Caucasus and Central Asia in the Globalization Process
378
Çin, bu sahədəki fəallığını daha da artırır. Çinin
Neft-kimya qrupu kimi tanınan Sinopek (Çinin 2-
ci böyük neft şirkəti) Đran dövləti ilə ilkin razılaş-
ma imzalamışdır. Həmin razılaşmaya əsasən Çin
şirkəti Đranın Đraqla sərhədində yerləşən Kuzestan
əyalətindəki Yadavaran neft yataqlarındakı 51 %
paya və əldə etdiyi neft və qaza görə 25 il ərzində
ona 100 milyard dollar ödəyəcəkdir. 3 milyard ba-
rel ehtiyata malik Yadavaran yatağı gündə 300000
barel hasil edəcəkdir, bu isə Çinin idxalının həcmi
ilə təxminən eynidir. Bundan başqa Çinin Milli
Neft Korporasiyası Đranın ofşor qaz yatağına 3,6
milyard dollar investisiya qoyacağını bəyan
etmişdir. Bu, cənubi Fars qaz yatağının 14-cü blo-
kunu inkişaf etdirmək üçün yeddi illik sazişdir.
Şirkət blokun tədqiq edilməsi üçün 1.8 milyard
dollar investisiya qoyacaqdır. Buradakı təbii qaz
ehtiyatlarının 370 milyard kub metr olduğu
bildirilir. Yerdə qalan 1,8 milyard dollar isə illik
məhsuldarlığı 4.5 milyon ton olan maye təbii qaz
zavodunun tikilməsi üçün istifadə ediləcəkdir.
Pekin artıq dünyada ikinci böyük neft ehtiyatları
təsdiq olunmuş Səudiyyə Ərəbistanı və ikinci
böyük qaz ehtiyatlarına malik Rusiyadan sonra
Đrandan enerji məhsulları alan ən böyük ikinci alı-
cıdır. Bundan başqa 2007-ci ilin əvvəlində Đranın
Đspaniyanın Repsol və Almaniyanın Şel şirkətləri
ilə ölkənin Fars qaz yatağından maye təbii qazın
hasilatı üçün 10 milyard dollar həcmində saziş
imzaladığı da bildirilir. Yaponiyanın Đnpeks Kor-
porasiyası da 2004-cü ildə bağlanmış sazişə görə
Đranın Azadeğan neft yatağından gün ərzində
260000 barel məhsul çıxarmaq niyyətindədir,
qiymətləndirmələrə görə həmin yataqlarda 26
milyard barel neftin olduğu bildirilir.
Çinin ixracının üstün sürətlə artması bir sıra
ölkələri artıq narahat etməyə başlamışdır. Onun
2006-cı ildə xarici ticarət qalığı rekord həddə
çataraq 177,47 milyard dollar təşkil etmişdir, bu,
2005-ci ilə nisbətən 74 % çoxdur. Bu müvəffə-
qiyyətlərin əsası 1978-ci ildə Çində başlayan iqti-
sadi islahatların bazar iqtisadiyyatının formalaş-
ması və xarici iqtisadi əlaqələrin liberallaşdırıl-
masının iqtisadi inkişaf üçün əsas şərt olduğunun
birmənalı olaraq qəbul edilməsi ilə qoyulmuşdur.
Çin Yaxın Şərq xam neftinin Çinin qərbinə daşın-
ması üçün trans-Himalay neft kəməri üzrə
Pakistanın təklifi ilə maraqlanır. Təklif olunan kə-
mər Pakistanın dərin sulu limanı cvadarla birlə-
şəcəkdir, bu liman Đran sərhədinə yaxındır və
Çinin uzaq qərb regionları ilə birgə qismən Pekin
tərəfindən maliyyələşdiriləcəkdir. Pakistan həm də
Çin investisiyasının böyük neftayırma komplek-
sinə cəlb edilməsinə ümid edir. Đki ölkə 2008-ci
ildə 2 yolla ticarəti 8 milyard dollara çatdırmaq
niyyətindədirlər. Đkitərəfli ticarət 2004-cü ildəki
3,06 milyard dollardan 2005-ci ildə 4.25 milyard
dollara yüksəlmişdir.
Bundan başqa 2006-cı ildə Çin və 10 Afrika
ölkəsi 1,9 milyard dollar həcmində ticarət sazişi
imzalamışdır.
Çinin böyük ofşor neft istehsalçısı OPEK üzvü
olmayan ölkələri, xüsusilə Asiyanın Sakit okean
ölkələrini yaxından əməkdaşlığa çağırmışdır.
Asiyanın Sakit okean ölkələri arasında OPEK-ə
bənzər təşkilatın yaradılması hökmən həmin ölkə-
lərin öz resurslarından daha yaxşı istifadə etmə-
lərinə şərait yaradacaqdır. OPEK 11 ən iri neft
istehsal edən dünya xalqları qrupu olmaqla onların
öz maraqlarını qoruyur. Asiya ölkələrindən yalnız
Đndoneziya OPEK-in üzvüdür.
Çinin son onilliklərdə yaratdığı iqtisadi möcü-
zələr artıq bir çox ölkələrdə narahatlığa səbəb
olmuşdur. Böyük Britaniya əhalisi arasında aparı-
lan sorğunun nəticələrinə görə Çin və Hindistan
növbəti 5 il ərzində ingilis iqtisadiyyatına meydan
oxuyacaqdır. Respondentlərin fikrinə görə daha
rəqabətli qlobal iqtisadiyyat zamanı Böyük Brita-
niya hazırkı 6-cı yerindən 12-ci yerə düşə bilər.
Böyük Britaniyanın rəqabətə dözümlülüyünün
gücləndirilməsi üçün sorğu olunanların 75 %-i
təhsil və öyrətmə sahəsinə böyük investisiya qo-
yulmasına üstünlük verirlər. Digər bir 60 % əhali
yenicə dirçəlməyə başlayan kiçik biznesə daha
çox kömək göstərilməsini vacib hesab edirlər.
Hökumət üçün təklif olunan bir mümkün yol da,
vergi vermək imkanını artırmaq üçün öyrətmə biz-
nesi xərcləri üçün kreditlərin verilməsidir, bu üsul
innovasiyaları Böyük Britaniya səviyyəsinə qal-
dırmaq üçün istifadə olunan stimullara oxşardır.
Haqqında bəhs etdiyimiz bu layihələrin real-
laşması Avropa və Asiya arasında iqtisadi əlaqə-
lərin genişləndirilməsi, istehsal olunan məhsul-
ların dünya bazarına çıxarılması və bu bazarlar
uğrunda mövqelərin möhkəmləndirilməsi üçün
yeni transkontinental nəqliyyat kommunikasiya
layihəsi olan TRASEKA-nın əhəmiyyətini daha da
artıracaqdır.
Bakı-Tbilisi-ceyhan neft, Bakı-Tbilisi-Ərzrum
qaz layihələrinin uğurla həyata keçirilməsi, Bakı-
Tbilisi-Qars dəmir yolu layihəsi üzrə yekun sazi-
şin imzalanması Azərbaycanın dünya iqtisadiyya-
tına inteqrasiyasını gücləndirməklə yanaşı region-
da davamlı iqtisadi artım, stabillik və sosial rifahın
yüksəldilməsinə ciddi zəmin yaradacaq. Gələcək-
də Çin, Qazaxıstan, eləcə də digər Asiya ölkələri-
nin Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması yük
daşımalarının həcminin artması ilə yanaşı, ölkə-
mizin ərazisindən keçən tranzit daşımalarının da
artmasına səbəb olacaqdır.
Dostları ilə paylaş: |