Dədə Qorqud ● 2015/I I I 77
Mətanət XƏLİLOVA
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: matanatkhalilova@mail.ru
AZƏRBAYCAN TOY MƏRASİMLƏRİ VƏ TOY NƏĞMƏLƏRİ
Xülasə
Məqalədə Azərbaycan toy mərasimi və toy mərasimində ifa olunan nəğmələrin spesifikası
incələnmişdir ki, bu da həmin örnəklərin genezisini işıqlandırmağa şərait yaratmışdır. Toy təkcə iki
insanın nikah izdivacından ibarət deyil. Burada rəngarəng mədəniyyət qatları mövcuddur. Araşdırma-
dan məlum oldu ki, Azərbaycan toyu başqa millətlərin toyundan fərqli olaraq çoxmərhələlidir. Hər
mərhələnin özünəxas nəğməsi, tərifi vardır. Həmin nəğmə və mahnılarda müxtəlif ayin, etiqad və gö-
rüşlər əks olunmuşdur.
Açar sözlər: toy, mərasim, nəğmə, xalq, Azərbaycan, xına, nişan, üzük
AZERBAIJAN WEDDING CEREMONIES AND WEDDING SONGS
Summary
In the article the specification of Azerbaijan wedding ceremonies and the songs performed in
the wedding ceremonies are investigated that it helps to study the genesis of those examples. The wed-
ding is not the act that is formed by only two persons. There are colorful culture layers here. In the
investigation it is known that Azerbaijan wedding is more multileveled than the weddings of other
nations. Each level has its own songs and definition. In those songs and melodies different rituals,
beliefs and opinions are reflected.
Key words: wedding, ceremony, song, folk, Azerbaijan, hanna, engagement, ring
СВАДЕБНЫЕ ОБРЯДЫ И ПЕСНИ АЗЕРБАЙДЖАНА
Резюме
В статье исследовалось специфика свадебных обрядов и песен исполненных в свадеб-
ных церемониях Азербайджана а это создало условие на освещение генезиса этих образцов.
Свадьба состоит не только из супружества двух лиц. Здесь существуют разнообразные слои
культуры. Из исследования стало ясно, что азербайджанская свадьба, в отличии от свадеб
других народов, многоэтапная. Каждый этап имеет своеобразную песню, описание. В этих
напевах (мелодиях) и песнях также отражаются разные обряды, веры и взгляды (убеждения).
Ключевые слова: свадьба, церемония, песня, народ, Азербайджан, хна, обручение (по-
молвка), кольцо
Əcdadlarımızın ilkin mədəni sistemdən çağdaş dövrə qədər yaratmış olduğu
mənəvi arsenal onun poetik arxetipində cəmlənmişdir. İbtidai mədəniyyəti əxz etmiş
qədim insanın şifahi yaradıcılığında əmək nəğmələrindən başlayaraq ən son mərasim
nəğmələrinədək bütün yaradıcılığı onun gündəlik məişəti ilə və təbiəti dərk etməsi ilə
əlaqəli olmuşdur. Hələ ilk çağlardan insanlar həqiqi mahiyyətini dərk edə bilmədiyi
təbiət hadisələri ilə tez-tez rastlaşırdı. Onlar belə təbiət olayları üzərində məlumat
toplamaq istəyində bulunaraq, bu hadisələri ram etmək, qavramaq, başa düşmək istə-
yi yaranmışdır. Belə düşüncələr isə insanın ilkin inanc və etiqadlarını, ayin və mə-
rasimlərini yaratmış, həmin düşüncələrin çox funksiyalı duyduğu sxemləri özlərinin
əlvan formulları ilə folklor yaddaşında öz əksini tapmışdır. Qədim insan gündəlik
məişətində rast gəldiyi hadisələrə müxtəlif münasibətlər bildirərək onlarla bağlı nəğ-
mələr və müxtəlif poetik səciyyəli dramlar yaratmışlar.
Professor A.Nəbiyev bu tip mərasimləri iki hissəyə ayırmışdır: mövsüm məra-
simləri və məişət mərasimləri (1). Biz məqalədə Azərbaycan mərasim folklorunda ən
çox yayılmış toy mərasimlərindən və daha çox toy nəğmələrindən söhbət açacağıq.
Dədə Qorqud ● 2015/I I I 78
Mövsüm mərasimlərindən sonra xalqın yaratdığı əsas mərasim məişət mərasimləri-
dir. Məişət mərasimi də mövsüm mərasimləri kimi nəğmələrlə müşayiət olunur. Məi-
şət mərasimlərinin nəğmələrinin böyük bir hissəsini toy nəğmələri təşkil edir (2).
Toy mərasimi azərbaycanlıların həyatında mədəni bir hadisə hesab olunur. Ye-
ni bir ailənin başlanğıcı, nəslin davamı ritualı məhz toy vasitəsi ilə həyata keçirilir.
Bugünkündən fərqli olaraq keçmişdə toylar müxtəlif çalarlarda olurdu. Məlumdur ki,
toyda nikahagirmə mərasimi də baş tuturdu. Nikahagirmənin də iki forması – qızqa-
çırma və toy mərasimi ilə evlənmə, yaxud satınalma nikah qaydasının mövcudluğu
haqqında da bilgilər var.
Azərbaycan toyu xeyli adət və ayinlərlə müşayiət olunur. Azərbaycan toyu adə-
tən qızbəyənmədən başlamış gəlinin ər evində üzə çıxmasınadək davam edən çox
təbəqəli, mürəkkəb mərasimdir. Vaxtilə qızbəyənmənin də mərasimi nəğmələri möv-
cud olmuşdur. Həmin nəğmələrin bəzi elementləri günümüzə qədər gəlib çıxmışdır.
Bəzən elçilik mərasimində aradakı sükutu pozmaq üçün zarafatabənzər nəğmələr
söylənirdi. Məsələn, bugün də işlədilən “mal almağa gəlmişik, şal almağa gəlmişik”
kimi aldadıcı və çaşdırıcı misralardan sonra, münasibəti görüb ona uyğun nəğmənin
davamını gətirərdilər. Əgər ev sahibinin üzündə bir təbəssüm hiss edilərdisə, əsas
mətləb növbəti misrada bəyan olunardı: “Qız almağa gəlmişik”. Bu elçilik mərasi-
mində icra olunan nəğmələrdən biridir. Elçilik mərasimində icra olunan qaydalar,
adət və ənənələr, ayinlər bir sıra kiçik fərqlərlə Azərbaycanın hər yerində eynidir (3).
Müasir toylardan fərqli olaraq keçmişdə toylarda kollektiv oxuyardılar. İndiki
toylarda saz dəstəsi olduğu halda o zamanlar toyagələnlər də oxuyaraq mərasimi qeyd
edərdilər. Toy həm də iməciliklə müşayiət olunurdu. Hər şeydən əvvəl qeyd edək ki,
toy el şənliyi olduğu kimi, onun keçirilməsi də el gücünə əsaslanırdı. Əks təqdirdə onu
toy sahibi öz qüvvəsi ilə idarə edə bilməzdi. Bunu nəzərə alaraq toy sahibi elə ilk gün-
dən, yəni toyun əsası qoyulan nişan mərasimindən başlayaraq qohum-qonşuya, dost-
tanışa, həmkəndlilərə arxalanaraq, onların məsləhəti ilə hərəkət edərdi (4).
Folklorşünas A.Ramazanovanın toy mərasimləri ilə bağlı incələmələri diqqəti-
mizi çəkdi. Alim qeyd edir: “... toy mərasimi müxtəlif funksiyaları icra edən daimi
personajlarının çoxluğu ilə də digər məişət mərasimlərindən köklü surətdə fərqlənir.
Bu personajlar barəsində məlumatlar bu mərasimin poetik mətnlərində – toy nəğmə-
lərində qorunmuşdur”.
Cəmiyyətdə baş verən elmi-texniki tərəqqinin arxaikləşməyə məruz qoyduğu
bir personaj toy mərasiminin son ən dramatik momentində, yəni gəlinin bəy evinə
yola salındığı zaman səhnəyə çıxan cilovdardır:
Gedin deyin mənim ağa dayıma,
Seyrə gəlsin çəmənimə, çayıma.
Yığsın aşıqları gəlsin toyuma.
Xara tuman qıraqlarısım olsun,
Bacım gedir cilovdarı kim olsun (5).
İnsan həyatının bütün həlledici məqamlarında olduğu kimi toy mərasimində də
izlənilən ciddi tabuasiya sisteminə bu mərhələdə də tam riayət olunur. A. Ramazanovaya
görə, “təmas sehrinə inanan insanlar gəlin minəcək atın cilovunu tutmağı başıbütöv,
bəxti ayaq üstə olan adama etibar edirlər” (5). Alim xalq dastanlarına üz tutur. “Qurbani”
Dostları ilə paylaş: |