Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə38/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   34   35   36   37   38   39   40   41   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     85 
 
 
Baba  yaddaşından:  “Qayım-qədim  olasan”,  “Bir  qoyub  min  götürəsən”,  “Su-
yun duru axsın”. 
Novruzda çalıb-çağırmalısan, deyib-gülməlisən. Oynamaq, özü də sındıra-sın-
dıra  oynamaq  gərək.  Vay  halına  “bilmirəm”  söyləyəsən,  kosa  sənə  bir  toy  tutar  gəl 
görəsən. 
El  yaddaşında  bir şey də  var: qonşuda sınıqlıq  varsa, elə deyib gülməlisən ki, 
xoş olsun. Axı ağrı-acımız da, şad-şadyanalığımız da bir olub həmişə.  
Novruzda  dava  eləyən  illər  boyu  davada  olar,  deyirlər.  Qonşusuna  sataşanın 
torpağı qaçar, ayağı altında durmaz, çörəyi duzsuz, ağzı dadsız olar. Ona görə Nov-
ruzda qonşu ilə bayramlaşar, pay alıb, pay verərlər. 
Novruzun  nə  vaxt  başlandığını,  nə  vaxt  qurtardığını  bilə-bilməzsən.  Yeyib-iç-
mədən, bayramlaşmadan, çal-çağırdan sonra haçan yatdığından, şirin-şirin yuxularda 
nələr gördüyündən “dur gözümün işığı, torpağa toxum gərək, əkinə çəpər” sözlərinin 
hərdən deyildiyindən xəbərin olmaz. Bir də görərsən ki, tarla kənarında, şum üstün-
də,  iş  başındasan.  Baxıb  görərsən  ki,  dünənnən  mürgü  döyən  torpaq  dirilib,  indicə 
əlindən  düşən  tumun  böyrü  “çərtib”  toxumda  dirilib.  Belə-belə  Novruzdan  üzü  bu 
yana dirilir dünya. Torpağa, insana, anamız təbiətə həyat, insana isə xoş ovqatla bə-
həm iş, zəhmət gətirər Novruz” (3). 
Hər bir azərbaycanlının şərəfli borcudur ki, xalqın adət-ənənəsinin qoruyub sax-
lasın,  gələcək dövrə çatdıra  bilsin.  Adət-ənənələri  yaşatmaq,  xalqın  tarixini  yaşatmaq 
deməkdir.  Novruz  bayramı  bayramların  ulusudur, gözəlidir, desək  yanılmarıq.  Zəngi-
lanlıların da bu adət-ənənəni yaşadıb bu günümüzə qədər çatdırması çox təqdirəlayiq-
dir. 
1989-cu  il  fevralın  18-də  Zəngilanın  rayon  qəzetində  B.Azad  qələmə  aldığı 
“Təzə  günümüz  Novruz”  məqaləsində  yazır:  “Novruzdan  əvvəl  kiçik  çillənin  son-
larında, boz ayın bozara-bozara gəldiyi günlər də nənələrin sanaması başlar. “Budey, 
nənə qurban, bu gələn yalançı çərşənbədi..di bir tonqal qalayın, gözünüzə dönüm”, 
 Sonra  həsrətli  bir  həftə  ötər,  yenə  gələr  çərşənbə.  Nənə  deyər:  “Bu  da  külə 
çərşənbədi, a nənə sizə qurban, bir tonqal da buna qalayın, xətri qalmasın, həm də qı-
şı külə döndərin bu tonqalda”.  
O biri həftə nənə uşaqları yığar başına, özü də gələr tonqalın ətrafına: “hə, bax 
bu xəbərçi çərşənbədi, bunun tonqalı gərək lap urvatdı olsun! İlaxır çərşənbənin gə-
lişini o xəbər gətirir axı”. 
Uşaqlar tonqalın üstündən atdana-atdana oxuyarlar: 
Ağırrığım-uğurruğum 
Burda qalsın... 
Atıl-matıl çərşənbə, 
Oddan atıl çərşənbə... 
Sonra başlar yeddi günün, yeddi gecənin sanaması. 
Atalar  bazardan  xurcunu  dolu  gətirər,  analar  sacın  külünü  alıb  hazır  saxlar, 
qızlar qovurğalıq  buğdanı artlaya-artlaya hərdən  bir də gözaltı  həya  ilə  yollara boy-
lanar...  Diləyi  olanlar  da  ki,  yaxşı  bir  söz  eşitmək  ümidi  ilə  qapısın  pusacağı  evin 
səmtini  –  sorağını  bələdləyər.  Amma  gərək  o  günü  dilinə  iraq-iraq  pis  söz  gətirmə-
yəsən ha! 
Ürəklər də ki, başlar döyünməyə: tıp-tıp, tıp-tıp... 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     86 
 
 
Yeni  ilin  ilk  müjdəçisi kimi gələr çərşənbə. Novruzun  muştuluqçusu kimi dö-
yər qapımızı ilin axır çərşənbəsi. 
Sonra da başlar tonqalların,  məşəllərin alov dilləri ucalmağa. Çillə çıxardarlar 
səhərə kimi. 
Amma gərək səhərəcən yatmayasan ha! 
Bu gecədə nələr olacağını öz gözlərinlə görməsən, heç bir faydası yoxdur. Son 
çərşənbənin gecə ötdüyünü kimi oğlunun kişiləşən səsində, kimi qızının allanmış ya-
naqlarında, kimi sevgilisinin dünya sığan gözlərində görər... Beləcə bir  ilin son çər-
şənbəsi dolar ürəklərə, evlərə Vətən torpağına... 
Küsülülər  barışmalıdı,  ürəklərdən  pis  hisslər,  kin-küdürət  qovulmalıdı  o  gecə, 
yoxsa day bunun nəyi çərşənbədə olar? 
Uşaqlar  o  qədər  çal-çağır  edərlər  ki,  axırda  nənə  dözməyib  eyvandan  çağırar: 
“Ədə, a bala, çərşənbədə çox oynayırsınız. Novruzun  xətri qalar, qalanı qoyun bay-
rama qalsın”. Kimə deyirsən heç doydum deyərlərmi? 
Çərşənbə  gecəsi  yumurta  döyüşdürək  uşaqlar  ən  salamat  yumurtaları  ayırıb 
rəngləyər,  Novruzda  saxlar.  Sovqat  aparanlar  ən  əziz  adamının  sovqatını  Novruzda 
göndərər: “Novruzun payı daha əziz olar. “Atalar oğullarına ən sağ sözünü Novruzda 
deyərlər baxışlarıyla: “Kişi ol, bil ki,bu torpaq mərdləri üstündə saxlar”. 
Novruzda murad verib murad alanların murazı əbədi olar deyirlər. 
Gələr Novruz... Gecəsi gün düzündən pak, gündüzü gecəsindən arı-duru. Plov 
qazanı  dəmə  vurular,  qapılar  taybatay  açılar,  işıqlar  səhərəcən  yanar,  dadlı-luğablı 
sözlər qanad taxar uçduqca hey. 
 Novruzun  ilk  səhəri  su  üstündən  atdanarlar,  ağacların  şumalının  birini  seçib 
burduqca burarlar: “ Qoy düşmənin boynu burulu qalsın!” 
 Sonra  da  Novruz  suyu  ilə  üzlərini  yuyarlar,  ötən  ilin  kin-küdurətini  silərlər 
üzlərdən. 
...Hə  əzizlərim,  üzünüzə  min-min  belə  sabahlar  açılsın.  Min-min  belə  günlərə 
çatasınız. Başınızın üstündən Günəş, ilinizin üstündən Novruz əskik olmasın! ” (4). 
 Zəngilanda Novruzu qeyd etməyə hazırlıq aparan camaat onun 4 çərşənbəsinin 
hər  birini özünəməxsus  xüsusiyyətlə  ilk çərşənbəni su,  ikincini od, üçüncüsünü  yel, 
külək, dördüncüsünü isə torpaqla oyanması kimi qeyd olunardı. 
Yaddaşımızda, elimizin yurd daşında nəğmələr, kəlamlar yaşayır. Bu nəğmələr, 
kəlamlar dünənimizdən, keçmişimizdən  xəbər  verir. Deyirlər ki,  hər ayın, hər fəslin 
əvvəllər öz nəgməsi var imiş. Bu aylardan birinə də “boz ay” deyilir. Nənələrimizin 
dediyinə görə el arasında belə bir inam yaşayırmış ki, guya boz ay dərd gətirir. Kiçik 
çillənin soyuğu, yağışı, seli mal-qaranı qırar, yaşayışı çətinləşdirərmiş. O vaxtlar boz 
ayın soyuğunu, qarını, çovğununu çərşənbə tonqallarında yandırarmışlar. Bununla da 
boz aydan acıq alarmışlar. Yazın gəlişinə  xüsusən cavanlarımız sevinərmişlər. Nov-
ruzda nişanlılar qovuşar, subayların qapısı döyülərmiş. Elə ona görə də cavanlarımız: 
 
 Atıl-matıl çərşənbə 
 Bəxtim açıl çərşənbə 
 
– oxuyarmışlar. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə