5
MDB və digər postsosialist ölkələrində xarici iqtisadi əlaqələrin tənzimlənməsi
mövzusu Rusiya, Ukrayna və Şərqi Avropa ölkələrinin bir çox tanınmış alimləri
tərəfindən işlənilmişdir. Həmin dövrdə Y. F. Avdokuşin, V. Q. Draqonov, A. S.
Filipenko, V. . Fomiçev, . P. Fominski, A. Kireev, V. Y. Rıbalkin, S. Şişkov kimi
görkəmli iqtisadçıların problemə həsr olunmuş əsərləri elmi ictimaiyyətin həmişə
diqqət mərkəzində olmuşdur.
Son zamanlar xarici iqtisadi əlaqələrin tənzimlənməsi mövzusu və
Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf problemləri ölkəmizin iqtisadçı
alimlərinin də tədqiqat obyekti olmuşdur. Azərbaycanın iqtisadçı alimlərindən
Səmədzadə Z. Ə., Ələsgərov A. K., Nadirov A. N., Bayramov Ə. ., Əlirzayev Ə. Q.,
manov N. M., Həsənov R. T., Muradov Ə., Qənbərov F. Ə., Əhmədov M. A.,
Bərxudarov M. . və başqaları tərəfindən müasir dövrdə beynəlxalq iqtisadi
münasibətlərdə baş verən dəyişikliklər və hazırkı şəraitdə ölkəmizin xarici iqtisadi
ə
laqələrinin hüquqi təminat sisteminin prinsipləri və xarakterik xüsusiyyətləri
araşdırılmışdır.
Müasir qloballaşma şəraitində Azərbaycanın xarici iqtisadi əlaqələrinin
genişlənməsi, bu əlaqələrin inkişaf qanunauyğunluqlarının dərk edilməsi və bu yolda
qarşıya çıxan problemlərin həlli yollarının axtarılması, göstərilən istiqamətdə elmi
araşdırmaların davam etdirilməsi zərurətini yaradır. Hazırda Azərbaycanın xarici
iqtisadi əlaqələrinin inkişaf etdirilməsində məqsədyönlü, effektiv və çevik strategiya
və hüquqi təminat sisteminin oynaya biləcəyi həlledici rol mövzunun seçilməsini
şə
rtləndirmiş və bu problemin tədqiq olunması zərurətini müəyyən etmişdir.
Tədqiqatın məqsədi və qarşıya qoyulan vəzifələr. Respublikamızın xarici
iqtisadi siyasət strategiyasının formalaşdırılması mexanizminin hüquqi təminatı ilə
bağlı mövcud vəziyyətin öyrənilməsi və onun təkmilləşdirilməsi yollarının aşkar
edilməsi, milli inkişaf istiqamətlərinin və üsullarının araşdırılması və bütün bunların
konseptual qiymətləndirilməsi əsasında, milli-iqtisadi mənafelər baxımından konkret
təklif və tövsiyyələrin hazırlanması tədqiqat işinin əsas məqsədidir.
Göstərilən məqsədə nail olmaq üçün dissertasiya işində qarşıya qoyulmuş
vəzifələr isə aşağıdakılardır:
6
-
Ölkənin xarici iqtisadi siyasətinin spesifikasının açıqlanması və onun əsas
istiqamətlərinin göstərilməsi;
-
Xarici iqtisadi siyasət strategiyasının inkişaf qanunauyğunluqlarının nəzəri-
metodoloji təhlilinin həyata keçirilməsi;
-
Xarici iqtisadi siyasət strategiyasının mövcud vəziyyətinin təhlili;
-
Müasir iqtisadi və siyasi qloballaşma şəraitində beynəlxalq iqtisadi
münasibətlər sistemində ölkənin əməkdaşlıq, inteqrasiya və inkişaf xüsusiyyətlərinin
açıqlanması;
-
Azərbaycanın dünya təsərrüfatına inteqrasiyasında mövcud tendensiyaların
və ziddiyyətlərin şərhi;
-
Azərbaycanın xarici iqtisadi əlaqələrinin dövlət tənzimlənməsi sistemində
mövcud olan normativ-hüquqi bazanın tədqiqi;
-
Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması
mexanizminin hüquqi təminatının təkmilləşdirilməsi istiqamətlərinin müəyyən
edilməsi və onların səmərəliliyinin yüksəldilməsi yollarının göstərilməsi və s.
Tədqiqatın predmeti və obyekti. Tədqiqatın obyektini müasir şəraitdə xarici
iqtisadi əlaqələrin yüksək templərlə dinamik artımı şəraitində Azərbaycanın xarici
iqtisadi siyasət strategiyasının formalaşdırılması mexanizminin hüquqi təminat
sistemi, predmetini isə hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi
istiqamətləri və perspektiv inkişafı təşkil edir.
Tədqiqatın nəzəri-metodoloji əsasları. Xarici iqtisadi əlaqələr haqqında
klassik, neoklassik və müasir nəzəriyyələr, iqtisad elmi sahəsində tanınmış alimlərin
xarici iqtisadi əlaqələrin formalaşdırılması və inkişafı haqqında elmi əsərləri,
prezidentin fərman və sərəncamları, eləcə də digər qanunvericilik aktları dissertasiya
işinin nəzəri-metodoloji əsasını təşkil edir.
Tədqiqat prosesində müqaisəli təhlil və ümumiləşdirmə, sistemli-struktur və
sistemli-funksional, analiz və sintez, induksiya və deduksiya və s. kimi metodlar və
prinsiplərdən geniş istifadə olunmuşdur.
Tədqiqatın informasiya mənbəyi. Mövzu ilə əlaqədar mövcud elmi
ə
dəbiyyatlardan (azərbaycan, rus, türk, ukrayna, ingilis, alman dillərində), dövri
7
mətbuatdan, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi və qtisadi nkişaf
Nazirliyinin hesabat və materiallarından, digər nazirlik və komitələrin
məlumatlarından, beynəlxalq təşkilatların materiallarından və hesabatlarından,
məruzələrdən, monoqrafiyalardan, elmi məqalələrdən, elmi-tədqiqat işlərindən
istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi. Xarici iqtisadi siyasət strategiyasının hüquqi təminat
sisteminə müasir dövrün tələbləri çərçivəsində baxılması, bu sahədə yeni
problemlərin aşkar edilməsi və mövcud problemlərin həllinin yeni istiqamətlərinin
göstərilməsi tədqiqat işinin əsas elmi yeniliyidir. Tədqiqat işinin elmi nəticələrini
konkret olaraq aşağıdakı kimi sistemləşdirmək olar:
-
Xarici iqtisadi siyasət strategiyasının mahiyyətinin açıqlanması sahəsində
mövcud olan müxtəlif elmi baxışlar nəzəri cəhətdən araşdırılmış və reallıqlara
müvafiq surətdə konseptual ümumiləşdirmə aparılmışdır;
-
Xarici iqtisadi siyasət strategiyasının hüquqi təminatı sahəsində beynəlxalq
təcrübə öyrənilmiş, konseptual qiymətləndirmə aparılmış və onların müasir dövrün
reallıqlarına uyğun istifadəsi imkanları aşakara çıxarılmışdır;
-
Azərbaycan Respublikasının xarici iqtisadi siyasəti və onun normativ-hüquqi
bazası hərtərəfli təhlil edilərək, ölkənin müasir xarici iqtisadi siyasətinin spesifikası
və onun əsas istiqamətləri göstərilmişdir;
-
Azad ticarət-proteksionizm dilemması, onların qarşılıqlı uyğunluğu problemi
araşdırılmış, xarici iqtisadi əlaqələrin tənzimlənməsi sistemində dövlət müdaxiləsinin
obyektiv və subyektiv sərhədləri müəyyənləşdirilmişdir;
-
Azərbaycanda ixracat profili və idxaləvəzləyici rəqabətədavamlı iqtisadi
sahələrin yaradılması zəruriliyi əsaslandırılmış, milli istehsalın modernləşdirilməsi və
inkişafı metodları müəyyənləşdirilmiş və bu istiqamətdə konkret təklif və tövsiyyələr
verilmişdir;
-
Azərbaycanda xarici iqtisadi siyasət strategiyası sahəsində mövcud vəziyyət
müqaisəli təhlil edilmiş, müasir iqtisadi və siyasi qloballaşma şəraitində
Azərbaycanın xarici iqtisadi əlaqələrinin istiqamətləri açıqlanmış, beynəlxalq
təşkilatlarla əməkdaşlıqların, inteqrasiya psoseslərinin müasir vəziyyəti və
Dostları ilə paylaş: |