Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə71/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     158 
 
 
Diyir: 
– Ancağ mənə bi dənə imkan ver, mən bir ürkət, iki ürkət namaz qılım. Namazı 
qılannan sora, razıyam də, qoşularam gedərəm.  
Hamı gəlir yığılışır ki, bunu gəlin aparsınnar da burdan. Başdıyır namaz qılma-
ğa. Namazı qılır, səjdiyə gedəndə, Allah-taala səjdiyə gedənin duasını tez eşidir, tez 
qəbul  eliyir.  Səjdiyə  gedəndə,  baş  əyirsən.  Onda,  nə  dilək  eləsən,  Allah  onu  eşidir. 
Allaha yalvarır səjdiyə gedəndə ki, ey Allahım, indiki günəcən mən qulağımdakı sır-
ğanı sədəqə verdim. Onun üstündə də əlimi verdim. Məni öydən qoodu, didi ki, get, 
əlini Əli yapışdırsın. İndi, mən gəlin gedirəm, mən orda xanım olacam. Tək əlnən nə 
eliyəcəm? Noolar, Səndən ricam var, əlimi yapışdır yerinə, əlim yerinə yapışsın. Gə-
lin o səjdədə yuxuya gedir. Yuxuya gedir, onda ayılır ki, əlinin ikisi də yerində. Qur-
banı olduğlarım  bunun əlin  yapışdırıb. Qoşulur bulara, çıxır gedir. Bir gün,  iki gün, 
özü xanım-xatın, gözəl-göyçəy zənəndi, belə var-döölət başacan. Gəlib buna deyillər 
ki, həyətdə bi dənə dilənçi var. Ona nə verəy? 
Diyir: 
– Gedün pay verün!  
Diyir: 
– Yox, qoy gedim özüm baxım!  
Diyir: 
– Əlinin adın çəhdi.  
Diyir: 
– Ağamın adın çəkirsə, qoy özüm gedim baxım.  
Gedir, qapıdan  baxır, görür bunun əri. Vaxtiynən ki, bunun əlin kəsib  hamara 
atmışdı, həmin zərgər. Diyir ki, nətəər olur, sən Əliyə inandın?  
Diyir: 
–  Mənim  arvadım  variydı.  Əliyə  inanmışdı,  sırğasını  qoparmışdı,  vermişdi 
yolçuya. Mən də onun müqabilində onun əlin kəsmişdim. O öydən çıxan gecəsinnən 
öyümə od tüşdü yandı. Bütün varidatım məhv oldu getdi. Dilənçi kökünə tüşdüm.  
Diyir: 
– Bax gördün! Dedün əlini Əli yapışdırar! Əlin çıxardır.  
Onda da, diyir, keçmişdə başqa kişiyə, məsələn, görsənə bilməzdin, əlin çıxadır 
qapıda  balaca bir yırtıx variymış, ordan göstərir ki, bax, bu, mənim kəsdüyün əlimdi. 
Ağam əlimi yapışdırdı. Bu dəmdə bunun əri gəlir.  
Diyir: 
– Necə yani, mən öydən çıxmışam, sən öz bədənüü qeyri kişilərə göstərirsən.  
Qılıncını çəkir ki, arvadının başın vursun.  
Diyir: 
– Dayan! Dayan, gör mən nə danışacam!  
Başına gələnnəri danışır. Görür ki, əri başdadı ağlamağa.  
Diyir: 
– Sən bilirsən ki, mən həmən yolçuyam! Sırğa vermişdün ha, mən o sırğıynan 
bu  var-dööləti  qazandım.  Bu  yerə  gəldim  çatdım.  Mən  tacir  oldum.  İndi  mən  sənə 
inandım.  
Xülasə,  bular  xoşbəx  yaşıyır.  Kişiyə  də  bir  az  dilənçi  payı  verillər,  ordan 
göndərillər. Bunun da Əliyə inanmağının bax axirəti də bu. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     159 
 
 
Söylədi: Həsənova Nailə Zabuş qızı, 1964 təvəllüdlü, orta ixtisas məktəbini 
bitirib. Salyan rayonu Şorsulu kəndi 
 
Fərə bacının nağılı 
 
Biri variydi, biri yoxıydi, bi dənə kənd variydi. Bu kəndin camahatı köçür gedir 
başqa  kəndə.  O  kənd  qalır  elə-belə  də,  boş.  O  kəntdə  bir  dənə  cücə  köçdən  düşür, 
qalır. Qorxusunnan çıxır ağacın başına. Ağacın başında qalır ki, tülkü yiməsin. Qalır 
ağacın  başında,  böyiyir.  Orda  özünə  yuva  qurur,  yumurtası  olur,  bala  çaxardır.  Bir 
gün tülkü də gəlir ki, bu kəndin camahatı köçüb. Görüm burda nəsə tapım, yiyim də. 
Hes zad tapa bilmir. Baxır görür ki, yuxarıda bi dənə anac oturub, yanında da 10-12 
balası.  
Diyir: 
– Hə, mən bıları yiyərəm.  
Diyir ki, fərə bacı, sən orda neynirsən?  
Diyir: 
– Sənnən qorxmuşam, gəlib oturmuşam burda.  
Diyir: 
– Qorxma, düş aşağı.  
Diyir: 
– Yox, balalarımı yiyərsən.  
Diyir: 
– Yo, yimərəm. Gəl, düş aşağı.  
Diyib:  
 – Yox, düşmərəm.  
Diyir:  
– Düşməzsən, onda baluun birin ver.  
Diyib: 
– Yox, balamı da vermirəm.  
Diyir: 
 – Vermirsənsə, onda bu ağacı mən dibinnən kəsərəm, hamsın yiyərəm.  
Fərə bacı qorxur ki, bu tülki  həqiqətən ağacı kəsər, balalarımı  yiyər. Elə  birin 
verim, heç olmasa qalanı qalsın də. Birin verir, tülkü aparır, yiyir. Sabahı günü gənə 
də gəlir. Gəlir, diyir: 
– Fərə bacı, baluun birin verirsən ver, vermirsən, bu ağacı dibinnən kəsəcəm. 
Fərə  bacı ağlıya-ağlıya gətirib gənə balasının  birin  verir tülkiyə. Tülkü aparır, 
yiyir.  Belə-belə,  munun  cücələrinin  çoxsun  yiyir,  azı  qalır.  Fərə  bacı  bir  gün  oturur 
ağajda, ağlıyırmış. Göynən də bir qarğa uçurmuş. Qarğa qonur həmin fərə bacı cücə-
si olan ağacın qanadına. Baxır ki, nöşün ağlıyırsan, fərə bacı?  
Diyir: 
– Bi dənə tülki gəlib məəm balalarımı aparır, yiyib hamsını. Gündə gəlir ki, ba-
luun birin ver. Vermirsən, bu ağacı dibinnən kəsəcəm. Mən də qorxuram ki, bu ağacı 
dibinnən kəsər, balalarımın hamsın yiyər.  
Diyir:  
– Bi dənə balunnan ver mənə, mən sənə bi dənə çəm öyrədim.  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     160 
 
 
Diyir: 
– Ta nə qaldı ki? Birin də səə verim. Onda özün bil. Kəsər yiyər, hamsını yiyər, 
səə də yiyər.  
Diyir: 
– Hə, yaxşı, birin də səə verim. Ağlıya-ağlıya gətirir, birin də ona verir.  
Diyir ki, onun nə baltası var, nə mişarı var. O səni qorxudur. Mişarrıya bilmi-
yəcək, baltası yox, baltalıya bilmiyəcək. Elə sən otur burda, balalaruvu saxla. Qarğa 
bı cücəni götürür gedir. Səhər tülkü gənə gəlir.  
– Fərə bacı, baluun birin ver, vermirsən, ağacı dibinnən kəsirəm.  
Diyir:  
– Vermiyəcəm.  
Diyir:  
– Vermiyəssən, ağacı kəsəcəm.  
Diyir:  
– Baltun yox, mişarun yox, nəynən kəsəcəysən?  
Baxır  görür,  həqiqətən  baltam  yox,  mişarım  yox,  bu  boyda  ağacı  mən  nətəər 
kəsə  bilərəm?!  Bı  fərə  bacı  bebelə  məə  cücə  verib  qorxusunnan,  heç  onu  bilmirdi. 
Onu ancax hiyləgər qarğa öyrədib ona.  
Diyir: 
– Yaxşı, qarğa. Gör sənin başua nə oyun gətirrəm.  
Gedir Kürün qırağına, bir bağdan bi salxım üzüm dərir, gedir Kürün qırağında 
özün bələşdirir palçığa, uzanır  Kürün qırağına. Güya ki, bu, ölüb. Üzümün gilələrin 
bircə-bircə  üzünə-gözünə  düzür.  Bu  üzümün  gilələrin  düzür.  Güya  ölüb…  Qarğa 
göynən uçurmuş. Görür ki, tülki ölüb, belənçiy palçığa yıxılıb ölüb.  
Diyir: 
– Bı tülki diyirəm, ancağ hiyləgər tülküydü. Bəlkə də, ölmiyib bu. Üzümnən nə 
yaxşı yiyərdim.  
Tülkü  ölmüş  kimi  uzanır.  Üzündə-gözündə  üzüm.  Qarğa  göynən  uçanda  gəlir 
oturub baxır görür ki, nəfəs almır. Görür ölüb də, xəbəri yoxdu munun. Yavaş-yavaş 
gəlir, bu gözünnən götürür üzümü, aparır o yanda yiyir, bu böyrünnən götürür aparır 
o yanda yiyir. Üzümü ağzınnan götürəndə munu tülkü happ eliyir tutur.  
Diyir:  
– Mən hiyləgərəm, sən mənnən də hiyləgərsən. Amanın günüdü, tülki lələ, mə-
ni nağayrırsan qayır, aparıb Salyan Kürünə atma… Salyan Kürü böyük Kürdü, onnan 
mən qorxuram. Ora atma.  
Diyir: 
– Elə yaxşı yadıma saldun, səni elə Salyan Kürünə atacam.  
Tutur munu ağzında, qarğanı tülki aparır. Burdan Səlyanacan pay-piyada gedir. 
Çıxır körpünün üsdünə. Ordan yelliyir qarğanı o yana. Açır ağzınnan buraxır, qarğa 
pırr eliyir, uçur gedir. Qarğa gedir özüyçün  yaşıyır. Tülkü görür ki, qarğa ondan da 
hiyləgərdi… 
Göydən üş dənə alma düşdü. Biri sənin, biri Şükufənin, biri mənim. 
Söylədi:  Həsənova  Roza  Məmmədsadıq  qızı,  1935  təvəllüdlü,  5  sinif  oxu-
yub, təqaüdçüdür. Salyan rayonu Şorsulu kəndi. 
  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə