Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə63/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     138 
 
 
«Dağ yerindən oynayır», «nərildəyir», «buludlar kişnəyir». «Kitabi-Dədə Qorqud»da 
hətta qəhrəmanlar öz günahlarının səbəbini məkana aid amillərdə axtarırlar: 
«Qazan bəg burada yurdlən xəbərləşmiş, görəlim, xanım, nə xəbərləşmiş; Qazan 
aydır: 
Qum qumlamayım quma yurdum! 
Qulanla sığın-keyikə qonşı yurdum! 
Səni yağı nerədən darımış, gözəl yurdum! 
Ağ ban evin dikiləndə yurdı qalmış… 
Bu  o  səbəbdəndir  ki,  qədim  zamanlarda  yurd  və  döyüş  yerləri  uğuru,  qələbəni 
təmin  edən  əsas  vasitə  kimi  müqəddəsləşdirilir,  yolunda  canından  keçən  igidlərdən 
çox həmin məkanlar xatırlanırdı.  
Görkəmli  rus  alimi  M.M.Baxtin  türk-monqol  dastanı  «Canqar»dan  bəhs  açanda 
başqa termin təklif edərək yazır ki, «zamanla məkanın təsvirinin davamlılığında eyni 
funksiya daşıdığını nəzərə alıb, çox şərti olaraq, onların bağlılığını «xronoakt» (yəni 
«hərəkət zamanı») anlayışı ilə ifadə etmək məqsədəuyğundur» [6, 296]. Məsələyə bu 
cür  yanaşanda  zaman  sadəcə  davamlılıq,  ölçü  həddi  kimi  götürülmür,  hərəkətin, 
hadisənin  özünün  qeyri-adiliyinin  nəzərə  çatdırılması,  xüsusi  yolla  artırılması  və  bu 
an  dinləyiciləri  yormamaq  məqsədilə  təsir  gücünün  genişləndirilməsi  formasında 
qəbul edilir.  
Fərqli epik səpgiyə malik dastanlarda epik «xronoakt» yeganə ifadə formasıdır ki, 
bir  janr  daxilində  haqqında  ümumiləşdirilmiş  şəkildə  danışmaq  mümkündür.  «Xro-
noakt»ların müxtəlifliyi tarixi-poetik əlamət kimi daha böyük maraq doğurur. 
Göründüyü kimi, tarixi qəhrəmanlıq dastanlarında zaman toposları onunla xarak-
terizə  olunur  ki,  arxaik  epik  ənənədən  fərqli  olaraq  bir  çox  məsələlərdə  cəmiyyətin 
inkişaf pillələrinə uyğun  «yeniliklər» əks etdirilir. Bu  yeniliklərdə bir-biri  ilə əlaqə-
lənən iki vacib cəhət ortaya çıxır: birinci, zamanın «bütövlüyü» və onun ölçüləri haq-
qında  təsəvvürlər  əsaslı  şəkildə  dəyişir.  İkinci,  təsvirdə  zaman  axınının  ötürülməsi 
üsulları başqalaşır. Epik ənənədə tam zamanın təsviri tərkib hissələrinə, mərhələlərə 
ayrılaraq  həyata  keçirilir  və  çoxsaylı  zaman  hədlərini  iki  bölmədə  sistemləşdirmək 
məqsədə uyğun sayılır:  
A.  Sadə  və  qısa  zaman  həddi.  Hadisənin  baş  vermə  müddəti,  davamlılığı  uzun 
çəkmir. Qəhrəman üç, yaxud beş gün möhlət alır. Bu qrupda ən böyük hədd bir ilin 
tamamıdır. Ondan sonra gələn zaman bölgüləri bu qrupa aid deyil. Az vaxt həddi ilə 
tapşırığı  yerinə  yetirmək  öhdəliyini  götürən  qəhrəman  həmin  müddətdən  kənara 
çıxmamalıdır.  Qısa  zaman  həddi  çox  hallarda  epik  ənənədə  əsas  şərt  kimi  meydana 
çıxır, pozulması şərin qələbəsini təmin edir, hər şeyi məhvə doğru aparır.  
B. Mürəkkəb və uzunmüddətli hədd. İnsan ömrünün əsas mərhələləri ilə (doğu-
lub-evlənməsi,  böyüyüb  taxt-taca  sahib  olması,  uşaqlığını,  yaxud  gəncliyini,  cavan-
lığını,  qocalığını  başa  çatdırması)  ölçülərək  illər  ərzində  davam  edir.  Eposlarda  bu 
vaxt bölgüsü bəzən, 25-30 il uzanır. D.S.Lixaçov düzgün olaraq bu nəticəyə gəlir ki, 
böyük  zaman  müddətləri  –  blinalarda  bir,  iki,  otuz  üç  il  şəklində  o  yerdə  meydana 
çıxır  ki,  orada  «hadisələr  qırılır»  [9,  53].  Qəhrəmanın  hərəkətinin  kəsilməsi  səbəbi 
çox  hallarda  onun  meydandan  «kənarlaşdırılmasın»dan  irəli  gəlir.  Məsələn,  Bamsı 
Beyrək, epik əhvalatın tamamlanmaq ərəfəsində əsir alınıb Bayburd sultanının qala-
sında 16 il saxlanılır. Və hadisələrdə bir növ 16 illik dövr sıxışdırılır, ya da tamamilə 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     139 
 
 
ötürülür.  Daha  doğrusu,  qəhrəmanın  fəaliyyətinin  «dondurulduğu»  böyük  zaman 
məsafəsində hadisələr dolu deyil, ötürmələrlə təsvir edilir. 
Zaman bu qayda ilə «ötürülməsi» bir neçə səbəbdən baş verir: 
1.  Qəhrəman  möcüzəli  şəkildə  doğulur.  Onun  yetkinlik  yaşa  çatanadək  olan 
dövrü ötürülür. O, ayla, illə deyil, günlə, saatla böyüyür. 
2.  Ata,  oğul,  yaxud  qardaş  əsir  düşür.  Onu  xilas  edən  şəxs  böyüyüb  hadisəni 
bilənədək olan zaman ötürülür. 
3.  Ailənin  bir  qanadının  nümayəndəsi  (qız,  gəlin)  qaçırılır.  Onun  yerləşdiyi 
məkan tapılanadək olan vaxt buraxılır. 
4.  Qəhrəman  tilsimə  salınır.  Başqası  tərəfindən  tilsim  qırılanadək  olan  çağ 
ötürülür və s. 
Ötürülmələrin  mətndəki  «yeri»  çox  hallarda  bir,  iki  cümlə  ilə  yekunlaşdırılır, 
bəzən də etnoqrafik və  məişət zəminində elə hadisələrlə  «doldurulur» ki,  böyük za-
man  keçidində  «itirilənlər»  hiss  olunmasın.  Maraqlıdır  ki,  baş  verən  dəyişikliklər 
unudulma,  tanıma  hallarının  təsviri  ilə  təsdiqlənir.  Yaddaşın  bərpası  üçün  sınaqlar 
keçirilir,  hər  şey  öz  ahənginə  qaytarılır.  Sınaqların  təsir  gücünə  malik  olmasından 
ötrü  el  arasında  yaşayan  ən  yaxşı  adətlərdən  –  qəhrəmanlıqla  nişanlanmanın  şərtlə-
rindən,  müqəddəs  musiqi  alətlərində  (qopuzda)  çalmaq  bacarığını,  xüsusi  silah 
növlərindən istifadə qabiliyyətini nümayiş etdirməkdən və s. geniş istifadə olunur. 
Bəzən bir epos daxilində bir neçə «ötürülmüş hadisə» verilir. 
Tarixi-qəhrəmanlıq  dastanları  üçün  xarakterik  zaman  təsvirlərindən  biri  də  odur 
ki,  qəhrəman  özü  üçün  yiyələnməsi  çətin,  uzunmüddətli  olan  bir  peşə  seçir,  yaxud 
yerinə  yetirilməsi  çox  vaxt  tələb  edən  tapşırığı  öhdəsinə  götürür,  eləcə  də  qarşıya 
çıxan  maneəni  bütün  elliklə  dəf  edə  bilmədikdə  səfərdə  olan  əsas  qəhrəman  gələ-
nədək  dəfələrlə  məğlubiyyətin  acısını  çəkir,  bununla  eynicinsli  və  əhatəli  hərəkət-
lərin davamlılığına meydan açılır. «O, burada üç il yaşadı, birinci ili ev işlərinə bax-
dı,  ikinci  ili qopuz çalmağı öyrəndi, üçüncü  ili oxuyub  məclis aparmağı  ilə seçildi» 
kimi  təsvirlərdə  zaman  ozan  sənətini  öyrənməyin  əsas  atributudur.  Yaxud  «yetdiyi 
yerə  yel  yetməyən»  Bəgdüz  Əmən  Qazılıq  qocanı  əsirlikdən  xilas  etməyi  qarşısına 
məqsəd qoyur, lakin yeddi dəfə qalanı almaq istəsə də, bacarmır. Həmin hadisə das-
tanda davamlı, yaxud təkrarlanan zaman şəklində təsvir edilir: 
«Yedi urğunım Yeni Bayırın qurdına  
 
 
 
 
bənzərdi yigitlərim, 
Yeddi kişi ilə qurulurdı mənim yayım!.. 
Yeddi qatla vardım, ol qələyi alımadım,  
 
 
 
 
geri döndüm» [1, 95]. 
Sürəkli, yaxud təkrarlanan zaman «Basat Dəpəgözi öldürdigi boy»da daha maraq-
lı və çoxmərhələlidir. 
Bütün  banların  əsasında  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  epik  ənənədə  zaman 
toposları əsasən aşağıdakı formalarda təsvir edilir: 
1. Bir günlük epik  zaman toposu. Hadisə günçıxanda başlayıb batanda tamam-
lanır.  Bəzən  də  şər  qarışandan  da  yeri  sökülənədək olan  hadisə  epik  zaman  toposu-
nun içərisində əridilir. N.İ.Kravsov yazır ki, eposlarda «səhərin açılması onunla şərt-
lənir  ki,  kəndlilər  və  əsgərlər  işə  başlayırlar»  [8,  253-254].  Hərbçilərin  məişətində 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə