55
Fond riski. Qiymətli kağızlara olan tələb və təklifin gözlənilmədən
dəyişilməsi ilə və onların dəyərinin təkrarən qiymətləndirilməsi nəticəsində bankın
üzləşdiyi risklərlə əlaqədar olaraq, banklar fond riski ilə üzləşir. Bu risklər,
qiymətli kağızlarla aparılan əməliyyatlar zamanı, birbaşa maliyyə itkiləri və ya
mənfəətin əldən buraxılması, yaxud gəlirliliyin azalması nəticəsində yaranır.
Qiymətli kağızlar üzrə risklər daimi və müvəqqəti ola bilər. Qeyd etmək lazımdır
ki, daimi risklər, investorun qiymətli kağızlara yatırdığı əmanətləri itki ilə
üzləşmədən realizə edə bilməməsi səbəbindən qiymətli kağızlar kursunun aşağı
düşməsi nəticəsində yaranır. Qiymətli kağızların dövriyyəsi sahəsində yaranan
birbaşa risklərə ticarət meydancası riski; tədarük riski; hesablaşmaların
tənzimlənməməsi riski; depozitarilərin və qeydiyyatçıların riski və s. aiddir.
Ə
məliyyat risklərinin
idarə olunmasının məqsədi Bankın öz üzərinə
götürdüyü risklərin strateji hədəflərə uyğun olaraq müəyyən edilmiş səviyyədə
saxlanılmasıdır. Bankda əməliyyat riskinin idarə olunması prosesi aşağıdakı
mərhələlərdən ibarətdir:
1) Əməliyyat riskinin müəyyən edilməsi;
2) Əməliyyat riskinin qiymətləndirilməsi;
3) Əməliyyat riskinin monitorinqi və hesabatlıq;
4) Əməliyyat riskinə nəzarət olunması.
Bankda əməliyyat risklərinin müəyyən edilməsi mərhələsi – müəyyən
edilmiş risk kateqoriyaları üzrə baş vermiş və gözlənilən əməliyyat riskləri və
itkiləri haqqında məlumatların aşkar olunması prosesini əhatə edir. Bankda baş
vermiş və gözlənilən əməliyyat risklərinin müəyyən olunması beynəlxalq təcrübəyə
uyğun aşağıdakı metodlar vasitəsilə müəyyən edilir:
1) Bankın struktur bölmələrinə gondərilən sorğular;
2) Bankın struktur bölmələrinin rəhbərləri və əməkdaşları ilə intervyuların təşkili;
3) Biznes proseslərinin təhlili və optimallaşdırılması barədə təkliflərin verilməsi;
4) Bankın uçot sənədlərində əməliyyat riski nəticəsində yaranmış maddi itkilər
haqqında məlumatların toplanması;
56
5) Daxili qaydaların əməliyyat riski noqteyi nəzərdən qiymətləndirilməsi.
Əməliyyat risklərinin effektiv şəkildə idarə edilməsi və qiymətləndirilməsi
məqsədilə Bankın məruz qaldığı əməliyyat riskləri barəsində məlumatlar analitik
məlumat bazası sistemində qeydiyyatı aparılır. Bundan əlavə, Bank əməliyyat
risklərinin səviyyəsinin yüksəlmə ehtimalının əvvəlcədən müəyyən etmək və
qarşısını almaq, həmçinin səmərəli idarə edilmək məqsədilə əməliyyat
risklərinin ayrı-ayrı kateqoriyaları üzrə erkən xəbərdarlıq funksiyasını yerinə
yetirən Əsas risk göstəriciləri sistemindən istifadə edir, Bankın biznes prosesləri
üzrə yaradılan Əsas risk göstəricilərin müntəzəm monitorinqi aparılıır və nəzarəti
təmin edilir. Bankın fəaliyyətinin fasiləsizliyinin təmin olunmasına istiqamətlənmiş
beynəlxalq təcrübəyə əsaslanan Fovqəladə Hallar planı da mövcuddur. Hazırki plan
insan amilindən asılı olan (terror aktı, tətil və sair), texnogen (elektrik enerjisinin
kəsilməsi, T sistemlərinin işində qüsurlar və sair) və təbii hadisələr (yanğın,
subasma, qasırğa və sair) zamanı düzgün hərəkət alqoritmini müəyyən edən
qaydalar toplusudur ki, bu da öz növbəsində itkilərin minimum səviyyədə
saxlanılmasına və fəailiyyətin tez bir zaman kəsiyində bərpasının təmin edilməsi
məqsədi daşıyır.
57
II FƏS L. Müasir şəraitdə bank riskləri və onların idarə
olunmasının kompleks təhlili
2.2 Stress-testlər və onların aparılması qaydaları
Stress test – gözlənilməz, müstəsna, lakin mümkün şoklara bankın
həssaslığının qiymətləndirilməsi alətidir. Beynəlxalq praktikada stress testlərin iki
əsas növü mövcuddur: ssenari təhlilləri; həssaslıq təhlilləri. Ssenari təhlili – eyni
zamanda bir necə risk faktorun dəyişməsinin bankın maliyyə durumuna təsirinin
qiymətləndirilməsidir. Həssaslıq təhlili – hər hansı bir risk faktorunun dəyişməsinin
bankın maliyyə durumuna təsirinin qiymətləndirilməsidir.
Risk faktoru – bank daxili və bankdankənar, əvvəllər müşahidə olunmuş
və ya bankın fəaliyyətinə potensial təsir edə biləcək, ölçülə bilən risklər üzrə
faktorlardır. Stress testlər istisna hallarda baş verə biləcək hadisələr üzrə risk
faktorlarının dəyişməsinin bankın maliyyə durumuna potensial təsirinin
qiymətləndirilməsi üçün həyata kecirilir və bankın potensial zəif tərəflərini
izləməyə, qiymətləndirməyə və zəruri preventiv tədbirləri müəyyən etməyə imkan
verən risklərin risklərin idarə olunması mexanizminin elementlərindən biridir.
Stress test cərcivəsində banklar kəskin zərərlərə gətirib çıxaran və risklərin idarə
edilməsini cətinləşdirən hər bir risk faktorunu nəzərə almalıdır. Bu faktorlar bazar,
kredit, likvidlik və digər risklərin komponentlərini özündə cəmləşdirir.
Stress testlərin kecirilməsi nəticəsində aşağıdakılar müəyyən edilir:
- bankın kapitalının şoklara dözümlüyü;
- şoklar nəticəsində bankın məruz qaldığı maksimum itki;
- bankın fəaliyyətində boşluqlar;
- müxtəlif risklərin qiymətləndirilməsi və onların qarşılıqlı əlaqəsi;
- bankın makro iqtisadi amillərdən asılılığı.
Ssenari təhlili mümkün ekstremal hadisənin baş verməsi nəticəsində eyni
58
zamanda bir necə faktorun bankın maliyyə vəziyyətinə təsirini ölçür. Ssenari
təhlilləri uzunmuddətli dövrləri əhatə edir. Həssaslıq təhlili yalnız bir faktorun
dəyişməsinin bankın maliyyə durumuna təsirini ölçür. Ssenari təhlilindən fərqli
olaraq həssaslıq təhlili daha qısamüddətli dövrü əhatə edir. Hər bir bankda stress
testlərin həyata kecirilməsi üçün bankın həcmindən və onun fəaliyyət
istiqamətlərinin mürəkkəbliyindən asılı olaraq stress test modeli hazırlanmalıdır.
Stress testlərin aparılması zamanı potensial maksimal zərərin müəyyənləşdirilməsi
üçün müxtəlif risk faktorlarının kombinasiyasına baxılmalı və onların bir-biri ilə
əlaqəsi nəzərə alınmalıdır. Risk profillərinin müxtəlifliyi səbəbindən, habelə
beynəlxalq səviyyədə qəbul edilmiş stress testlərin kecirilməsi standartlarının
olmaması ilə əlaqədar stress test modellərinin qurulması hər bir bankda ona uyğun
olan şəkildə həyata kecirilməlidir. Banklar məqsədindən asılı olaraq şokların təhlili
üçün həm həssaslıq həm də ssenari təhlillərini həyata kecirməlidirlər.
Banklar ilkin olaraq stress testlərin həyata kecirilməsi üçün onlara təsir
edə biləcək risk növlərini müəyyən etməli və müəyyən edilmiş hər bir risk və onun
kateqoriyası üzrə stress testlər həyata kecirməlidir. Ilkin mərhələdə hər bir risk
kateqoriyası üzrə banka təsir edə biləcək makro və mikroiqtisadi risk hadisələri
müəyyən edilməli, onların tarixi dinamikasına baxılmalı və bankın maliyyə
hesabatlarının ətraflı təhlili həyata kecirilməlidir. Bu növ təhlillər həyata
kecirildikdən sonra banka təsir edə biləcək şoklar müəyyən edilməlidir. Şoklar
stress testin kecirilmə məqsədindən asılı olaraq müəyyən bir istiqamətdə və ya
kompleks şəkildə ola bilər. Stress test proseslərində hadisələrin ekstremallıq və
ehtimal kriteriyalarının əlaqəsi nəzərə alınmalıdır. Yəni, hər hansı bir risk
faktorunun ekstremal həddə dəyişilməsi ehtimalı mümkün olmalıdır. Stress testlər
hadisələrin baş vermə ehtimallarını müəyyən etmir. Bu səbəbdən ssenarilərin
seçilməsi zamanı hadisələrin baş vermə ehtimallarının başa düşülməsi vacib şərtdir.
Stress testin həyata kecirilməsi üçün istifadə edilən məlumatların mötəbərliyi və
aktuallığı yoxlanılmalıdır. Bu zaman istifadə edilən hesabatların davamlıq və
müqayisəlilik meyarlarına uyğunluğunun təmin edilməsi nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |