Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə26/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

 
80
“Rəbe Rəşidi”də Şərqin müxtəlif rayonlarından tədris üçün ən 
yaxşı müəllimlər cəlb edilmişdi. F.Rəşidəddin tibb fakültəsindən 
danışarkən yazır: “Hindistan, Çin, Misir, Şam və digər rayonlardan 
gəlmiş 50 nəfər təcrübəli həkimə hər gün bizim darülşəfayə gəlmə-
ləri haqqında göstəriş verdik». 
“Rəbe Rəşidi”nin “Moalece-ye moalecan” adlı  məhəlləsində 
sakin olan və  xəstəxanada işləyən “Kəhhalan” (göz həkimləri), 
“Cərrahan” (cərrahlar) və ”Mocəbberan” (sınıqçılar), yuxarıdakı 50 
həkimdən fərqli olaraq, məktubda ayrıca qeyd edilmişdir.  Əgər bu 
bölmələrdə  təhsil alan tələbələr də  nəzərdə tutulsa, “Rəbe Rə-
şidi”nin tibb fakültəsində 500-dən artıq tələbənin təhsil alması mə-
lum olur. Tibb fakültəsinin tələbələri “Darülşəfa” adlanan xəstəxa-
nada mühazirə dinləməklə bərabər, təcrübi məşğələlər də keçirdilər. 
Tibb fakültəsində əczaçılıq da ayrıca fənn kimi tədris olunurdu. 
Tibb fakültəsində təhsil müddəti 5 il idi. Bu müddətdən sonra 
tələbə öz müəllimindən yazılı icazə aldıqda təbabətə başlaya bilərdi. 
Vəqfnamədə bir fəsil ata-anasız uşaqların «Rəbe Rəşidi»-də tərbiyə 
edilmələrinə  həsr olunmuşdur. Bu sənəddə  ətabəkin
1
  vəzifələri və 
uşaqlarla keçiriləcək təlim-tərbiyənin məzmunu müəyyənləşdirilmiş 
və ətabəklərin, eləcə də uşaqların yaşayış yerləri göstərilmişdir. 
Vəqfnamədə ata-anasız uşaqların tərbiyəsi haqqındakı  fəsil-
dən məlum olur ki, «Rəbe Rəşidi»də  məktəbəqədər və  məktəb tə-
lim-tərbiyə işləri də aparılmışdır. 
“Rəbe Rəşidi” də müxtəlif təlim ocaqlarından başqa, xəstəxa-
na,  əczaxana, kitabxana
2
, kağız karxanası  və sair bu kimi mədəni-
maarif təşkilatların mövcud olmasını vəqfnamədən müəyyən etmək 
olur. 
                                                 
1
 Vəqfnamədə tərbiyəçi «Ətabək» adlandırılmışdır. 
2
 «Rəbe Rəşidi» də iki kitabxana mövcud olmuşdur. Bu kitabxanalarda 60 000 
nüsxə nadir əlyazma toplanmışdır. Bu barədə Rəşidəddin yazır: «Müxtəlif elmlə-
rə, tarixə, şeir və hekayələrə və sairəyə aid İran, Turan, Misir, Qərb (Şimali Afri-
ka və İspaniya ölkələri) Rum, Çin və Hind ölkələrindən topladığım 60 000 nüsxə 
kitabın hamısını «Rəbe Rəşidi»yə vəqf etdim». 


 
81
Rəbe Rəşidi darülfünunu XIV əsrin əvvəllərində islam aləmi-
nin ən böyük təlim-tərbiyə mərkəzlərindən biri olaraq nəhəng alim-
müdərris və tələbə heyətinə malik olmuşdur. Təəssüflə qeyd etmək 
lazımdır ki, Azərbaycan məktəb və maarif tarixində ilk darülfünun 
olan Rəbe Rəşidi bu günə qədər ətraflı öyrənilməmiş, onun elmi-pe-
daqoji fəaliyyəti işıqlandırılmamışdır. 
XIII əsrin axırları – XIV əsrin əvvəllərində monqol şahları tə-
rəfindən aparılan islahat Azərbaycanda bir sıra yeni qəsəbə  və  şə-
hərlərin də meydana gəlməsinə  səbəb olmuşdu. O cümlədən hələ 
1290-cı ildə İlxan Arqun tərəfindən binası qoyulan Sultaniyyə
1
 şə-
həri, 1303-cü ildə səltənətə çatmış Sultan Məhəmməd Xudabəndə-
nin

səyi ilə bütün İranda  ən möhtəşəm bir şəhərə çevrilərək bey-
nəlxalq ticarətin ən böyük mərkəzləri səviyyəsinə qədər tərəqqi et-
mişdi. Sultan Məhəmməd Xudabəndə Təbriz, Marağa, Ərdəbil, İs-
fahan, Kirman, Şiraz və sair şəhərlərdən incəsənət, ədəbiyyat və elm 
adamlarını, görkəmli müdərrisləri, adlı-sanlı ictimai xadimləri, bö-
yük tacirləri və əhalinin ən bacarıqlı və işgüzar dairələrini şahlar qə-
rargahı adlandırdığı bu yeni şəhərə zorla köçürmüş və sakin etməyə 
məcbur etmiş idi. Sultan Məhəmməd  şəhərin möhtəşəm olması  və 
şöhrətlənməsi üçün bütün vasitələrdən istifadə edirdi. O, hətta Əmir 
əl-Mömenin Əli ibn Əbutalib və İmam Hüseynin məqbərələrini belə 
həmin şəhərə köçürtmək əzmində idi. 
Sultaniyyə mədrəsələri.
 İlk məxəzlərdə olan bir sıra faktlar-
dan bu nəticəyə gəlmək olur ki, Sultan Məhəmməd Sultaniyyə şəhə-
rini bütün islam aləminin yeganə ticarət, elm və  təhsil mərkəzinə 
çevirmək məqsədilə dövrün bütün mədəni-maarif, yaşayış və asayiş 
şəraitinin burada təmin olunmasına xüsusi səy göstərmişdir. Məsə-
lən, həmin şəhərdə F.Rəşidəddin tərəfindən tikilmiş min evdən iba-
rət bir məhəllədə gözəl bir məscid, yüksək dərəcəli müdərrislərə və 
mükəmməl təhsil vasitələrinə malik olan bir mədrəsə və xəstəxana 
                                                 
1
   Zəncan şəhərinin 40 kilometrliyində yerləşən Sultaniyyənin tikildiyi yer 1303 
– 1304-cü ildən qabaq “Şəhryaz”adlanarmış. “Sultaniyyə” – “Şahlar qərarga-
hı”mənasında işlənmişdir. 
2
   
Məhəmməd Qazan xanın qardaşıdır. 


 
82
məhəllə sakinlərinin istifadəsinə verilmişdir. Şəhərin digər məhəllə-
ləri də dövrün bu kimi mədəni maarif ocaqları ilə təchiz olunmuşdu. 
«Həbib os-siyər» kitabında Sultan Məhəmməd tərəfindən Sultaniy-
yədə çoxlu məscid, Dar ol-qorra (Quran qiraət olunan ev), Dar ol-
hədis (hədis oxunan ev) və mədrəsə tikilməsi qeydə alınmışdır. 
Vaxtılə Sultaniyyə  mədrəsələrinin görkəmli pedaqoqlarından 
olmuş  Şəmsəddin Məhəmməd Amolinin yazdığına görə,  şəhərin 
mərkəzində ”Sultan Məhəmmədin özü üçün tikdirdiyi səkkizmina-
rəli məqbərənin  ətrafında yerləşən came, xanegah və  mədrəsələrin 
tayını heç kim dünyada görməmişdir”. 
Sultan Məhəmməd məqbərəsinin nəzdində tikilmiş mədrəsədə 
10 müdərris, 20 müəyyed, 4 müəllim və 100 nəfər tələbənin sakin 
olduğu məlumdur. Hətta bu mədrəsədə sakin olan müəllim heyəti və 
tələbələrin maaşları da aşağıdakı qaydada müəyyənləşdirilmişdir: 
 
Müdərris 1500 
dinar 
Müəyyed 750 
dinar 
Müəllim 120 
dinar 
Tələbə 120 
dinar 
 
Şəmsəddin Məhəmməd Amoli Sultaniyyə  şəhərində Sultan 
Məhəmmədin tikdirdiyi digər böyük və möhtəşəm bir mədrəsədən 
də xəbər vermişdir. O, yazır: “…eləcə də, Sultaniyyədə olduqca əla 
bir came və nəzdində xəstəxanası olan bir mədrəsə bina etmişdir ki, 
digər ölkələrdə heç birisinin misli tapılmaz”
Yəqin ki, Amolinin qeyd etdiyi bu mədrəsə “Həbib os-siyər” 
kitabında “Kərbas” adı ilə qeydə alınmış mədrəsədir. Çünki Xandə-
mirin Kərbas mədrəsəsi haqqındakı sözlərindən məlum olur ki, 
mədrəsədə Sultan Məhəmməd alim və müdərrislərin söhbət və mü-
bahisələrini dinləyirmiş. 
Kərbas mədrəsəsinə dövrün görkəmli alimləri cəlb edilmişlər. 
Onların arasında Kərbas mədrəsəsində müdərrislik edən alimlər – 
Mövlana Bədrəddin Şostəri və Mövlana Əzodəddin İci də var idi . 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə