Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə68/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     150 
 
 
– Yox. Vəsi eliyirəm, mən öləcəm, vırışacam, öləcəm. Vəsi eliyirəm ki, mənim 
qəbrimi  səən  əyağuun  altında  qazallar.  Odı  ki,  valla,  diyillərnən  o  vaxtı  diyirdi  ki, 
elənçiy... Həmən o kişi ki Əli cavannaşdırmışdı ha, həmən onı oğlıynan, Əlinin əya-
ğının  altında  bassırsınnar.  Diyillər  ki,  ziyarətə  gedənnər  indi  onın  qəbrin  də  ziyarət 
edillər. 
Söylədi: Babayeva Ceyran Haxı qızı, 1947 təvəllüdlü, orta təhsilli, təqaüd-
çü. Neftçala rayonu Qaçaqkənd kəndi 
 
II mətn 
Bir gün də Məhəmmət peyğəmmərlə Cənabi Əli yol gedirmiş. Cənabi Əli diyir 
ki, əmioğlu, sööbət eliyəy də, yol uzanıb, gedirüy, darıxıruğ, sööbət eliyəy də. Diyir: 
– Bir az gedəy, yorğunnuğmuzu alaruğ, oturaruğ sööbət eliyərüy. 
Gedillər, bi dənə kölgənəcəy ağac olur, oturullar altında, sərinniyillər. Diyir ki, 
əmoğlu, sən mənnən sööbət issədün. Gəlib əcəl, vermir məcəl. Mən dünyamı dəyişə-
cəm  burda. Mənim əmmamamı, əbamı, əsamı aparıb verirsən xanım  Fatiməyə,  yəni 
qızıma. Diyərsən ki, aton rəhmətə getdi. Allah yaradmışdı, Allah da apardı. Məni elə 
bırdaca dəfn eliyərsən. Özün də o vaxdı kim harda rəhmətə gedərmiş, orda dəfn olu-
narmış. Bu ağacın altında məni dəfn eliyərsən. Özün yuyar, özün də dəfn eliyərsən. 
Diyir: 
          −  Ay əmoğlu, məni nə yaman yerdə bağladun sən, axı mən öz əllərimnən səni 
qəbrə qoya bilmərəm.  
          Diyir: 
          −  Qoyarsan.  
Uzanır bu, gözünü yumur, dünyasın dəyişir. Cənabi Əli oturur ağlıyır, ağlıyır. 
Əlinnən gələn nədi... Vəsiyətin də elədi. Allah-taala bılarçun su  yetirir, bunu  yuyur, 
qəbir qazır, basdırır, əbasın, əmmasın, ağacın, əsasın götürür, ağlıya-ağlıya gəlir hə-
yat yoldaşının yanına, xanım Fatimənin yanına.  
Diyir: 
– Səə noolub, nöş ağlıyırsan, Cənab Əli?  
Diyir: 
 – Vallah, diyə də bilmirəm, aton rəhmətə getdi. Bu da onun əmanətidi, əmma-
məni, əsanı, əbanı verir. Fatimə diyir, məəm atam indicə burdan getdi namaz qılma-
ğa, meçiddə.  
Diyir: 
– Əlimnən yumuşam, əlimnən basdırmışam, sən nə danışırsan?  
Diyir: 
– İnanmırsan, get meçidə.  
Gedir,  görür  Məhəmmət  peyğəmmər  namaz  qılır  meçiddə.  Bax,  belə  möcü-
zələri var buların.  
Söylədi:  Həsənova  Şükufə  Cəfər  qızı.  1943  təvəllüdlü,  orta  təhsilli.  Salyan 
rayonu Şorsulu kəndi 
 
III mətn 
Canına  qurban  olduğum  bir  kərə  peyğummər  dövründə,  Allahumməsəlli  əla 
Məhəmmədin  və  ali  Məhəmmət,  birinə  sual  verillər  ki,  ən  çox  kimi  istiyirsən?  Öö-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     151 
 
 
ladmi,  qardaşmi,  ya  yoldaşmi?  Bu  cürnə  məni  qısnaşdırmason
1
,  mən  heç  cürə  diyə 
bilmərəm.  
Diyir: 
– Yaxşi, qurban olum Allaha, Allah tərəfinnən elə bil Əzrahıl buları deyir, yığı-
lun onda. Səda gəlir, deyir ki, yığılun bir öyə. Bir bacı yatır, yanında oğlı, bir yanında 
qardaşı, bir yanında yoldaşı.  
Diyir: 
– İndi di görüm ki, mən Əzrahılam də, gəlmişəm, sən bulardan özüü qıyarsan, 
balou qıyarsan, qardaşuu, ya yoldaşuu?  
Baxır aşağı, baxır yuxarı, diyir ki, öölat getsə canımnandı, qardaş getsə qanım-
nandi, yaxşısı budı, yoldaş getsin. Muna sual verillər axi. Ya özünmi, ya ööladın, ya 
balon, ya yoldaşun.  
Diyir: 
           −  Elə yoldaşım gessə yaxşıdı. Qardaş qanımnandı, öölad canımnandı. 
Özünə də heç qıymır, ona görə də diyir,  yoldaş gessə  yaxşıdı,  yad oğludu də. 
Qanında qanı yoxdu axı. Öölat da böyidib, yoldaşı əvəz eliyir. Böyiyib axı, cavandı. 
Arvadın mınnan sora işinə, gücünə... İndi Əzrahıldı, gəlibdi. Balasına qıymır, qarda-
şına qıymır, yoldaşı da diyir, hə, bunu neynirəm, o qoy getsin. Bax görürsən, atalar-
dan  qalmadı.  Diyir,  öölat  canımnan,  qardaş  qanımnan,  yoldaşdı  da,  yad  oğludı,  bu 
gedsə yaxşıdı. 
   Söylədi: Həsənova Şükufə Cəfər qızı. 1943 təvəllüdlü, orta təhsilli. Salyan 
rayonu Şorsulu kəndi  
  
IV mətn 
Cənabi-Əli diyir: 
– Dünyada ən güjdi insan kimdi? 
– Allahın səbirri bəndəsi. 
Biri gedir peyğəmmərin yanına.  
Diyir: 
– Ya peyğəmmər, mən oğırrığ eləsəm, onın zəfəri mənə nə vaxta çatar? 
Diyir: 
– 40 ildən sorıya. 
Əl atır peyğəmmərin əmmamasın oğırrıyır, qaçır. Biyəz gedməmiş dəyir  yerə, 
qolı da sınır, qıçı da sınır. Dizin-dizin gəlir peyğəmmərin yanına.  
Diyir: 
– Ya  peyğəmmər,  mən  sənnən  icaza  aldım  ki,  mən  oğırrığ  eləsəm,  onın  zəfəri 
mənə nə vaxta çatar?  
          Didün: 
          −40 ildən sora. Heç mənki yarım saat olmadı.  
          Didi: 
– Hələ  mənim qəzəbimə gəlməmisən. Bir arvadın 40 il  bunnan qabağ çörəgin 
oğırramısan, yimisən. Onın qəzəbinə gəlmisən. Mənkinə qalıb hələ. Odı ki, peyğəm-
mər kəlamında yazır ki, ən güjdi insan kimdi? 
                                         
1
 Qısnaşdırmason – sıxışdırmasan  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     152 
 
 
Altınnan yazır: 
–Allahın səbirri bəndəsi. Əgər gücün var, səbrün də var. Səbrün var, gücün də 
var. Oğırrığa da gedən Allahı çağırır: 
– Ay Allah, məni görən olmasın. Qaçan da Allahı çağırır, qovan da Allahı çağı-
rır.  
Yazır ki, Allah qaçana köməy olsun, qovana köməy olsun?  
Diyir: 
– Əgər qaçanın günahı varsa, qoy qovana köməy olsun.  
Altınnan yazır ki: – Hər ikisinə köməy olsun. 
Oğru  da  Allahı  çağırır  ki,  Ay  Allahım,  mən  oğırrığa  gedirəm,  məni  görən  ol-
masın. Ehtiyajdan gedir, yoxsıllığdan gedir. Məcburiyyət qarşısında qalır, tapbır, ge-
dir oğırrığ eliyir, gətirir balaların saxlıyır.  
Oğırrığ eliyənin də axırı olmır.  
Halal  çörəy  incəlir,  üzilmir.  Allah  evimizi-eşiyimizi  həmişə  halal  çörəyli  elə-
sin, halal nemətdi eləsin. Allah bizə də, sizə də saf can versin. Allah bizi həkimə, tə-
bibə  möhtac  eyləməsin.  Ancağ  pılımızı,  malımızı  imam  yolında  sərf  eliyəg.  Nəzir 
eliyiruğ. Allah yolında eliyirüg o nəziri. Allah-taala nəzirimizi qəbul eyləsin.  
Diyir: 
– Sən Allahnan ol, Allah da sənnən olacağ. Allah dadua çatsın.  
Söylədi:  Miriyeva  Sehrayə,  1956  təvəllüdlü,  orta  təhsilli,  Salyan  rayonu 
Şorsulu kəndi (Söyləyici kəndin yas məclislərini aparır) 
                                                    
 
V mətn 
Ömrimizdə itin də ömrinnən var, eşşəyin də ömrinnən var, insanın ömrinnən də 
var.  
Bir cavan oğlan gedir peyğəmmərin yanına.  
Diyir: 
          −Ya peyğəmmər, mənim ömrim azdı, 30 il ömir veribdi bına.  
          Diyib: 
          −Məəm  ömrim  azdı,  mən  oxıyam,  özimçin  aylə  quram,  məəm  ömrüm  azdı. 
Allah-taala itə də 30 il ömür verir, eşşəgə də 30 il ömür verir. 
Eşşəg gedir, it də gedir. Eşşəg peyğəmmərə sual eliyir: 
– Ya peyğəmmər, otuz ildə məəm vəzifəm nə olacağ? 
Diyib: 
–  Otuz  ildə  səən  vəzifün  o  olacağ  ki,  gün  axşamacan,  axşamnan  səhərə  kimi 
yük daşıyacağsan. Gətirib yükü yerə qoyanda qabağua bo boyda saman atacağlar, yi-
yəcəgsən. Bı səən vəzifün.  
Didi: 
– Mən iyirmi il ömrümnən bəxş elədim bı cavan oğlana.  
İt dilə gəldi, didi: 
– Ya peyğəmmər, di görüm, bı otuz ildə məəm vəzifəm noolacağ? 
Didi: 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə