7
Müasir iqtisadi şəraitdə riyazi statistika və optimallıq nəzəriyyəsi, statistika elmi ilə birlikdə sosial-
iqtisadi hadisələrin müxtəlif amillərin təsiri nəticəsində daim dəyişməkdə olan kə-miyyət və keyfiyyət
tərəflərinin dərk edilməsində mühüm rol oynayır. Statistika sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflə-
rini tədqiq edərkən riyazi statistika və ehtimal nəzəriyyəsinin üsullarından geniş sürətdə istifadə edir. Bu
metodlardan statistika tədqiqatında müvəffəqiyyətlə istifadə edilən dispersiya və korrelyasiya təhlilini
göstərmək olar.
II.Tarixi inkişaf və hər bir mərhələdə onun xüsusiyyətlərinin təzahürü tədricən elmi mühitin formalaş-
masına, yeni elmi istiqamətlərin yaranması və inkişafı ilə müşayət olunmuşdur. Elmin yaranması cə-
miyyətin tələblərindən və təkamülündən irəli gəlmişdir. Onun sistemli və kompleks şəkildə formalaşması
məhs uyğun dövrlərin ictimai və iqtisadi mühitlərinin təsiri ilə əlaqəli olmuşdur. Elmin mövcudluğu, ona
olan ehtiyac öz növbəsində onun metod və metodologiyasının yaranması ilə müşayət olunur ki, bu da tə-
biət, cəmiyyət və iqtisadiyyatın tələblərə uyğun araşdırılması baxımından məqsədəmüvafiq hesab edilmə-
lidir. Qeyd olunan məsələlər statistikadan da kənar keçməmişdir. Statistikanın metodoloji əsasını elmi
sürətdə dərketmə və sosial fəlsəfə nəzəriyyəsi təşkil edir. Statistika məlumatının müxtəlif tədqiqat me-
todları (üsulları) vasitəsilə əldə edilir. O, bir tərəfdən digər elmlər kimi öz tədqiqatını dialektik metodun,
yəni təbiət və cəmiyyəti elmi sürətdə dərketmə metodunun müddəalları üzərində qurur. Dialektik metoda
əsaslanaraq, elmlər öyrəndiyi predmetdən asılı olaraq, öz xüsusi tədqiqat üsullarını tətbiq edirlər. Xüsusi
metodlar hər bir elmin fərdi qaydada araşdırma yolu formasında təzahürlərindən hesab olunmalıdır. Sta-
tistika özünün spesifik metodlarından: statistika müşahidəsindən, statistik məlumatın qruplaşdırılması və
yekunlaşdırılmasından, ümumiləşdirici göstəricilərin hesablanması (nisbi və orta kəmiyyətlər, zəncirvari
yerdəyişmə, indekslər, müxtəlif riyazi metodlar və s.) metodlarından istifadə edir.
Statistika sosial-iqtisadi hadisələri tədqiq edərkən üç ardıcıl mərhələdən istifadə edir: 1.tədqiqat ob-
yekti haqda məlumatın toplanması (müşahidə); 2.toplanmış məlumatların qruplaşdırılması və yekunlaş-
dırılması; 3.alınmış nəticələrin təhlili (işləmə və təhlil). Bu mərhələlərin hər biri məzmun və həyata keçi-
rilmə vaxtına görə fərqlidir və onların hər birində müxtəlif statistika metodları tədbiq edilir. Birinci mər-
hələdə statistika tədqiqatı üçün məlumatlar toplanılır. Məlumatın alınması metoduna statistika müşahidəsi
deyilir. İnformasiyanın toplanılması planlaşdırılarkən onun öyrənilən obyektin nə kimi xarakter və xassə-
lərinin vəziyyətinə aydınlıq gətirəcəyi müəyyənləşdirilməlidir. Statistika müşahidəsi nəticəsində toplanıl-
mış xam statistika materiallarını dərk ediləcək şəklə salmaq üçün onu müəyyən əlamətlər üzrə bircinslı
qruplara ayırmaq, yekunlaşdırmaq lazımdır. Qruplaşdırma müşahidə nəticəsində toplanmış xam statistika
materiallarının elmi işlənilməsinin və təhlilinin əsasını təşkil edir. Deyilənlərdən aydın olur ki, müşahi-
dənin başa çatmasından sonra mütləq aparılmalıdır ki, ondan alınan nəticələr də öz növbəsində növbəti -
təhlil mərhələsində istifadə edilə bilsin.
Keyfiyyətcə bircinsli olan qrupları düzğün ayırmaq üçün həmin hadisəyə xas olan mühüm əlamətlər
seçilməlidir. Bu əlamətlər öyrənilən məcmunun xüsusiyyətlərinə uyğun gəlməlidir. Statistikada həmin
əlamətlər qruplaşdırma əlaməti adını daşıyır və bölüşdürməni müəyyən edən rola malikdirlər.
Əlamətlərin sayından və növlərindən asılı olaraq qruplaşdırma sadə və quraşıq qruplaşdırmaya ayrılır.
Qruplaşdırma kəmiyyət və keyfiyyət əlamətləri üzrə aparıla bilər. Qruplaşdırmanın vəzifələrindən asılı
olaraq sosial-iqtisadi hadisələr tipik, quruluş və analitik qruplaşdırma növlərinə görə qruplaşdırılır. Qrup-
laşdırma prosesində bölgü sıralarının qurulması mühüm yer tutur. Müşahidə vahidlərinin kəmiyyətinə və
yaxud əlamətlərin qiymətinə görə qruplara ayrılmasına bölgü sırası deyilir. Bölgü sıraları sosial-iqtisadi
hadisələrin xarakterik cəhətlərinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdirlər. Statistika ma-
teriallarının qruplaşdırılmasının və yekunlaşdırılmasının nəticələri statistika cədvəllərində verilir. Statis-
tika cədvəlləri kütləvi statistika məlumatlarının sistemə salınmış və əyani şəkildə ifadə olunmuş forma-
sıdır. Adətən cədvəllər öz başlıqları ilə özündə hansı tədqiqat obyektini işıqlandıracaqları haqqında öncə-
dən təəsürat yaradır. Cədvəllərlə yanaşı əyani vasitə kimi qrafiklərdən, diaqramlardan, kartoqramlardan
və kartodiaqramlardan da istifadə oluna bilər.
Statistika tədqiqatının son üçüncü mərhələsi - təhlildir. Bu mərhələni həmçinin nəticələrin alınması və
zəruri göstəricilərin hesablanması kimi də adlandırmaq və ya təqdim etmək mümkündür. Statistika ümu-
miləşdirici göstəricilər vasitəsilə sosial-iqtisadi hadisələrin quruluşunu və onda baş vermiş dəyişiklikləri,
onların dinamikasını, ayrı-ayrı amillərin təsirini və s. prosesləri təhlil edir.
Statistika elminin metodologiyasının spesifik metodları sırasına daxildir: kütləvi statistika müşahidəsi;
statistika materiallarının qruplaşdırılması və yekunlaşdırılması; statistik materialların cədvəl və qrafik
təsviri; ümumiləşdirici göstəricilərin hesablanması; balans metodu və s. Bunlar statistika elminin pred-