Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə58/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     128 
 
 
belli  bir  kişiyi  açıkça  halife  tayin  etmediği  bellidir,  belli  birini  kendisine  veliaht  et-
mediği de ortadadır. İcma ise bütün Müslümanların hakkı olduğundan halife tayinini 
altı kişilik bir şûraya bırakmak da câiz olmadığı gibi icma da değildir”(5). 
Göründüyü kimi bu məsələ ilə bağlı islam alimləri arasında müxtəlif fikir ayrı-
lıqları  olmuşdur.  Əsərin  sonunda  Bəhlul  Behcət  Hz.  Əlidən  sonra  xəlifə  və  imam 
olan  on  bir  nəfərin  ardıcıllıqla  həyatını,  onların  başlarına  gələn  müsibətləri,  haq-
sızlıqları qələmə almışdır. Onu da qeyd edək ki,bu  məqalə Bəhlul Behcətin ”Təşrih 
və  mühakimə”  əsərində  irəli  sürdüyü  fikirlərə  uyğun  olaraq  yazılmış,  onun  mülahi-
zələri əsas götürülmüşdür.  
İşin elmi nəticəsi: Çoxsahəli fəaliyyət imkanlarına malik olan Bəhlul Behcətin 
bir  islamşünas,  tarixşünas  və  folklorşünas  kimi  Məhəmməd  Peyğəmbər,  eləcə  də 
onun  ailəsi  haqqında  mülahizələri,  fikirləri,  bu  mülahizələrin  nəzəri  əhəmiyyəti  və 
onların başlıca müddəaları məqalədə öz əksini tapmışdır.  
İşin  elmi  yeniliyi:  Məqalənin  əsas  elmi  yeniliyi  onun  mövzusunun  aktuallığı 
ilə müəyyənləşir. Bəhlul Behcətin bir islamşünas, tarixşünas, folklorşünas kimi nəzə-
ri fikirləri sistemli olaraq öyrənilərək tədqiqata cəlb edilmişdir.  
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalə  Azərbaycan  folklorşünaslığında,  eləcə  də  is-
lamşünaslığında özünəməxsus rolu və yeri olan Bəhlul Behcətin ədəbiyyatşünaslığın-
da  nəzəri  fəaliyyətinin  təcəssümünü  müəyyənləşdirmək  istiqamətində  mühüm  elmi 
əhəmiyyətə malikdir.  
 
ƏDƏBİYYAT 
 
1. Qasımov C. Məhbus tərcümeyi-halı. Bakı: Səda, 2003, 181 səh. 
2. Qasımov C. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı: Nurlan, 2011, 
600 səh. 
3. Mükərrəmoğlu M. Xalq qəzeti, 4 dekabr, 2011, səh. 8. 
4.  Umudov  Q.  Folklorşünaslığımızın  tarixindən  (1920-1941-ci  illər).  Bakı:  Təbib, 
1995, 112 s. 
5.  Behlül  Behcet  Efendi.  Âl-i  Muhammed  Tarihinde  Teşrih  ve  Muhakime"  İstanbul: 
Revak Kitabevi, 2012, 160 seh. 
6. Qasımov Q. Azərbaycan folklorşünasları (1920-1950). Bakı: Elm, 2015, 456 səh. 
7. Qazi Bəhlul Bəhcət. Ali Məhəmmədin tarixi, Bakı: 2010. 
8.
http://www.ehlisunnetbuyukleri.com/Hayatlar/EshabiKiram/Detay/EBU-
HUREYRE-radiyallahu-anh/826

9. 
https://tr.wikipedia.org/wiki/I._Muaviye
 
 
 
Çapa tövsiyə edən: fil.ü.f.d. Elxan Məmmədli 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     129 
 
 
Ramazan QAFARLI 
Filologiya üzrə elmlər doktoru 
ADPU “Dədə Qorqud” ETL-in müdiri 
e-mail: ramazanqafar@yandex.com 
 
MİFOLOJİ KONTİNUUM
1
 (MƏKAN-ZAMAN SİSTEMİ) DAXİLİNDƏ 
VƏHDƏT - XRONOTOPLAR
2
 
 
Xülasə 
Məqalədə ilk dəfə olaraq “Dədə Qorqud” və “Oğuz kağan” eposları əsasında xronotoplar (mə-
kan-zaman daxilində vəhdət) təhlilə cəlb edilir. Mifoloji kontinuumun – məkan-zaman sisteminin xü-
susiyyətləri, türk-oğuz mifoloji dünya modelinin kəmiyyət strukturu aşkarlanır. 
Açar sözlər: mifoloji kontinuum, xronotop, zaman toposları, türk-oğuz eposu, sakral rəqəmlər 
 
ЕДИНСТВО-ХРОНОТОПЫ В МИФОЛОГИЧЕСКОМ КОНТИНУУМЕ 
(Пространственно-временная системе) 
 
Резюме 
В  статье  впервые  анализируются  хронотопы  (единство  времени  и  пространства)  на 
основании текстов огузских эпосов «Деде Горгуд» и «Огузский каган».  Раскрывается мифоло-
гический  континуум  –  особенности  пространственно-временной  системы,  количественная 
структура мифо-логической модели Мира в тюркско-огузском эпосе.  
Ключевые слова: мифологический континуум, хронотоп, временные топосы, тюркско-
огузский эпос, сакральные цифры.  
 
THE UNİTY İNSİDE MYTHOLOGİCAL  CONTİNUUM  
(The system of place and time) 
 
Summary 
In this article khronotops (the unity of time and place) are on the basis of stead fast of «Oghuz» 
eposes  -  the  book  of  «Dede  Korkud»  and  the  Kaghan  of  Oghuz.  It  is  explained  the  importance  of 
system of time, place. The quantity structure of the models of mythological world in turk-oghuz epos. 
It  is  generalized  the  interpretations  of  holy  figures  which  has  been  spread  widely  on  the  basis  of 
mythological continuum people’s mythological meetings and it is shown their roles and functions in 
the building of Oghuz –Turk mythical world model. 
Key  words:  Mythological    continuum,  Khronotop,  Time  toposes,  the  epos  of  turk-oghuz,  holy 
figures. 
 
«Xronotoplar  nəzəriyyəsi»ndə  zamanla  məkan  vəhdətdə  götürülür.  İlk  dəfə 
Eynşteynin  işlətdiyi  termini  (yunan  mənşəli  «xronotop»  sözünün  hərfi  mənası  «za-
man-məkan»  deməkdir)  bədii  yaradıcılığa  tətbiq  edən  M.M.Baxtin  zamanla  məkan 
arasındakı qarşılıqlı əlaqənin fikrin obrazlı əksində oynadığı rolu göstərmişdir. Onun 
                                         
1
«Kontinuum»  sözü  latın  dilindən  («Continuum»)  götürülüb,  mənası  «fasiləsiz»,  «davamlı»  demək-
dir. Bütün real rəqəmlərin sistemi kimi anlaşılır. İlk dəfə fəlsəfi termin olaraq A.F.Losevin antik yu-
nan estetikasına həsr olunan əsərlərində işlədilmişdir. Bax: Лосев А.Ф. История античной эстетики. 
Ранняя классика. – М.: «Высшая школа», 1963; «АСТ», 2000. 
2
«Xronotop»  yunan  dilindəki    «xronos»  («zaman»)  və  «topos»  («məkan»)  sözlərindən  yaranmışdır, 
zaman-məkan əlaqələrinin qanunauyğun bağlılığı deməkdir. Bax: Бахтин М. М. Формы времени 
и  хронотопа  в  романе.  Очерки  по  исторической  поэтике  //  Вопросы  литературы  и  эстетики.  : 
Сб. – М.: Худож. лит, 1975. – С. 234-407.
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə