Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə64/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     140 
 
 
havanın işıqlaşmasının böyük əhəmiyyət kəsb etdiyi şübhəsizdir. «Oğuz kağan» das-
tanında bir-iki hal istisna edilməklə yürüşlər səhərlər baş verir. 
2. Üç gün-üç gecəlik epik zaman toposu. Arxaik eposlarda və nağıllarda qəhrə-
man şərin təmsilçiləri ilə, məsələn, devlərlə üç gün, üç gecə vuruşurlar. 
3.  Qırx  gün-qırx  gecəlik  epik  zaman  toposu.  Epik ənənədə  ən  çox  hadisələrin 
son akordu qırx gün, qırx gecə toy etməklə tamamlanır. 
3. Bir illik epik zaman toposu. Çox vaxt «doqquz ay, doqquz gün, doqquz saat» 
şəklində ifadə olunur, insanın dünyaya gəlməsi – doğulması zamanı sayılır. 
4. Yeddi illik epik zaman toposu. Uzaq səfərlər və qəhrəmanın sehirli varlıqları 
təkbaşına axtarmaq zamanı sayılır. 
5. On altı illik epik zaman toposu. Əsir alınma və sehrə düşmə zamanı kimi xa-
rakterizə olunur. 
6. Qırx illik epik zaman toposu. Bu bölgü daha böyük göstərilə bilər. Mifik mə-
dəni  qəhrəmanın  kənar  dünyalara  yollanması  zamanıdır.  Məsələn,  «Munisnamə»də 
Balakiy  dünya  qatlarında  500  ildən  artıq  qalır  və  bu  çağı  quş  şəkilli  Xızırın  qüdrəti 
ilə geri qayıdıb kor olmuş anasının gözlərinə nur gətirir. Bu mifik söyləmədə qəhrə-
manın  geri  dönməsi  zamanın  özünün  tərsinə  sıxışdırılması  ilə  şərtlənir.  Çünki  500 
illik məsafə qət olunmasına baxmayaraq Balakiy yurduna qayıdan da görür ki, anası 
hələ həyatdadır.  
7. Uzaq məsafənin bir göz qırpımına (bir illik  yolun bir  saata) qət olunması 
və s.  
Eposlarda  yolun  qısaldılmasını  şərtləndirən  vasitələrdən  də  istifadə  olunur. 
Birinci halda, fövqəltəbii qüvvələrin yardımı ilə uzaq məsafə gözün açıb yumulması 
anında yerinə yetirilir. İkinci halda, sürətli miniyin – xüsusi at, araba, Zümrüd quşu-
nun, uçan xalçanın köməyi ilə mənzil başına vaxtından tez çatdırılır. 
 
ƏDƏBİYYAT 
 
1. Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri - B., Elm, 1988, 265 s. 
2.  Oğuznamələr.  Tərtib  edənlər:  Kamil  Vəli  Nərimanoğlu  və  Fəxri  Uğurlu.  –  B. 
Universiteti Nəşriyyatı, 1993, 92 s. 
3. Sümər Faruq. Oğuzlar. Tarixləri. Boy təşkilatı, dastanları. – B., Yazıçı, 1992, 432 s. 
4.  Бартольд  В.В. Турецкий  эпос  и Кавказ.  В  кн.  Книга  моего  Деда  Коркута»  -  М., 
1962, с. 5-11 
5.  Бахтин  М.М.  Формы  времени  и  хронотопы.  В  кн.:  «Эпос  и  роман».  –  СП  б.: 
Издательство «Азбука», 2000, 304 с. 
6. .Бахтин М.М. Вопросы литературы и эстетики. – М., Наука, 1975, 246 с.  
7.  Жирмунский.  В.М.  Избранные  труды.  Тюркский  героический  эпос.  –  Л., 
Издательство «Наука». Ленинградское отделение, 1974, 726 стр. 
8. Кравцов Н.И. Сербскохорватский эпос, М.: Высшая школа, 1985, 273 с. 
9. Лихачов Д.С. Поэтика древнерусской литературы. 3-е изд., доп. М., 1979, 346 с.  
 
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     141 
 
 
Azərbaycan folklorundan yeni nümunələr 
 
 
NEFTÇALA-SALYAN FOLKLOR ÖRNƏKLƏRİ 
 
Neftçala və Salyan ərazisindən toplanılan folklor örnəkləri özünün bir çox xü-
susiyyətləri ilə fərqlənir. Burada müxtəlif mövzulu rəvayətlərə (xüsusən də məişət və 
dini  mövzuda), nağıllara,  lətifələrə geniş  şəkildə rast gəlmək  mümkündür. Bölgənin 
insanlarının məşğuliyyəti, həyat tərzi buranın folklor materiallarında, sözsüz ki, ifadə 
olunmaqdadır.  Bu  baxımdan,  uzun  illər  tərəkəmə-elat  həyatı  yaşamış,  lakin  çoxdan 
oturaqlaşmış əhalinin  yaddaşında qorunan rəvayətlərdə,  lətifələrdə bəzi  maraqlı  mə-
qamlara  bu  gün  də  rast  gəlmək  olur.  Əsasən  lətifəldə  rastlaşdığımız  elat  həyatı  ilə 
bağlı  detallar  bunu  bir  daha  təsdiqləyir.  Bundan  başqa,  lətifələrdə  bölgəyə  məxsus 
lətifə qəhrəmanları da əks olunur. Burada Mirzə Bağı və onun başına gələn əhvalat-
larla  yanaşı,“Surranın quru bəyləri”  başlığı  ilə təqdim olunan  lətifələr  xüsusilə seçi-
lir. Eyni zamanda bir çox söyləyicilərin repertuarında bayatılar, ağılar, dini mövzulu 
mətnlər, həmçinin qayınana-gəlin  və s. münasibətləri əks etdirən rəvayət və nağıllar 
da geniş  yer tutur. Ərazidən topladığımız bəzi  mətnləri dərginin oxucularına təqdim 
edirik.  
 
 Aynurə SADIQQIZI 
  
BAYATILAR 
 
Mən aşığ, qoşa dağlar, 
Verib baş-başa dağlar. 
Nə gedən var, nə gələn,  
Dönəsən daşa, dağlar.  
 
Mən aşığ, belə bağlar,  
Al kəmər belə bağlar.  
Nə quş qummaz, nə gül bitməz,  
Dağılasan belə bağlar.  
 
Qaradı qaşun ördəy,  
Yaşıldı başun ördəy. 
Həməşə cüt gəzərdün,  
Hanı yoldaşun ördəy?! 
 
Mən aşığ, sini-sini,  
Doldır ver sini-sini. 
Mənə öz balam lazımdı, 
Neynirəm özgəsini?! 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     142 
 
 
Mən aşığ, bala dağı, 
Bal dağı, bala dağı.  
Hər yaralar sağalsa, 
Sağalmaz bala dağı. 
 
Mən aşığ, göyəm ellər, 
Göyəribdi göyəm ellər. 
Ay anam, səndə yadigar qalsın, 
Qədəmim dəyən yerrər.  
 
Mən aşığam, qalasız,  
Torpağ olmaz qalasız. 
Mən ki gedməli oldım, 
Siz sağlığla qalasuz. 
Söylədi: Məlikova Minəxanım İbad qızı, 1934-cü il təvəllüdlü, təhsilsiz (2010 
-cu ildə dünyasını dəyişib). Neftçala rayonu, Dördlər kəndi.  
 
 
     ƏFSANƏ 
Nehrəpartladan 
Bir  gün  bi  arvad  oturub  nehrə  çalxıyırmış.  Oğlu  da  götürübdü  nənəsinin  ya-
nında, nehrə çalxaladığı yerdə gül əkib, bilmiyib bı gülün adı nədi. Sən dimə, gülün 
də  təzə  açan  vaxtıymış.  Arvad  nehrə  çalxaladığca  baxır  gülə,  görür  ki,  yavaş-yavaş 
gül açır. Yadınnan çıxır nehrənin köpün çıxardmax. Elə bu arvad hər nehrə çalxadığ-
ca, baxır gülə, gül bir az açır. Marağlı gül olub də. Sən dimə, lalə gülüymüş bu. Ha 
bu nehrə çalxıyır, arvadın yadınnan çıxır nehrənin köpün çıxardmax. Hər dəfə nehrə 
çalxadığca,  fikirrəşirmiş,  bu  gülün  adı  nədi?  Gülün  adı  nədi?  Nəvəsi  də  bilmirmiş. 
Nəvəsindən soruşur, oğlum, adı nədi bu gülün? Diyir, bilmirəm nədi! Həmən dəmə-
dəmdə nehrəsi partdıyır. Adını diyir, nə qoyum, nə qoyum, adını qoyur, nehrəpartda-
dan gülü. O vaxtdan lalənin adına, bizdə həm də nehrəpartdadan gülü diyillər. 
Söylədi: Cəfərov Azər Cəbrayıl oğlu. 1990-cı il təvəllüdlü, ali təhsilli. Neft-
çala rayonu Xolqaraqaşlı kəndi 
 
LƏTİFƏLƏR 
I mətn 
Mart çıxdı, dərd çıxdı 
Deməli, Mirzə Bağı əslən Şamaxıdan olur. Köçür gəlir, Səlyanda yaşıyır. Ara-
da gedirmiş Şamaxıya. Gedir Şamaxıya, görür ki, camahat qışın günü qarnan heyvan 
saxlamaq, yem qıttığı-zad, heyvan-qaranı heç bilmillər harda saxlasınnar. Diyir, ə, nə 
girinc  olmusuz  burda?  Hayıf  döyül  Səlyan.  Səlyanda  camahat  bu  sahat  kef  eliyir. 
Hamsı heyvanı buraxıblar çalıya
1
, heyvan çaladan yiyir, qış yox, qar yox. Cəmi yan-
var,  fevral  ayında  2-3  dəfən  qar  qarrıyır.  Onda  da  hərəsində  2-3  gün  soyuğ  olur. 
Qalan vaxtı quratdıx
2
, camahat kef eliyir. Bunun sözünə inanallar. Hamı heyvan-qa-
                                         
1
 Çala – burada qamışlıq ərazi nəzərdə tutulub.  
2
 Quratdıx – quraqlıq 
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə