Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə56/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     124 
 
 
leri, Tevhid Kelimesinin Ha-rekeleri, Demokrasî, İtidal və digər əsərlərin müəllifidir. 
Ancaq  çox  təəssüf  ki,  bu  adını  çəkdiyimiz  əsərlərin  aqibəti  haqqında  bizdə  heç  bir 
məlumat yoxdur.  
Bəhlul Behcətin “Təşrih və mühakimə”əsərini yazmaqda məqsədi İslam aləmi-
nin parçalanmasına səbəb olan, islam ümməti arasına nifaq salan ixtilaflardan, qarşı-
durmalardan, onları yaradan səbəblərdən söz açmaq, fikir ayrılıqlarına aydınlıq gətir-
məkdir.  “Bizce  bu  kitabımız,  İslâm  ümmetinin  fikir  ve  düşünce  birliği  için  yegane 
merkezdir” (5, 4). Onun fikrincə bütün dünya müsəlmanlarının arzuladığı bir şey var, 
o da islam aləminin vəhdəti, fikir və düşüncələrinin birləşməsidir. Lakin bu vəhdətə 
qarşı çıxanlar da var. Bəhlul Behcət qərb ölkələri ilə  müsəlman ölkələrini  müqayisə 
edərək  yazır  ki,  qərb  ictimaiyyətində  siyasi  əqidə  hakim  mövqe  tutduğu  halda, 
Şərqdə,  xüsusən  müsəlman  ölkələrində  yalnız  din  ve  məzhəb  insan  şüuruna  hakim-
dir.  Çünkü  Avropada  düşüncelere  hakim  olan  siyasətdir;  İslam  dünyasında  nə  siya-
sət, nə də  irq hakim  mövqe tutmamışdır. Onun diqqət çəkmək  istədiyi  məqam odur 
ki,  o  dövr  tarixçiləri,  ədibləri,  şairləri  Hz.  Məhəmməd  peyğəmbərin,  onun  ailəsinin 
tarixinə önəm verməyərək, o dövrün hadisələrini işıqlandırmaq istəməmiş və ya işıq-
landırmaqdan  çəkinmişlər.  Bəziləri  isə  yazdıqları  əsərlərdə  təəsübkeşliyi  əldən  ver-
məmişlər.  
Bəhlul Behcətin bu əsəri yazmaqda əsas məqsədi Peyğəmbər həzrətlərinin Əhli 
beytinin  tarixini,  düçar  olduqları  ədalətsizlikləri  ,  haqsızlıqları  bizlərə  çatdırmaqdır. 
Əhli beyt dedikdə Hz. Əli və Rəsulullahın (s.a.s.) qızı – Hz. Əlinin həyat yoldaşı Fa-
timeyi Zəhra, Onların pak övladları İmam Həsən, İmam Hüseyn və onların nəslindən 
olan doqquz imam nəzərdə tutulur.  
Haqqında  bəhs  açılan  kitabı  Azərbaycan  oxucusuna  çatdıran  isə  Bəhlul  Bəh-
cətin  nəvəsi  Hacı  Həmdullah  Əfəndiyev  olmuşdur.  Hacı  Həmdullah  Əfəndiyevin 
verdiyi bilgiyə görə həmin kitabı Azərbaycan İslam Universitetinin rektoru Hacı Sa-
bir Həsənli ona vermişdir. Beləliklə, o, Tehran variantını əldə etmiş və 2010-cu ildə 
«Ali Məhəmmədin tarixi» adı ilə nəşr etdirmişdir. Hacı Həmdullah Əfəndiyevin gör-
düyü  böyük və qədirşünaslıq  işinin qiymətini kiçiltmədən qeyd etməliyəm ki, o, ki-
tabın  tərtibatında  və  özünün  yazdığı  ön  sözdə  müəyyən  diqqətsizliklərə  də  yol  ver-
mişdir.  Məsələn,  H.Əfəndiyev  Tehranda  nəşr  olunmuş  kitabın  üz  qabığının  altında 
yazırdı: «Ali Məhəmməd»in tarixi kitabı 1924-cü ildə ilk dəfə Tehran şəhərində çap 
olunmuşdur (6, 115). Lakin H.Əfəndiyev kitaba yazdığı «Müqəddimə əvəzi» adlı ön 
sözündə isə qeyd edir ki, «bu kitab ilk dəfə 1922-ci ildə Tehranda fars dilində çapdan 
çıxır» (7, 7). 
Göründüyü  kimi,  B.Behcət  folklorşünas  və  ya  ədəbiyyat tarixçisi  olmaqla  ya-
naşı həm də din tarixçisidir. Onun «Məhəmmədin ailəsinin tarixi», eləcə də dini də-
yərlərimizə dair  yazdığı digər əsərləri din tariximizi öyrənmək  baxımından  mükəm-
məl bir mənbədir. Müəllifin bu istiqamətdə apardığı tədqiqatlar aydın şəkildə göstərir 
ki, B.Behcət adi qazilərdən olmamış, dini dəyərlərimizi fundamental şəkildə öyrənən 
və öyrədən, eyni zamanda  müdafiə  və  mühafizə edən  yaradıcı din  xadimi olmuşdur 
(6, 115). 
Kitabın  əhəmiyyətini  yüksək  qiymətləndirən  və  onu  fars  dilinə  tərcümə  edən 
Mehdi  Ədibi  «Başlanğıc»  adlı  ön  sözündə  yazırdı:  «Bu  kitab  bütün  batini  və  zahiri 
məziyyətlərə şamildir, insaflı adamlar üçün ən yaxşı dəlil və yol göstərəndir və hamı-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     125 
 
 
nı birlik nöqtəsinə çağırandır. Bəzi alimlərin, möhtərəm adamların və hamının yarar-
lanması üçün kitabı farscaya çevirmək mənə qismət oldu. Mən də bu islami xidməti 
qəbul etdim və qiyamət günü üçün zahirə qıldım» (7, 18-19). 
Kitabın  müəllifi  Bəhlul  Bəhcət  «Al  Məhəmməd»in  (s)  ailəsinin  taleyi,  başla-
rına gətirilmiş müsibətlər, onların yaşadığı tragik-dramatik situasiyalar barədə müfəs-
səl məlumat verir. Müəllif bu ailənin yaşadıqlarına bir çox alimlərin və tarixçilərin öz 
əsərlərində yer ayırmamasını, bəzi siyasi xadimlərin bu məsələlərin işıqlandırılması-
na  yol  verməməsini, əksinə öz babalarını  vəsf etdirmələrini  faktik  materiallarla tən-
qid edirdi. O, yazırdı ki, hökmdarlar arzularına uyğun şəkildə alimlərə özlərini və ba-
balarını vəsf etdirdiyi halda «Kərbala» zülmü barədə yazmadılar: «Əvət ərzim budur 
ki,  «Al  Məhəmməd»in  tarixini  yazanlar  tamam  yazmamışlar.  Və  eləsi  də  olmuşdur 
ki, tam bir fəsad ilə yazmışlar. Və «Tarix Al Məhəmməd» və fəlakəti sərgüzəşti əhli 
beyt hər dövrdə bir çox qərəz və qəsd nəticəsi ilə pərdə dalında qalmışdır» Və yaxud 
da kitabın başqa bir yerində oxuyuruq: «Al Məhəmməd»in (s) elmi, hədisləri, müctə-
hidliyi  bir  kənarda  qalırdı.  Onlar  qəsdən  xalqdan  gizlədilirdi.  Siyasət  və  məqsəd 
güdənlər iş başına dəvət edildi. «Al Məhəmməd»in (s) Baqiri, Sadiqi, Kazımi, Rizası 
zülm  və əziyyətlə xalqdan aralandı. Davi-xilafət bəhanəsi  ilə  bir ovuc  fatimə övladı 
bir-bir ortadan qaldırıldı» (7, s.26). 
Bəhlul  Bəhcət  İslam  tarixini  tədqiq  edərkən  belə  qənaətə  gəlmişdir  ki,  İslam 
alimləri  və tarixçiləri  bir sıra  mövzularda  məs: Samanlılar, Osmanoğulları, Səl-cuq-
lular,  Büveyhoğullarının  tarixi  haqda  əsərlər  yazdığı  halda,  Məhəmmədoğul-ların-
dan, onların  yaşantısından, tarixindən  bəhs edən  iri həcmli əsərlər qələmə almamış-
lar.  İbn-i  Haldun,  İbn-i  Esir,  İbn-i  Hulləkan,  Məsudî,  Təbəri  kimi  məşhur  alimlərin 
tarixə  çox  böyük  önəm  verdiklərini,  lakin  Məhəmmədoğulları  və  onun  əhlibeytinin 
tarixini  işıqlandıracaq  əsərlər  yazmadıqlarını  çox  böyük  təəssüf  hissi  ilə  qeyd  edir. 
Təbərinin  öz  məşhur  “tarix”  kitabında  bir  çox  lüzumsuz  xurafata  yer  verdiyi  halda, 
həqiqətlərə önəm  vermədiyi üzə çıxır. Sadr-i İslamda Xilafət dövründə Həzrəti Mə-
həmməd (s.a.a.) onun ailəsi və ətrafındakılar zülm və haqsızlıqlara məruz qalmış, on-
lara qarşı edilən ədalətsizliklər yetərincə işıqlan-dırılmamış, həqiqətlər pərdə arxasın-
da  qalmışdır.  Rəsulullahın  yaxın  adamlarından  olan  sahabələrin  etdiyi  haqsızlıqları 
tarix  yazarlar  bir  növ  görməzdən  gəlmişdilər.  Ümeyyoğullarının  hakimiyyəti  dönə-
mində olduğu kimi Abbasoğullarının dövründə də Məhəmmədoğulları ailəsi rahatlıq 
tapa bilmədi, zülm və işgəncələrə məruz qalaraq qətl edilmişdilər. “Âl-i Muhammed 
(a.s)  hakkında  konuşmak  bir  kenara  dursun,  hatta  onların  adlarının  anılmasına  bile 
cesaret edilememiş, Âl-i Muham-med'in (a.s) uleması, muhaddis ve müçtehidi bir ke-
nara  bırakılmış,  kasıtlı  olarak  halktan  uzaklaştırılmışlardır”  (5,  6).  İstər  Ümeyyo-
ğulları , istər Əməvilər, istərsə də Abbasilər dövründə Al-i Məhəmmədin (a.s) həyatı 
böyük bir təhlükədə idi. Bu müqəddəs insanların nəinki tarixini yazmaq, hətta onların 
adını  çəkmək  belə  bö-yük  bir  cinayət  hesab  olunurdu.  Hakimiyyət  uğrunda  gedən 
mübarizələr, döyüşlər İslam dininə öz mənfi təsirini göstərmişdi. B Behcət Ehlibey-
t'in  tarixini,  başlarına  gələn  hadisələri,  məruz  qaldıqları  haqsızlıqları  haqq-ədalətin 
necə  tapdandığını  oxucuya  çatdırmağa  çalışmışdır.  Bütün  bunları  yazarkən  Bəhlul 
Behcət öz məqsə-dini də açıqlayır. “Maksadım; Âl-i Muhammed'in (a.s) tarihini ya-
zanların kâmil  yazmadıklarını  ve  hatta Âl-i Muhammed (a.s) tarihini tamamen kötü 
maksatlarla yazmış olanların da bulunduğunu ve sonuçta Âl-i Muhammed'in (a.s) ta-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə