaransa  da,  mənəvi 
dəyərlərə, adət-ənənələrə, ozan və aşıq sənətlərinə bağlılıq bu sapınmalardan hər iki 
qardaş xalqı  xilas etmişdir. Bu  məsələdə tarix  meydanında keçmiş  nüfuzunu  itirmiş 
farslar,  ərəblər  və  xristian  dünyası  od  rolunu  oynasa  da,  qopuza,  saza  sığınan  oğuz 
nəslini  kökündən,  soyundan  ayıra  bilməmiş,  qardaşın  biri  «həpimiz»,  digəri  «hamı-
mız», biri «sultanım», «paşam», digəri «xanım», «bəyim» desə də, türklüyünə qayıt-
mışdır. Çünki bayatlı Dədə Qorqudun söylədiyi kimi, «gəlimli-gedimli dünyada qarı 
düşməndən dost olmaz». Və dar günlərdə yenə ulu ozanın sözlərini yada salıb bir-bi-
rilərinə bağlılıqlarını nümayiş etdirmişlər: 
 
Ağzın üçün ölüm qardaş! 
Dilin üçün ölüm, qardaş!  [1,  211]. 
 
Mifoloji-arxaik  qəhrəmanlıq  və  tarixi  qəhrəmanlıq  dastanlarında  zamanın  əsas 
çıxış fərqləri, tədqiqatçılar tərəfindən aşağıdakı şəkildə müəyyənləşdirilmişdir: 
1.  Eposlarda  zamanın  ilkin  mühüm  əlaməti  ondan  ibarətdir  ki,  təsvir  «başlan-
ğıc»la – «dünyanın uşaqlıq» çağlarıyla  və hər hansı bir etnosun əsasını qoyan ilk nü-
mayəndə ilə əlaqəli şəkildə – sonrakı inkişaf mərhələlərində təbəqələşərkən yaranan 
bütün  müxtəlifliklər nəzərə alınmaqla verilir (Propp V.Y., Neklyudov S.Ö., Koroğlı 
X.Q., Şarakşinova N.O.,  Kudiyarov A.V.). Bu dövrü ümumiləşmiş halda «mifik za-
man» kimi işlətmək daha düzgündür. «Oğuz kağan» dastanında zamanın çıxışı məhz 
bu şəkildədir: 
                                         
1
V.V.Bartoldun  dediyi  kimi,  dastandakı  oğuzlar  türkmənlər  olsaydılar,  «Qanlı  Qoca  oğlu  Qanturalı 
boyu»nda  bu  sözlər  əsas  qəhrəmanın  dilindən  çıxardımı?  «Pəs  varasın,  bir  cici-bici  türkman  qızını 
alasan,  nagahandan  tayanım,  üzərinə  düşəm,  qarnı  yırtıla?..»//«Bəs  gedəsən,  bir  cici-mici  türkmən 
qızını alasan, birdən sürüşüb üzərinə düşəm, qarnı yırtıla?..» Mətndəki «cici-mici» indiki dildə «incə-
mincə» şəklində işlənən söz mənasında başa düşülməlidir.
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə