Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə65/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     143 
 
 
rasın ağzı  yaza  yığır, üzü Səlyana. Sağlığına, bular gələn  ili,  bi soyuğ olur ki, sent-
yabr ayı qar qoyur üstünə. Diyillər,  indi oldu də. Oktyabr onnan  betər. Noyabr, de-
kabr, diyillər, Mirzə Bağı dimişdi də, yanvar, fevralda 1-2 gün. Yanvar, fevral, diyil-
lər,  İlahi,  sənə  çox  şükür,  fevral  kutardı,  rahatux.  Mart  gəlir,  çooğun  başdiyir.  Bıy, 
martın biri, ikisi, gedillər, ay Mirzə Bağı, bə sən didün, yanvar, fevral, martdı e. Di-
yir,  hə,  burda  belədi.  Məsəldi,  mart  gəldi,  dərt  gəldi.  Mart  çıxdı,  dərt  çıxdı.  Martı 
dözməlisüz. Diyillər, lap yaxşı, martı dözək. Mart, aprel gəlir, bıy, təzdən qar qarrıyır. 
Diyillər, Mirzə Bağı, bu nədi? Sən didün, mart. İndi apreldi? Diyir, hə, yaduuzda qal-
sın,  mart,  aprelin  on  beşinəcən.  Lap  yaxşı,  aprelin  on  beşinəcən  dözüllər.  On  altısı, 
on yeddisi, bıy, genə də qar qarrıyır. Diyillər, ay Mirzə Bağı, bə didün aprelin on be-
şinəcən? Diyir, yaduuzda qalsın, haası ayda “r” hərfi var, o ay belədi. 
Söylədi:  Cəfərov  Cəbrayıl  Mikayıl  oğlu,  1964  təvəllüdlü,  ali  təhsilli,  Neft-
çala rayonu Xolqaraqaşlı kəndi 
 
 
II mətn 
Mirzə Bağını alverdə gör 
Biri gedir bazara, alver-yad eliyir. Mirzə Bağı da gedmişmiş bazara. Diyillər ki, 
bə  sən  nə  alveri  eliyirsən?  Diyir  ki,  heç  nə.  Nə  alver  eliyəcəm.  Helə  Mirzə  Bağını 
alverdə görsünnər də... 
Söylədi: Kərimova Gülüstan Güləhməd qızı, 1941 təvəllüdlü, orta təhsilli, 
Neftçala rayonu Xolqarabucaq kəndi 
 
Surranın quru bəyləri 
I mətn 
Surralılar bir az looğa olullar. Küçəynən biri gedəndə, görür ki, çöldə bir nəfər 
eşşəyin üstündə gedir. Amma, nəsə azca əyilir hərdən bu. Gəlir çatır görür ki, eşşəyin 
böyrünə  bağlıyıb  meşoxu,  əlində  də  bir  uzun  şiş.  Şişi  batırır  təzəyə,  qaldırıb  batırır 
meşoxa.  Qaldırır,  arada  təzəy  şişdən  çıxır,  nəsə  götürə  bilmir.  Diyir,  ə,  nağayrırsan 
sən? Şiş ağa, təzəyi götür yığ meşoxa, get işüü gör də! Diyir, bıy, mən Surra bəyi, tə-
zəyə əyiləcəm?   
Söylədi:  Cəfərov  Cəbrayıl  Mikayıl  oğlu,  1964  təvəllüdlü,  ali  təhsilli,  Neft-
çala rayonu Xolqaraqaşlı kəndi
                 
 
II mətn 
Bir  kərəm  surralının  biri  gedir  Səlyana.  Qayıdanda  bir  dənə  taksiyə  minir  ki, 
bunu Surraya gətirsin. Taksi gəlir, gəlir, o Surranın döngəsində, kəndə dönəndə, tak-
sinin təkəri partdıyır. Təkər partdıyır, day  maşını  saxlıyır. Diyir, ə, çox uzağa gedə-
cəydün? Diyir,  yox, evimiz bax odu ha, ordadı. Diyir, day  indi get də. Diyir,  yox e, 
düzəlt, məni aparginan. Diyir, ə, burda dankrat yox, zapas təkər yox. Mən burda kimi 
tapım. Gərək gedəm Səlyana. Ordan təkər gətirəm, dankrat gətirəm. Diyir, yox e, tez 
elə bilmirəm. Ofşim, sööbətdəri alınmır. Diyir, bilirsüz nə var? Diyir, səni 20 km gə-
tirmişəm, pulunu-zadını istəmirəm, tüş aşağı yeri get. Diyir, bah, bu 20 km özüm gə-
lərdim  dənə.  Məə  burdan  belə  lazımdı  ki,  qoy  qonşular  görsün  ki,  Məmmədəli  Səl-
yannan taksiynən gəlir. 
Söylədi:  Cəfərov  Cəbrayıl  Mikayıl  oğlu,  1964  təvəllüdlü,  ali  təhsilli, 
Neftçala rayonu Xolqaraqaşlı kəndi 
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     144 
 
 
 
RƏVAYƏTLƏR 
Mənə özü gərəkdi ... 
Qədmidə  qıznan  oğlan  nişannananda  görüşmək  qadağaniydı  axı.  Xəbər  gön-
dərə bilərdilər, kimin qızın kimin oğlıyçün aldılar. Bi də bilirmişdər ki, filankəsin qı-
zın  aldılar.  Gedib  görüşmək-zad  olmazmış.  Bir-birinə  xəbər  göndərəllərmiş.  Kimsə 
zarafatcan eliyib, neyçünsə, indi Cəbrayıl babam o vaxtı nənəmçün xəbər göndərmək 
istiyir.  Diyib  ki,  nətəər  eliyim,  nağayrım,  nə  cür  xəbər  göndərim.  Diyiblər,  bi  dənə 
şeyir göndərginən. – Nəətər? 
Əzizinəm, dua elərəm, 
Zülfün suab elərəm. 
Özüm gələ bilmədim, 
Çox-çox dua elərəm. 
İndi bu söz gəlib nənəmə çatacax axı. Kimsə nənəmi öyrədib ki, səə gəlib söz 
diyəcəklər. İndi otu, cavab verginən. Qayıdıb, nənəm də bir qədər avam olub, diyib, 
nə diyəcəm? Gələn adam, indi xəbəri gətirəndə, öyrədib axı, nənəm ona cavab verib: 
Əzizinəm, duanı neynirəm, 
Zülfün suabı neynirəm. 
Mənə özü gərəkdi, 
Çox-çox duanı neynirəm.  
Söylədi:  Cəfərov  Cəbrayıl  Mikayıl  oğlu,  1964  təvəllüdlü,  ali  təhsilli,  Neft-
çala rayonu Xolqaraqaşlı kəndi 
 
Qızıl anbarında qalan kişi 
Birinin  yaxşı  var-dööləti  var  iymiş.  Mal,  heyvan,  qoyun,  keçi.  Qızıl  anbarı  bi 
yanda, bığda anbarı o yanda, arpa anbarı bı yanda. Bı anbarrarı bi dənə, bi dənə gəzə-
gəzə  gedir  çıxır  qızıl  anbarına.  Qızıl  anbarına  çatanda  qapı  falakqalanır
1
,  naqqada 
eliyir, qapını aça bilmir, diyir: 
– İlahi pərvərdigara, arpa anbarında olseydım, arpa yiyərdim, ölməzdim. Bığda 
anbarında olseydım, bığda yiyərdim, ölməzdim. Mən qızıl anbarında qalmışam, qızılı 
yiyə bilmiyəcəm axı.  
Söylədi: Yahyayeva Narınc, 1936-cı il təvəllüdlü, təqaüdçü. Salyan rayonu 
Şorsulu kəndi 
 
Xəsis kişinin aqibəti 
Birinin arvadı  var iymiş,  varı-dööləti. Ürəyi gəlməzmiş  bı  belə  vardan-döölət-
dən yiməyə. Arvad ət bişirərmiş. Helə kişi diyərmiş:  
– Bı ət nədi e, gündə bişirirsən. Pendirdən, şordan, çörəydən gətirərdün, yiyər-
düy.  
Vaxt  olır,  qoşının  da  birinin  gözi  düşür  bının  arvadına.  Ürəyində  diyir,  vaxt 
olardı, ölərdün, sənin döölətüü də yiyəcəm, arvadu da alacam. Vaxt olır, kişi ölür, ar-
vad qalır. Həmən qooşı keçir arvadın bıyızına-oyızına, arvadın saqqızzığın oğırrıyır. 
                                         
1
 Falakqalanır – bağlanır, qapanır 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə