Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə70/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     155 
 
 
Oğlan aşağı baxır, yuxarı baxır, kim var bırda, bir Allahdı. Şalvarın sıyırır, isti 
ciyarı çıxadır bının g.....nə iki dənə şappp, şappp, iki dənə peçat vırır.  
Diyir: 
– Bax, bı sənin peçatın. Gözüü yum, qapıdan çıxım, dala baxma ha...  
Diyir: 
– Yox, baxmıram.  
Qız qapını açır, padruqa gözdiyir axı orda. Padruqa bayax bını vırdı qoltuğuna, 
çıxdılar,  getdilər.  Səhər  açılır,  oğlan  deyir,  kim  bildi  ...  İssi  yad  iydi,  vırdı  yanıma 
da... Heç kim bilmədi, bir Allah bildi... Atı minir, oturur üssündə. Gənə gedir, bu Ar-
pa çayında atı suvarmağa. İndi, qızım, gör nə diyir bu?!  
Diyir: 
−Dərzi qızı, ha dərzi qızı,  
Reyhan mərzənin dəssəsi neçədi ha, neçədi? 
Çərçi xırdası alıp, öpüş verməy necədi ha, necədi? 
Deyir: 
– Dayan, padşah oğlu, dayan. 
Deyir: 
    −Padşah oğlu, padşah oğlu, 
  Azreyil cilidinə girib 
  Qapıdan içəri girib 
  Sənin gö...yə issi ciyarı
1
 vırmax necədi ha, necədi?! 
Hiii.... Padşahın oğlı diyir: 
 – Pay atonnan, bı Azreyil deyilmiş, bı mənnən qısası aldı, öpüşün qısasın aldı. 
Bu, diməli, həmən bı qız iymiş.  
Gedir övə, – ata, – diyir, öldüm, partdadım, çartdadım. 
           −Noolub ay oğul, nə issiyirsən, dünyanın malı-dööləti məndə.  
           Diyib: 
–  Gərəy  qızın  tez toyun  eliyəsən.  Qızın  toyunı  eliyəy.  Bir  həftə  çəhmir,  qızın 
toyunı eliyillər. İndi eliyillər, həmən padruqanı yenə çağırır.  
 Diyir:  
–  Gedirəm,  bilirəm  axı  məni  öldirəcəy  oğlan.  O,  məni  arvad  almır,  o,  məni 
öldirəcəy.  
Deyir: 
– Mənə yol çəh. 
Deyir: 
–  Sənə  bir  yol  çəkim.  Bi  dənə  qoyunun  dərisi  lazımdı,  tikə  olmasın,  bütöy 
olsun. Onun içini doldur təmiz doşabnan, bəhməz da, bəhməz diyiriy. Onı mən götü-
rəcəm. Mən yengə gələcəm sənə. O doşabnan dolı dərini mən götürəcəm, gətirəcəm. 
Səni mən gətirəcəm, evə qoyacam, mən yengəyəm axı. Onı orda gizdədəcəm, qoya-
cam beləcə taxdın üsdünə. Üsdünə də qırmızı örtəcəm. Oğlan elə biləcəy ki, sənsən. 
İçəri  girən  kimi  sənə  elə  bir  qılıc  çəkəcəy  ki,  sən  mənim  gö..mə  issi  ciyar  vırasan. 
İndi səni öldirəcəm. Belə diyəcəy.  
                                         
1
 İssi ciyar – İsti ciyər. Burada  möhür vurmaq məqsədilə işlənir .  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     156 
 
 
Toyu olur, kəsəsi. Yengə yanında gəlir, həmən doşabı gətirir qoltuğunda. Gəlin 
oturanda hamı çıxır, yengə qalır da. Axırda yengə də çıxır, bəy girir içəri. Gətirir hə-
mən dərini adam kimi başını belə bağlıyıb, boğub, sıxıb da, motaldı da, motal... Qo-
yub qəşəycənə taxdın üssünə. Yekə, qırmızı kəlağayını da örtüb bunun üsdünə. Diyir 
ki, özü-özünə oqqədənə qəzəblənib ki, içəri girən kimi səni iki parça eliyəcəy, doşab 
tökiləcəy bırdan ora. Elə biləcəy ki, sənsən.  
Diyəcəy: 
– Ax, qoy bunun qanınnan bir ovuc içim ey, bu məni yandırıb. Mənə issi ciyarı 
vırıb g.....mə.  
Onda o, peşman olacağ.  
Diyəcəy: 
– Bının qanı şirin iydi, hayıf bunu öldürdüm, gör özü nə şirin iymiş.  
Onda taxdın altınnan çıxarsan, diyərsən: 
–  Şah  oğlu,  ölməmişəm  ey,  mən  burdayam.  Day  onun  kini  gedəcəy,  sənnən 
mehriban olacağ. Necə deyir, elə də eliyir. Yengə çıxanda bəy girir. Qılıncı çəkir ki, 
hazır qoyur, yanır-yaxılır:  
 – Sən? Sən mənim g.....mə issi ciyarı vurursan? Sən mənim g.....mə issi ciyarı 
vırasan???  
 Qılıncı  çəkir,  part,  motalın  ortasınnan,  doşab  tökilir  yarı  bıyana,  yarı  bıyana. 
Qoy bının hələ qanınnan içim, sən məni yandırıpsan. Ovujdiyır içir, içir, sora diyir:  
– Ayə, bı zalım qızının qanı necə şiriniymiş, hayıf, bını mən öldirdim. Qanı şi-
rin olan gör, özi necə şirin olur... Elə diyəndə qız taxdın altınnan çıxır, durur bunun 
qabağında.  
Diyir: 
– Əmoğlu, mən ölməmişəm ey... Mən bırdayam.  
Bıllar qucaxlaşır, mehribannaşır, xoşbəxd yaşıyıllar. Allah cəmi cavannarı xoş-
bəxd eləsin. Hamının  balası  xoşbəxd olsun,  içində də  mənim  balalarım, gəlinnərim. 
Allah can sağlığı versin, qızım. Bax, nağıl burda bitir. 
Söylədi:  Həsənova  Nəzakət  Məmməd  qızı,  1932  təvəllüdlü,  orta  təhsilli, 
1951-ci ildə Qərbi Azərbaycandan Salyan rayonunun Aşağı Xələc kəndinə köçü-
rülüb. Kitabxana müdiri işləyib, indi təqaüddədir.  
  
Zərgərlə arvadının nağılı 
 
Diməli,  bir  zərgər  olur.  Zərgərin  arvadı  olur.  Arvad,  Allaha,  Tanrıya, 
Peyğəmmərə,  Əliyə,  inanan  olur,  amma,  yoldaşı  yox.  Yoldaşı  simic  olur.  Bir  gün 
birisi  gəlir,  bunun  qapısını  döyür  ki,  Allah  yolunda,  Peyğəmmər  yolunda,  Əli 
yolunda,  mənə  yardım  elə.  Elə  bil  yolçu  qismində  gəlir.  Kişi  çıxır,  bunu  qapıdan 
qovur. Arvad bunu görür diyir: 
–  Axı  o  bizim  Ağamızın  adını  çəkdi,  Məhəmmədin,  Peyğəmmərrərmizin, 
Əlinin adını çəhdi. Onu neyçün boş qaytardın.  
Diyir: 
– Elə adı çəkən adama məəm həyətimdə yer yoxdu.  
Arvad əl atır qulağınnan sırğasını çıxadır tulliyir  həmən  yolçuya ki, get özünə 
gün ağla, Ağamın adını çəkdün.  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     157 
 
 
Həmin sırğanı götürür gedir. Gedir, diyir: 
– Ay Allah, mən bunu hara satım, neynim, nağayrım?  
Fırranır, gəlir.  
Diyir: 
– Bu kəntdə bir zərgər var. Gedim sırğanı göstərim ona. Görüm bu sırğıya nə qiymət 
qoyacağ. 
Gedir sırğanı göstərir. Kişi sırğanı tanıyır.  
Diyir: 
− Bu, mənim arvadımın sırğasına oxşuyur. Bu sırğanın da o qədər ağır qiyməti 
olur ki, bu kişinin əli əməlli-başdı çörəgə çatır, yolçuluğdan əl çəkir. 
Fırranır gəlir öyə. Arvadına diyir ki, arvad, səəçin sırğa almışdım, hanı o sırğa? 
Aç  başını  baxım!  Açır  başın,  görür  sırğanın  biri  var,  biri  yoxdu.  Diyir  ki,  bəs  hanı 
sırğan?  
Diyir: 
– Bəs, Əlinin adın çəkdilər, Əli yolunda mən o sırğanı verdim o yolçuya. 
Diyir: 
– Hansı əlünnən verdin?  
Diyir: 
– Sağ əlimnən!  
Kişi götürür arvadın sağ əlin kəsir, qoyur qoltuğuna.  
Diyir: 
–  Get!  Da,  sən  adda  məəm  arvadım  yoxdu.  Get,  Əli  səən  əlini  yapışdırsın 
yerinə. Görüm necə yapışdıracağ.  
Qadın ağlıya-ağlıya gəlir. Gəlir çatır böyük bir ağacın altına. Orda huşun itirir, 
qalır orda. O yola  yaxın  bir  yerdə həmişə karvan  gəlib-gedərmiş. Bir qoca arvad da 
soosuz  iymiş,  uşaxları  yoxmuş,  elə  karvannan  dolanarmış.  Gəlib-gedənnərə  yeyib-
içməy  verərmiş.  Görüllər,  ağacın  altında  elə  bil  qarğa-quzğun  fırranır,  ancağ  yaxın 
tüşmür.  Gəlir,  görür  ki,  aydan  arı,  sudan  duru,  gözəl-göyçəy  bir  qadın.  Ancaq  qan 
aparır bunu. Bunu götürür, aparır öyünə. Qadın həmişə də əlin gizdədir.  
Diyir: 
– Ööladımız yoxdu, sən bizə öölad ol! Bunu yedizdirillər, içizdirillər.  
Vaxt-vədə gəlir, karvan gəlir. Tacirlər gəlir  bir  başqa  yerdən. Öz vətəninə ge-
dəndə tacirin biri görür ki, burda işıx yox, bişıx yox, bu kişinin komasından işıx gəlir. 
Yavaş-yavaş gəlir. Balaca bir yırtıx var. Ordan baxır görür, nə gözəlliyində qadın na-
maz qılır.  
Diyir: 
– Ey dadi-bidad, mən indiyənəcən evlənməmişəm. Bu qadını alacam.  
Buların uşağı yoxuydu. Bu qadın bura hardan gəlib? Gəlir, qoca arvadı, kişini görür.  
     Diyir: 
–  Vallah,  bizim  ööladımız  yoxuydu.  Belə  bir  yerdən  tapdux  gətirdüy.  Gör  əyəm  ra-
zıdırsa, alginan.  
Gedillər qadına diyillər. Qadın bir az fikirrəşir, razılaşır.  
Diyir: 
– Sabax karvan qalxacax. Gəlib onu götürüb aparacam.  
Qadın razılaşır.  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə