Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə52/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   48   49   50   51   52   53   54   55   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     116 
 
 
ruhu  üzərində  məhkəmədən  öz  xarakteri  və  mahiyyətinə  görə  fərqlənən  axırıncı 
məhkəmədir (7, 99). 
Yunanıstanda fərqli, amma bir-biri ilə əlaqəli iki mif ənənəsi vardır: Dünyanın 
Dövrləri haqqında görüşləri və dövrəvilik  ideyasını əks etdirən görüşlər. Hesiod bi-
rincisini  –  beş  dövr  boyunca  insanlığın  get-gedə  korlanmasını  təsvir  edir:  birincisi, 
yəni Qızıl Dövr Cənnət kimi idi. İnsanlar uzun müddət yaşayırdılar, heç qocalmırdı-
lar, həyat tərzləri də allahlarınkına bənzəyirdi. Dövrəviliklə bağlı görüşlər Heraklitin 
adı ilə bağlıdır. Bu görüşün stoiklərin sonsuz geriyə qayıdış düşüncəsinə böyük təsiri 
olmuşdur. Stoiklər Heraklitdən dünyanın Sonunun atəşlə gələcəyi düşüncəsini götü-
rüb  yeniləmiş  və  Sonun  Tufanla  gələcəyini  hesab  edirdilər.  Bu  iki  böyük  fəlakət 
Böyük  İli  ritmləşdirirdi.  Aristotelin  bir  mətninə  əsasən  iki  fəlakət  də  iki  gündönü-
mündə baş verirdi: yaz gündönümündə conflagtio (“yanğın”, “böyük qarışıqlıq”), qış 
gündönümündə deluvium (“tufan”, “yaxıb-yandırmaq”, “məhv etmək”) (10, 85). 
Dini-fəlsəfi  ədəbiyyatda  esxatologiya  “ölüm”  və  “ruhun  ölməzliyi”  kimi  araş-
dırılır. E.Səmədovun fikrincə, esxatologiya problemi ilə ruhun ölməzliyi arasında ay-
rılmaz əlaqə  var. Buna görə də insanda  birləşən bədən  və ruh dualizmini  nəzərə al-
maq lazımdır. Bu duallıq esxatoloji görüşlərin əsasında durur (6, 9). 
Esxatologiyanı  dünyəvi  dinlər  əsasında  tədqiq  edən  E.Səmədov  esxatologiya-
nın  Xristianlıq,  İslam  və  Buddizm  kimi  dinlərdə  müxtəlif  anlayışlar  kəsb  etdiyini 
qeyd edir. Belə ki, Xristianlıqdakı  esxatoloji təlim İslamdakı axirət inancından daha 
fərqlidir. Buddizmdə isə təlim tamam başqa xarakterə malikdir. 
Xristian  esxatologiyasında  son  dünyanın  yeniləşəcəyi,  İslamda  isə  dünyanın 
yox  ediləcəyi,  əvəzinə  cənnət  və  cəhənnəmin  bərqərar  olacağı  mənasında  verilir. 
Xristianlıqda  insanın  bütün  xəta  və  günahlarına  baxmayaraq  tam  bir  qurtuluş  ümidi 
olduğu  halda,  islamda  qurtuluş  müəyyən  mənada  insanın  özündən  də  asılıdır.  Bud-
dizmdə isə tarixin heç bir əhəmiyyəti yoxdur. Reinkarnasiya, yəni təkrar-təkrar dün-
yaya gələrək yeni bir doğuş əldə etməklə ruhun ölümsüzlüyünün gerçəkləşmiş oldu-
ğunu  düşünürlər  (6,  11).  Dünyanın  sonu  ilə  bağlı  qiyamət  obrazlarından  bəzilərinə 
yəhudi-xristian dünyasının esxatoloji görüşlərində rast gəlinir. Amma yəhudi-xristian 
təlimi önəmli  bir  yenilik ortaya çıxarır. Belə ki,  fəlakətdən sonra  yenidən ortaya çı-
xan  Kosmos  da  zamanın  əvvəlində  tanrı  tərəfindən  yaradılan  Kosmosun  eynisi  ola-
caq. Amma öz köhnə formasında, təmizlənmiş, yenidən canlanmış, yenidən qurulub 
dincləşmiş  şəkildə.  Bu  yerüzü  cənnəti  artıq  bir  daha  yox  olmayacaq,  sonu  olmaya-
caqdır.  Zaman  bundan  sonra  sonsuz  geriyə  qayıdışın  dairəvi  zamanı  deyil,  xətti  və 
geriyə  dönə  bilməyən  zamandır.  Bundan  başqa,  esxatologiya  bir  müqəddəs  tarixin 
zəfərini təmsil edir. Çünki dünyanın  sonu  insan əməllərinin dini dəyərini ortaya qo-
yacaq  və  insanlar  öz  əməllərinə  görə  mühakimə  olunacaqlar.  Təqiqatçı  E.Səmədov 
qeyd edir ki, son özü həm də əbədiyyətin başlanğıcıdır. Bu başlanğıcda ilahi ədalətin 
insanın xeyrinə və ya əleyhinə bərqərar olması yenə də insanın özünün öz iradəsi ilə 
əldə etdiyi uğurların nəticəsidir (10, 10). 
Burada  artıq  bir  cəmiyyətin  (insan  növünün  hamısının)  yenidən  canlanmasını 
əhatə  edən  kosmik  dirilmədən  söhbət  getmir.  Əsas  məsələ  bir  mühakimədir,  seçim-
dir. Əbədi xoşbəxtlik içində yalnız Tanrının sevgili qulları yaşayacaqlar. Sevgili qul-
lar, yaxşılar müqəddəs tarixə olan bağlılıqlarından ötrü qurtarılacaqlar. Onlar bu dün-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     117 
 
 
yanın  gücləriylə  qarşı-qarşıya  gəliblər,  amma  Göyüzü  hakimiyyətinə  sadiq  qalmış-
dılar.  
Xristanlıqda mövcud olan esxatoloji görüşlərdə diqqət çəkən məqamlardan biri 
İsa Məsihlə bağlı məqamdır. Yəhudi-Xristian təliminə görə Dünyanın Sonu İsa Mə-
sih sirrinin bir hissəsini təşkil edir. Yəhudilərə görə Məsihin gəlişi Dünyanın Sonu və 
Cənnətin yenidən qurulmasını xəbər verəcəkdir. Xristianlara görə Dünyanın Sonu İsa 
Məsihin ikinci gəlişindən və son sorğu-sualdan əvvəl olacaqdır. “Peyğəmbərlər Kos-
mosun yeniləcəyini elan edirlər. Yeni Göy və yeni Yer olacaq. Cənnətdə olduğu kimi 
hər şey bol olacaq...” (10, 87). Vəhşi heyvanlar sülh içində yaşayacaqlar, xəstəliklər 
və şikəstlik əbədi olaraq yox olacaq. Topal maral kimi sıçrayıb qaçacaq, karların qu-
laqları açılacaq və nə göz yaşı olacaq, nə ağlamaq. Yeni İsrail gələcəkdə Sina dağın-
da qurulacaqdır. Çünki Cənnət də bir dağın üstündə olmuşdu. Bu Yeni Yaradılış ilk 
yaradılışın  qalıqları  üzərində  qurulub.  Dünyanın  sonunu  gətirəcək  fəlakətin  əla-
mətləri  hindlilərin  Kainatın  məhvi  ilə  bağlı  təsvirlərinə  bənzəyir.  Quraqlıq  və  qıtlıq 
olacaq, günlər də qısalacaq. Fəlakətdən əvvəl Dəccal hakim olacaq. Amma İsa gələ-
cək  və  Dünyanı  atəşlə  təmizləyəcək.  “Suriyalı  Efremin  anlatdıqlarına  görə:  “Dəniz 
uğuldayıb,  gurlayacaq,  sonra  quruyacaq,  göy  və  yer  əriyib  yox  olacaq,  hər  yeri  du-
man  və qaranlıq  bürüyəcək. Qırx gün Tanrı pislik və günahlardan təmizləmək üçün 
Yerə od yağdıracaq” (10, 87-88). Yaxıb-yandıran atəşə Yeni Əhddə, Pyotrun  ikinci 
məktubunda  da  rast  gəlmək  mümkündür.  M.  Eliade  bütün  bunları  kahin  qadınların 
söylədiyi kəhanətlərlə, stoiklərin və daha sonrakı xristian yazıları ilə bağlılığını vur-
ğulayır və bir tərəfdən də İran mənşəli ola biləcəyini qeyd edir (9, 88). 
Dəccalın  dönüşü  bir  növ  Xaosu  xatırladır.  Dəccal  ya  bir  əjdaha,  ya  da  şeytan 
görkəmində canlandırılır. M.Eliadenin fikrincə, bu Tanrı ilə Əjdaha arasındakı qədim 
mifi  xatırladır.  Onlar  arasında  dava  dünya  yaradılmamışdan  əvvəl  olmuşdur  və  ən 
sonda  yenidən  olacaq.  Digər  tərəfdən  Dəccal  saxta  Məsih  kimi  qəbul  ediləndə  icti-
mai, əxlaqi və dini dəyərləri bütünlüklə alt-üst olmasını təmsil edəcək (9, 88). Dəcca-
lın var olması həmişə İsa Məsihin gələcəyinin müjdəçisi idi. Kosmik fəlakətlər, tarixi 
terror, zülmün zahiri qələbəsi İsanın dönüşündən və min illik hakimiyyətindən əvvəl 
gəlməsi haqqında görüşlər qiyamətin əlamətlərini meydana gətirirdi.  
Roma İmperiyasının rəsmi dini xristianlıq idi. Kilsə Tarixi qəbul etmiş, esxato-
logiyadan  imtina  etmişdi.  Dünya,  bütün  günahları,  haqsızlıqları,  acımasızlıqları  ilə 
davam edirdi. Dünyanın sonunun nə vaxt gələcəyini yalnız Tanrı bilirdi. Bu son uzaq 
gələcəkdə baş verəcəkdi. 
Bir neçə  yüz  il sonra  müsəlmanlıq Aralıq dənizi sahillərində  yayılmağa başla-
dıqdan sonra, xüsusilə XI əsrdən sonra esxatologiya ilə bağlı görüşlər yenidən ortaya 
çıxdı.  Bu  dəfə  kilsə  və  Kilsə  ierarxiyasına  qarşı.  Adı  çəkilən  görüşlərdə  ortaq  nöq-
tələr mövcud idi. Qorxunc dağıntılar və böyük fəlakətlər dövründən sonra Yer üzün-
də Cənnətin yenidən yaranacağını gözləyir və bunu elan edirdilər. 
Esxatologiya ilə bağlı bütün görüşlərdə nikbinlik-optimizm var. M. Eliade Nor-
man Conun tədqiqatlarına əsaslanaraq qeyd edir ki, esxatoloji miflər Avropada totali-
tar  xüsusiyyətə  malik  iki  siyasi  hərəkatda  mövcuddur.  Kökündən  dünyəviləşmiş  ol-
masına  baxmayaraq  nasizm  də,  kommunizm  də  esxatoloji  elementlərlə  doludur  (9, 
90). Bu təlimlər dünyanın sonu, bolluq və böyük xöşbəxlik çağından xəbər verirlər.  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə