Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə67/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     148 
 
 
Bir gün qaynənə eşitdi ki, gəlinin anası ölib. Didi, mən də gedim gəlnimin ana-
sının məclisinə. 
Getdim, – diyir, camahatın içində otırdım diyir, gördüm, gəlnim anasın ağlıyır. 
 – Ay ana, o eyvannan bı eyvana,  
Bı evdən o evə, o evdən bı evə, 
Evdən eyvana,  
Eyvannan qırağa çıxartdığım qaynənəm, sənə qurban. 
Qaynənə diyir: 
– Camahatın içində əlimi qoydım gəlnin cınağına
1
, didim: 
Ay bala, əlündə işün nədi? 
Ağzunda tişün nədi? 
Ağlıyırsan, anun ölmişi ağla, 
Məniynən işün nədi?! 
Belə gəlinnər də var. Allah-taala heç kəsin canın dərdə salmasın.  
Söylədi: Miriyeva Sehrayə, 1954 təvəllüdlü, orta təhsilli, təqaüdçü. Salyan 
rayonu Şorsulu kəndi 
 
DİNİ RƏVAYƏTLƏR 
 
Hacət namazının qüdrəti 
Elə bil Həzrəti-Əli yolnan gedirmiş, Qəmbərnən. Görüb ki, belənçiy quyu var, 
ağzında ağır daş.  
Diyib: 
−  Qəmmər, sən otu bırda, mən girəcəm bı quyıya.  
          Diyib: 
−  Neyçin girirsən o quyıya?  
Diyib  ki,  məəm  işim  var  də,  mən  girrəm  bı  quyuya,  mən  dala  qayıdanda 
gedərsən İmam Hüseyinnən mıştılığ alarsan.  
 Diyib: 
−  Dünya malına allanma ha.  
           Diyib: 
          − Nə issiyirsən?  
Diyib  ki,  diyərsən  ki,  Kərbəlada,  harda  söbət  elədiyüzün  xaş-xaş  dənəsiycən 
dəgərin issiyirəm. Diyib, girib quyıya. Quyıya girib, gedib qapıya ras gəlib, pisəfəri
2
 
qapını  açıb,  görib  ifritə.  İfritələr  oqqədə  bırda  çırpışıblar,  bisəfəri  Əli  gəlib.  Əlinin 
qılıncı  həməşə  yanında  olır  də.  İfritənin  hər  damcısınnan  gənə  bi  dənə  ifritə  əmələ 
gəlir, o da havala gəlir
3
 Əlinin canına. Əli ta ki, günorta namazı gəlib çıxıncan. Gü-
norta namazı gəlib çıxanda belənçiy əlin qalxıdıb ki, icaza verün mən namaz qılma-
lıyam.  Hərə  çəkilib  dala,  namazın  qılıb.  O,  namazın  qılıb  tapşırannan  sora  iki  ürkət 
Hacət namazı onda qılıb. Hacət namazı onnan qalıb. Allahdan istixarə eliyib ki, Xu-
daya, namalımı artırma, day mən öldüm ki, bebelə doğrananın gör helə hər damcısın-
                                         
1
 Cınağ – çiyin sümüyü 
2
 Pisəfəri – bu səfər, bu dəfə 
3
 Havala gəlir – cumur  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     149 
 
 
nan bi ifritə əmələ gəlir. Ona daam eləməg
1
 olar? Bisəfərki, Allah-taala cənabi-Cəb-
rayılı  göndərib  ki,  ged  Əliyə  diginən  ki,  olarda  Əli  şiyəsi  var  də,  Məhəmməd  hüm-
məti,  Əli  şiyəsi.  Ona  gora  mən  onı  artırram,  qılıncın  qoysın,  qılıncın  altınnan  keçə-
cəy.  Ürəynən  keçən  keçəcəy,  ürəynən  keçmiyənə  qılıjdan  od  tüşəcəy,  yanacağ,  kül 
olacağ.  Külün  qanı  olmaz  ki...  Odı  ki,  onnan  sora  eliyir,  gedir  çıxır  axrıncı  otağa. 
Axrıncı otağa gedib çıxanda görür ki, pammığa pükülmüş iki adam otırıb. Ölüm yo-
xıymış onda, pammığa pükülub bi qoca arvad, bi qoca kişi, biri bı bıcağda otırıb, biri 
bı bıcağda. Kişi qalxıb əyağa diyib:  
– Ya Əli.  
Diyib: 
 – Sən nə bildün mən Əliyəm? Quran var iymiş də onda.  
Diyib: 
– Mən Qurannan oxumışam ki, bıra Əli gələcəy.  
Diyib ki, Allah-taaladan onda da iki ürkət Hacət namazı qılıb.  
Diyib: 
– Sizin bə oğluuz, uşağuuz yoxdı?  
Diyib: 
–  Anadangəlmə  bizim  uşağımız  olmıyıb.  Həzrəti  Əli  hacət  namazın  qılıb  iki 
ürkət,  Allahdan  istixarə  eliyib  ki,  bıları  cavannaşdır.  Elə  bir  bının  ömrinin  üssünə 
ayrıdan ömür ver. Elə bir 18 yaşında, 20 yaşında gedə olıb, 18 yaşında qız olıb. İndi 
kəbin tüşürmüş də... Bılar gedənnən sora oların uşağ tüşüb boynına. İndi day  vallah 
neçə  dənə  qız  olıb,  neçə  dənə  oğlı  olıb,  onı  day  diyəmmərəm.  Ancağ  oğlının  toyın 
görib. Bı gedəndə diyib: 
– Ya Əli, bə nətər eliyim mən səən bı yaxşılığunnan çıxım?  
Diyib: 
–  Mənə  heç  nə  lazım  döyür,  ancağ  mən  gedəndə  əyağımın  torpağınnan  göti-
rərsən, qoyarsan bi tərəfə. Haçan onnan qan damsa, onda bil, mən daməndiyəm
2
, gəl-
sün gələrsən, gəlməsün, özün bilərsən. Bisəfərki, bı gedir, bir qərinə keçir, yaddan çı-
xır. Bıların uşağı olır neçə dənə, böyidillər, ta ki oğlın ööləndirir. Oğlına çalğulı toy 
eliyir, toy  eliyəndə  aparır  xələt  bağlıyır.  Kişi  çıxır  qırağa,  gedir  görir  qara  bağlanıb 
toyxanıya. Gənə qayıdıb gəlib arvad, gedib açıb gəlib, xəyalına gəlmiyib gedib gənə 
bağlıyıb, gəlib görüb gənə qaradı.  
Diyib: 
–  Arvad,  bırda  iş  var,  ged  Əlinin  torpağın  gətir.  Gedib  baxıblar,  göriblər  tor-
pağdan qan damıllıyır. Onda Əligilin meydanda vırışan vaxtı iymiş. Oğlın çağırır, di-
yir ki, oğlım, hal-qəziyyə, belənçiy. Mən Əlinin dadına gedməliyəm. Əli daməndədi, 
odı ki, bırdan hazırraşır, yola tüşir... Oğlı diyir ki, ata, sən gedirsən, mən də gedirəm. 
Oğlı  da  toyxananı  qoyır  elənçinə,  qoşılır  dədəsinə,  gedir.  Əli  kənardan  görür,  bılar 
gəlir. Bılar gələndə  belənçiy əliynən diyir ki,  məsələn,  biz şəhadəti qabul eləmişüy. 
Bıracan gəlmisən, mən səni qabul eliyirəm, günahunnan keçirəm, ged.  
Diyib: 
                                         
1
 Daam eləməg – dözmək, duruş gətirmək 
2
 Daməndiyəm – əlacsızam  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə