Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə60/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     132 
 
 
 
 
UYĞUR OĞUZNAMƏSİNİN 
TRANSKRİPSİYASI 
 
AZƏRBAYCAN TÜRKCƏSİNƏ 
ÇEVRİLMİŞ QARŞILIĞI 
«Bolsunğıl deb dedilər. Anun anağusu 
oşbu turur. Takı mundan son sevinc 
tapdılar. Kenə günlərdən bir Ay kağannun 
közü yarıb bodadı, erkək oğul toğurdı». 
«Qoy olsun dedilər. Onun görünüşü, bax 
budur... Bundan sonra sevinc tapdılar. 
Günlərdə bir gün Ay kağanın gözü parladı, 
erkək oğul doğdu» [2, 10] 
 
2. Zamanın eposlarda  ikinci  xarakterik epik şəraiti onunla şərtlənir ki, birincinin 
əksinə  olaraq  hadisələr  «fantastik  yozumda  deyil,  həqiqətən  baş  vermiş  kimi  qəbul 
edilir» [9, 229].  
Dinləyənlər  onlara  müəyyən  tarixi  dövrün  ciddi  qaynaqlarıtək  yanaşırlar.  Bu, 
eposlarda «emprik zaman»ın əksi  hesab edilir. «Kitabi Dədə Qorqud»da rastlaşdığı-
mız ilk təsvirə diqqət yetirək: «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından, 
Qorqut  ata  diyərlər,  bir  ər  qopdı.  Oğuzın,  ol  kişi  təmam  bilicisiydi,  -  nə  diyərsə, 
olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi...» [1, 31]  
Eposda  tarixi  zamanın  bütün  əlamətləri  özünə  yer  tapmışdır.  Belə  ki:  a)  tarixə 
bəlli dövrə – Məhəmməd peyğəmbərin  yaşadığı  zamana,  b)  məlum tayfaya – Bayat 
boyuna,  Oğuz  elinə  işarə  vardır.  Lakin  həmin  fikirlərin  özündə  arxaik  dünya-
görüşünün  izləri  də  qorunub  saxlanmışdır  –  Qorqud  ata  gələcəkdən  xəbərlər  verir, 
Allah onun könlünü ilhamlandırır.  
«Dədə Qorqud» oğuznamələrinin spesifikliyini şərtləndirən amillər əsas hadisələ-
rə – boylara keçməzdən əvvəl özünü göstərir. Ancaq bu təkcə arxaikliklə (mifikliklə) 
tarixiliyin  eyniləşdirilməsi  ilə  bağlı  deyildi.  Əslində  mifik  zamanı  emprik  zamanın 
içərisində əridən ozanlar türkün tarixinin uzaqlığını, ilkinliyini təsdiqləyirdilər. Dədə 
Qorqudun  eposda  zamanın  özünü  –  hadisələrin  yekununu,  nəticəsini  müəyyənləş-
dirən şəxs kimi təqdimi göstərir ki, ilk cümlədə onu konkret dövrlə bağlamaq olduq-
ca  şərti  xarakter  daşıyır.  Çünki  belə  edilməsəydi,  onun  zamanı  qabaqlayan  kəlam-
larına inam azalardı: «Qorqud ata ayıtdı: «Axır zamanda xanlıq gerü – Qayıya dəgə, 
kimsənə əllərindən almıya. Axır zəman olıb qiyamət qopınca bu didigi Osman nəsli-
dir.  İşdə  sürilib  gidəyürir...»  [1,  31].  Yazıya  alındığı  (ya  da  üzünün  köçürüldüyü) 
dövrdə oğuznamələrin müqəddiməsində katiblər tərəfindən Osmanlı sarayının xeyri-
nə xeyli dəyişiklik edildiyi göz qabağındadır. Birincisi, «Kitab»ın adında və boylarda 
«Dədə» kimi təsdiqlənən Qorqud burada «ata» şəklindədir. İkincisi, səlcuqların tarix 
səhnəsindən  çıxarıldığı  ərəfədə  türkün  başqa  qolunun  dirçəlməsi  ideyasının  məhz 
gerçəklik  kimi  formalaşdırılması  müəyyən  dövrün  möhürünün  sonradan  vurulması 
deməkdir.  
Başlanğıcda  üç  dəfə  «ata»  kimi  verilən  Qorqud  müdrikliyini,  ululuğunu  təsdiq-
ləyən  kəlamlara  keçiləndə  «dədə»ləşir,  əslində  öz  adına  qaytarılır.  Çünki  artıq 
katiblər  məqsədlərini  həyata  keçirib  türkün  səlcuqlarla  bitib-tükənmədiyini  çatdır-
mışdılar.  Bu,  çox  incə  məsələdir.  Ancaq  faktdır:  müqəddimədə  də  dörd  abzasdan 
üçündə ata (Kiçik Asiya türklərinin tələffüzünə uyğun) kimi çıxış edən Qorqud dör-
düncü və əsas hissədə (ona görə əsas hissədir ki,  əvvəlki abzaslarda onun  haqqında 
qısa  məlumat verildiyi  halda  burada  yaratdıqlarına üz tutulur) «Dədə»  şəklində təq-
dim olunur: «Dədə Qorqut soylamış...» [1, 32].  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     133 
 
 
Bu hal təsadüfi  xarakter daşısaydı,  müqəddimə  mətnində Qorqudun sonrakı təq-
dimlərində  bir  yerdə  də  olsa,  təzədən  «ata»ya  qayıdış  nəzərə  çarpardı.  Halbuki  bir 
daha onun bu tələffüzü yada düşmür. Özü də S.Əlizadənin müşahidəsinə görə, Drez-
den  nüsxəsində  bu  sözlər  hər  dəfə  qalın  hərflərlə  yazılıb  nəzərə  çarpdırılmışdır: 
«Dədə Qorqut bir dəxi soylamış». Yaxud:  «Dədə Qorqut soylamış, görəlim,  xanım, 
nə  söylamış»  [1,  32].  Dədə  Qorqudun  dilindən  söylənən  aforizmlər  əslində  katiblər 
tərəfindən  onun  xalq  arasında  gəzib-dolaşan  əsl  müdrik  kəlamlarına  uyğunlaşdırıla-
raq yazılmış,  mətnə əlavə edilmişdir. Burada məqsəd İslam  mühitində eposun  yazılı 
mətninin geniş yayılmasına şərait yaratmaq idi. Lakin əvvəlki üç abzasdakı fikirlərin 
aşılanmasındakı qayə  ilə  heç  bir əlaqəsi olmadığı  üçün  «ata» kimi deyil, əslində ol-
duğu şəkildə saxlanılmışdır. 
Eposun  müqəddiməsinin  sonunda  qadınlarla  bağlı  Ozanın  qənaətləri  müstəqil 
əsər, yaxud mətn təsiri bağışlayır. Çünki orada söylənən fikirlərin nə Dədə Qorquda 
aid  aforizmlərlə,  nə  oğuz-səlcuk,  nə  oğuz-osmanlı  adətləri  ilə,  nə  də  boylarla 
səsləşməsi var. Zaman və məkan baxımından da olduqca fərqli detallar nəzərə çarpır. 
Eləcə də ayrı-ayrı boylarda emprik zaman kimi götürülən epik təsvirdə bəzən konkret 
məkan  göstərilir:  «Bir  gün  Qam  ğan  oğlı  xan  Bayındır  yerindən  turmışdı.  Şami 
günligi  yer  yüzünə  dikditrmişdi.  Ala  seyvanı  göy  yüzinə  aşanmışdı.  Bin  yerdə  ipək 
xalça döşənmişdi» [1, 34].  
Həmin təsvir tarixi zaman və məkan baxımından məlum dövrlə səsləşir. Oğuzla-
rın başçısı  ildə bir dəfə böyük  bir  məclis düzəldib görülən  işləri  yekunlaşdırar, bəy-
ləri  xidmətlərinə  görə  mükafatlandırar,  gələn  il  üçün  tədbirlərini  söyləyər,  təklifləri 
dinləyib müzakirə edərdi.  
Türk tarixində «toy», «qurultay» adı ilə tanınan məclis idarəçilikdə ilk demokra-
tik  institutlardan  biri  idi.  Dastanda  həmin  tarixi  mərhələ  ümumiləşdirilir,  bədii  for-
maya salınıb aşağıdakı mətndə emprik zamanın illə müəyyənləşən kiçik dövrünə aid 
(il  ərzində  bir  dəfə  təkrarlanan)  hal  kimi  təqdim  olunur:  «Xanlar  xanı  xan  Bayındır 
yildə bir kərə toy edib, Oğuz bəglərini qonaqlardı. Genə toy edib, atdan ayğır, dəvə-
dən buğra, qoyundan qoç qırdırmışdı». 
Öncə məkanın təsvirinin konkretləşməyə doğru meyilli olduğu müşahidə olunur. 
Lakin arxaik qəhrəmanlıq eposlarında  olduğu kimi,  burada da zaman üç çadır şəkilli 
mifik dünya modelinin təsviri ilə yekunlaşır. Ona görə də xan məclislərini tarixiliyin 
əlamətitək  götürüb  oğuzların  Azərbaycanda  oturaq  həyata  başladıqları  çağla  əlaqə-
ləndirmək mümkün olmur. Mənbələrdə də bu hal daha əvvəlki çağlarla əlaqələndiri-
lir.  
Herodot skiflərdən danışanda onların bir adətinin  təsvirini  verir ki, eposdakı Ba-
yındır xanın məclisini xatırladır. Belə bir sual doğur: mətndə hadisələr ilin hansı mər-
hələsində başlayır? Axı, tarixi-qəhrəmanlıq eposlarında zaman bəzən ən kiçik hissə-
sinə qədər (saatla, günlə, ayla, fəsillə, bədii dilin imkanlarından istifadə edildikdə isə 
«yellər əsəndə, gün doğanda» şəklində) konkret göstərilir. «Dirsə xan oğlu Buğac...» 
boyunda  hadisələrin  zamanı  poetik  fiqurların  mətnə  ustalıqla  daxil  edilməsi  ilə 
müəyyənləşir.  Belə  ki,  toy  məclisinə  çağrılan  Dirsə  xan  səhər  tezdən  –  «alar  sabah 
qalqubanı yerindən uru turıb, qırq yigidi boyına alıb Bayındır xanın söhbətinə gəlir».  
Bu epizodun məhz yaz girən ərəfədə baş verdiyi isə dolayı şəkildə təqdim olunur: 
«Salqum-salqum tan yelləri əsdigində, 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə