Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə69/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     153 
 
 
– Boynua bi dənə zinciri asacağlar, zincirə bağlıyacağlar, belədən-belə hürəcəy-
sən,  belədən-belə  hürəcəysən.  Süfrəən  nazın-nemətin  yiyəcəylər,  qırıntıların  gətirib 
tökəcəylər səən qabağua. Bı səən vəzifün.  
          Didi: 
– Mən də ömrimnən bəxş elədim iyirmi il bı cavan oğlana. 
Oğlan peyğəmmərdən ayrılanda didi: 
– Ya peyğəmmər, məəçin xırdalığinan. Mənim ömrümdə eşşəgin də ömrinnən 
var, itin də ömrinnən var.  
Didi: 
 –  Oğlan,  vaxt  gələcəy,  vədə  gələcəy,  ayilə  sahibi  olacağsan.  Oğlun,  qızun 
olacağ. Qollarunda zəmmil daşıyacağsan, azuqə daşıyacağsan, gətirib o zəmmili yerə 
qoyanda  diyəcəysən:  −  Elə  yorulmuşam  eşşəy  kimi,  mənə  bi  iskan  çay  verün,  mən 
içim.  Hamımız  bı  kəlməni  işdədirüy.  Vaxt  gələcəy,  qocalacağsan,  gücün  heç  nəyə 
çatmıyacağ. Dilün çox olacağ. Evdə uşağa diyəcəysən:  
–  Ay  uşağ  ey,  damımızın  işığın  yandırmısan,  malı  yerinə  salmısan?  Uşağ  da 
dillənib sənə diyəcəy ki:  
– Nə qədə danışırsan, it döyirsən ki... 
Söylədi:  Miriyeva  Sehrayə,  1956  təvəllüdlü,  orta  təhsilli,  Salyan  rayonu 
Şorsulu kəndi (Söyləyici kəndin yas məclislərini aparır) 
 
  
NAĞILLAR 
 
Dərzi qızının nağılı 
 
Bir şah varıydı. Şahın da bir gözəl oğlu var iydi. Nə qədə istiyirdi ki, özünə lə-
yax  yaxşı  bi qız alsın, onu da tapa bilmirdi. Qonşuluxda  iki  bacı  varıydı. Ataları da 
dərziymiş.  Ata  da ölüp,  ana  da ölüp,  iki  bacı  mehriban  evdə  dolanırmışdar.  Özü  də 
bu padşahın oğlu hər gün səhər-səhər atı minip, aparır Arpa çayında atı suvarır, bıla-
rın qapısının ağzınnan keçəndə bı qızı görür. Vay öldim, vay partdadım, vay çartda-
dım. Nooldu, ay bala, atası diyir. Mən şaham, var məndə, döylət məndə, nə istiyirsən 
məndə, noolub sənə?! Dərdün nədi, bir mənə de. Diyir ki, ata, qonşuda bir dərzi qızı 
var, onu  issiyirəm.  Elçi  göndərir,  qız  diyir  ki,  yox,  mən  kasıb  adam,  dərzi  qızıyam, 
iki bacıyuğ. Mən ərə gedsəm, məəm bacım necə olar? O, şah oğlu, məni bəyənip sax-
lamaz.  Gəlillər,  oğlana  diyillər  ki,  qız  belə  didi.  Oğlanın  bir  yaxşı  dossu  variymış. 
Çağırır yanına, diyir: 
          −Mənə bir məsləhət ver.  
 Diyir:  
 – Sənə belə məsləhət verərəm ki, sakkızdı, muncuxdu, çərçi xırdası da bir söz-
nən.  Al  buların  hamısını,  deynən,  ay,  çərçi  xırdası  alan,  ay  filan  şey  alan...  Ged  gir 
qızın qapısınnan. Ged, gir qızın qapısına, gör hələ bu sənə nə diyir?  
Gedir oğlan  bı  yoldaşı didiyi kimi, dostı didiyi kimi gedir, çərçi xırdaların  yı-
ğışdırır, gedir girir bılların qapısına. Uşax gedir bacısının yanına, diyir, hə, filan şey 
var, onnan mənə al, filan şey var, onnan mənə al. Qız issiyir ki, öydən gessin, pul gə-
tirsin. Alsın da, bı uşağın səsin kəssin, bı özin öldirir. Bı çərçi xırdası satan diyir ki, 
bacı, mən pıla satmıram ey, mən öpüşə verirəm.  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     154 
 
 
 Diyir:  
–  Ay  qardaş,  bı  nə  sözdü,  ayıpdı,  mən  qız  uşağı,  yetim  adamam,  sən  mənnən 
belə şey issiyirsən. Pul diyirsən, neçiyə diyirsən, gətirim alım.  
Diyir: 
– Yox.  
Uşax  da  özini  çırpır  yerə,  öldirir  özünü  ey,  alassan,  alassan,  vəssalam.  Qız  o 
yana  baxır,  bı  yana  baxır,  Allah,  bi  yuxarda  sən  görürsən,  neynim,  özünü  öldürür 
da... Yavaşca üzünnən belə tutur, oğlan burdan bi qəşəy öpür.  
Diyir: 
– Helə bı mənə bəsdi, artıxlmasıycan bəsdi. Bı çərçi xırdasını da hər şeyi tökür 
bı uşağın qabağına, aradan çıxır. Səhər-səhər gənə bı həmən şahın oğlu atı minip, bıl-
ların  qapısının  ağzınnan  keçir,  aparır  ki,  Arpa  çayında  bı  atı  suvarsın.  Keçəndə  qa-
yıdır diyir:  
 – Ey dərzi qızı, ha dərzi qızı,  
Reyhan mərzənin dəssəsi neçədi ha, neçədi? 
Çərçi xırdası alıb, öpüş verməy necədi, ha necədi?  
Hiii,  qız  ölür,  partdıyır,  çartdıyır,  mənnən  öpüş  alan  bı  şahın  oğlıymış.  Bı  da 
kasıp qızdı da... Reyhan əkirmişdər, satırmışdar, onnan dolanırmışdar. Bı qız az fikir-
rəşir, çox fikirrəşir, xəbər göndərir. Diyir ki, şahın oğluna diyün, gəlirəm ona. Qısası 
var axı, almalıdı. Diyir, gəlirəm ona. Səhərsi günü, bının da padruqası vardı. Çağırıp 
ki, mənə məsləhət ver, şah mənə belə eliyip şahın oğlu. Çərçi xırdası verdi, mənnən 
öpüş aldı. Mən neyləməliyəm?  
Diyir: 
– Ged bi dənə dərini, qoyun dərisini çıxad, başını belə boğ, qışdarı-qolları, ha-
mısı  belə üssündə. Hərəsinə  bi zınqıroo düz, o zınqıllıyır  ha... olardan düz. Bi dənə 
isti  ciyar,  qoyun  ciyarı,  pütrüm
1
.  Pük  salafanın  içinə,  yanında  götürür.  Axşam  səni 
mən  aparacam  olların  həyətinə.  Oğlanın  evini  də  tanıyıram,  təkcə  axşam  olannan 
sora, yatmax vaxtı gəlir ora. Sənə mən yol görsədəcəm.  
Necə diyirsə, bu qız elə də eliyir. Axşam padruqası gəlir, gecə gedillər olların 
həyətində o qədə güdüllər, güdüllər, şahın oğlu gəlip belə qapını açanda bu, belə girir 
dalınca.  Belə  örtəndə  heç  bunu  görmür.  Oğlan  gəlir  qəşəycənə  soyunur,  maykasını 
çıxadır,  issiyir ki, şalvarın çıxarda, qız qapını  açır, girir  içəri. Diyir ki,  mən Azreyi-
ləm,  gəlmişəm  sənin  canıı  alam.  Buyy,  diyir,  mən  fılan  qızı  issiyirəm.  Arzum  var, 
muradım var, qoy mən o qızı alım. Onnan sora məsləhət sənindi.  
Diyir: 
– Bıy, mən çıxıp gedəcəm, məəm yadımnan çıxacağ. Mən nə bilim, başqasıdı, 
sənsən, o birsidi. Helə sənə bi peçat vırım, o peçatı vıram ki, mən sənə, bilim ki, sən-
sən.  
Diyir: 
– O peçat nədi?  
Diyir: 
– Bax öydə kim var, bir sənsən, bir mənəm. Şalvarıyı çək aşağı, səən yaniya iki 
dəfə peçatı vurum, onnan sora çıxım, gedim.  
                                         
1
 Pütrüm – bütün 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə