Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə75/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   69   70   71   72   73   74   75   76   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     172 
 
 
Sen Cana Kurban 
Ay Hanım Hanım 
Sen Menim Canım 
Men Seni Alım 
Dağlara Gaçım Bu Gece. 
 
Geline Bak Geline 
Tefin Alıp Eline  
Şirin Şirin Danışır (Balam) 
Gurban Olam Diline. 
 
Gaşın Gözün Şirin Sözün 
Aldı Yazık Canımı 
Men Sene Heyran 
Sen Cana Kurban. 
Ay Hanım Hanım 
Sen Menim Canım 
Men Seni Alım 
Dağlara Gaçım Bu Gece. 
 
Mert Dayanır Namert Kaçar
1
  
 
Mert Dayanır Namert Kaçar (Yavrey Hey) 
Meydan Gümbür Gümbürlenir 
Şahlar Şahı Divan Açar 
Divan Gümbür Gümbürlenir. 
 
Yiğit Kendini Öğende (Yavrey Hey) 
Toplar Menzili Döğende 
Şeşber Kalkana Değende 
Kalkan Gümbür Gümbürlenir. 
 
Top Atılır Kal'asından (Yavrey Hey) 
Hak Saklasın Belasından 
Köroğlu'nun Narasından 
Her Yan Gümbür Gümbürlenir. 
 
Bağa Girdim Bağbanını Görmedim
2
  
 
Bağa Girdim Bağbanını Görmedim 
Deste Tutup Gülden Çelenk Dermedim 
En Güzeli Görüp Könül Vermedim. 
                                         
1
 Kars-Aşık Dursun Cevlani-Muzaffer Sarısözen 
 
2
 Kars-Kemal Özbuğutu-Ramazan Kartal 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     173 
 
 
Gözlerin Gurbanı Ala Göz Balam 
Boyun Gurban Ala Göz Balam. 
 
Men Aşığı Olmuşam Ay Gaşdarına 
Hasret Çekirem Ala Gaşdarına 
Canım Gurban Olsun Taydaşdarına. 
 
Gözlerin Gurbanı Ala Göz Balam 
Boyun Gurban Ala Göz Balam. 
 
Gözün Gaydasıdı Akar Bilirem 
Gizdin Gizdin Süzer Bakar Bilirim 
Aşığı Yandırar Yakar Bilirem. 
 
Gözlerin Gurbanı Ala Göz Balam 
Boyun Gurban Ala Göz Balam. 
 
Bağdan Bir Gül Almışam
1
 
 
Bağdan Bir Gül Almışam  
Yüreğime Salmışam 
Yüreğimin Sırrını  
Yârim Sene Vermişem. 
 
Bahçe Güzel Bağ Güzel  
Hayatta Bir Yâr Güzel 
Hele Hoş Günlerimin  
Geleceği De Var Güzel. 
 
Yâr Şirindi Yüzlerin  
Güldü Ela Gözlerin 
Galbimi Nurlandırır  
Senin Ela Gözlerin. 
 
Bahçe Güzel Bağ Güzel  
Hayatta Bir Yâr Güzel 
Hele Hoş Günlerimin  
Geleceği De Var Güzel. 
 
 
 
 
 
                                         
1
 Kars-Muazzez Türing 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     174 
 
 
90 
Folklorşünas təqvimi
 
 
 
 
DƏDƏ ƏLƏSGƏR OCAĞINDAN AZƏRBAYCAN  
FOLKLORŞÜNASLIĞINA GEDƏN YOL 
 
İslam 
Ələsgər      
 
Azərbaycan türklərinin  milli-mənəvi dəyərlərinin  daşı-
yıcısı  kimi,  ozan-aşıq  sənəti  folklorumuzun  tükənməz  qay-
naqlarındandır.  Bu  zəngin  söz  sənətinin  tədqiqi  Azərbayсan 
folklorşünaslığının qarşısında duran mühüm məsələlərdəndir. 
Ulu bir xalqın yaratmış olduğu çoxçalarlı sənət dünyasından 
bəhrələnərək  böyük  söz  xəzinəsinə  bələdçilik  edən  istedadlı 
alimlərimizdən  biri  də  tanınmış  aşıqşünas,  filologiya  üzrə 
fəlsəfə doktoru İslam Talıb oğlu Ələsgər olmuşdur. 
İslam  Talıb  oğlu  Ələsgər  1925-ci  il  iyun  ayının  22-də 
Qərbi Azərbaycanın Basarkeçər rayonunun Ağkilsə kəndində 
məşhur Aşıq Ələsgərin oğlu Aşıq Talıbın ailəsində dünayaya 
göz açıb. O, ilk ibtidai təhsilini öz kəndlərində almış və 1934-35-ci il dərs ilində Zod 
kənd orta məktəbinin 5-ci sinfinə daxil olub, 1940-cı ildə orta təhsilini başa vurmuş-
dur. Elə həmin tarixdən etibarən İslam Ələsgər Zərkənd kəndində müəllimlik fəaliy-
yətinə başlamışdır. Sonralar təhsilini artırmaq məqsədilə o, 1950-ci ildə Bakı Dövlət 
Universitetinin (keçmiş  Azərbaycan Dövlət Universiteti) filologiya  fakültəsinə daxil 
olmuş, 1954-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.  
Əsrlər  boyu  Azərbaycan  xalqının  saz  və  söz  məbədgahı  olmuş  Göyçə  maha-
lında, özü də Aşıq Talıb kimi ustadın ailəsində dünyaya göz açan İslam Ələsgər aşıq 
sənətinin  sehrinə  düşməyə  bilməzdi.  İslam  müəllimin  aşıq  sənətinə  olan  bu  sevgisi, 
demək olar ki, onu gənclik illərindən bir tədqiqatçı kimi hazırlayırdı. Özü bu barədə 
belə deyirdi: "Hələ on iki yaşımdan başlayaraq aşıq şeirlərinin, xüsusən babam Aşıq 
Ələsgərin  ədəbi  irsini  toplamağa  təşəbbüs  etmişəm".  Bütövlükdə  Azərbaycan  aşıq 
yaradıcılığına yaxşı bələd olan İslam müəllim böyük bir həvəslə gənc yaşlarından bu 
məsuliyyətli işin altına girərək Ələsgərin zəngin irsini Aşıq Talıbın məsləhəti ilə təd-
qiq edirdi. Bu xeyirxah işin, nə qədər çətin olsa da, öhdəsindən cəsarətlə gələn tədqi-
qatçı hətta, Ələsgər poeziyasını gözlənilən təhriflərdən qoruyaraq onu olduğu kimi öz 
xalqının ixtiyarına verməyə çalışırdı. Əlbəttə, bu ağır zəhmət tələb edən işdən İslam 
müəllim heç vaxt yorulmur, əksinə, o, bu işdən zövq alırdı. O, bu yorulmaz elmi fəa-
liyyəti ilə öz adını Azərbaycan şifahi xalq ədəbiyyatının Vəli Xuluflu, Hümmət Əli-
zadə,  Əhliman  Axundov,  Məmmədhüseyn  Təhmasib,  Paşa  Əfəndiyev,  Vaqif  Vəli-
yev, Mürsəl Həkimov və b. kimi folklor toplayıcıları və yorulmaz tədqiqatçıları sıra-
sına yaza bildi. İslam Ələsgər 1972-ci ildə "XIX əsr Göyçə aşıqları və Aşıq Ələsgər" 
mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  edərək  filologiya  elmləri  namizədi 
(filologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəsini aldı. Qeyd edək ki, alimin yaradıcı-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə