Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə39/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   35   36   37   38   39   40   41   42   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     87 
 
 
Beləliklə,  ağbirçəklərimizin,  ağsaqallarımızın  dediyinə  görə  keçmişdə  hamı 
Novruza  qədər  iməcilik  təşkil  edər,  əlsiz-ayaqsızlara,  qocalara,  çətinlik  çəkənlərə, 
yorğan-döşəyi yükdə qalanlara kömək edərmişlər. Çərşənbə gecəsi bir dama yığılar, 
haqqışta deyər, yallı gedər, papaq atarmışlar. Sonra dama yığışar, sabahacan yatmaz, 
çillə  çıxardarmışlar.  Oğlanlar  bir  yerə,qızlar  isə  başqa  evə  yığışarmışlar.  Səhər  axar 
suya  gedər,  yuyunarmışlar.  Bununla  da  dərd-sərlərini  axar  suya  tökərmişlər.  Bax, 
ulularımız  “Yeni  ili” beləcə qarşılayırmışlar. Heyf ki, bu adətlərimizin çoxu unudu-
lub. Kaş indi də Zəngilanda suda çimməklə, od üstündən tullanmaqla dərdimizi suda 
axıda, odda yandıraydıq. Bayramımızı gülər üzlə qarşılayaydıq.  
 
ƏDƏBİYYAT 
 
1. Əhmədova S. Novruz sevincləri // “Kənd həyatı” qəzeti (Zəngilan), 12 mart 1991  
2. Əhmədova S. Xeyirxahlıq babalardan qalıb // “Kənd həyatı” qəzeti (Zəngilan), 20 
aprel 1991 
3. Qaradərəli A. Dirilik bayramı // “Kənd həyatı” qəzeti (Zəngilan), 20 mart 1990  
4.  Azad  B.  Təzə  günümüz  –  Novruz  //  “Kənd  həyatı”  qəzeti  (Zəngilan),  18  fevral 
1989 
 
 
 
Çapa tövsiyə edən: fil.ü.f.d. Elxan Məmmədli  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     88 
 
 
Sevinc ƏLİYEVA  
AMEA Folklor İnstitutunun elmi işçisi
 
 
e-mail: aliyev-n88@mail.ru 
 
 
AZƏRBAYCAN PAREMİOLOJİ VAHİDLƏRİNDƏ QURBANVERMƏ 
MOTİVLƏRİ 
 
Xülasə 
Qurbanvermə hər bir milli mədəniyyətin kökü keçmişlərə bağlanan ənənəsidir. Heç bir xalqın 
həyatını qurbanvermə adətindən kənarda təsəvvür etmək mümkün deyildir. Qurbanvermə qədim mifo-
loji görüşlərlə bağlıdır. Qurbanın növləri və qurbanvermə adətinin şəkilləri çoxdur. Qurbanvermənin 
bütün  bu  rangarəng  formalarına  Azərbaycan  folklorunun  müxtəlif  janrlarında  geniş  şəkildə  rast  gə-
linir. Tədqiqat göstərir ki, Azərbaycan dilinin paremioloji fondu qurbanvermə adəti ilə bağlı deyimlər-
lə zəngindir. Deyimlərdə qurbanvermə ilə bağlı müxtəlif motivlərin mövcudluğu bu adətin milli mə-
dəniyyət tariximizdə qədim və fəal rola malik olmasını göstərir. Qurbanvermənin folklorun paremio-
loji “dərinliklərinə” qədər nüfuz etməsi eyni zamanda mövzunun elmi problematika kimi aktuallığını 
təsdiqləyir. 
Açar sözlər: qurban, qurbanvermə, folklor, paremi, atalar sözləri, nitq folkloru 
 
MOTIVES OF SACRIFICE RITUALS IN AZERBAIJANI PAREMIOLOGY 
Abstract 
Sacrifice  is  an  ancient  tradition  of  all  cultures.  It  is  practically  impossible  to  imagine  any 
culture  without the  existence  of  sacrifice,  which  is  closely  related  to  mythological  views.  There  are 
many kinds of sacrifice traditions. It is possible to see all types of sacrifice in the different genres of 
Azerbaijani  folklore.  Researches  show  that  the  phrasal  fund  of  the  Azerbaijani  language  is  full  of 
sayings regarding sacrifice. The existence of the aforementioned phrasal fund indicates that sacrifice 
is an  ancient and  important  phenomenon  for  our national  culture. The influence  of  sacrifice  into the 
depth of “paremiological phrases” demonstrates the importance of this topic.  
Key words: Victim, sacrifice, folklore, paremiology, proverbs, oral folklore 
 
МОТИВЫ ЖЕРТВОПРИНОШЕНИЯ В АЗЕРБАЙДЖАНСКИХ 
ПАРЕМИОЛОГИЧЕСКИХ ЕДИНИЦАХ 
 
Резюме 
Жертвоприношение  древняя  традиция  у  каждого  народа.  Оно  связано  с  мифологичес-
кими воззрениями. Существуют различные формы этой традиции. Данное исследование пока-
зало, что паремиологический фонд азербайджанского фольклора богат с фраземами, отражаю-
щие  следы  жертвоприношения.  Наличие  мотивов,  связанные  с  жертвоприношениями  в  паре-
миях  демонстрирует  древность  и  роль  этого  обычая  в  истории  нашей  культуры.  Проникнове-
ние  жертвоприношения  в  паремиологические  «глубины»  азербайджанского  фольклора  однов-
ременно утверждает проблематичность данной темы. 
Ключевые слова: жертва, жертвоприношение, фольклор, паремии, пословицы, речевой 
фольклор  
 
Məsələnin  qoyuluşu:  Qurbanvermə  hər  bir  milli  mədəniyyətin  kökü  keçmiş-
lərə bağlanan ənənəsidir. Heç bir xalqın həyatını qurbanvermə adətindən kənarda tə-
səvvür etmək mümkün deyildir.  
İşin məqsədi: Məqalənin yazılmasında əsas məqsəd qurbanvermə adətini pare-
mioloji  deyimlər  əsasında  tədqiq  etmək,  bu  folklor  nümunələrində  qurbanvermənin 
əsas motivlərini müəyyənləşdirməkdir. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     89 
 
 
Qurbanvermə  qədim  mifoloji  görüşlərlə  bağlıdır.  O  görüşlərlə  ki,  insanlar  bü-
tün  təbiət  aləmini  canlı  varlıq  kimi  təsəvvür  edir  və  belə  hesab  edirdilər  ki,  bütün 
təbiət stixiyalarının – istinin, soyuğun, yağışın, qarın, yazın, qışın və s. fövqəladə gü-
cə  malik  sahibi  var.  Bu  sahiblər  Azərbaycan  inanclar  sistemində  “əyə”  adlanır. 
“Əyə” bir başqa deyilişlə “yiyə”, yəni “sahib” deməkdir. Naxçıvan bölgəsində yayıl-
mış  inanclara  görə,  “yer  üzündə  bir  qəriş  yer  əyəsiz  deyil.  Hər  şeyin  öz  əyəsi  var. 
Suyun da, əvin də, bəğin də, dağ-dərənin də, ta gözümüznən nə görürüksə, hamısının 
əyəsi var. Bı əyələr insana görsəmməz. Gərəh bılara səlam verəsən” (1, 46).  
Göyçə  bölgəsi  inanclarına  görə,  “evlərin  hamısında  hər  şeyə  qadir  olan  hami 
ruhlar yaşayır. İnsan öz xoşbəxtliyini qorumax üçün mütləq onnara sığınmalı, onnara 
heş  vaxt  biganə  olmamalıdı.  Əgər  bir  evdə  hami  ruha  –  ev  yiyəsinə  hörmətsizdik 
olarsa,  oraya  mütləq  bədbəxtlik  gələjək,  Evin  bin-bərəkəti  bajadan  göyə  çəkiləjək” 
(2, 82).  
Aynur Babək əyələr haqqında inancları tədqiq etmiş və onların aşağıdakı səciy-
yəvi xüsusiyyətlərinin olduğunu müəyyənləşdirmişdir: 
 1. İnanclara görə, hər bir canlı, cansız obyektin əyəsi –  hami ruhu var. Azər-
baycan  mifoloji  mətnlərində  adları  konkret  çəkilən  əyələr  bunlardır:  su  əyəsi,  ev 
əyəsi, dəyirman əyəsi, bağ əyəsi, ağac əyəsi, dağ-dərə əyəsi, yol əyəsi.  
2. Əyələr müxtəlif görkəmdə olur. Məsələn, Ağbaba folklor mətnlərində dəyir-
man  əyəsi  “dingəli  gəlin  paltarında”,  ağac  əyəsi  “sarı  qız  donunda”,  su  əyəsi  balıq 
görkəmində təqdim olunur.  
3.  Əyələr  mətnlərdə  təbiəti  etibarilə  bəd  ruhlar  kimi  yox,  xeyirxah  varlıqlar 
şəklində  təqdim  olunur.  Lakin  bəd  əyələr  də  vardır.  Məsələn,  dəyirman  əyələri  ona 
rast gələni dəli etməyə çalışırlar.  
4.  Əyələrin  insana  münasibəti  daha  çox  insanın  ona  necə  münasibət  bəsləmə-
sindən  asılıdır.  Onlarla  münasibətin  xüsusi  üsulu  vardır.  İnsan  hara  gedirsə,  bilmə-
lidir ki, o yerin sahibi-əyəsi vardır. Həmin obyektin sahibi olan əyəyə hökmən salam 
verməli,  qaydalarda  nəzərdə  tutulan  şəkildə  ehtiramını  ifadə  etməlidir.  Bu  halda 
əyələrin  insandan  xoşu  gəlir  və  ona  xeyirxahlıq  etməyə  başlayırlar.  Əyələr  insana 
uğur gətirə, bolluq-bərəkət verə bilirlər. 
5.  Əyələrə  aid  olunan  keyfiyyətlər  eyni  ilə  su  əyəsinə  də  aiddir.  Su  əyəsi  ilə 
bağlı  əsas  qadağa  dar  vaxtı,  yəni  gecə  suyun  üstünə  getməməkdir.  Bu  qayda  pozu-
landa  su  əyələri  insanı  şikəst  edirlər.  Onlar  insana  qarğış  etmək  yolu  ilə  ziyan  vura 
bilirlər.  
6.  Əyələr  mətnlərdə  öz  mifoloji  xüsusiyyətləri  etibarilə  albastı-hal  anası,  cin, 
damdabaca,  qaraçuxa,  məleykə,  vurğun,  sarıqız,  yeylər-bizdən  yeylər  və  s.  kimi 
müxtəlif ruh obrazları ilə bəzən oxşar, yaxın, əlaqəli, bəzən də eyni varlıq kimi təq-
dim olunurlar. Məsələn, sarıqız-əyə, məleyk-əyə və s. (3, 77-78). 
Müasir  Azərbaycan  insanının  yaddaşında  yaşayan  bu  inancların  yaşı  çox  qə-
dimdir. Mifologiya dövrünə bağlıdır. V.N.Basilov yazır ki, hərfi mənada “sahib” an-
lamında olan “ee”, “iya”, “iyə”, “iə”, “eya” Volqaboyu, Orta Asiya, Şimali Qafqaz, 
Qərbi  Sibir,  Altay  və  sayan  türk  xalqlarının  mifologiyasında  həmişə  hər  hansı  bir 
yerlə bağlı ruhların adıdır. İyə inamı qədim türk mifologiyasına gedib çıxır. Onların 
funksiyaları  haqqındakı  təsəvvürlər  müxtəlif  xalqlarda  eyni  deyildir.  İyə  Kazan  və 
Qərbi Sibir tatarları və başqırdlarının mifologiyalarında təbiətin müəyyən elementləri, 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə