Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

86
 
Son  onilliklərdə  geniş  vüsət  alan,  getdikcə  daha  da  intensivləşən  inteqrasiya, 
qloballaşma  və  regional  əməkdaşlıq  formalarının  Azərbaycan  üçün  ən  optimal 
modellərini  müəyyənləşdirən  ümummilli  liderin  siyasi  irsinin  geniş  tədqiqi  daim 
dəyişən  dünyada  inteqrasiyanın  yeni  istiqamətləri,  formaları  kontekstində  xüsusi 
aktuallıq  kəsb  edir.  Dövlət  müstəqilliyinin  ilk  illərindən  etibarən  dünya  birliyinə 
inteqrasiya  istiqamətində  kompleks  tədbirlər  həyata  keçirən  Heydər  Əliyevin 
məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi 
ə
həmiyyətə malikdir.
86
 
Müasir  beynəlxalq  münasibətlərin  subyektləri,  faktorları  qismində  yeni 
çoxsaylı  qurumların  meydana  gəlməsi  “suveren  milli  dövlət  və  inteqrasiya 
proseslərinin  siyasi  aspekti”  problemini  həddən  çox  aktual  etmişdir.  nteqrasiya 
prosesində  dövlət,  onun  rolu,  funksiyaları  və  vəzifələrinin  dəyişməsinə  dair  fikir 
müxtəlifliyi çeşidli mövqelər, nəzəri yanaşma və baxışlar doğurmuşdur. 
Avropada  inteqrasiya  məsələsinin  dünya  dövlətləri  arasında  çoxtərəfli 
ə
məkdaşlığın optimal forması olduğunu ildən-ilə bu quruma üzv olmaq istəyənlərin 
sayının durmadan artması da sübut edir. Bütün dünyada siyasi inteqrasiyanın Avropa 
modelinə müşahidə olunan maraq, bu proseslərin nəinki sadəcə şərhini, həm də dərin 
elmi-konseptual  əsaslarının  tədqiqini  gündəmə  gətirir.  Əvvəla  ona  görə  ki,  kinci 
Dünya  müharibəsindən  sonra  Qərbi  Avropada  meydana  gələn  inteqrasiya  prosesləri 
XX əsrin sonlarına doğru müasir dünyanın əksər bölgələrinə yayılmağa başlamışdır 
və  hazırda  dünya  inkişafının  səciyyəvi  cəhətlərindən  biridir.  Bu  proseslərin  tədqiqi 
dünya 
birliyi 
ölkələrinin 
XX 
ə
srdə 
təkamül 
proseslərinin 
ümumi 
qanunauyğunluqlarını anlamağa kömək edir. 
kincisi,  bu  gün  Azərbaycan  dövləti  dünya  birliyinə,  xüsusən  Avropaya 
inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir və yeni dünya 
düzənində öz yerini tutmağa çalışır. 
                                                            
86
 Suraxanım  Ağaverdiyeva,  Aygül  Cəfərova,  “Azərbaycanın  Avropa  yolu  gənclərin  gözü  ilə”,  məqalə,  Qanun 
Nəşriyyatı, Bakı, 2013 / http://www.kas.de/wf/doc/kas_35287-1522-1-30.pdf?130902131300 


87
 
Üçüncüsü,  Azərbaycan  həm  qlobal,  həm  də  regional  inteqrasiyada  yaxından 
iştirak etməyə səy göstərir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə 
də Avropa modeli öz zənginliyi və maraqlı xüsusiyyəti ilə diqqəti cəlb edir. 
nteqrasiya  prosesləri  ən  müxtəlif  səpkilərdə  -  siyasi,  iqtisadi,  mədəni  və  s. 
cəhətlərdən  tədqiqatçılar  tərəfindən  öyrənilir.  Keçən  onilliklər  ərzində  inteqrasiyaya 
dair  çoxlu  baxışlar,  mövqelər  formalaşmışdır.  Digər  tərəfdən  bu  illər  ərzində 
inteqrasiyanın  dinamik  inkişafı  ilə  əlaqədar  onun  praktiki,  real  tərəfinə  dair  faktiki 
materiallarla nəzəri təhlili arasında bir növ uçurum yaranmışdır. 
Qlobal, regional, lokal inteqrasiya proseslərinin təhlili göstərir ki, ortaya çıxan 
problemlərin  beynəlxalq  hüquq  çərçivəsində  həlli  üçün  bu  üç  səviyyənin 
konsepsiyasının və mexanizminin müəyyənləşdirilməsi vacibdir. 
Avropadaxili inteqrasiya ilə Avropa məkanına inteqrasiya səviyyələri arasında 
fərqlər,  problemlər  təbii  ki,  olmamış  deyil.  Məhz  bu  məqamda  inteqrasiyanın 
konseptual əsası ola biləcək müddəaların müəyyənləşdirilməsi önəmlidir. 
Yalnız  iqtisadi  amilə,  iqtisadi  fayda  və  marağa  üstünlük  verilməsi 
inteqrasiyadan  irəli  gələn  obyektiv  və  subyektiv  meyillərin  beynəlxalq  miqyasla 
tənzimlənməsinin  arxa  plana  keçməsinə,  qlobal  sabitliyi  pozan  vəziyyətin 
yaranmasına səbəb ola bilər. 
nteqrasiya prosesinə qoşulan hər hansı bir dünya dövləti ilk növbədə təbii ki, 
müstəqil,  suveren  respublika  olmalıdır.  Azərbaycanın  məhz  bu  cür  başa  düşülən 
inteqrasiya münasibətlərinə qoşulması, dünyanın xəritəsində müstəqil dövlət kimi öz 
adını  həkk  etməsi  sayəsində  qlobal  cəmiyyətin  bərabərhüquqlu  subyekti  statusunu 
aldıqdan sonra mümkün olmuşdur. 
Qloballaşma  dövründə  biz  inteqrasiyanın  əlverişli  meyillərindən  istifadə 
etməli,  ardıcıl  siyasət  yeritməliyik.  Dövlətlərarası  inteqrasiya  məkanına  ölkəmizin 
inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının 
təkmilləşməsinə  kömək  edən  bütün  qüvvələri  səfərbər  etməklə  daxil  olmalıyıq.  Bu 
gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq 
qurumlarının diqqətini bizə yönəltmişdir.
87
  
                                                            
87
 R. Mehdiyev, “Azərbaycan: qloballaşmanın tələbləri”, Bakı, 2005, s. 335 


88
 
Azərbaycan  hazırkı  transformasiya  və  inteqrasiya  mərhələsində  öz  iqtisadi 
yüksəlişini təmin etmək üçün, təbii xammal ehtiyatlarından geniş istifadə etdiyi üçün 
birinci  mərhələdədir,  lakin  iqtisadiyyatımızın  perspektivləri  baxımından  sadalanan 
mərhələlərin  mürəkkəb  çulğaşmasını  təmin  edən,  bütün  imkanları  minimal  zaman 
ə
rzində istifadə etməyə imkan verən dövlət siyasəti yeridir. 
Tarixi  inkişafın  hər  bir  mərhələsində  inteqrasiyanın  potensial  hesab  olunan 
resurslarının diaqnozu aparılarkən məlum olur ki, bu resurslar da dinamikaya uğrayır. 
Belə  ki,  inkişafın  əvvəlki  mərhələləri  üçün  hərbi,  maddi  təsir  və  təzyiq  vasitələri 
mühüm resurs sayılırdı. Bu gün isə elmi-texniki, iqtisadi, siyasi, intellektual - insan, 
informasiya, nəqliyyat kommunikasiyaları, enerji resursları ön cərgəyə çıxmışdır. 
Öz  coğrafi  mövqeyinə  görə,  dünyəvi  dəyərlərə  malik  olan  tarixi-mədəni 
ə
nənələrinə görə Azərbaycan Avropanın strateji tərəfdaşıdır. Müasir dünyanın qlobal 
enerji  təhlükəsizliyinin  təmini  üçün  Azərbaycan  Avropaya  lazımdır.  Digər  tərəfdən 
bölgədə  və  ümumiyyətlə,  Yaxın  Şərqdə  demokratik  Avropa  dəyərlərinin  ilk 
davamçısı,  yüksək  sivilizasiya  və  mədəniyyətə  malik  olması  Avropanı  ölkəmizlə 
çoxşaxəli  əməkdaşlıqda  maraqlı  edir.  Qarşılıqlı-faydalı  əməkdaşlıq  baxımından 
Avropa  Birliyi  həyati  vacib  bütün  sahələrdə  -  xarici  siyasətdə,  sülhün  və 
təhlükəsizliyin təmin olunmasında, iqtisadiyyat və mədəniyyətdə, bəşəriyyətin qlobal 
problemlərinin  həll  olunmasında,  insan  hüquq  və  azadlıqları  təminatının 
təkmilləşməsində  və  s.-də  strateji  tərəfdaş  qismində  çıxış  edir.  Bir  məsələ  diqqət 
mərkəzində  saxlanılmalıdır  və  qarşılıqlı  inteqrasiyanın  perspektivləri  hər  iki  tərəfin 
ə
zmindən asılıdır. 
Bu  gün  Azərbaycan  formalaşan  yeni  geosiyasi  nizama  uyğunlaşmaq,  dünya 
iqtisadiyyatında  özünəməxsus  mövqeyi  olan  dövlətə  çevrilmək  istiqamətində 
səylərini  artırır,  tarixi  inkişafında  dünyaya  inteqrasiyanın  növbəti  mərhələsini,  yeni 
dövrünü yaşayır. Ölkənin qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız 
siyasi deyil, həm də iqtisadi, elmi, informasiya məkanlarına inteqrasiya amillərini də 
ə
hatə  edir.  Ölkənin  geosiyasi  vəziyyəti  nəzərə  alınaraq,  hərtərəfli  iqtisadi  və  sosial 
inkişafın  təmin  olunması  üçün  beynəlxalq  maliyyə  institutları,  iqtisadi  təşkilatlar, 
regional  birliklərlə  əməkdaşlıq  genişləndirilir.  Bütövlükdə  dünya  iqtisadiyyatına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə