Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

92
 
4. Biznes strukturlarının iqtisadi, ticari, nəqliyyat, maliyyə, elm, infоrmasiya və 
başqa  sazişlərdə  kоnkret  layihələrə  cəlb  edilməsi  ilə  əməkdaşlığın  priоritet 
istiqamətlərində ixtisaslaşmış оrqanların yaradılması.
92
 
Müasir dövrdə Azərbaycanın iqtisadi və siyasi strategiyası dünyada baş verən 
qlobal  iqtisadi  proseslərlə  bilavasitə  bağlıdır.  Respublikanın  bazar  iqtisadiyyatına 
keçməsi onun dünya siyasətində və beynəlxalq aləmdə bir subyekt kimi tanınması ilə 
yanaşı cəmiyyətin iqtisadi, siyasi və demoqrafik strukturunu bütövlükdə dəyişmişdir. 
Respublikada  mövcud  stabil  şəraitin  hesabına  iqtisadiyyatın  əsas  prioritetləri 
müəyyən  edilmiş,  bazar  iqtisadiyyatında  yeniləşməni  həyata  keçirmək  məqsədi  ilə 
müvafiq maliyyə strukturları və milli iqtisadiyyatın inkişafı, xarici və yerli kapitalın 
cəlb olunması üçün şərait yaradılmışdır. Beynəlxalq münasibətlərin müasir sisteminin 
ə
sas  fərqli  cəhəti  ümumi  iqtisadi,  mədəni,  sivil,  siyasi  və  hərbi  maraqlara  malik 
möhkəm  əməkdaşlığın  formalaşması  və  inkişafından  ibarətdir.  Bu  əməkdaşlıqda 
dünya iqtisadiyyatı bir tərəfdən beynəlxalq maliyyə korporasiyaları, digər tərəfdən isə 
milli iqtisadi sistemlərin rəqabətinə tabedir. 
Dünyada yaranmış “intizam” hər bir ölkədən xüsusi ilə, yeni müstəqillik əldə 
etmiş respublikalardan milli təhlükəsizliyin və iqtisadi müstəqilliyin qorunması üçün 
xarici  və  daxili  amillərin  təsirinin  özünəməxsus  kombinasiyasını  tələb  edir.  Bu 
baxımdan  beynəlxalq  rəqabət  dövlətin  qarşısında  müəyyən  qaydaların  yerinə 
yetirilməsi  zərurətini  yaradır.  Yəni  dövlət,  milli  iqtisadiyyatın  rəqabət  aparma 
qabiliyyətini təmin etmək üçün təbii sərvətlərin və iqtisadiyyatın mühüm sahələrinə, 
ölkə  vətəndaşlarının  və  iş  adamlarının  mənafelərinin,  eləcə  də  milli  nəzarətin 
qorunmasına yönəlmiş qaydaları ölkəsinə uyğunlaşdırmalıdır. 
qtisadi  və  siyasi  baxımdan  aparıcı  ölkələr  sırasına  daxil  olduğundan 
Azərbaycan apardığı iqtisadi siyasətin ayrılmaz hissəsi kimi bu ölkələrin maraqları ilə 
manevr  etmək  qabiliyyətinə  malik  olmalıdır.  Dünya  təsərrüfat  əlaqələrinin 
qloballaşmasının  yüksək  səviyyəyə  çatdığı  bir  dövrdə  heç  bir  ölkə  öz  siyasəti  və 
iqtisadiyyatını təklikdə inkişaf etdirə bilməz. Ölkənin yaşamasının əsasını təşkil edən 
və  iqtisadi  fəaliyyətinin  nisbi  azadlığını  təmin  edən  strateji  xammal  ehtiyatlarına 
                                                            
92
 Vahid Ömərov, “Azərbaycan-GUAM əməkdaşlığının perspektivi”, Səs qəzeti, Bakı, 2013 


93
 
malik  olan  Azərbaycan  rəqabətdə  üstünlüyündən  istifadə  edərək,  beynəlxalq  əmək 
bölgüsünü və qlobal rəqabəti öz xeyrinə dəyişmək imkanına malikdir. 
Burada  respublikanın  iqtisadi  və  siyasi  stabilliyinin  qarantı  kimi  çıxış  edən 
dövlətin rolunun güclənməsi şübhəsiz ki, onun qarşısında da bir nömrəli vəzifə kimi 
dövlətlərarası  münasibətlərin  tənzimlənməsi  məsələlərini  qoyur.  Bu  məsələnin  həll 
olunmamsı  halında  respublika  iqtisadiyyatı  qeyri  sabit,  sıçrayış  şəklində  inkişaf 
edəcək və xüsusən maliyyə sahəsində böhran amillərinə ciddi məruz qalacaqdır. Öz 
xüsusiyyətlərinə  görə  xarici  amillərə  daha  çox  məruz  qalan  neft  sənayesi  ölkənin 
iqtisadi  siyasətinə  böyük  təsir  göstərir  və  bundan  sonra  da  göstərəcəkdir.  Bu  sahə 
xarici  sərmayələrdən  və  xarici-regional  coğrafiyadan  asılı  olduğundan  nisbətən 
“beynəlmiləl” xarakter daşıyır. Xüsusi ilə qeyd etmək lazımdır ki, ölkənin xarici neft 
amilinin rolu uzun müddət hələ mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycan iqtisadi 
və  eləcə  də  siyasi  istiqamətlərdə  Amerika  və  Qərb  ölkələrinin  geostrateji  maraqları 
dairəsindədir.  Hal-hazırda  o,  MDB  ölkələrindən  başqa  Şimali  Atlantika  bloku  ilə 
“Sülh  naminə  tərəfdaşlıq”  proqramı  çərçivəsində  əməkdaşlıq  edir.  qtisadiyyatın 
təkamüllü inkişafı üçün iki-qarşılıqlı əlaqəli olan amil vacibdir: sabit siyasi vəziyyət 
və  iqtisadi  artıma  imkan  verən  sərmayələr.  Bununla  əlaqədar,  yerli  kapitalın  cəlb 
olunmasının,  onun  artmasının  vacibliyini  də  qeyd  etmək  zəruridir.  Bu  da  kapitalın 
respublikadan  çıxarılmasının  qarşısının  alınmasına  kömək  edəcəkdir.  Son  nəticədə 
kapital  öz  iqtisadi  mahiyyətini  və  istiqamətini  tapmalıdır.  Bu  kimi  tendensiyalar 
dünyada  artıq  mövcuddur  və  “nəzarətsiz  bazar”  mühitində  iqtisadiyyatın 
qloballaşması prosesi nəticəsində daha da dərinləşməkdədir. 
Azərbaycan dövlətinin inkişafı baxımından geoiqtisadi strategiyanın seçilməsi 
sözsüz  ən  vacib  məsələlərdən  biridir.  Bu  baxımdan  xarici  iqtisadi  siyasətdə  dövlət 
prioritetləri  sistemini  formalaşdırmaq  lazımdır.  Onun  formalaşması  zamanı  real 
iqtisadi  proseslərin  təhlilinə  istinad  etmək,  mövcud  balanslar  arasında  dünya 
ölkələrinin  və  ən  başlıcası  isə  Azərbaycan  dövlətçiliyi  maraqlarından  çıxış  etmək 
lazımdır. 


94
 
Azərbaycanın  açıq  iqtisadiyyatının  formalaşmasının  geoiqtisadi  səmtlərinin 
müəyyən  edilməsi  müstəqillik  əldə  olunduqdan  sonra  dövlətin  inkişafının  mühüm 
məsələlərindən birinə çevrilmişdir. 
Qeyd edək ki, Azərbaycan üçün imkanlar dairəsini şərti olaraq potensial dörd 
prinsipial zonaya bölmək olar. Bu, Amerika və Avropa daxil olmaqla Qərb dünyası; 
Şə
rq  yaxud  Rusiya  yönümlü  zona;  Ərəb  dünyası  və  Asiya  dövlətləri.  Fikrimizcə, 
burada  iqtisadi,  siyasi,  hərbi,  ərazi  aspektlərinin  nəzərə  alınması  zəruridir  və  bizim 
dövlətin  maraqları  nöqteyi  nəzərdən  proseslərə  yanaşmaq  lazımdır.  Hərçənd  ki, 
hazırkı  mərhələdə  bu  istiqamətdə  konkret  həll  tapılmayıb.  Keçmiş  ttifaq 
respublikaları  üzrə  təsir  gücünə  malik  olan  dövlətlərin  maraqlarını  qruplaşdırmaqla 
bu  məsələnin  həllində  bizim  ölkənin  potensial  imkanlarından  düşünülmüş  formada 
istifadə etmək lazımdır.  
Beləliklə, zəngin ehtiyatlara, elmi potensiala, əlverişli coğrafi şəraitə və başlıca 
olaraq  stabilliyə  malik  olan  keçmiş  ittifaq  ölkələri  dünya  dövlətlərinin  maraq 
dairəsində  olmaqla  bərabər,  eyni  zamanda  balanslaşdırılmayan  iqtisadiyyata  və 
ixracdan  yüksək  asılılıq  səviyyəsinə  malikdirlər  ki,  bu  da  onların  dünya  sisteminə 
cəlb  olunması  üçün  maneə  rolunu  oynayır.  Bir  halda  ki,  dünya  dövlətləri  keçmiş 
respublikaları iqtisadi intervensiya yolu ilə blokadaya almaq imkanlarına malikdirlər, 
onda  ölkəmiz  üçün  dövlət  maraqları  nöqteyi  nəzərdən  inteqrasiyanın  müxtəlif 
istiqamətlərinə  mərhələ-mərhələ  öz  şərtlərini  müəyyən  etmək  daha  düzgün 
olacaqdır.
93
 
Hazırkı dövrdə Azərbaycan dünya iqtisadi sisteminə kifayət qədər inteqrasiya 
etmişdir. Buna aydın misal kimi “Əsrin müqaviləsi” – Bakı-Tbilisi-Ceyhan transmilli 
neft  kəmərini  göstərmək  olar.  Bu  enerji  dəhlizi  çərçivəsində  qlobal  əməkdaşlığın 
inkişafı üçün güclü impuls rolunu oynayır. Bundan başqa Bakı-Tbilisi-Ərzurum qaz 
kəmərinin  işlənib  hazırlanması  və  Azərbaycandan  Avropaya  təbii  qazın  təchiz 
edilməsini də göstərmək olar (regionda 200 milyard barrel neft və 640 trilyon kub.fut 
                                                            
93
 Alıyev  sa Hüseyn oğlu, “Qloballaşma müstəvisində yeni iqtisadi təfəkkürün formalaşması zəruriliyi və onun nəzəri-
metodoloji əsasları haqqında”, elmi məqalə / http://hieb.science.gov.az/index.php?mod=7&view=item&id=395 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə