Dədə Qorqud ● 2015/I I I 81
Nazbalışın üzün qoy,
Üstə bir cüt qızıl qoy.
Yarın hamama gedir,
Hamam pulun hazır qoy.
Və yaxud:
Əlində yar əlidir,
Qolları düyməlidir.
Yarım hamamdan çıxıb
Qoynuna girməlidir (11).
Bu mərasim ardınca daha möhtəşəm olan “Xınayaxdı” mərasimi gəlir ki, o da
öz növbəsində orijinal nəğmələriylə davam edir:
Ay gecə uzun, ay batmaz,
Hörmət edərik sənə.
Ay nişanlı qızlar yatmaz,
Sən kimi bir gözəli
Tanrı bir də yaratmaz.
Bəzi bölgələrdə “Xınayaxdı” mərasiminə xüsusi ifaçılar dəvət olunur. Bəzi yer-
lərdə isə iştirakçılar özləri mərasim nəğmələri ifa edirlər.
Xalq inancına görə “xına gecə”sində gəlinin yeni bəxti yazılır. Oraya təmiz,
pak qəlbli insanlar gəlməlidir, həmzətli, cinli adamların ora gəlməsi yasaqdır. Xına
gecəsində hamı şən əhval ruhiyyədə olmalı, işıqlar sabah dan ağarana qədər sönmə-
məlidir. Az da olsa xına nəğmələrindən bir qismi günümüzə gəlib çatmışdır:
Bu evlərin uzunu
Əllərə xına yaxarlar
Çoban qaytar quzunu
Tellərə xına yaxarlar.
Beləliklə, toy mərasimləri və toyda icra olunan nəğmələr əsrdən-əsrə, ildən-ilə
ötürülərək gəlib günümüzə yetişib. Biz də bu mənəvi dəyərləri qoruyub gələcəyə
ötürməyə borcluyuq.
ƏDƏBİYYAT
1. A. Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, 2009, 638 s.
2. A. Nəbiyev. Azərbaycan folklorunun janrları. Bakı, 1983, 83 s.
3. Q.Qeybullayev. Azərbaycanlılarda ailə və nikah. Bakı, 1994.
4. Q.Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993, 104 s.
5. A. Ramazanova. Azərbaycan mərasim folkloru. Bakı, 2002, 209 s.
6. Azərbaycan xalq dastanları, V cilddə, I cild, Bakı, 1961, 353 s.
7. P. Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1992, 478 s.
8. A. Nəbiyev. El nəğmələri, xalq oyunları, Bakı, 1988, 167 s.
9. Azərbaycan xalq mahnıları, Bakı, 1989.
10. H. Sarabski. Köhnə Bakı. Bakı, 1982, 251 s.
11. B. Şahsoylu. Toy və halay mahnıları. Bakı, 1980, 108 s.
Çapa tövsiyə edən: fil.ü.f.d. Ağaverdi Xəlil
Dədə Qorqud ● 2015/I I I 82
Səadət MUSTAFAYEVA
AMEA Folklor İnstitutunun böyük elmi işci
e-mail: seadet.mustafayeva@rambler.ru
ZƏNGİLANDA NOVRUZ ADƏTLƏRİ
Xülasə
Məqalədə Azərbaycanın dilbər guşələrindən olan Zəngilan bölgəsində xalqımızın qədim bay-
ramı – Novruzun qeyd olunmasından bəhs olunur. Bayramın tarixi kökləri göstərilir, bayrama hazırlıq
mərasimindən danışılır. Müəllif bayram günlərində ifa olunan mahnılar, rəqslər haqqında ətraflı məlu-
mat verir, unudulmuş adət-ənənələri geniş işıqlandırır.
Açar sözlər: Zəngilan, Novruz, adət-ənənə, bayram, bahar.
NOVRUZ TRADITIONS IN ZANGILAN
Summary
In the article it is said about the ancient holiday Novruz in Zangilan region one of the beautiful
areas of Azerbaijan. The historical roots of the holiday are shown, about the preparation ceremony to
the holiday is said. The author gives the information about the songs, dances acted during holiday
days in details, the forgotten traditions and customs are also explained widely.
Key words: Zangilan, Novruz, tradition, holiday, spring
ТРАДИЦИИ НОВРУЗ В ЗЕНГИЛАНЕ
Резюме
В статье говорится о том как отмечается древний праздник нашего народа Новруз, в
одном из живописных уголков Азербайджана – Зенгилане. Описывается церемония подготовки
к празднику, рассказывается о древних корнях этого праздника. Автор дает подробную инфор-
мацию о песнях, танцах, исполняющихся в праздничные дни, широко освещает давно забытые
обычаи и традиции.
Ключевые слова: Зенгилан, Новруз, обычаи и традиции, праздник, весна.
Məsələnin qoyuluşu. Novruz bahar bayramıdır, ümummilli şənlikdir. Zəngi-
landa Novruz bayramını hər bir ailə böyük şadyanalıqla qarşılayırdı. Çünki bu bölgə
başdan-ayağa ənənəvi mədəniyyət ocaqları ilə zəngindir. Digər bölgələrdə olduğu
kimi Zəngilanda da bu adət-ənənə illərlə-əsrlərlə qorunub saxlanmaqdadır.
Bahar bayramının – Novruzun çox qədim tarixi kökləri vardır. Novruzu lap qə-
dim zamanlarda ata-babalarımız böyük sevinclə keçirirmişlər. Zəngilanda bu bayra-
ma bir ay qalmış hazırlıq görülərdi. Məhəllələrdə, həyətlərdə, hətta evlərdə ciddi tə-
mizlik, abadlıq işləri aparılar və hamılıqla buna qoşulardı. Axı bayram axşamında,
ilin axır gecəsində süfrələr daha yaxşı bəzədilməli, yeməklərin çeşidi çox olmalı və
ən ləziz sayılanı isə – plov bişirilməlidir. Azı 7-10 evə pay verilməlidir.
Qohum-qonşu arasında giley-güzar varsa onlar mütləq barışmalıdırlar. Əgər
nişanlılar varsa qız evinə oğlan evindən xonçalar bəzədilib aparılar. Niyyət tutub, xoş
arzu ilə qapı pusmaqda adətdir. Bayram axşamları qapı-pəncərə açıq olmalı, səhər
tezdən axar su üstündən hoppanmaq, təzə suda yuyunmaq, evin künclərinə su tök-
mək, çaylaq daşı gətirmək, tonqal üstündən tullanmaq, sağlamlıq, bolluq, mehriban-
çılıq rəmzi sayılır. İndi ulularımızdan bizə yadigar qalan Novruz adət-ənənələri, milli
oyunları bizim üçün çox əziz və unudulmazdır. Bir sözlə el sənətinin elin özünə qay-
Dostları ilə paylaş: |